Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev
yanvarın 23-də
…Rusiya Federasiyasının Soçi şəhərinə işgüzar səfərə gəlmişdir. …və Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev Soçidə, "Girand Polyana" mehmanxanasının "Qəbullar evi"ndə görüşmüş və qarşılıqlı fikir mübadiləsi aparmışlar. …və Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev Azərbaycan Respublikası Dövlət Neft Şirkəti və Rusiyanın "Qazprom-eksport" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında təbii qazın alqı-satqısına dair müqaviləyə 5 nömrəli əlavə sazişin imzalanması mərasimində iştirak etmişlər. …, Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev və Ermənistan Respublikasının Prezidenti Serj Sarkisyan Soçidə, "Girand Polyana" mehmanxanasının "Qəbullar evi"ndə birgə görüşmüş, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı məsələləri müzakirə etmişlər. …, Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev və Ermənistan Respublikasının Prezidenti Serj Sarkisyan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsinə dair danışıqların yekunlarına əsasən Birgə Bəyanat qəbul etmişlər. …Rusiya Federasiyasına işgüzar səfərini başa vuraraq həmin gün axşam Bakıya qayıtmışdır.
yanvarın 24-də
…Kür çayının suyunun daşması nəticəsində baş vermiş hadisələrin təkrar olunmaması üçün Fövqəladə Hallar Nazirliyi tərəfindən Bakıya gətirilmiş Niderland Krallığının "Damin" şirkətinin istehsal etdiyi "CSD-500" torpaqsoran qurğulara, Türkiyənin Tuzla şəhərində istehsal olunmuş yedək və təchizat gəmilərinə və tədqiqat katerinə baxış keçirmişdir.
yanvarın 25-də
…Davosda keçirilən Dünya İqtisadi Forumunda iştirak etmək üçün İsveçrəyə işgüzar səfərə gəlmişdir. …Davosda İsveçrə Konfederasiyasının Prezidenti xanım Eveline Vidner Şlümlə, İsrail Dövlətinin Prezidenti Şimon Pereslə, Avstriyanın "OMV AGE" şirkətinin baş icraçı direktoru Gerhard Roisslə və Amerika Birləşmiş Ştatlarının dövlət katibinin iqtisadiyyat, energetika və kənd təsərrüfatı məsələləri üzrə müavini Robert Hormatsla görüşmüşdür.
yanvarın 26-da
…Davosda "UBS Global" şirkətinin direktorlar şurasının sədri Kaspar Villigerlə, Avropa İttifaqının enerji məsələləri üzrə komissarı Günter Ottingerlə, Dünya İqtisadi Forumunun təsisçisi və icraçı sədri Klaus Şvabla, Gürcüstanın Baş naziri Nika Gilaurilə, Almaniyanın "Deutıche Bank"ının Mərkəzi və Şərqi Avropa ölkələri üzrə icraçı direktoru Peter Tilslə və idarə heyətinin üzvü Yürgen Figenlə, Beynəlxalq Qızıl Xaç Komitəsinin prezidenti Yakob Kellenbergerlə, Ukrayna Prezidenti Viktor Yanukoviçlə, RWE şirkətinin baş icraçı direktoru Yurgen Qrossmanla, Pakistan İslam Respublikasının Baş naziri Sayid Yusuf Raza Gilanilə, "Holcim Group" şirkətinin idarə heyətinin sədri Markus Akermanla, "Microsoft International" şirkətinin prezidenti, "Microsoft" Korporasiyasının vitse-prezidenti Jan Kurtua ilə və "Edisson" şirkətinin baş icraçı direktoru Bruno Leskörlə görüşmüşdür.
yanvarın 27-də
…Davosda Böyük Britaniyanın York Hersoqu, şahzadə Endryu ilə görüşmüşdür.
Tədbiri giriş sözü ilə Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Xaçmaz Rayon Komitəsinin sədri Vaqif İsrafilov açdı. Bugünkü yığıncağın səbəbləri, qoyulan mövzunun əhəmiyyəti barədə danışdı. Sözü geniş məruzə üçün "Ülfət" qəzetinin hüquqşünası Azər Quliyevə verdi. Azər müəllim dedi ki, 2009-cu ilin fevral ayının 24-də Əmək Məcəlləsinə dəyişikliklər və əlavələr edilmişdir. Əmək Məcəlləsinə edilmiş bu dəyişikliklər və əlavələr işçilərlə işəgötürənlər arasında yaranan əmək münasibətlərinin, habelə işçilərlə müvafiq dövlət hakimiyyəti orqanları, hüquqi şəxslər arasında münasibətlərdən törəyən digər hüquq münasibətlərinin tənzimlənməsi sahəsində mühüm əhəmiyyət kəsb edir. Biz sizi Əmək Məcəlləsinə edilmiş dəyişikliklər və əlavələrin bəziləri ilə tanış etmək istəyirik. O, çıxışını 45-ci maddənin şərhi ilə davam etdirdi. Dedi ki, bu maddədə 4-cü hissədə "hallarda" sözündən sonra ", bu Məcəllənin 47-ci maddəsi ilə “müəyyən edilən hallar istisna olmaqla” sözləri və maddəyə aşağıdakı məzmunda 5-ci hissə əlavə edilmişdir: "5. Müddətli əmək müqaviləsi fasiləsiz olaraq 5 ildən artıq müddətə davam edərsə, müddətsiz əmək müqaviləsi hesab edilir". Əmək Məcəlləsinə edilən bu əlavə mühüm əhəmiyyət kəsb edir. Əvvəllər işçi - işəgötürən arasında əmək müqaviləsinin müddəti ilə əlaqədar yaranan mübahisələrin aradan qaldırılmasına səbəb olur. Belə ki, bir çox hallarda əmək müqaviləsi hətta 5 ildən artıq müddətə davam edirdi. Əmək Məcəlləsinin 68-ci maddəsinin 2B) bəndinə və 73-cü maddəsinə əsasən, müddətli əmək müqaviləsinə müddətinin qurtarması əsası ilə xitam verilirdi. Bu əlavəyə əsasən isə, müddətli əmək müqaviləsi fasiləsiz olaraq 5 ildən artıq müddətə davam edərsə, müddətsiz əmək müqaviləsi hesab edilir. Eyni zamanda bir faktı da bildirmək istəyirəm ki, bu dəyişikliyə əsasən, tərəflərin qarşılıqlı razılığı əsasında yeni əmək müqaviləsi bağlanmaqla müddətli əmək müqaviləsi müddətsiz əmək müqaviləsi ilə də əvəz edilə bilər. A.Quliyev daha sonra dedi: - 52-ci maddənin 4-cü abzası səkkizinci abzas hesab olunmuşdur. Üçüncü abzasdan sonra aşağıdakı məzmunda yeni abzaslar əlavə edilmişdir: "hamilə və üç yaşına çatmamış uşağı olan qadınlara, habelə üç yaşınadək uşağını təkbaşına böyüdən kişilərə; təhsil müəssisələrini bitirdiyi ildə ixtisası (peşəsi) üzrə ilk dəfə işə götürülən şəxslərə; ödənişli seçkili vəzifəyə seçilmiş şəxslərə; iki ay müddətinədək əmək müqaviləsi bağlanılan şəxslərə;" Əmək Məcəlləsinə edilən bu dəyişiklik sınaq müddəti müəyyən edilməyən şəxslərin dairəsini artırır. Bir çox hallarda təhsil müəssisələrini bitirdiyi ildə ixtisası (peşəsi) üzrə ilk dəfə işə götürülən şəxslərin sınaq müddətindən keçməməsi iş praktikasının az olması səbəbindən mümkündür və bu dəyişiklik onlara sınaq müddətini təyin etmədən əmək fəaliyyətini davam etdirmək üçün şərait yaradır. Eyni zamanda bu şərtin hamilə və üç yaşına çatmamış uşağı olan qadınlara, habelə üç yaşınadək uşağını təkbaşına böyüdən kişilərə, ödənişli seçkili vəzifəyə seçilmiş şəxslərə və iki ay müddətinədək əmək müqaviləsi bağlanılan şəxslərə şamil edilməsi Əmək Məcəlləsində əvvəllər mövcud olmuş boşluğu aradan qaldırır. 58-ci maddənin 12.1. 1-ci hissəsinin birinci cümləsində "başqa iş yerində" sözləri "başqa iş yerlərində" sözləri ilə əvəz edilsin, ikinci cümləsində "ikinci" sözü çıxarılmış, "birinci əmək müqaviləsi bağlanan" sözləri "əmək kitabçası saxlanılan" sözləri ilə əvəz edilmiş. 12.2. 1-ci hissəsinə aşağıdakı məzmunda üçüncü cümlə əlavə edilmişdir: "Əvəzçilik üzrə əmək müqaviləsi əmək kitabçası təqdim edilmədən bağlanılır."; 12.3. 3-cü hissəsinin birinci cümləsində "iş yerində" sözləri "iş yerlərində" sözləri ilə əvəz edilmişdir. Bu maddəyə edilən əlavə və dəyişikliklər o cəhətdən vacibdir ki, burada işçinin əsas iş yeri ilə əvəzçilik qaydasında işlədiyi iş yeri arasıda olan əmək münasibətlərini tənzimləyir. Əsas şərt kimi əsas iş yerinə əmək kitabçasının təqdim edilməsinə, əvəzçilik üzrə əmək müqaviləsinin əmək kitabçası təqdim edilmədən bağlanması kimi əmək münasibətlərinə aydınlıq gətirir. 62-ci maddənin 3-cü hissəsinə aşağıdakı məzmunda ikinci cümlə əlavə edilmişdir: "Üzrlü səbəbdən icbari ilkin və ya vaxtaşırı tibbi müayinədən keçməyən işçilər işdən kənarlaşdırıldıqda, onlara işdən kənar edildiyi vaxt ərzində boşdayanma qaydasında əməkhaqqı ödənilir.". Bu əlavə də mühüm əhəmiyyət kəsb edir. Belə ki, praktikada belə hallara rast gəlinirdi və bu zaman bir çox hallarda istər üzrlü və istərsə də üzrsüz hallarda işçinin əməkhaqqı ödənilmirdi. Hazırkı dəyişikliklə bu mübahisə və ya Əmək Məcəlləsində olan boşluq aradan qaldırılmış və üzrlü səbəbdən icbari ilkin və ya vaxtaşırı tibbi müayinədən keçməyən işçilər işdən kənarlaşdırıldıqda, onlara işdən kənar edildiyi vaxt ərzində boşdayanma qaydasında əməkhaqqı ödənilir. 70-ci maddənin 16.1. "ç" bəndindən sonra aşağıdakı məzmunda "d" bəndi əlavə edilmişdir: "d) sınaq müddəti ərzində işçi özünü doğrultmadıqda."; 16.2. "Qeyd" hissəsindən ", habelə müəssisənin direktorlar şurası, elm və təhsil müəssisələrinin elmi şurası, pedaqoji şurası" sözləri çıxarılmışdır. Əmək Məcəlləsinin 76-cı maddəsinə əsasən, işəgötürən tərəfindən əmək müqaviləsinə Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslardan yalnız biri ilə xitam verilə bilər. Əmək müqaviləsinə eyni zamanda iki və daha artıq əsasla, həmçinin qanunvericilikdə nəzərdə tutulmayan əsasla, habelə Məcəllə ilə müəyyən edilmiş əmək müqaviləsinin ləğv edilməsi qaydalarına əməl olunmadan xitam verilə bilməz. Əmək Məcəlləsində əvvəlki redaksiyada sınaq müddətini keçməmiş işçi ilə əmək müqaviləsinə xitam verilməsinin əsası göstərilmədiyindən, bu hal əksər hallarda əmək müqaviləsinə bu səbəbdən xitam verilərkən mübahisəyə səbəb olurdu. Hazırkı əlavə ilə bu boşluq aradan qaldırılmış və Əmək Məcəlləsinin 70-ci maddəsinə D) bəndi əlavə edilmiş və sınaq müddətini keçməmiş işçi ilə əmək müqaviləsinə xitam verilməsi əsası Məcəllədə qeyd olunmuşdur. 77-ci maddədə 17.1. 9-cu hissədən ", işçilərin sayının və ştatlarının ixtisarı halları" sözləri çıxarılsın, "işçinin" sözündən sonra "müddətli" sözü; 17.2. 9-cu hissəyə aşağıdakı məzmunda ikinci cümlə əlavə edilmişdir: "Müddətli həqiqi hərbi xidmətə çağırılanadək müvafiq müəssisədə işləmiş şəxslər, hərbi xidmətdən buraxıldıqdan ən geci 60 təqvim günü keçənədək həmin müəssisədə əvvəlki və ya buna bərabər vəzifəyə (peşəyə) qayıtmaq hüququna malikdirlər". "Ülfət" qəzetində biz vətəndaşların bu barədə olan suallarını dəfələrlə cavablandırmışıq və bütün hallarda müddətli həqiqi hərbi xidmətə çağırılanadək müvafiq müəssisədə işləmiş şəxslər, hərbi xidmətdən buraxıldıqdan sonra həmin müəssisədə əvvəlki və ya buna bərabər vəzifəyə (peşəyə) qayıtmaq hüququna malik olmasını bildirmişik. Əvvəllər bu barədə olan cavablarımız bir çox müəssisə rəhbərlərinin və o cümlədən nə qədər təəccüblü olsa da, bu müəssisələrdə işləyən hüquqşünasların haqsız etirazlarına səbəb olurdu. Müxtəlif bəhanələrlə bu işçilərin öz əsas iş yerlərinə qayıtmaq hüquqlarının olmadığı bildirilirdi. Bizim tərəfimizdən bu cavablar ona əsaslanırdı ki, "Hərbi qulluqçuların statusu haqqında" qanunun 9-cu maddəsinə əsasən hərbi xidmətə çağrılma əsası ilə əmək müqaviləsinə xitam verilmiş işçilərin hərbi xidməti başa vurduqdan sonra öz əvvəlki iş yerlərinə və ya buna uyğun iş yerlərinə bərpa olunmaq hüququ vardır. Praktikada belə hallara tez-tez rast gəlinir ki , işəgötürənlər işçiləri hərbi xidməti başa vurduqdan sonra öz əvvəlki iş yerlərinə və ya buna uyğun iş yerlərinə bərpa etmək istəmirlər və müxtəlif bəhanələr gətirirlər. Halbuki buna onların nə hüquqi, nə də mənəvi haqları olmurdu. Belə ki, bu hüquq işçilərə yuxarıda qeyd olunan qanunla verilmişdir və bu işdən azadolmalar işçilərin öz iradəsindən asılı olmurdu. Mənəvi tərəfdən də Vətən qarşısinda vətənpərvərlik borcunu yerinə yetirən hərbi qulluqçuların öz əvvəlki iş yerlərinə bərpa olunmaq hüququ var. Qəribə haldır ki, qanunun bu tələbinə nəinki işəgötürənlər, hətta qanunun aliliyini hər şeydən üstün tutmalı olan bəzi müəssisələrin hüquqşünasları da çıxırdılar. Bu barədə "Ülfət" qəzetində olan cavablarımdan sonra mənə müraciət edən bəzi müəssisələrin hüquqşünasları öz rəhbərlərinin sözlərini təkrar edərək bildirirlər ki, işçilərin belə bir hüququ yoxdur, onlarda həmin vəzifə və ya peşə artıq yoxdur və ya ixtisar olunub, işçiləri hərbi xidməti başa vurduqdan sonra öz əvvəlki iş yerlərinə və ya buna uyğun iş yerlərinə bərpa etmək imkanları yoxdur və sair digər bəhanələr gətirirlər. Əmək Məcəlləsinə "Müddətli həqiqi hərbi xidmətə çağırılanadək müvafiq müəssisədə işləmiş şəxslər, hərbi xidmətdən buraxıldıqdan ən geci 60 təqvim günü keçənədək həmin müəssisədə əvvəlki və ya buna bərabər vəzifəyə (peşəyə) qayıtmaq hüququna malikdirlər" kimi edilən əlavə bu səbəbdən vacibdir və bu kateqoriyadan olan işçilərin hüquqlarının təmin olunması mexanizmini tənzimləyir, bu kateqoriyadan olan işçilərin əmək hüquqlarını bərpa edir. 79-cu maddənin 1-ci hissəsinin 18.1. ikinci abzasında "qadınların" sözündən sonra ", üç yaşınadək uşağını təkbaşına böyüdən kişilərin" sözləri əlavə edilmiş; 18.2. yeddinci abzası səkkizinci abzas hesab olunmuş və hissəyə aşağıdakı məzmunda yeddinci abzas artırılmışdır: "öhdəsində sağlamlıq imkanları məhdud 18 yaşınadək və ya I qrup əlil ailə üzvü olan işçilərin;". Bu dəyişiklik öhdəsində sağlamlıq imkanları məhdud 18 yaşınadək və ya I qrup əlil ailə üzvü olan işçilərin əmək müqaviləsinə bu əsasla xitam verilməsini qadağan edir. Hesab edirəm ki, bu dəyişiklik belə övladları olan işçilər üçün nəzərdə tutulan sosialyönümlü vacib dəyişiklikdir və bu, işçilərin işləyərək əməkhaqqı almaları və uşaqlarının müalicəsinə kömək etmələri üçün qanunvericiliklə nəzərdə tutulan mühüm təminatlardan biridir. 87-ci maddəyə aşağıdakı məzmunda 7-ci hissə əlavə edilmişdir: "Əvəzçilik üzrə əmək fəaliyyəti haqqında əmək kitabçasında qeydlər əvəzçilik üzrə əmək müqaviləsinin surəti əsasında işçinin arzusu ilə əsas iş yerində aparılır.". Bu əlavəyə qədər əvəzçilik üzrə əmək fəaliyyəti haqqında əmək kitabçasında qeydlər aparılmırdı. Əlavə işçilərə əvəzçilik qaydasında məşğul olduqları fəliyyəti barədə, öz arzuları ilə və əvəzçilik üzrə əmək müqaviləsinin surəti əsasında əsas iş yerində əmək kitabçalarında qeydlər aparılmasına imkan verir. Bununla bərabər qeyd etmək istəyirəm ki, hazırda işçilərin əmək kitabçalarında qeydlərin aparılması Nazirlər Kabinetinin 1996-cı il 26 dekabr tarixli 186 nömrəli qərarı ilə təsdiq edilmiş "İşçilərin əmək kitabçasının forması və onun tərtibi" Qaydaları ilə tənzimlənir. Əmək Məcəlləsinin bu maddəsinə edilən əlavə ilə əlaqədar bu Qaydalarda da dəyişiklik edilməli və bu qeydlərin vahid qaydada aparılması qaydaları tənzimlənməlidir. 114-cü maddənin 5-ci hissəsi 6-cı hissə hesab edilmiş və maddəyə aşağıdakı məzmunda 5-ci hissə əlavə edilmişdir: "Mövsümi işlərdə çalışan işçilərə əsas məzuniyyət, bir qayda olaraq, mövsümün sonunda hər iş ayına görə iki təqvim günündən az olmayan müddətə verilir". Əmək Məcəlləsində əvvəlki redaksiyada mövsümi işlərdə çalışan işçilərə əsas məzuniyyət konkret olaraq göstərilməmişdir və edilən bu əlavə bu kateqoriyadan olan işçilərin məzuniyyət hüququnun tənzimlənməsində olan boşluğu aradan qaldırır. 131-ci maddənin 1-ci hissəsində "əmək məzuniyyəti hüququ" sözləri "əmək məzuniyyətindən istifadə etmək hüququ" sözləri ilə əvəz edilmişdir. Bu dəyişiklik də mühüm əhəmiyyət daşıyır, o səbəbdən ki, əvvəllər Əmək Məcəlləsində işçinin birinci iş ili üçün əmək məzuniyyəti hüququ əmək müqaviləsinin bağlandığı andan etibarən altı ay işlədikdən sonra əmələ gəlir kimi qeyd olunmuşdur və bu da əksər hallarda 6 aydan az müddətdə işləmiş və əmək müqaviləsinə xitam verilən işçilərin işlədikləri müddətə uyğun olaraq ödənişli əsas məzuniyyətlərinin pulunu almaq hüququnun itirilməsi ilə nəticələnirdi. Qeyd olunan bu dəyişiklik bu boşluğu aradan qaldırır və işçilərin 6 aydan az işlədikdə və əmək müqaviləsinə xitam verildikdə işlədikləri müddətə uyğun olaraq ödənişli əsas məzuniyyətlərinin pulunu almaq hüququnu bərpa edir. Əmək Məcəlləsinə edilən bu əlavə və dəyişikliklər əmək münasibətlərində olan boşluqların aradan qaldırılması, əmək mübahisələrinə yol verilməsi hallarının aradan qaldırılmasına, işçilərin sosial güzəşt və təminatlarının artırılmasına xidmət edir, əmək qanunvericiliyinin inkişafına kömək göstərir. "Ülfət" qəzetinin əsas məqsədlərindən biri Əmək Məcəlləsinin, bu Məcəlləyə edilən əlavə və dəyişikliklərə həm işəgötürənlər, həm əmək kollektivi, o cümlədən də həmkarlar ittifaqları tərəfindən əməl olunmasına kömək etmək və işçilərin maarifləndirilməsini həyata keçirməkdir. Azər Quliyev iştirakçılara müraciətlə onları maraqlandıran sualları cavablandırmağa hazır olduğunu dedi: İlk sual pensiyalar barədə oldu. Soruşuldu ki, uzun illər seçkili orqanlarda çalışan işçilər niyə dövlət qulluqçuları kimi pensiya almırlar? - Həmkarlar ittifaqı ictimai təşkilatdır, dövlət qulluğu deyil, - deyə A.Quliyev cavab verdi. Amma "Əmək pensiyası haqqında" qanuna təxminən belə bir əlavə etmək mümkündür: dövlət qulluqçularına olunan güzəştlər həmkarlar ittifaqı işçilərinə də şamil edilsin. Bu barədə təkliflə müraciət etmək olar "İxtisaslı işçini fəhlə keçirmək olarmı? Əgər olarsa, o, bu işdə hansı müddətə qədər işləməyə borcludur?" A.Quliyev: - Əmək Məcəlləsində bununla bağlı iki hal nəzərdə tutulmuşdur. Birinci halda bu məsələ müəssisənin mənafeyi tələb etdiyi vaxtda, yəni istehsalat zərurəti və boşdayanma hallarının qarşısının alınması məqsədi ilə tətbiq olunur. O da bir ay müddətinə və əvvəlki əməkhaqqı saxlanılmaq şərtilə. Əmək Məcəlləsinin 60-cı maddəsinə əsasən, ikinci halda isə yerdəyişmə hər iki tərəfin razılığına əsaslanmalıdır və yeni əmək müqaviləsi bağlanmalıdır. Bu zaman müddət Əmək Məcəlləsinin 59-cu maddəsinə uyğun olaraq əmək müqaviləsi əsasında müəyyənləşir. - "Məlum olduğu kimi, bir əsas, bir də əlavə məzuniyyət var. Əvvəllər işçilərimiz bunların hər ikisindən istifadə edirdilər. Müfəttişlikdən gəlib dedilər ki, bunların yalnız biri əsas götürülməlidir". A.Quliyev: - Əmək stajına görə işçilərə 2, 4, 6 təqvim günü əlavə ödənişli məzuniyyət verilir. Yəqin bunu bilirsiniz. Bir də işin xüsusiyyətinə və xarakterinə görə əlavə məzuniyyət var. İşin xarakterinə görə qanunvericilikdə bir neçə əlavə məzuniyyət nəzərdə tutulur. Eyni maddədə iki əlavə məzuniyyət olduqda bunlardan biri - ən çoxu verilməlidir. Əsas və əlavə məzuniyyətlər cəmlənərək birlikdə verilməlidir. "Bizə deyirlər ki, əmrlər paraqrafla yazılmamalıdır. Hər əmrin ayrı nömrəsi olmalıdır"? A.Quliyev: - Mən də bu irada şərikəm. Bir də görürsən 10 nəfəri eyni nömrəli əmrlə işə götürürlər. Və ya eyni əmrlə bir neçə işçini həm işdən çıxarır, həm də işə götürürlər. Bu, düzgün deyil. Çünki nəzərə almaq lazımdır ki, həmin əmrin tarixi də, nömrəsi də əmək kitabçasına yazılır. Yalnız eyni əmək münasibətlərinə aid əmrlər eyni nömrə ilə yazıla bilər. "Ailə-kəndli təsərrüfatında çalışanların iş stajının bələdiyyə tərəfindən təsdiq edilməsi nə dərəcədə düzgündür?" "Ülfət" qəzetinin hüquqşunası suala sualla cavab verdi: - Ailə-kəndli təsərrüfatının fəaliyyətini bələdiyyələrdən başqa hansı təşkilat düzgün müəyyənləşdirə bilər? Bu qayda Əmək Məcəlləsi ilə tənzimlənir və hesab edirəm ki, bu, Əmək Məcəlləsinə edilən ən vacib dəyişikliklərdən biridir. "Maşın xarab olur və müəssisənin balansından silinir. Bu halda sürücü ştatı ixtisara salınırmı?" - Yox, - deyə Azər müəllim bildirdi. - Əgər sürücüyə ehtiyac yoxsa Əmək Məcəlləsinin 70 və 77-ci maddələrində nəzərdə tutulan qaydada, 71-ci maddənin tələblərinə əməl olunmaqla işçilərin sayı və ya, ştatların ixtisarı həyata keçirilir. Yenə deyirəm, ştatın ixtisarı maşının xarab olub-olmamasından asılı deyil. Dəyirmi masada onlarla suallar verildi. Təkliflər irəli sürüldü, hətta mövzuya aidiyyəti olmayan problemlər qaldırıldı. Sonda onu da qeyd edək ki, dəyirmi masa ətrafında toplaşanlar belə görüşlərin keçirilməsini olduqca faydalı saydılar.
1946-cı ildə anadan olmuşam. Hazırda yaşa görə təqaüd alıram. İşlədiyim illərdə (1969-1974) Naftalan Şəhər Sovetində İdman Komitəsinin sədri vəzifəsində çalışmışam. Həmin illər dövlət qulluqçusu statusu kimi mənə sayıla bilərmi, eləcə də qulluq stajıma əsasən mənə pensiya təyin olunması mümkündürmü?
İbrahimxəlil QURBANOV, Naftalan şəhəri.
- Sualınıza cavab olaraq bildiririk ki, Azərbaycan Respublikası Prezidentinin 01.09.2005-ci il tarixli, 290 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Əmək pensiyaları haqqında" qanuna əsasən, pensiya təyin edilməsi üçün dövlət qulluqçusunun müraciət etdiyi vaxt dövlət məvacibinin hesablandığı dövlət qulluğu vəzifəsi mövcud olmadıqda, habelə dövlət qulluqçularının vəzifələrinin "İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması Siyahısı"nda şəhər sovetinin nəzdində idman komitələri nəzərdə tutulmadığından dövlət qulluğuna edilən güzəştlər sizə şamil edilə bilməz.