Rəsmi

Azərbaycan
Respublikasının
Prezidenti İlham Əliyev

yanvarın 23-də

…Rusiya Federasiyasının Soçi şəhərinə işgüzar səfərə gəlmişdir.
…və Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev Soçidə, "Girand Polyana" mehmanxanasının "Qəbullar evi"ndə görüşmüş və qarşılıqlı fikir mübadiləsi aparmışlar.
…və Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev Azərbaycan Respublikası Dövlət Neft Şirkəti və Rusiyanın "Qazprom-eksport" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında təbii qazın alqı-satqısına dair müqaviləyə 5 nömrəli əlavə sazişin imzalanması mərasimində iştirak etmişlər.
…, Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev və Ermənistan Respublikasının Prezidenti Serj Sarkisyan Soçidə, "Girand Polyana" mehmanxanasının "Qəbullar evi"ndə birgə görüşmüş, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı məsələləri müzakirə etmişlər.
…, Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev və Ermənistan Respublikasının Prezidenti Serj Sarkisyan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsinə dair danışıqların yekunlarına əsasən Birgə Bəyanat qəbul etmişlər.
…Rusiya Federasiyasına işgüzar səfərini başa vuraraq həmin gün axşam Bakıya qayıtmışdır.

yanvarın 24-də

…Kür çayının suyunun daşması nəticəsində baş vermiş hadisələrin təkrar olunmaması üçün Fövqəladə Hallar Nazirliyi tərəfindən Bakıya gətirilmiş Niderland Krallığının "Damin" şirkətinin istehsal etdiyi "CSD-500" torpaqsoran qurğulara, Türkiyənin Tuzla şəhərində istehsal olunmuş yedək və təchizat gəmilərinə və tədqiqat katerinə baxış keçirmişdir.

yanvarın 25-də

…Davosda keçirilən Dünya İqtisadi Forumunda iştirak etmək üçün İsveçrəyə işgüzar səfərə gəlmişdir.
…Davosda İsveçrə Konfederasiyasının Prezidenti xanım Eveline Vidner Şlümlə, İsrail Dövlətinin Prezidenti Şimon Pereslə, Avstriyanın "OMV AGE" şirkətinin baş icraçı direktoru Gerhard Roisslə və Amerika Birləşmiş Ştatlarının dövlət katibinin iqtisadiyyat, energetika və kənd təsərrüfatı məsələləri üzrə müavini Robert Hormatsla görüşmüşdür.

yanvarın 26-da

…Davosda "UBS Global" şirkətinin direktorlar şurasının sədri Kaspar Villigerlə, Avropa İttifaqının enerji məsələləri üzrə komissarı Günter Ottingerlə, Dünya İqtisadi Forumunun təsisçisi və icraçı sədri Klaus Şvabla, Gürcüstanın Baş naziri Nika Gilaurilə, Almaniyanın "Deutıche Bank"ının Mərkəzi və Şərqi Avropa ölkələri üzrə icraçı direktoru Peter Tilslə və idarə heyətinin üzvü Yürgen Figenlə, Beynəlxalq Qızıl Xaç Komitəsinin prezidenti Yakob Kellenbergerlə, Ukrayna Prezidenti Viktor Yanukoviçlə, RWE şirkətinin baş icraçı direktoru Yurgen Qrossmanla, Pakistan İslam Respublikasının Baş naziri Sayid Yusuf Raza Gilanilə, "Holcim Group" şirkətinin idarə heyətinin sədri Markus Akermanla, "Microsoft International" şirkətinin prezidenti, "Microsoft" Korporasiyasının vitse-prezidenti Jan Kurtua ilə və "Edisson" şirkətinin baş icraçı direktoru Bruno Leskörlə görüşmüşdür.

yanvarın 27-də

…Davosda Böyük Britaniyanın York Hersoqu, şahzadə Endryu ilə görüşmüşdür.

Hesablama Palatası dövlət büdcəsini bəyəndi

16.11.09 - 12:20273 baxılıb

Büdcədə azalma meyilləri olsa da, bu, müdafiə, təhsil, səhiyyə, mədəniyyət, sosial xərclərə şamil edilməyəcək

Hesablama Palatası 2010-cu ilin dövlət büdcəsi layihəsini bəyənib. Bu barədə palatanın sədri Heydər Əsədov məlumat verdi. O qeyd etdi ki, 2010-cu ildə qlobal böhranın təsirləri ilə bağlı qeyri-müəyyənlik qalmaqdadır. Beynəlxalq maliyyə qurumları, "Böyük İyirmilik"ə daxil olan dövlətlər gələn il dünya iqtisadiyyatının böhrandan çıxmağa başlayacağını bildirsələr də, qeyri-müəyyənliyin tam aradan qalxacağına zəmanət vermirlər. İqtisadçı-ekspertlərin əksəriyyəti də gələn il dünya iqtisadiyyatında qalxıb-enmələrin davam edəcəyini proqnozlaşdırırlar. H.Əsədov dedi ki, bütün bunları nəzərə alan hökumət 2010-cu ildə büdcə parametrlərinə ehtiyatla yanaşmalıdır. Azərbaycan hökuməti də büdcə layihəsini hazırlayarkən ehtiyatlı davranmağa üstünlük verib. H.Əsədovun sözlərinə görə, Azərbaycanı ehtiyatlı davranmağa sövq edən digər məqam neftin qiymətinin sabit olmamasıdır.
Adətən, neftin qiyməti 100-120 dolları ötəndən sonra iqtisadçılar qiymətin 200 dollara qədər qalxacağı barədə proqnozlar verirlər. Neftin qiyməti 60 dollara düşəndə isə qiymətlərin 20-30 dollara qədər ucuzlaşacağı proqnozları gündəmə gəlir. Bu baxımdan gələn il büdcə qeyri-müəyyənliklərlə üzləşə bilər. Hesablama Palatasının sədri dedi ki, hökumət bunu nəzərə almalı, həm də büdcənin ölkədəki makroiqtisadi sabitliyi qorumasına, sosial problemlərin həllini üzərinə götürmək səviyyəsində olmasına nail olmalıdır. "Hesablama Palatasının rəyinə görə, parlamentə təqdim olunan büdcə layihəsi əsassız optimizmdən çox uzaqdır və pis ssenariyə hazırdır", - deyə H.Əsədov vurğuladı.
O qeyd etdi ki, büdcənin gəlirləri azalsa da, hökumət heç də əsas öhdəliklərindən imtina etməyib. Hökumət gələn il də əhali qarşısındakı sosial öhdəliklərini yerinə yetirməkdə qərarlıdır. Çətinliklərə baxmayaraq, büdcədə bir sıra yeni müsbət təzahürlər də müşahidə olunmaqdadır. Hökumət büdcənin iqtisadiyyatın modernləşdirilməsindəki rolunun artmasına çalışır. Digər tərəfdən, büdcə vəsaitləri vasitəsilə iqtisadiyyatın diversifikasiyalaşmasına cəhdlər də açıqca hiss olunmaqdadır.
H.Əsədov dedi ki, 2010-cu ilin büdcə parametrləri nəzərdə tutulan proqnozların icra olunacağına heç bir şübhə yeri qoymur. Bu da çox önəmli amildir: "Hesablama Palatası büdcə layihəsini ona görə dəstəkləyir ki, təcrübədə xərclərin gəlirlərdən çox proqnozlaşdırılıb icra edilməməsindənsə, az proqnozlaşdırılıb çox icra olunması daha yaxşı effekt verir". H.Əsədov dedi ki, ikinci variantda, yəni daxilolmaların proqnozlaşdırılandan çox olduğu şəraitdə ilin ortasında büdcə layihəsinə yenidən baxıb artımlara getmək daha effektlidir. Azərbaycan indiyədək bir neçə dəfə bu variantdan istifadə edib.
Hesablama Palatasının sədri onu da bildirdi ki, böhran dövründə bütün ölkələr öz büdcələrini əlavə xərclərdən azad etməyə çalışırlar. Azərbaycan da bu praktikadan istifadə etməlidir.
H.Əsədovun sözlərinə görə, mətbuatda büdcə gəlirlərinin azalması ilə bağlı məsələlər düzgün şərh olunmur. O qeyd etdi ki, büdcədə azalma meyilləri olsa da, bu, nə müdafiə, nə təhsil, nə səhiyyə, nə mədəniyyət, nə də sosial xərclərə şamil edilmir.Bu sahələr üzrə xərclər çox cüzi dəyişikliklərlə 2009-cu ilin səviyyəsində qalır. Digər sahələrdə müşahidə olunan azalma da 2009-cu ilin proqnoz göstəriciləri ilə müqayisədə meydana çıxır. Hökumətin hesablamalarına görə, bu il dövlət büdcəsinin gəlirlərinin 80 faiz həcmində icrası proqnozlaşdırılır. Bu nəzərə alınarsa, gələn il hətta rəqəmlər üzərində azalma nəzərdə tutulan sahələrin maliyyələşdirilməsində də builkinə nisbətən artım müşahidə olunacaq.
Palata sədri qeyd etdi ki, gələn il büdcə xərclərində ən böyük azalma investisiyalarla bağlı olacaq. 2009-cu ilin proqnozları ilə müqayisədə azalma təxminən 24 faiz olacaq: "Amma nəzərə almaq lazımdır ki, 2009-cu ildə nəzərdə tutulan investisiya xərclərinin 1 milyard 500 milyon manatı istifadə olunmayıb. Bu baxımdan yanaşsaq, gələn il investisiya xərcləri builki real icradan 400-450 milyon manat çox olacaq".
H.Əsədov qeyd etdi ki, büdcə layihəsində mübahisə doğuran məsələlərdən biri də kəsirin həcminin böyük olmasıdır. Belə ki, gələn ilin büdcə layihəsində 1,2 milyard manatlıq kəsir nəzərdə tutulur: "Ümumiyyətlə, böhran şəraitində bütün dövlətlər xərclərini azaltmamaq üçün borclanma siyasətinə üstünlük verir və ya büdcə kəsirinin artımına gedir".
Palata sədri dedi ki, gələn il hökumət büdcə kəsirini qiymətli kağızların dünya bazarlarında yerləşdirilməsi hesabına örtmək niyyətindədir. Onun fikrincə, hökumətin bu addımı iqtisadiyyatın canlanmasına dəstək verəcək. Palata sədri dedi ki, hökumət büdcə kəsirini nəzərə alaraq gələn il daxili borclanma limitini 1 milyard 700 milyon manata qədər artıracaq. Eyni zamanda, gələn il xarici borclanma limitinin də 2 milyard 500 milyon manata qədər artırılması planlaşdırılır: "Hesablama Palatası bunu məqsədəuyğun hesab edir. Çünki indiyədək böhran Azərbaycan hökumətinə ciddi ziyan vurmayıb. Hökumət vergi güzəştləri və likvidliyin artırılması üçün, nəzərdə tutulan addımlar istisna olmaqla, banklara birbaşa maliyyə yardımları etməyib. Borclanma limitinin artması gələn il hər hansı bir bank problem yaşayarsa, hökumətin ona yardım etmək imkanlarını artıracaq".
H.Əsədov dedi ki, böhrana baxmayaraq, hökumət gələn il sahibkarlığın dəstəklənməsini davam etdirəcək. Düzdür, 2010-cu ilin dövlət büdcəsində Sahibkarlığa Kömək Milli Fondu üçün ayrılan vəsait 2009-cu ilə nisbətən azdır. Belə ki, bu il bu məqsədlə 75 milyon manat ayrılmışdısa, gələn il bu məqsədlə 44 milyon manatın ayrılması nəzərdə tutulur. Amma nəzərə alınmalıdır ki, son illər sahibkarlara güzəştli kreditlərin ayrılması ənənəvi xarakter alıb. Artıq sahibkarlığın kredit portfeli 400 milyon manatı ötüb. Bunun nəticəsində gələn il sahibkarlar tərəfindən qaytarılan kreditlərin həcmi təxminən 55 milyon manat olacaq. Hökumət bu vəsait hesabına həm 30 milyonluq azalmanı kompensasiya edəcək, həm də əlavə kreditvermə imkanı əldə edəcək.

Gülər KƏRİMLİ.

çap üçün verisya

Axtarish sistemi

  


« February 2012
Mo Tu We Th Fr Sa Su
 12345
6789101112
13141516171819
20212223242526
272829 
Advokat

1946-cı ildə anadan olmuşam. Hazırda yaşa görə təqaüd alıram. İşlədiyim illərdə (1969-1974) Naftalan Şəhər Sovetində İdman Komitəsinin sədri vəzifəsində çalışmışam. Həmin illər dövlət qulluqçusu statusu kimi mənə sayıla bilərmi, eləcə də qulluq stajıma əsasən mənə pensiya təyin olunması mümkündürmü?

İbrahimxəlil QURBANOV,
Naftalan şəhəri.


- Sualınıza cavab olaraq bildiririk ki, Azərbaycan Respublikası Prezidentinin 01.09.2005-ci il tarixli, 290 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Əmək pensiyaları haqqında" qanuna əsasən, pensiya təyin edilməsi üçün dövlət qulluqçusunun müraciət etdiyi vaxt dövlət məvacibinin hesablandığı dövlət qulluğu vəzifəsi mövcud olmadıqda, habelə dövlət qulluqçularının vəzifələrinin "İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması Siyahısı"nda şəhər sovetinin nəzdində idman komitələri nəzərdə tutulmadığından dövlət qulluğuna edilən güzəştlər sizə şamil edilə bilməz.


© 2006-2012
Müəllif hüquqları Ulfet Qazeti-nə məxsusdur.
Dizayn NUR D şirkəti tərəfindən hazırlanıb.