Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev
yanvarın 23-də
…Rusiya Federasiyasının Soçi şəhərinə işgüzar səfərə gəlmişdir. …və Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev Soçidə, "Girand Polyana" mehmanxanasının "Qəbullar evi"ndə görüşmüş və qarşılıqlı fikir mübadiləsi aparmışlar. …və Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev Azərbaycan Respublikası Dövlət Neft Şirkəti və Rusiyanın "Qazprom-eksport" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında təbii qazın alqı-satqısına dair müqaviləyə 5 nömrəli əlavə sazişin imzalanması mərasimində iştirak etmişlər. …, Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev və Ermənistan Respublikasının Prezidenti Serj Sarkisyan Soçidə, "Girand Polyana" mehmanxanasının "Qəbullar evi"ndə birgə görüşmüş, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı məsələləri müzakirə etmişlər. …, Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev və Ermənistan Respublikasının Prezidenti Serj Sarkisyan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsinə dair danışıqların yekunlarına əsasən Birgə Bəyanat qəbul etmişlər. …Rusiya Federasiyasına işgüzar səfərini başa vuraraq həmin gün axşam Bakıya qayıtmışdır.
yanvarın 24-də
…Kür çayının suyunun daşması nəticəsində baş vermiş hadisələrin təkrar olunmaması üçün Fövqəladə Hallar Nazirliyi tərəfindən Bakıya gətirilmiş Niderland Krallığının "Damin" şirkətinin istehsal etdiyi "CSD-500" torpaqsoran qurğulara, Türkiyənin Tuzla şəhərində istehsal olunmuş yedək və təchizat gəmilərinə və tədqiqat katerinə baxış keçirmişdir.
yanvarın 25-də
…Davosda keçirilən Dünya İqtisadi Forumunda iştirak etmək üçün İsveçrəyə işgüzar səfərə gəlmişdir. …Davosda İsveçrə Konfederasiyasının Prezidenti xanım Eveline Vidner Şlümlə, İsrail Dövlətinin Prezidenti Şimon Pereslə, Avstriyanın "OMV AGE" şirkətinin baş icraçı direktoru Gerhard Roisslə və Amerika Birləşmiş Ştatlarının dövlət katibinin iqtisadiyyat, energetika və kənd təsərrüfatı məsələləri üzrə müavini Robert Hormatsla görüşmüşdür.
yanvarın 26-da
…Davosda "UBS Global" şirkətinin direktorlar şurasının sədri Kaspar Villigerlə, Avropa İttifaqının enerji məsələləri üzrə komissarı Günter Ottingerlə, Dünya İqtisadi Forumunun təsisçisi və icraçı sədri Klaus Şvabla, Gürcüstanın Baş naziri Nika Gilaurilə, Almaniyanın "Deutıche Bank"ının Mərkəzi və Şərqi Avropa ölkələri üzrə icraçı direktoru Peter Tilslə və idarə heyətinin üzvü Yürgen Figenlə, Beynəlxalq Qızıl Xaç Komitəsinin prezidenti Yakob Kellenbergerlə, Ukrayna Prezidenti Viktor Yanukoviçlə, RWE şirkətinin baş icraçı direktoru Yurgen Qrossmanla, Pakistan İslam Respublikasının Baş naziri Sayid Yusuf Raza Gilanilə, "Holcim Group" şirkətinin idarə heyətinin sədri Markus Akermanla, "Microsoft International" şirkətinin prezidenti, "Microsoft" Korporasiyasının vitse-prezidenti Jan Kurtua ilə və "Edisson" şirkətinin baş icraçı direktoru Bruno Leskörlə görüşmüşdür.
yanvarın 27-də
…Davosda Böyük Britaniyanın York Hersoqu, şahzadə Endryu ilə görüşmüşdür.
Qış mövsümü başlasa da işıq, qaz və istilik təminatı ilə bağlı problemlər qalmaqdadır
Noyabrın 15-dən başlayaraq ölkədə kommunal xidmət sahəsində qış rejiminin tələblərinə uyğun normativlərin tətbiq olunmasına baxmayaraq, on günə yaxındır ki, paytaxtın bir sıra yaşayış məntəqələrində qaz, işıq və istilik təminatında ciddi problemlər meydana çıxmaqdadır. Bakı şəhərinin və rayonların bütün yaşayış və inzibati binaları, məktəb və xəstəxanalar, digər səhiyyə ocaqları, idarə və müəssisələr qış rejiminin qrafikinə uyğun qaz, işıq, su və istiliklə təmin olunmalı olduğu halda, həmin kommunal xidmətin səviyyəsi qənaətbəxş səviyyədə deyil.
Nazirlər Kabinetinin qış mövsümü ilə bağlı müəyyən etdiyi ölkənin yanacaq-enerji balansının tələblərinə görə, noyabrın 15-dən aprelin 15-dək bütün istehlakçı qruplarına verilən işığın, qazın və istiliyin həcmi əvvəlki mövsümlə müqayisədə bir neçə dəfə artırılmalıdır. Belə ki, ilk növbədə hər bir yaşayış binasına və idarə-müəssisələrə gün ərzində verilən qazın həcmi iki-üç dəfə çoxaldılmalıdır. Əgər əvvəlki mövsümdə Bakı şəhərinə verilən qazın sutkalıq həcmi 4 milyon kubmetr təşkil edirdisə, noyabrın 15-dən sonra bu rəqəm 9-10 milyon kubmetrə çatdırılmalıdır. Qışın ən sərt günlərində, şaxtalı hava temperaturunda isə qaz təchizatının həcmi 12 milyon kubmetr olacaq. Rayonlara isə təxminən 7-9 milyon kubmetr qaz verilməlidir. Bundan başqa, elektrik enerjisi ilə təminatı gücləndirmək üçün qış mövsümündə yarımstansiyaların və transformator məntəqələrinin gücü daha da artırılmalıdır. Qışda elektrikə olan tələbat artdığından və bir çox yaşayış binalarının sakinləri istilik təminatını məhz işıq vasitəsilə həll etməli olduğundan stansiyalarda yüklənmə çoxalır. Buna görə də "Azərenerji" SC və "Bakıelektrikşəbəkə" SC qış mövsümünün tələblərinə uyğun enerji verilişinə hazır vəziyyətdə olmalıdır. Eləcə də hökumətin qərarına görə, binaların istiliklə təmin olunması üçün "Azəristiliktəchizat" SC Bakı şəhərindəki qazanxana və istilik mərkəzlərini işlək vəziyyətə gətirməlidir. Əhalini və digər istehlakçı qruplarını qeyd olunan kommunal xidmət növləri ilə təmin etməli olan təsərrüfat strukturları - "Azəriqaz" İstehsalat Birliyi, "Azərenerji" SC, "Bakıelektrikşəbəkə" SC və "Azəristiliktəchizat" SC qış rejiminə keçidlə bağlı hansı tədbirləri görüb? "Azərenerji" SC-nin vitse-prezidenti Marlen Əsgərov bildirib ki, rayon elektrik şəbəkələri gücləndirilmiş iş rejimində fəaliyyət göstərir. Bir çox rayonlarda yarımstansiyalar və transformator məntəqələri, elektrik verilişi xətləri yeniləşib, işığın gücünün artırılması üçün əlavə tədbirlər görülüb. "Bakıelektrikşəbəkə"nin mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev də qışda problem olmayacağını əmin edir. Onun sözlərinə görə, Bakı şəhərinin bir çox yaşayış məntəqələrində yeni transformatorlar quraşıdırılıb. Enerji güclərinin artırılması üçün xətlərdə əlavə işlər aparılıb. Hər iki qurum işıqla bağlı vədlər versələr də noyabrın 17-dən başlayaraq bir neçə gün davam edən kəskin hava temperaturu zamanı paytaxtda işıq təchizatında xeyli problemlər yaşandı. Bu isə qarşıdakı şaxtalı və küləkli günlərdə işıq təminatında problemlərin meydana çıxacağını ehtiva edir. "Azəriqaz" İB qış mövsümünə hazırlıqla bağlı bir sıra işlərin görüldüyünü bəyan etsə də, bu təsərrüfat sahəsində də problemlər qalmaqdadır. Bakının bir sıra rayonlarının qəsəbə və kəndləri hələ də qazla təmin olunmayıb. Hətta borcu olmadığı halda vətəndaşların qazının haqsız yerə yenə də kəsilməsi hallarına rast gəlinir. Hökməli, Biləcəridəki yeni yaşayış massivi, Binə qəsəbəsi, Binəqədidə yeni sahə, Qobu və digər kəndlərdə qaz verilməməsini qaz-istismar sahələrinin işçiləri abonentlərin ödəniş aparmaması ilə izah etməyə çalışırlar. Halbuki bu kəndlərdə abonentlərin 15-20 faizi qaz pulunu ödəməyir, 80 faiz əhali isə haqsız yerə qazsız qalmaqdadır. Halbuki hökumətin qəbul etdiyi yeni qərara əsasən, bundan sonra kommunal xidmət növlərinə görə borcu olan vətəndaşların qazı, işığı, istiliyi, suyu fərdi şəkildə kəsilməlidir. Bundan başqa, bina evlərinin qaz təminatında da çətinliklər mövcuddur. Yeni inşa olunmuş binalara isə qaz verilməsinə məhdudiyyət qoyulub. Əhali mənzilləri yalnız elektrik enerjisi ilə qızdırmağa məcburdur. Bu gün ən çox problemlər istilik sistemində müşahidə olunur. "Azəristiliktəchizat" Səhmdar Cəmiyyətindən verilən məlumata görə, bu il Bakıda 107 məktəbin, 53 uşaq bağçasının, 44 səhiyyə obyektinin istilik təchizatı həll olunub. Hazırda Bakıda yerləşən 350-yə yaxın məktəbin təxminən 140-ı istiliklə təmin olunur. Səhiyyə müəssisələrindən isə yalnız yeni tikilmiş binaların istilik təminatı var. 30-40 il əvvəl tikilmiş səhiyyə müəssisələrinin istilik sistemləri neçə illərdir ki, bərpa olunmur. Yaşayış binalarına gəlincə, burada vəziyyət daha pisdir. Hazırda paytaxtdakı 5000-dən çox binanın 1500-ə yaxını istiliklə təmin olunur. "Azəristiliktəchizat" köhnə binalarda istilik sistemlərinin tavan və döşəmədə yerləşdiyindən onların təmir edilməsini həddindən artıq ağır iş sayır. İdarədə hesab edirlər ki, həmin binalarda daxili istilik sistemləri yeni istilik sistemləri ilə əvəz olunmalıdır. Eləcə də şəhərin mərkəzində yerləşən bir çox tarixi, arxitektur yaşayış binalarının istilik sistemlərini də bərpa etmək mümkünsüz sayılır. Həmin binalar mənzil-istismar sahələrinin tabeçiliyində olduğundan qazanxanaların yerləşdiyi ərazilər özəlləşdirilib. Bu ərazilərə sahib olan mülkiyyətçilər isə burada yeni qazanxana tikilməsinə icazə vermir. Göründüyü kimi, qışın qapını döyməsinə baxmayaraq müvafiq təsərrüfat strukturları yenə də mövsümə tam hazır deyil.
1946-cı ildə anadan olmuşam. Hazırda yaşa görə təqaüd alıram. İşlədiyim illərdə (1969-1974) Naftalan Şəhər Sovetində İdman Komitəsinin sədri vəzifəsində çalışmışam. Həmin illər dövlət qulluqçusu statusu kimi mənə sayıla bilərmi, eləcə də qulluq stajıma əsasən mənə pensiya təyin olunması mümkündürmü?
İbrahimxəlil QURBANOV, Naftalan şəhəri.
- Sualınıza cavab olaraq bildiririk ki, Azərbaycan Respublikası Prezidentinin 01.09.2005-ci il tarixli, 290 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Əmək pensiyaları haqqında" qanuna əsasən, pensiya təyin edilməsi üçün dövlət qulluqçusunun müraciət etdiyi vaxt dövlət məvacibinin hesablandığı dövlət qulluğu vəzifəsi mövcud olmadıqda, habelə dövlət qulluqçularının vəzifələrinin "İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması Siyahısı"nda şəhər sovetinin nəzdində idman komitələri nəzərdə tutulmadığından dövlət qulluğuna edilən güzəştlər sizə şamil edilə bilməz.