Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev
yanvarın 23-də
…Rusiya Federasiyasının Soçi şəhərinə işgüzar səfərə gəlmişdir. …və Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev Soçidə, "Girand Polyana" mehmanxanasının "Qəbullar evi"ndə görüşmüş və qarşılıqlı fikir mübadiləsi aparmışlar. …və Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev Azərbaycan Respublikası Dövlət Neft Şirkəti və Rusiyanın "Qazprom-eksport" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında təbii qazın alqı-satqısına dair müqaviləyə 5 nömrəli əlavə sazişin imzalanması mərasimində iştirak etmişlər. …, Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev və Ermənistan Respublikasının Prezidenti Serj Sarkisyan Soçidə, "Girand Polyana" mehmanxanasının "Qəbullar evi"ndə birgə görüşmüş, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı məsələləri müzakirə etmişlər. …, Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev və Ermənistan Respublikasının Prezidenti Serj Sarkisyan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsinə dair danışıqların yekunlarına əsasən Birgə Bəyanat qəbul etmişlər. …Rusiya Federasiyasına işgüzar səfərini başa vuraraq həmin gün axşam Bakıya qayıtmışdır.
yanvarın 24-də
…Kür çayının suyunun daşması nəticəsində baş vermiş hadisələrin təkrar olunmaması üçün Fövqəladə Hallar Nazirliyi tərəfindən Bakıya gətirilmiş Niderland Krallığının "Damin" şirkətinin istehsal etdiyi "CSD-500" torpaqsoran qurğulara, Türkiyənin Tuzla şəhərində istehsal olunmuş yedək və təchizat gəmilərinə və tədqiqat katerinə baxış keçirmişdir.
yanvarın 25-də
…Davosda keçirilən Dünya İqtisadi Forumunda iştirak etmək üçün İsveçrəyə işgüzar səfərə gəlmişdir. …Davosda İsveçrə Konfederasiyasının Prezidenti xanım Eveline Vidner Şlümlə, İsrail Dövlətinin Prezidenti Şimon Pereslə, Avstriyanın "OMV AGE" şirkətinin baş icraçı direktoru Gerhard Roisslə və Amerika Birləşmiş Ştatlarının dövlət katibinin iqtisadiyyat, energetika və kənd təsərrüfatı məsələləri üzrə müavini Robert Hormatsla görüşmüşdür.
yanvarın 26-da
…Davosda "UBS Global" şirkətinin direktorlar şurasının sədri Kaspar Villigerlə, Avropa İttifaqının enerji məsələləri üzrə komissarı Günter Ottingerlə, Dünya İqtisadi Forumunun təsisçisi və icraçı sədri Klaus Şvabla, Gürcüstanın Baş naziri Nika Gilaurilə, Almaniyanın "Deutıche Bank"ının Mərkəzi və Şərqi Avropa ölkələri üzrə icraçı direktoru Peter Tilslə və idarə heyətinin üzvü Yürgen Figenlə, Beynəlxalq Qızıl Xaç Komitəsinin prezidenti Yakob Kellenbergerlə, Ukrayna Prezidenti Viktor Yanukoviçlə, RWE şirkətinin baş icraçı direktoru Yurgen Qrossmanla, Pakistan İslam Respublikasının Baş naziri Sayid Yusuf Raza Gilanilə, "Holcim Group" şirkətinin idarə heyətinin sədri Markus Akermanla, "Microsoft International" şirkətinin prezidenti, "Microsoft" Korporasiyasının vitse-prezidenti Jan Kurtua ilə və "Edisson" şirkətinin baş icraçı direktoru Bruno Leskörlə görüşmüşdür.
yanvarın 27-də
…Davosda Böyük Britaniyanın York Hersoqu, şahzadə Endryu ilə görüşmüşdür.
Bakı bulvarının ərazisinin genişləndirilməsi ilə əlaqədar Nobel prospektindəki evlərin sökülməsi nəzərdə tutulur
Hökumət 2015-ci ilə kimi Neftçilər və Nobel prospektləri ərazisindəki bir sıra yaşayış məntəqələrini və inzibati binaları, xidmət, ticarət və iaşə obyektlərini sökəcək. Eyni zamanda İdman Sarayı ərazisindən Bayıl və Bibiheybət qəsəbələri yaxınlığındakı bir sıra obyektlərin sökülməsi planlaşdırılır. Həmin ərazilərdə söküntü-təmizlik işləri aparıldıqdan sonra burada istirahət-əyləncə məqsədi ilə yeni parklar salınacaq. Ümumilikdə qeyd olunan ərazilər Bakı bulvarına daxil ediləcək və bulvar indiki ilə müqayisədə daha böyük, 15-20 km. ərazini əhatə edəcək. Milli Park istirahət və mədəniyyət kompleksinə daxil olacaq həmin ərazilər Bibiheybətdən başlayaraq H.Z.Tağıyev adına kombinatın yanına kimi uzanacaq. Beləliklə, bulvar Bakı şəhərinin girişi ilə qurtaracağını birləşdirəcək. Artıq Bakı Bulvarının yeni inkişaf planı ilə bağlı Bakı Şəhər İcra Hakimiyyəti, Milli Park İdarəsi və İqtisadi İnkişaf Nazirliyinin Kadastr Xidməti müvafiq layihə hazırlayıb. Layihədə bulvar ərazisində yerləşən indiki obyektlərin sökülməsi, sənaye müəssisələrinin digər ərazilərə köçürülməsi, onlara başqa yerdə tikinti üçün torpaq sahəsi ayrılması, vətəndaşların mənzillə təmin edilməsi və digər tədbirlər nəzərdə tutulub. Dənizkənarı Milli Park İdarəsinin rəis müavini Nazim Məcidov bildirib ki, layihəyə əsasən Milli Parkın ərazisi Bibiheybət qəsəbəsindəki Bayraq Meydanından başlayaraq "Nargilə" kafesinə kimi uzanacaq. Həmin ərazidə yerləşən mühüm dövlət obyektləri, məsələn, Dəniz Vağzalı, Neft Emalı Zavodu, "Azərneftyağ" İstehsalat Birliyi, bir neçə neft rezervuarları, Bakı gömrük postu, xidmət və ticarət obyektləri, iaşə müəssisələri ləğv ediləcək. Artıq həmin obyektlərin bir çoxu üçün torpaq sahəsi ayrılıb. Dəniz Vağzalı Ələt qəsəbəsinə köçürüləcək. Neft Emalı Zavodu və "Azərneftyağ" İstehsalat Birliyinə məxsus yeni müəssisələr isə Qaradağ rayonu ərazisində inşa ediləcək. Ümumiyyətlə, hökumət neft və qaz emalı, tədarükü, eləcə də saxlanma anbarlarını şəhərdən kənara çıxaracaq. Onların yerində ən modern texnologiyalara əsaslanan yeni zavodlar inşa ediləcək. Sənədləri yerində olan ticarət və xidmət obyektlərinin sahiblərinə isə "Sədərək" Ticarət Mərkəzinin yaxınlığında yer təklif olunacaq. Əgər həmin obyektlərin sənədi düzgün deyilsə, onlara başqa ərazi təklif olunmayacaq və kompensasiya ödənilməyəcək. Yaşayış evlərinə gəlincə, Dənizkənarı Milli Park İdarəsi bunun hökumət komissiyasının araşdıraraq qərar çıxaracağını bildirir. Belə ki, əgər həmin evlərin sənədi olarsa, mənzil sahibləri yeni evlərlə təmin olunacaqlar. Əks təqdirdə, onlara evləri söküldükdən sonra nə torpaq, nə də kompensasiya ödəniləcək.
1946-cı ildə anadan olmuşam. Hazırda yaşa görə təqaüd alıram. İşlədiyim illərdə (1969-1974) Naftalan Şəhər Sovetində İdman Komitəsinin sədri vəzifəsində çalışmışam. Həmin illər dövlət qulluqçusu statusu kimi mənə sayıla bilərmi, eləcə də qulluq stajıma əsasən mənə pensiya təyin olunması mümkündürmü?
İbrahimxəlil QURBANOV, Naftalan şəhəri.
- Sualınıza cavab olaraq bildiririk ki, Azərbaycan Respublikası Prezidentinin 01.09.2005-ci il tarixli, 290 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Əmək pensiyaları haqqında" qanuna əsasən, pensiya təyin edilməsi üçün dövlət qulluqçusunun müraciət etdiyi vaxt dövlət məvacibinin hesablandığı dövlət qulluğu vəzifəsi mövcud olmadıqda, habelə dövlət qulluqçularının vəzifələrinin "İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması Siyahısı"nda şəhər sovetinin nəzdində idman komitələri nəzərdə tutulmadığından dövlət qulluğuna edilən güzəştlər sizə şamil edilə bilməz.