Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev
yanvarın 23-də
…Rusiya Federasiyasının Soçi şəhərinə işgüzar səfərə gəlmişdir. …və Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev Soçidə, "Girand Polyana" mehmanxanasının "Qəbullar evi"ndə görüşmüş və qarşılıqlı fikir mübadiləsi aparmışlar. …və Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev Azərbaycan Respublikası Dövlət Neft Şirkəti və Rusiyanın "Qazprom-eksport" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında təbii qazın alqı-satqısına dair müqaviləyə 5 nömrəli əlavə sazişin imzalanması mərasimində iştirak etmişlər. …, Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev və Ermənistan Respublikasının Prezidenti Serj Sarkisyan Soçidə, "Girand Polyana" mehmanxanasının "Qəbullar evi"ndə birgə görüşmüş, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı məsələləri müzakirə etmişlər. …, Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev və Ermənistan Respublikasının Prezidenti Serj Sarkisyan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsinə dair danışıqların yekunlarına əsasən Birgə Bəyanat qəbul etmişlər. …Rusiya Federasiyasına işgüzar səfərini başa vuraraq həmin gün axşam Bakıya qayıtmışdır.
yanvarın 24-də
…Kür çayının suyunun daşması nəticəsində baş vermiş hadisələrin təkrar olunmaması üçün Fövqəladə Hallar Nazirliyi tərəfindən Bakıya gətirilmiş Niderland Krallığının "Damin" şirkətinin istehsal etdiyi "CSD-500" torpaqsoran qurğulara, Türkiyənin Tuzla şəhərində istehsal olunmuş yedək və təchizat gəmilərinə və tədqiqat katerinə baxış keçirmişdir.
yanvarın 25-də
…Davosda keçirilən Dünya İqtisadi Forumunda iştirak etmək üçün İsveçrəyə işgüzar səfərə gəlmişdir. …Davosda İsveçrə Konfederasiyasının Prezidenti xanım Eveline Vidner Şlümlə, İsrail Dövlətinin Prezidenti Şimon Pereslə, Avstriyanın "OMV AGE" şirkətinin baş icraçı direktoru Gerhard Roisslə və Amerika Birləşmiş Ştatlarının dövlət katibinin iqtisadiyyat, energetika və kənd təsərrüfatı məsələləri üzrə müavini Robert Hormatsla görüşmüşdür.
yanvarın 26-da
…Davosda "UBS Global" şirkətinin direktorlar şurasının sədri Kaspar Villigerlə, Avropa İttifaqının enerji məsələləri üzrə komissarı Günter Ottingerlə, Dünya İqtisadi Forumunun təsisçisi və icraçı sədri Klaus Şvabla, Gürcüstanın Baş naziri Nika Gilaurilə, Almaniyanın "Deutıche Bank"ının Mərkəzi və Şərqi Avropa ölkələri üzrə icraçı direktoru Peter Tilslə və idarə heyətinin üzvü Yürgen Figenlə, Beynəlxalq Qızıl Xaç Komitəsinin prezidenti Yakob Kellenbergerlə, Ukrayna Prezidenti Viktor Yanukoviçlə, RWE şirkətinin baş icraçı direktoru Yurgen Qrossmanla, Pakistan İslam Respublikasının Baş naziri Sayid Yusuf Raza Gilanilə, "Holcim Group" şirkətinin idarə heyətinin sədri Markus Akermanla, "Microsoft International" şirkətinin prezidenti, "Microsoft" Korporasiyasının vitse-prezidenti Jan Kurtua ilə və "Edisson" şirkətinin baş icraçı direktoru Bruno Leskörlə görüşmüşdür.
yanvarın 27-də
…Davosda Böyük Britaniyanın York Hersoqu, şahzadə Endryu ilə görüşmüşdür.
Bu yazımız ali məktəb tələbələri və alimlərimiz barədə olsa da, biz təhsildən və elmi fəaliyyətdən deyil, onlara göstərilən iaşə xidmətindən söhbət açacağıq. Tələbələrimiz təhsil müəssisələrində, alimlərimiz iş yerlərində olan yeməkxanalarda nə və hansı qiymətə yeyirlər? Yeməklərin qiyməti cəmiyyətimizin ən imkansız təbəqəsi sayılan tələbələrin, bir o qədər də qazanc sahibi olmayan alimlərimizin cibinə uyğundurmu? Bu suallara cavab tapmaq məqsədi ilə əvvəlcə Bakı Dövlət Universitetinin yeməkxanasına getdik. Burada ilk növbədə səliqə-sahman, təmizlik və qələbəlik diqqətimizi cəlb etdi. Bütün mal və yeməklərin qiyməti yazılıb asılmışdı. Vitrində yeməklərin hər birindən nümunə qoyulmuşdu. Qiymətlər də münasib idi. Məsələn, tələbə pizza yemək üçün 40 qəpik, qreçka üçün 50 qəpik, kotlet üçün 50 qəpik ödəməlidir. 1 nəfər üçün kartof püresi, düyü 1 manat, küftə, dolma isə 1 manat 50 qəpikdir. Burada ət dönərini 1 manat, qamburqeri isə 50 qəpiyə almaq olar. Tələbələr də universitetin yeməkxanasında verilən yeməklərin keyfiyyətindən narazı deyil.
Növbəti üz tutduğumuz ünvan alimlərin istifadə etdiyi Azərbaycan Milli Elmlər Akademiyasının yeməkxanası oldu. Yeməkxanada aparılan təmir işlərindən sonra vəziyyət əməlli-başlı dəyişib. Qiymətlər alimlərimizin ciblərinə uyğundur. Belə ki, alimlərimiz peraşkini 10 qəpik, bulkiləri 10-40 qəpik, dovğanı 60 qəpik, salatları 40 qəpik ödəməklə ala bilərlər. Bir nəfərlik qreçka və üstündə 1 ədəd kotlet yemək istəsən 1 manat 50 qəpik xərcləmək lazımdır. Akademiyanın yeməkxanasında da kartof püresi, düyü, borşun qiyməti 1 manatdır. Küftənin qiyməti 1 manat 80 qəpik, dolma isə 2 manatdır. Amma burada gigiyenik tələblərə o qədər də əməl olunmur. Boşqablar, çəngəl və qaşıqlar yuyulduqdan sonra qurudulmamış alimlərin istifadəsinə verilir. Daha sonra Azərbaycan Texniki Universitetinə getdik. Çox çətinliklə olsa da, yalnız universitetin yeməkxanasının müdiri Sabir müəllimlə görüşə bildik. Yeməkxanaya girməyə icazə verilmədi. Sabir müəllim dedi ki, "bizdə hər şey qaydasındadır. Başladı qiymətləri sadalamağa: kartof püresi, düyü və qreçka 1 manat 20 qəpikdir. Salat və kompot da əlavə olunsa, tələbə 2 manat 10 qəpik ödəməlidir. Bir çaynik çay 40 qəpikdır. Müdirin sözlərinə görə, tələbələr verilən yeməklərin keyfiyyətindən narazı deyillər və mütəmadi olaraq xidmətdən istifadə edirlər. Onu da diqqətimizə çatdırdı ki, 20 tələbə hər gün yeməkxanada güzəştli şərtlərlə nahar edə bilər. Həmin şəxslərin pulu isə tələbə həmkarlar ittifaqı təşkilatı tərəfindən ödənilir. Yeməkxanada tələbələrin də fikirlərini öyrəndik. Əksəriyyəti qiymətlərin ucuz olduğunu təsdiqlədi. Onların sözlərinə görə, burada qiymətlər şəhərdəki iaşə obyektlərinə nisbətən təxminən 2 dəfə ucuzdur. Amma tələbələr mümkün qədər yeməkxanadan istifadə etmədiklərini bildirdilər. Səbəbini soruşanda isə, sadəcə, çiyinlərini çəkməklə kifayətləndilər. Onu da öyrəndik ki, universitetin yeməkxanası əvvəllər tələbə yataqxanası olan binanın zirzəmisində yerləşir. Amma Gigiyena və Epidemiologiya Mərkəzinin əməkdaşları hər ay yeməkxanaya baxış keçirir. Həmin monitorinqlər zamanı universitetin yeməkxanasındakı şərait öyrənilir. Universitetdə tələbələr üçün yeni müasir tələblərə cavab verən yeni yeməkxana tikilib. Onun ilin sonunda tələbələrin istifadəsinə veriləcəyini bildirdi. Tələbə yeməkxanalarında qidanın keyfiyyətini və sanitar-gigiyenik tələblərə nə dərəcədə əməl olunduğunu öyrənmək üçün Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin şöbə müdiri Zirəddin Kazımovla əlaqə saxladıq. Z.Kazımov universitetlərin yeməkxanalarında monitorinqlərin qurumun rayon şöbələri tərəfindən aparıldığını bildirdi. Yasamal Rayon Gigiyena və Epidemiologiya Mərkəzinin qida şöbəsinin müdiri Ofelya Hüseynova ayda ən azı bir dəfə müvafiq yoxlamaların aparldığını təsdiqlədi: "Hazırda Universitetlərin yeməkxanalarında vəziyyət bir neçə il əvvələ nisbətən xeyli yaxşılaşıb. Bakı Dövlət Universiteti və Azərbaycan İnşaat və Memarlıq universitetinin yeməkxanaları müasir standartlara uyğun təmir olunub. Milli Elmlər Akademiyasının yeməkxanasında da təmir işləri yekunlaşıb. Adıçəkilən obyektlərin hər birində isti və soyuq yeməklər verilir. Qidaların keyfiyyəti ilə bağlı ciddi narazılıq yoxdur. Həmin ali təhsil ocaqlarında yeməkxanalardan başqa bufetlər də təşkil olunub. Azərbaycan Texniki Universitetinin yeməkxanası zirzəmidə yerləşir. Amma orada şərait normaldır. Qidaların keyfiyyətində də nöqsanlar aşkarlanmayıb". O.Hüseynova tələbə yeməkxanalarına baxış keçirilərkən müəyyən qüsurların aşkarlandığını da vurğuladı: "Ötən ay aparılan monitorinqlər zamanı nöqsanlar aşkarlanan 29 yeməkxanaya qarşı cərimələr tətbiq olunub. Onların aradan qaldırılması üçün ciddi tapşırıqlar verilib. Amma cərimə olunan yeməkxanalar içərisində ali təhsil ocaqlarında fəaliyyət göstərən yeməkxanalar yoxdur. Universitetlərdə fəaliyyət göstərən yeməkxanalarda aşkarlanın nöqsanlar müəyyən dezinfeksiya maddələrindən istifadə edilməməsi ilə bağlıdır. Yeməklərin paylanması zamanı şəxsi gigiyenik qaydalara əməl edilməməsi halları da olub". Xalid AZƏR.
1946-cı ildə anadan olmuşam. Hazırda yaşa görə təqaüd alıram. İşlədiyim illərdə (1969-1974) Naftalan Şəhər Sovetində İdman Komitəsinin sədri vəzifəsində çalışmışam. Həmin illər dövlət qulluqçusu statusu kimi mənə sayıla bilərmi, eləcə də qulluq stajıma əsasən mənə pensiya təyin olunması mümkündürmü?
İbrahimxəlil QURBANOV, Naftalan şəhəri.
- Sualınıza cavab olaraq bildiririk ki, Azərbaycan Respublikası Prezidentinin 01.09.2005-ci il tarixli, 290 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Əmək pensiyaları haqqında" qanuna əsasən, pensiya təyin edilməsi üçün dövlət qulluqçusunun müraciət etdiyi vaxt dövlət məvacibinin hesablandığı dövlət qulluğu vəzifəsi mövcud olmadıqda, habelə dövlət qulluqçularının vəzifələrinin "İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması Siyahısı"nda şəhər sovetinin nəzdində idman komitələri nəzərdə tutulmadığından dövlət qulluğuna edilən güzəştlər sizə şamil edilə bilməz.