Rəsmi

Azərbaycan
Respublikasının
Prezidenti İlham Əliyev

yanvarın 23-də

…Rusiya Federasiyasının Soçi şəhərinə işgüzar səfərə gəlmişdir.
…və Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev Soçidə, "Girand Polyana" mehmanxanasının "Qəbullar evi"ndə görüşmüş və qarşılıqlı fikir mübadiləsi aparmışlar.
…və Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev Azərbaycan Respublikası Dövlət Neft Şirkəti və Rusiyanın "Qazprom-eksport" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında təbii qazın alqı-satqısına dair müqaviləyə 5 nömrəli əlavə sazişin imzalanması mərasimində iştirak etmişlər.
…, Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev və Ermənistan Respublikasının Prezidenti Serj Sarkisyan Soçidə, "Girand Polyana" mehmanxanasının "Qəbullar evi"ndə birgə görüşmüş, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı məsələləri müzakirə etmişlər.
…, Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev və Ermənistan Respublikasının Prezidenti Serj Sarkisyan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsinə dair danışıqların yekunlarına əsasən Birgə Bəyanat qəbul etmişlər.
…Rusiya Federasiyasına işgüzar səfərini başa vuraraq həmin gün axşam Bakıya qayıtmışdır.

yanvarın 24-də

…Kür çayının suyunun daşması nəticəsində baş vermiş hadisələrin təkrar olunmaması üçün Fövqəladə Hallar Nazirliyi tərəfindən Bakıya gətirilmiş Niderland Krallığının "Damin" şirkətinin istehsal etdiyi "CSD-500" torpaqsoran qurğulara, Türkiyənin Tuzla şəhərində istehsal olunmuş yedək və təchizat gəmilərinə və tədqiqat katerinə baxış keçirmişdir.

yanvarın 25-də

…Davosda keçirilən Dünya İqtisadi Forumunda iştirak etmək üçün İsveçrəyə işgüzar səfərə gəlmişdir.
…Davosda İsveçrə Konfederasiyasının Prezidenti xanım Eveline Vidner Şlümlə, İsrail Dövlətinin Prezidenti Şimon Pereslə, Avstriyanın "OMV AGE" şirkətinin baş icraçı direktoru Gerhard Roisslə və Amerika Birləşmiş Ştatlarının dövlət katibinin iqtisadiyyat, energetika və kənd təsərrüfatı məsələləri üzrə müavini Robert Hormatsla görüşmüşdür.

yanvarın 26-da

…Davosda "UBS Global" şirkətinin direktorlar şurasının sədri Kaspar Villigerlə, Avropa İttifaqının enerji məsələləri üzrə komissarı Günter Ottingerlə, Dünya İqtisadi Forumunun təsisçisi və icraçı sədri Klaus Şvabla, Gürcüstanın Baş naziri Nika Gilaurilə, Almaniyanın "Deutıche Bank"ının Mərkəzi və Şərqi Avropa ölkələri üzrə icraçı direktoru Peter Tilslə və idarə heyətinin üzvü Yürgen Figenlə, Beynəlxalq Qızıl Xaç Komitəsinin prezidenti Yakob Kellenbergerlə, Ukrayna Prezidenti Viktor Yanukoviçlə, RWE şirkətinin baş icraçı direktoru Yurgen Qrossmanla, Pakistan İslam Respublikasının Baş naziri Sayid Yusuf Raza Gilanilə, "Holcim Group" şirkətinin idarə heyətinin sədri Markus Akermanla, "Microsoft International" şirkətinin prezidenti, "Microsoft" Korporasiyasının vitse-prezidenti Jan Kurtua ilə və "Edisson" şirkətinin baş icraçı direktoru Bruno Leskörlə görüşmüşdür.

yanvarın 27-də

…Davosda Böyük Britaniyanın York Hersoqu, şahzadə Endryu ilə görüşmüşdür.

Bələdiyyələr elektron xəritələrinin olmasını istəyirlər

14.12.09 - 11:30330 baxılıb

Bələdiyyələr elektron xəritələrinin olmamasından narahatdırlar. Xəritədə bələdiyyələrin sərhədləri, qonşuları, bölgə nöqtələri göstərilməlidir. Kənd Bələdiyyələri Milli Assosiasiyasının sədri Şəmistan Yusifovun sözlərinə görə, bələdiyyələrin özlərinin həmin elektron xəritələri hazırlamaq üçün texniki vəsaitləri yoxdur: "Ona görə yaxşı olardı ki, bu elektron xəritələr müvafiq dövlət orqanları ilə birgə hazırlansın".

Qəsəbə Bələdiyyələri Assosiasiyasının sədri İlham Xəlilov hesab edir ki, xəritələr hazırlanarkən bələdiyyələrlə bağlı son dəyişikliklər mütləq nəzərə alınmalıdır.
Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin əməkdaşı Ədalət Salmanovun sözlərinə görə, hazırda ölkədəki inzibati ərazi vahidlərinin xəritələri hazırlanır. Bu xəritələrin hazırlanması qaydaları Nazirlər Kabinetində baxıldıqdan sonra təsdiqlənmək üçün Prezident Administrasiyasına göndərilib. Komitə təmsilçisi dedi ki, bu xəritələrin hazırlanması kifayət qədər mürəkkəb işdir. Ona görə də "Bələdiyyələrin dövlət reyestrinin aparılması və onlara şəhadətnamələrin verilməsi haqqında" Əsasnamədəki tələblər bir qədər sadələşdirilməlidir.
Yeri gəlmişkən, Ədliyyə Nazirliyinin Bələdiyyələrlə İş Mərkəzinin rəis müavini Fazil Məmmədovun fikrincə, layihədə, ümumiyyətlə, xeyli mürəkkəb mexanizmlər nəzərdə tutulur ki, onları mütləq sadələşdirmək lazımdır. "Sənəddə hüquqi şəxslərin adları həddindən artıq çoxdur", - deyən nazirlik rəsmisi eyni zamanda bildirdi ki, bələdiyyələrin birləşməsi prosesindən sonra Azərbaycanda hazırda yerli özünüidarəetmə orqanlarının sayı 1718-ə enib. "Qeyd edim ki, bundan sonra da bələdiyyələrin sayının artma ehtimalı azdır, nəinki azalma", - deyə F.Məmmədov qeyd etdi.
Onu da qeyd edək ki, əsasnamənin layihəsi hazırdır. Milli Məclis Aparatının bələdiyyələrlə iş sektorunun müdiri İdrak Qarayevin dediyinə görə, bu sənəd Azərbaycanda bələdiyyələrin dövlət reyestrinin aparılması və onlara şəhadətnamələrin verilməsi qaydasını müəyyən edir. Sənədə əsasən, Azərbaycanda mövcud bütün bələdiyyələr dövlət reyestrinə daxil edilir və onlara şəhadətnamə verilir. Sektor müdiri həmçinin qeyd etdi ki, bələdiyyələrin dövlət reyestri Azərbaycanın bələdiyyələrinə dair sənədləşdirilmiş məlumatları əks etdirən dövlət informasiya ehtiyatı mənbəyidir.
Əsasnamə layihəsində göstərilir ki, yeni yaradılmış, ayrılmış və birləşmiş bələdiyyələrin dövlət reyestrinə daxil edilməsi və onlara şəhadətnamə verilməsi qanunvericiliyə uyğun olaraq həmin bələdiyyələrə keçirilmiş seçkilərin nəticələri rəsmi təsdiq edildikdən sonra həyata keçirilir. Eyni zamanda Azərbaycanda bələdiyyələrin dövlət reyestrinə daxil edilməsi və onlara şəhadətnamə verilməsi Milli Məclis Aparatının müvafiq struktur bölməsi tərəfindən aparılacaq. Bununla yanaşı, əsasnamə layihəsində qeyd olunur ki, dövlət reyestri vahiddir, vahid forma, metod və prinsiplər əsasında aparılır. Həmçinin dövlət reyestri bələdiyyələrə dair məlumatlardan və sənədlər formasından ibarətdir.

Gülər KƏRİMLİ.

çap üçün verisya

Axtarish sistemi

  


« February 2012
Mo Tu We Th Fr Sa Su
 12345
6789101112
13141516171819
20212223242526
272829 
Advokat

1946-cı ildə anadan olmuşam. Hazırda yaşa görə təqaüd alıram. İşlədiyim illərdə (1969-1974) Naftalan Şəhər Sovetində İdman Komitəsinin sədri vəzifəsində çalışmışam. Həmin illər dövlət qulluqçusu statusu kimi mənə sayıla bilərmi, eləcə də qulluq stajıma əsasən mənə pensiya təyin olunması mümkündürmü?

İbrahimxəlil QURBANOV,
Naftalan şəhəri.


- Sualınıza cavab olaraq bildiririk ki, Azərbaycan Respublikası Prezidentinin 01.09.2005-ci il tarixli, 290 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Əmək pensiyaları haqqında" qanuna əsasən, pensiya təyin edilməsi üçün dövlət qulluqçusunun müraciət etdiyi vaxt dövlət məvacibinin hesablandığı dövlət qulluğu vəzifəsi mövcud olmadıqda, habelə dövlət qulluqçularının vəzifələrinin "İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması Siyahısı"nda şəhər sovetinin nəzdində idman komitələri nəzərdə tutulmadığından dövlət qulluğuna edilən güzəştlər sizə şamil edilə bilməz.


© 2006-2012
Müəllif hüquqları Ulfet Qazeti-nə məxsusdur.
Dizayn NUR D şirkəti tərəfindən hazırlanıb.