Rəsmi

Azərbaycan
Respublikasının
Prezidenti İlham Əliyev

yanvarın 23-də

…Rusiya Federasiyasının Soçi şəhərinə işgüzar səfərə gəlmişdir.
…və Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev Soçidə, "Girand Polyana" mehmanxanasının "Qəbullar evi"ndə görüşmüş və qarşılıqlı fikir mübadiləsi aparmışlar.
…və Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev Azərbaycan Respublikası Dövlət Neft Şirkəti və Rusiyanın "Qazprom-eksport" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında təbii qazın alqı-satqısına dair müqaviləyə 5 nömrəli əlavə sazişin imzalanması mərasimində iştirak etmişlər.
…, Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev və Ermənistan Respublikasının Prezidenti Serj Sarkisyan Soçidə, "Girand Polyana" mehmanxanasının "Qəbullar evi"ndə birgə görüşmüş, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı məsələləri müzakirə etmişlər.
…, Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev və Ermənistan Respublikasının Prezidenti Serj Sarkisyan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsinə dair danışıqların yekunlarına əsasən Birgə Bəyanat qəbul etmişlər.
…Rusiya Federasiyasına işgüzar səfərini başa vuraraq həmin gün axşam Bakıya qayıtmışdır.

yanvarın 24-də

…Kür çayının suyunun daşması nəticəsində baş vermiş hadisələrin təkrar olunmaması üçün Fövqəladə Hallar Nazirliyi tərəfindən Bakıya gətirilmiş Niderland Krallığının "Damin" şirkətinin istehsal etdiyi "CSD-500" torpaqsoran qurğulara, Türkiyənin Tuzla şəhərində istehsal olunmuş yedək və təchizat gəmilərinə və tədqiqat katerinə baxış keçirmişdir.

yanvarın 25-də

…Davosda keçirilən Dünya İqtisadi Forumunda iştirak etmək üçün İsveçrəyə işgüzar səfərə gəlmişdir.
…Davosda İsveçrə Konfederasiyasının Prezidenti xanım Eveline Vidner Şlümlə, İsrail Dövlətinin Prezidenti Şimon Pereslə, Avstriyanın "OMV AGE" şirkətinin baş icraçı direktoru Gerhard Roisslə və Amerika Birləşmiş Ştatlarının dövlət katibinin iqtisadiyyat, energetika və kənd təsərrüfatı məsələləri üzrə müavini Robert Hormatsla görüşmüşdür.

yanvarın 26-da

…Davosda "UBS Global" şirkətinin direktorlar şurasının sədri Kaspar Villigerlə, Avropa İttifaqının enerji məsələləri üzrə komissarı Günter Ottingerlə, Dünya İqtisadi Forumunun təsisçisi və icraçı sədri Klaus Şvabla, Gürcüstanın Baş naziri Nika Gilaurilə, Almaniyanın "Deutıche Bank"ının Mərkəzi və Şərqi Avropa ölkələri üzrə icraçı direktoru Peter Tilslə və idarə heyətinin üzvü Yürgen Figenlə, Beynəlxalq Qızıl Xaç Komitəsinin prezidenti Yakob Kellenbergerlə, Ukrayna Prezidenti Viktor Yanukoviçlə, RWE şirkətinin baş icraçı direktoru Yurgen Qrossmanla, Pakistan İslam Respublikasının Baş naziri Sayid Yusuf Raza Gilanilə, "Holcim Group" şirkətinin idarə heyətinin sədri Markus Akermanla, "Microsoft International" şirkətinin prezidenti, "Microsoft" Korporasiyasının vitse-prezidenti Jan Kurtua ilə və "Edisson" şirkətinin baş icraçı direktoru Bruno Leskörlə görüşmüşdür.

yanvarın 27-də

…Davosda Böyük Britaniyanın York Hersoqu, şahzadə Endryu ilə görüşmüşdür.

Azərbaycanda kəskin iqlim dəyişiklikləri baş verə bilər

11.01.10 - 12:03329 baxılıb

Sahib Məmmədov: “Rayonlardakı dağıdıcı təbiət hadisələri göstərir ki, respublikamız da qlobal iqlim dəyişikliklərindən sığortalanmayıb”

Ümumdünya Metrologiya Təşkilatının proqnozları özünü doğrultmağa başlayır. Təşkilatın mütəxəssislərinin bəşəriyyət üçün yeni təhlükənin - dünyada qlobal soyuqlaşmanın yaranması barədə təxminləri gerçəyə çevrilməkdədir. 10 gündən artıqdır ki, Avropa, Amerika və Asiyanın əksər dövlətləri kəskin soyuq hava siklonlarının vurduğu fəsadları yaşayır. Qərbi Avropada və Şimali Amerikada həyatı iflic vəziyyətə salan qlobal soyuqlaşmanın ilkin təzahürləri özünü göstərməkdədir. Həmin bölgələrdə indiyədək dünyada müşahidə olunmayan mənfi temperaturlar qeydə alınmaqdadır.
Mütəxəssislər Uzaq Atlantikadan başlayaraq Skandinaviyaya qədər və Aralıq-Qara dəniz-Balkan regionunadək bütün dövlətlərdə aramsız yağışların, güclü küləklərin və qarla müşayiət olunan şaxtalı havaların hökm sürməsinı iqlim dəyişikliklərinin nəticəsi kimi səciyyələndirirlər. Ümumdünya Metrologiya Təşkilatının iqlim məsələləri üzrə tədqiqatçısı professor Mocib Latif bildirib ki, qlobal soyuqlaşmanın ilkin təzahürləri artıq özünü göstərməyə başlayıb. Daşqınlar, sel fəlakətləri, günlərlə davam edən aramsız yağışlar, qara oxşar buz dənəciklərinin yağması və sairə bu qlobal bəlanın ilkin siqnallarıdır. Cənab Lotif hesab edir ki, müasir dünyada qlobal iqlim dəyişiklikləri hərbi münaqişələr və qarşıdurmalar, epidemiya, pandemiya kimi problemlərdən də qorxuludur. Onun fikrincə, intensiv iqlim dəyişiklikləri bəşəriyyət üçün terrorizmdən də dağıdıcı ola bilər.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Hidrometeorologiya Departamentinin əməkdaşı Sahib Məmmədovun fikrincə, son dövrlər atmosferdə iqlim dəyişmələri və anomal hava temperaturları daha da çoxalır. Dünya dövlətləri qlobal metroloji proseslərin izlənməsi üçün müxtəlif tədbirlər görmək istəsə də lazımi effekt vermir. İndiyədək BMT və digər beynəlxalq qurumların təşkilatçılığı ilə sammitlər keçiridiyini deyən S.Məmmədov iqlim dəyişikliyi ilə mübarizə yollarına dair yeni qlobal razılaşmanın əldə olunmasını vacib hesab etdiyini xatırladıb. Ötən ilin dekabrında BMT-nin Kopenhagendə keçirilən iqlim dəyişikliyi sammitində heç bir sənədin imzalanmamasını təəssüflə qeyd edən mütəxəssis ətraf mühit məsələlərində hər bir dövlətin üzərinə mühüm vəzifələr düşdüyünü söyləyib. Belə ki, iqlim dəyişiklikləri ilə bağlı vəziyyəti tənzimləyən beynəlxalq sənədin - Kioto Protokolunun 2012-ci ildə müddəti başa çatır və buna görə də dünya dövlətləri yeni strategiya hazırlamalıdır. Hazırda inkişaf etmiş və inkişaf etməkdə olan ölkələr arasındakı dərin fərq yeni strategiyanın hazırlanmasına mane olur.
Qlobal iqlim dəyişikliklərinin respublikamızda da təsirlərinin gözlənildiyini vurğulayan mütəxəssis son dövrlərdə ciddi fəlakətlərin - dağıdıcı külək, sel və daşqınların baş verməsini bunun əlaməti hesab edir. 2009-cu ilin iyul-avqust aylarında Nəvahi, Pirsaat, Hacıqabul, Şirvan, Bərdə, Qusar və digər rayonlarda sel və daşqınların, təbii fəlakətlərin qeydə alınması, bir neçə gün öncə isə Masallı, Lənkəran, Lerik, Astara, Daşkəsən və bir neçə rayonda dağıdıcı təbiət hadisələrinin baş verməsi respublikamızın da qlobal iqlim dəyişikliklərindən sığortalanmadığını göstərir. Mütəxəssis ölkəmizdə yanvar və fevral aylarında soyuq hava kütlələrinin müşahidə olunmasını istisna etmir.
ELTAC.

çap üçün verisya

Axtarish sistemi

  


« February 2012
Mo Tu We Th Fr Sa Su
 12345
6789101112
13141516171819
20212223242526
272829 
Advokat

1946-cı ildə anadan olmuşam. Hazırda yaşa görə təqaüd alıram. İşlədiyim illərdə (1969-1974) Naftalan Şəhər Sovetində İdman Komitəsinin sədri vəzifəsində çalışmışam. Həmin illər dövlət qulluqçusu statusu kimi mənə sayıla bilərmi, eləcə də qulluq stajıma əsasən mənə pensiya təyin olunması mümkündürmü?

İbrahimxəlil QURBANOV,
Naftalan şəhəri.


- Sualınıza cavab olaraq bildiririk ki, Azərbaycan Respublikası Prezidentinin 01.09.2005-ci il tarixli, 290 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Əmək pensiyaları haqqında" qanuna əsasən, pensiya təyin edilməsi üçün dövlət qulluqçusunun müraciət etdiyi vaxt dövlət məvacibinin hesablandığı dövlət qulluğu vəzifəsi mövcud olmadıqda, habelə dövlət qulluqçularının vəzifələrinin "İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması Siyahısı"nda şəhər sovetinin nəzdində idman komitələri nəzərdə tutulmadığından dövlət qulluğuna edilən güzəştlər sizə şamil edilə bilməz.


© 2006-2012
Müəllif hüquqları Ulfet Qazeti-nə məxsusdur.
Dizayn NUR D şirkəti tərəfindən hazırlanıb.