Rəsmi

Azərbaycan
Respublikasının
Prezidenti İlham Əliyev

yanvarın 23-də

…Rusiya Federasiyasının Soçi şəhərinə işgüzar səfərə gəlmişdir.
…və Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev Soçidə, "Girand Polyana" mehmanxanasının "Qəbullar evi"ndə görüşmüş və qarşılıqlı fikir mübadiləsi aparmışlar.
…və Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev Azərbaycan Respublikası Dövlət Neft Şirkəti və Rusiyanın "Qazprom-eksport" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında təbii qazın alqı-satqısına dair müqaviləyə 5 nömrəli əlavə sazişin imzalanması mərasimində iştirak etmişlər.
…, Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev və Ermənistan Respublikasının Prezidenti Serj Sarkisyan Soçidə, "Girand Polyana" mehmanxanasının "Qəbullar evi"ndə birgə görüşmüş, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı məsələləri müzakirə etmişlər.
…, Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev və Ermənistan Respublikasının Prezidenti Serj Sarkisyan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsinə dair danışıqların yekunlarına əsasən Birgə Bəyanat qəbul etmişlər.
…Rusiya Federasiyasına işgüzar səfərini başa vuraraq həmin gün axşam Bakıya qayıtmışdır.

yanvarın 24-də

…Kür çayının suyunun daşması nəticəsində baş vermiş hadisələrin təkrar olunmaması üçün Fövqəladə Hallar Nazirliyi tərəfindən Bakıya gətirilmiş Niderland Krallığının "Damin" şirkətinin istehsal etdiyi "CSD-500" torpaqsoran qurğulara, Türkiyənin Tuzla şəhərində istehsal olunmuş yedək və təchizat gəmilərinə və tədqiqat katerinə baxış keçirmişdir.

yanvarın 25-də

…Davosda keçirilən Dünya İqtisadi Forumunda iştirak etmək üçün İsveçrəyə işgüzar səfərə gəlmişdir.
…Davosda İsveçrə Konfederasiyasının Prezidenti xanım Eveline Vidner Şlümlə, İsrail Dövlətinin Prezidenti Şimon Pereslə, Avstriyanın "OMV AGE" şirkətinin baş icraçı direktoru Gerhard Roisslə və Amerika Birləşmiş Ştatlarının dövlət katibinin iqtisadiyyat, energetika və kənd təsərrüfatı məsələləri üzrə müavini Robert Hormatsla görüşmüşdür.

yanvarın 26-da

…Davosda "UBS Global" şirkətinin direktorlar şurasının sədri Kaspar Villigerlə, Avropa İttifaqının enerji məsələləri üzrə komissarı Günter Ottingerlə, Dünya İqtisadi Forumunun təsisçisi və icraçı sədri Klaus Şvabla, Gürcüstanın Baş naziri Nika Gilaurilə, Almaniyanın "Deutıche Bank"ının Mərkəzi və Şərqi Avropa ölkələri üzrə icraçı direktoru Peter Tilslə və idarə heyətinin üzvü Yürgen Figenlə, Beynəlxalq Qızıl Xaç Komitəsinin prezidenti Yakob Kellenbergerlə, Ukrayna Prezidenti Viktor Yanukoviçlə, RWE şirkətinin baş icraçı direktoru Yurgen Qrossmanla, Pakistan İslam Respublikasının Baş naziri Sayid Yusuf Raza Gilanilə, "Holcim Group" şirkətinin idarə heyətinin sədri Markus Akermanla, "Microsoft International" şirkətinin prezidenti, "Microsoft" Korporasiyasının vitse-prezidenti Jan Kurtua ilə və "Edisson" şirkətinin baş icraçı direktoru Bruno Leskörlə görüşmüşdür.

yanvarın 27-də

…Davosda Böyük Britaniyanın York Hersoqu, şahzadə Endryu ilə görüşmüşdür.

Dövlət təşkilatları daha dərindən yoxlanılacaq

16.01.10 - 16:39253 baxılıb

Auditin miqyası genişləndiriləcək və neqativ hallar aşkar olunarsa, prokurorluq orqanlarına müraciət ediləcək

Hesablama Palatası (HP) 2010-cu ildə dövlət təşkilatlarında və bir sıra şirkətlərdə maliyyə vəsaitlərinin xərclənməsinə nəzarəti daha da gücləndirəcək. Palata böhranla bağlı büdcə vəsaitlərinin bir sıra sahələr üzrə azaldılmasına baxmayaraq həmin pulların təyinatı üzrə xərclənməsini də diqqətdə saxlayacaq. HP-nin sədri Heydər Əsədov bildirib ki, bu il məktəb, xəstəxana tikintisi, yol çəkilişi, körpü və yol ötürücüsü, keçidlərin inşası, elektrik stansiyalarının yenidən qurulması, digər təmir-bərpa işləri ilə bağlı müxtəlif nazirlik və komitələrə ayrılmış pulların hər qəpiyinə kimi necə xərclənməsi araşdırılacaq.

H.Əsədov deyib ki, Qurum dövlət vəsaitlərindən səmərəli istifadə olunmasına və onun nəticəliliyinin artırılmasına təsir edən ən vacib amillərdən biri kimi müvafiq dövlət strukturlarında maliyyə sisteminin gücləndirilməsinə və onun təsir dairəsinin daha da genişləndirilməsinə nail olmaq niyyətindədir. Qurumun rəhbəri ötən ildən etibarən Hesablama Palatasına əlavə səlahiyyətlərin verildiyini və palatanın özünün yerli strukturlarını yaratmaqla dövlətə dəyən zərərin ödənilməsi ilə bağlı konkret addımlar atmaq istəyini də bəyan edib: “Biz öz səlahiyyətlərimizdən istifadə edərək dövlət vəsaitlərini mənimsəyən şəxslərin məsuliyyətə cəlb edilməsi üçün müvafiq orqanlara təqdimatlar göndərəcəyik. Təqdimatlar icra edilmədiyi təqdirdə isə həmin qurumların xəzinə və bank hesablarına müdaxilə edərək xərclərinin və ümumilikdə əməliyyatların dayandırılması barədə tədbirlər görəcəyik”.
Hazırda 2009-cu il üzrə maliyyə vəsaitlərinin auditinin aparıldığını deyən H.Əsədov bəzi layihələrə çəkilən xərclərin şişirdilməsi hallarının aşkara çıxarılacağını da istisna etməyib. Diqqətə çatdırıb ki, auditorlarımızın apardıqları yoxlamalar zamanı keçmiş "Azəriqaz" səhmdar cəmiyyətinin fəaliyyətində müxtəlif xarakterli nöqsanlar aşkar olunub. Vəsaitlərin mənimsənilməsi müxtəlif sahələri əhatə edib. Palatanın əməkdaşları ötən il bəzi təhsil və səhiyyə müəssisələrində də bir sıra qanunsuzluqlara yol verildiyini aşkara çıxarıblar. Biləsuvar, Qazax və Salyanda böyük məbləğdə səhiyyə xərclərinin mənimsənilməsi aktlaşdırılıb. Hər üç rayonda səhiyyə müəssisələrində artıq ştat vahidlərinin saxlanması, əlavə kabinələrin yaradılması, digər neqativ hallar baş verib. Bu rayonlarda inventar və tibbi avadanlıqların alınmasına yönəldilən vəsaitlərin məbləği şişirdilib. Təkcə Salyan Rayon Mərkəzi Xəstəxanasında 127 min manat vəsaitin mənimsənilməsinin qarşısı alınıb. Həmin rayonların təhsil sistemində də yeyeinti halları üzə çıxıb. Belə ki, məktəblərə göndərilməsi nəzərdə tutulan avadanlıqlar yoxa çıxıb, kompyuter, stol, stul və digər avadanlıqlar da məktəblərə gəlib çatmayıb. Bununla bağlı HP Təhsil Nazirliyinə müraciət edib. Hətta qurum TN-nin nəzdindəki Maddi-Texniki Təchizat İdarəsinin fəaliyyətinin yoxlanması təklifini irəli sürüb. Gəncə, Quba, Şəkidə isə sosial müavinətlərin və pensiyaların verilməsində və pensiyaçıların uçotunda saxtakarlıqlar aşkar olunub. Ekologiya və Təbii Sərvətlər Nazirliyi də bir sıra fəaliyyət sahələrinə lisenziya verərkən qanunun tələblərinə riayət etməyib. Əsasən də balıq ovu ilə bağlı lisenziya verilərkən qanunsuzluğa yol verilib.
Palatanın rəhbəri bəyan edib ki, 2010-cu ildə nəzərdə tutulmuş layihələr üzrə auditin miqyası genişləndiriləcək və həmin layihələrə yönəldilmiş vəsaitlərin xərclənməsində neqativ hallar aşkar olunarsa, bununla bağlı prokurorluq orqanlarına müraciət etmək məcburiyyətində qalacaq.
ELTAC.

çap üçün verisya

Axtarish sistemi

  


« February 2012
Mo Tu We Th Fr Sa Su
 12345
6789101112
13141516171819
20212223242526
272829 
Advokat

1946-cı ildə anadan olmuşam. Hazırda yaşa görə təqaüd alıram. İşlədiyim illərdə (1969-1974) Naftalan Şəhər Sovetində İdman Komitəsinin sədri vəzifəsində çalışmışam. Həmin illər dövlət qulluqçusu statusu kimi mənə sayıla bilərmi, eləcə də qulluq stajıma əsasən mənə pensiya təyin olunması mümkündürmü?

İbrahimxəlil QURBANOV,
Naftalan şəhəri.


- Sualınıza cavab olaraq bildiririk ki, Azərbaycan Respublikası Prezidentinin 01.09.2005-ci il tarixli, 290 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Əmək pensiyaları haqqında" qanuna əsasən, pensiya təyin edilməsi üçün dövlət qulluqçusunun müraciət etdiyi vaxt dövlət məvacibinin hesablandığı dövlət qulluğu vəzifəsi mövcud olmadıqda, habelə dövlət qulluqçularının vəzifələrinin "İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması Siyahısı"nda şəhər sovetinin nəzdində idman komitələri nəzərdə tutulmadığından dövlət qulluğuna edilən güzəştlər sizə şamil edilə bilməz.


© 2006-2012
Müəllif hüquqları Ulfet Qazeti-nə məxsusdur.
Dizayn NUR D şirkəti tərəfindən hazırlanıb.