Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev
yanvarın 23-də
…Rusiya Federasiyasının Soçi şəhərinə işgüzar səfərə gəlmişdir. …və Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev Soçidə, "Girand Polyana" mehmanxanasının "Qəbullar evi"ndə görüşmüş və qarşılıqlı fikir mübadiləsi aparmışlar. …və Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev Azərbaycan Respublikası Dövlət Neft Şirkəti və Rusiyanın "Qazprom-eksport" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında təbii qazın alqı-satqısına dair müqaviləyə 5 nömrəli əlavə sazişin imzalanması mərasimində iştirak etmişlər. …, Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev və Ermənistan Respublikasının Prezidenti Serj Sarkisyan Soçidə, "Girand Polyana" mehmanxanasının "Qəbullar evi"ndə birgə görüşmüş, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı məsələləri müzakirə etmişlər. …, Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev və Ermənistan Respublikasının Prezidenti Serj Sarkisyan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsinə dair danışıqların yekunlarına əsasən Birgə Bəyanat qəbul etmişlər. …Rusiya Federasiyasına işgüzar səfərini başa vuraraq həmin gün axşam Bakıya qayıtmışdır.
yanvarın 24-də
…Kür çayının suyunun daşması nəticəsində baş vermiş hadisələrin təkrar olunmaması üçün Fövqəladə Hallar Nazirliyi tərəfindən Bakıya gətirilmiş Niderland Krallığının "Damin" şirkətinin istehsal etdiyi "CSD-500" torpaqsoran qurğulara, Türkiyənin Tuzla şəhərində istehsal olunmuş yedək və təchizat gəmilərinə və tədqiqat katerinə baxış keçirmişdir.
yanvarın 25-də
…Davosda keçirilən Dünya İqtisadi Forumunda iştirak etmək üçün İsveçrəyə işgüzar səfərə gəlmişdir. …Davosda İsveçrə Konfederasiyasının Prezidenti xanım Eveline Vidner Şlümlə, İsrail Dövlətinin Prezidenti Şimon Pereslə, Avstriyanın "OMV AGE" şirkətinin baş icraçı direktoru Gerhard Roisslə və Amerika Birləşmiş Ştatlarının dövlət katibinin iqtisadiyyat, energetika və kənd təsərrüfatı məsələləri üzrə müavini Robert Hormatsla görüşmüşdür.
yanvarın 26-da
…Davosda "UBS Global" şirkətinin direktorlar şurasının sədri Kaspar Villigerlə, Avropa İttifaqının enerji məsələləri üzrə komissarı Günter Ottingerlə, Dünya İqtisadi Forumunun təsisçisi və icraçı sədri Klaus Şvabla, Gürcüstanın Baş naziri Nika Gilaurilə, Almaniyanın "Deutıche Bank"ının Mərkəzi və Şərqi Avropa ölkələri üzrə icraçı direktoru Peter Tilslə və idarə heyətinin üzvü Yürgen Figenlə, Beynəlxalq Qızıl Xaç Komitəsinin prezidenti Yakob Kellenbergerlə, Ukrayna Prezidenti Viktor Yanukoviçlə, RWE şirkətinin baş icraçı direktoru Yurgen Qrossmanla, Pakistan İslam Respublikasının Baş naziri Sayid Yusuf Raza Gilanilə, "Holcim Group" şirkətinin idarə heyətinin sədri Markus Akermanla, "Microsoft International" şirkətinin prezidenti, "Microsoft" Korporasiyasının vitse-prezidenti Jan Kurtua ilə və "Edisson" şirkətinin baş icraçı direktoru Bruno Leskörlə görüşmüşdür.
yanvarın 27-də
…Davosda Böyük Britaniyanın York Hersoqu, şahzadə Endryu ilə görüşmüşdür.
Ekspertlərin fikrincə, kəmərin keçdiyi ərazilərdə mövcud olan münaqişələr layihənin perspektivini sual altına alır
NABUCCO qaz kəməri layihəsinin gələcək taleyi sual altına düşüb. Ötən il iyul ayının 13-də Ankarada Avropa Birliyinin və NABUCCO ilə bağlı yaradılmış konsorsiuma daxil olan 6 dövlətin iştirakı ilə imzalanmış hökumətlərarası sazişə baxmayaraq, boru xəttinin çəkilməsində ciddi problemlər meydana çıxıb. Konsorsiumun üzvü olan Avstriyanın "OMV" şirkətinin yanacaq məsələləri üzrə direktoru Verner Auli bildirib ki, boru kəmərinə qaz verəcək dövlətlərin qəti qərar qəbul etməməsi NABUCCO perspektivlərini azaldır. Onun fikrincə, qaz təchizatı ilə bağlı məsələ həll olunmasa NABUCCO inşa edilməyəcək: "Biz dövlət şirkəti deyilik, kommersiya şirkətiyik. Təklif yoxdursa, boru kəməri də yoxdur". Xatırladaq ki, NABUCCO kəməri ilə ildə 31 milyard kubmetr qaz daşınması planlaşdırılır. Bu həcmdə yanacağı nəql edən dövlətlərin isə siyasi qərarı yoxdur. Onu da qeyd edək ki, məsələyə artıq Avropa İttifaqının yüksək rütbəli məmurları və beynəlxalq enerji institutlarının ekspertləri də mövqe bildirib. NABUCCO-nun layihə rəhbəri Raynhard Miçek kəmərlə bağlı nikbin fikirlər söyləsə də indiyədək qaz mənbəyinin dəqiqləşdirilməməsindən təəssüfləndiyini söyləyib.
Cənab Miçek hətta işlərin yubanmasının Rusiyanın alternativ addımlar atmasına səbəb olacağını da istisna etməyib. Avropa İttifaqının enerji məsələləri üzrə komissarı Andrieas Piebalqs isə bildirib ki, Rusiyanın qaz bazarında hegemonluğunun azaldılması üçün yeganə vasitə NABUCCO kəmərinin inşasına nail olmaqdır. İqtisadçı İlham Şaban hesab edir ki, NABUCCO layihəsinin tərəfdaşları həmişə kəmərin sırf kommersiya məsələsi olduğunu bəyan etsələr də, bunun siyasi qərar olması sirr deyil. İndiyədək layihənin heç bir kommersiya şərti hazırlanmayıb. Qazın haradan alınacağı, kimə satılacağı da bəlli deyil. İndiyə qədər nə bir şirkət, nə də hansısa hökumət bu kəmərlə nəql olunan qazın alıcısı olacağını elan etməyib. Başqa bir tərəfdən, çoxlu sayda ölkədən boru xətti ilə kəmərin çəkilməsi nəzərdə tutulurdu. Söhbət Misirdən, İraqdan, İrandan, Rusiyadan, Qazaxıstandan, Azərbaycandan, Türkmənistandan gedirdi. 2008-ci ilin sonunda siyahıya Özbəkistanın da adının salınması təklif olunmuşdu. Göründüyü kimi, həddən artıq kiçik ölkələr və Yaxın Şərqin münaqişəli zonaları siyahıda yer alıb. Bu isə layihədə siyasi detalların mövcudluğunu göstərir. Avropa Birliyi bu kəməri çəkməklə Rusiya qazına alternativ qaz kəmərindən istifadə etmək niyyəti güdür. Ekspert deyir ki, burada siyasi məsələlərin gücü böyük olduğundan Azərbaycan regiondakı geosiyasi və iqtisadi vəziyyəti lazımınca qiymətləndirməlidir. Gürcüstandakı avqust böhranı bir daha sübut etdi ki, regiondakı strateji layihələr o qədər də təhlükəsiz deyil. Bu layihənin reallaşması fonunda Avropa Birliyi Azərbaycanı Rusiya və İranın təhlükələrindən qorumalıdır. Bu isə çox çətin məsələdir. Ona görə də Azərbaycan Qərblə yanaşı, Rusiya ilə də enerji əməkdaşlığına böyük yer verir. Ekspert deyir ki, Azərbaycan qazı layihə üçün vacib olan qazın kiçik bir hissəsi ola bilər. Ölkəmiz ən yaxşı halda 10 milyard kubmetr qaz ixrac etmək imkanına malikdir. Yerdə qalan yanacağın mənbəyi məlum olmalıdır. Türkmənistanın layihəyə qoşulması məsələsi də tam həllini tapmayıb. Bu ölkə Qərblə anlaşmaqda tərəddüd edir. Üstəlik Türkmənistanın İranla Çin-Orta Şərq qaz kəməri layihəsinə dair saziş imzalaması türkmən qazının NABUCCO-ya yönələcəyini sual altına alır. İranın Orta Asiyanın qaz bazarını ələ keçirməsi və bu regionun zəngin yanacaq resurslarının Qərbə deyil, Şərqə doğru yönləndirilməsi də layihənin perspektivlərini şübhə altına alıb. Ümumiyyətlə, kəmərin təchizatı və tranziti ilə bağlı ölkələrdə siyasi problemlər öz həllini tapmalıdır. Bu ölkələrin əksəriyyətində münaqişələr mövcuddur. İ.Şaban bildirib ki, Xəzərin hüquqi statusunun həll edilməməsi də kəmərin perspektivlərinə təhlükə yaradır. Rusiyanın son dövrlər Şərqi və Mərkəzi Avropa dövlətlərini əhatə edən regional enerji magistrallarını ələ keçirməsi isə NABUCCO-nun gələcək taleyinin sual altına düşməsinə səbəb olub. Rusiya Şərqi Avropa ölkələrinə qaz daşınmasını nəzərdə tutan "Şimal axını" və "Cənub axını" layihələri ilə bağlı saziş imzalamaqla NABUCCO-nun gələcəyinə təhlükə yaradıb. Politoloq Vəfa Quluzadə də NABUCCO-nun çəkilişində siyasi məqsədlərin olmasını istisna etmir. Onun fikrincə, bu məsələdə Türkiyənin də siyasi addımları öz təsirini göstərib. Rəsmi Ankara NABUCCO-da əvvəllər qazı alıb-satan və 15 faizi özündə saxlamaq istəyən ölkə statusunda çıxış etmək istəyirdi, güzəştə getmək istəmirdi. Amma sonradan bu iddiasından əl çəkərək tranzit ölkə statusu ilə razılaşdı. Üstəlik, Türkiyə Rusiya ilə yanvarın ortalarında uzunmüddətli qaz sazişi imzaladı. Ankara Moskvadan kifayət qədər qaz almaq istəyir və NABUCCO-suz da Türkiyə enerji təminatını həll edə bilər. V.Quluzadə hesab edir ki, Türkiyə Avropa Birliyinə qəbul olunması istiqamətində səylərini artırmaq istəyir və AB ilə əməkdaşlıq onun üçün böyük önəm kəsb edir. Ona görə də NABUCCO-dan imtina etmək istəməz. Mütəxəssis Türkmənistan və İranın bu layihəyə qoşulmasını məqbul sayır. Əgər bu ölkələr layihəyə qoşulsalar bölgədə siyasi vəziyyət tamamilə dəyişəcək.
1946-cı ildə anadan olmuşam. Hazırda yaşa görə təqaüd alıram. İşlədiyim illərdə (1969-1974) Naftalan Şəhər Sovetində İdman Komitəsinin sədri vəzifəsində çalışmışam. Həmin illər dövlət qulluqçusu statusu kimi mənə sayıla bilərmi, eləcə də qulluq stajıma əsasən mənə pensiya təyin olunması mümkündürmü?
İbrahimxəlil QURBANOV, Naftalan şəhəri.
- Sualınıza cavab olaraq bildiririk ki, Azərbaycan Respublikası Prezidentinin 01.09.2005-ci il tarixli, 290 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Əmək pensiyaları haqqında" qanuna əsasən, pensiya təyin edilməsi üçün dövlət qulluqçusunun müraciət etdiyi vaxt dövlət məvacibinin hesablandığı dövlət qulluğu vəzifəsi mövcud olmadıqda, habelə dövlət qulluqçularının vəzifələrinin "İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması Siyahısı"nda şəhər sovetinin nəzdində idman komitələri nəzərdə tutulmadığından dövlət qulluğuna edilən güzəştlər sizə şamil edilə bilməz.