Rəsmi

Azərbaycan
Respublikasının
Prezidenti İlham Əliyev

yanvarın 23-də

…Rusiya Federasiyasının Soçi şəhərinə işgüzar səfərə gəlmişdir.
…və Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev Soçidə, "Girand Polyana" mehmanxanasının "Qəbullar evi"ndə görüşmüş və qarşılıqlı fikir mübadiləsi aparmışlar.
…və Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev Azərbaycan Respublikası Dövlət Neft Şirkəti və Rusiyanın "Qazprom-eksport" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında təbii qazın alqı-satqısına dair müqaviləyə 5 nömrəli əlavə sazişin imzalanması mərasimində iştirak etmişlər.
…, Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev və Ermənistan Respublikasının Prezidenti Serj Sarkisyan Soçidə, "Girand Polyana" mehmanxanasının "Qəbullar evi"ndə birgə görüşmüş, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı məsələləri müzakirə etmişlər.
…, Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev və Ermənistan Respublikasının Prezidenti Serj Sarkisyan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsinə dair danışıqların yekunlarına əsasən Birgə Bəyanat qəbul etmişlər.
…Rusiya Federasiyasına işgüzar səfərini başa vuraraq həmin gün axşam Bakıya qayıtmışdır.

yanvarın 24-də

…Kür çayının suyunun daşması nəticəsində baş vermiş hadisələrin təkrar olunmaması üçün Fövqəladə Hallar Nazirliyi tərəfindən Bakıya gətirilmiş Niderland Krallığının "Damin" şirkətinin istehsal etdiyi "CSD-500" torpaqsoran qurğulara, Türkiyənin Tuzla şəhərində istehsal olunmuş yedək və təchizat gəmilərinə və tədqiqat katerinə baxış keçirmişdir.

yanvarın 25-də

…Davosda keçirilən Dünya İqtisadi Forumunda iştirak etmək üçün İsveçrəyə işgüzar səfərə gəlmişdir.
…Davosda İsveçrə Konfederasiyasının Prezidenti xanım Eveline Vidner Şlümlə, İsrail Dövlətinin Prezidenti Şimon Pereslə, Avstriyanın "OMV AGE" şirkətinin baş icraçı direktoru Gerhard Roisslə və Amerika Birləşmiş Ştatlarının dövlət katibinin iqtisadiyyat, energetika və kənd təsərrüfatı məsələləri üzrə müavini Robert Hormatsla görüşmüşdür.

yanvarın 26-da

…Davosda "UBS Global" şirkətinin direktorlar şurasının sədri Kaspar Villigerlə, Avropa İttifaqının enerji məsələləri üzrə komissarı Günter Ottingerlə, Dünya İqtisadi Forumunun təsisçisi və icraçı sədri Klaus Şvabla, Gürcüstanın Baş naziri Nika Gilaurilə, Almaniyanın "Deutıche Bank"ının Mərkəzi və Şərqi Avropa ölkələri üzrə icraçı direktoru Peter Tilslə və idarə heyətinin üzvü Yürgen Figenlə, Beynəlxalq Qızıl Xaç Komitəsinin prezidenti Yakob Kellenbergerlə, Ukrayna Prezidenti Viktor Yanukoviçlə, RWE şirkətinin baş icraçı direktoru Yurgen Qrossmanla, Pakistan İslam Respublikasının Baş naziri Sayid Yusuf Raza Gilanilə, "Holcim Group" şirkətinin idarə heyətinin sədri Markus Akermanla, "Microsoft International" şirkətinin prezidenti, "Microsoft" Korporasiyasının vitse-prezidenti Jan Kurtua ilə və "Edisson" şirkətinin baş icraçı direktoru Bruno Leskörlə görüşmüşdür.

yanvarın 27-də

…Davosda Böyük Britaniyanın York Hersoqu, şahzadə Endryu ilə görüşmüşdür.

Bu təhsil ilində şagirdlərə medal verilməsi müəmmalıdır

06.02.10 - 20:54433 baxılıb

Arif Muradov: "Dövlət büdcəsi təsdiq olunarkən bu məqsədlə vəsait ayrılması nəzərdə tutulmayıb"

Şahlar Əsgərov: "Qeyri-aşkarlıq şəraitində qızıl və gümüş medalların verilməsi yalnız neqativ hallara gətirib çıxara bilər"


Orta məktəbləri müvəffəqiyyətlə bitirən şagirdlərə qızıl və gümüş medalların verilməsi qaydaları artıq təsdiq edilib. Sovet dövründə orta məktəbi əla qiymətlərlə bitirən şagirdlərə qızıl medallar verilsə də, indiki halda bu qərar birmənalı qarşılanmır. Bu addımın şagirdlərin oxumağa marağının artırılması və təhsilin keyfiyyətinin yüksəldilməsinə təkan verəcəyini bildirənlərlə yanaşı, əksini düşünənlər də var. Maraqlıdır, bu tədris ilində orta məktəbləri müvəffəqiyyətlə bitirən şagirdlərə qızıl və gümüş medalların verilməsi mümkün olacaqmı və bu cür təltif olunan şagirdlər hansı güzəştlər əldə edəcəklər?
Məsələyə münasibət bildirən Təhsil Nazirliyinin şöbə müdiri Arif Muradovun sözlərinə görə, bu tədris ilində orta məktəbi yüksək nailiyyətlə bitirən şagirdlərə qızıl və gümüş medalların verilib-verilməyəcəyi sual altındadır: "Bu işin reallaşdırılmasının müəyyən çətinlikləri də var. Gərək həmin medalların forması hazırlansın və hansısa ölkədə sifariş verilsin. Çünki Azərbaycanda bunu etmək üçün istehsal müəssisəsi yoxdur. Bu iş yəqin ki, xeyli vaxt aparacaq. Buna görə də güman etmirəm ki, bu təhsil ilində şagirdlərə medal verilməsi mümkün olsun. Həmçinin dövlət büdcəsi təsdiq olunarkən bu məqsədlə vəsait ayrılması nəzərdə tutulmayıb. Hazırda namizədlərin Təhsil Nazirliyinə nə zaman təqdim edilməsi və bununla bağlı digər məsələləri əhatə edəcək sənəd hazırlanır. Sənəd hazırlandıqdan sonra konkret vaxt barədə danışmaq olar".
Qızıl və gümüş medalların verilməsində subyektiv münasibətlərin rol oynamasına gəldikdə isə, şöbə müdiri müəyyən nəzarət tədbirlərinin görüləcəyini vurğuladı: "Təbii ki, obyektiv və ədalətli qiymət vermək hər bir şəxsin öz vicdanından asılıdır. Digər tərəfdən isə, bu işlərə ciddi nəzarət edilməlidir. Təhsil Nazirliyində şagirdlərin həqiqətən qızıl və ya gümüş medala layiq olduğunu qiymətləndirmək üçün komissiya yaradılacaq. Həmin komissiya araşdırma aparacaq və şagirdin nailiyyətlərini qiymətləndirəcək. Ehtiyac olduğu təqdirdə məktəblərə səfərlər ediləcək. Yəqin ki, bu prosedurlar keçirildikdən sonra obyektiv qiymətləndirmə mümkün olacaq".
A.Muradovun sözlərinə görə, qızıl və gümüş medal alan şagirdlərə güzəşt edilib-edilməməsi məlum deyil: "Qəbul imtahanlarını Tələbə Qəbulu üzrə Dövlət Komissiyası apardığı üçün həmin qaydalar da bu qurum tərəfindən müəyyənləşdirilməlidir".

"Medal alan abituriyentlərə hər hansi güzəşt nəzərdə tutulmur"

Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) İctimaiyyətlə Əlaqələr Şöbəsinin müdiri Elnur Nağızadə isə "Təhsil haqqında" qanuna əsasən, qızıl və gümüş medal alan abituriyentlərə hər hansı güzəşt nəzərdə tutulmadığını bildirdi: "Hazırda yeni qəbul qaydaları üzərində iş gedir. Ötən ilin iyununda qəbul olunan "Təhsil haqqında" qanundan irəli gələn məsələlər yeni qəbul qaydalarında öz əksini tapacaq. Həmin qaydalar "Abituriyent" jurnalının növbəti sayında ictimaiyyətə açıqlandıqdan sonra bununla bağlı daha ətraflı danışmaq olar".
E.Nağızadənin sözlərinə görə, hazırda mövcud olan qaydalara görə, qəbul imtahanlarında abituriyentlərə heç bir güzəşt edilmir: "Yalnız xüsusi qabiliyyət tələb edən ixtisaslar üzrə abituriyentlər test imtahanından əlavə xüsusi qabiliyyət imtahanı verirlər. Həmin imtahanlar zamanı yüksək nəticələri olan abituriyentlər, xüsusən idmançılar yarışlarda uğur qazanıblarsa, qabiliyyət imtahanından azad edilirlər. Amma onlar test imtahanından azad edilmirlər. İndiyədək belə hal olmayıb. Amma yeni "Təhsil haqqında" qanuna görə, beynəlxalq fənn olimpiadalarının qalibləri müvafiq ixtias qrupuna keçirilən müsabiqə zamanı müəyyən güzəşt əldə edə bilərlər. Bununla da bağlı daha ətraflı məlumat yeni qəbul qaydaları dərc edildikdə almaq olar".
E.Nağızadə orta məktəbin attestat qiymətlərinin yalnız bir halda nəzərə alındığını vurğuladı: "Əgər eyni ixtisas qrupuna sənəd verən iki abituriyentin nəticələri üst-üstə düşürsə və qəbul planı əsasında onların hər ikisini yerləşdirmək mümkün olmursa, onların attestat ballarına baxılır. Bu zaman nəzərə alınan göstəricilər sırasına attestat qiymətləri əlavə olunur".
Məsələyə münasibət bildirən Milli Məclisin Elm və Təhsil Komitəsinin sabiq sədri Şahlar Əsgərov qızıl və gümüş medalların verilməsində dünya təcrübəsindən yararlanmağın vacib olduğunu bildirdi: "Zaman-zaman bu məsələ Milli Məclisin Elm və Təhsil Komitəsində müzakirəyə çıxarılırdı. O zaman aparılan müzakirələr nəticəsində belə qərara gəldik ki, qızıl və gümüş medalların verilməsi müasir dövrün tələblərinə uyğun deyil. Sovet dövründə bu cür medalların verilməsi müəyyən əhəmiyyət kəsb edirdi. Çünki qızıl medal alan abituriyent qəbul imtahanında müəyyən güzəştlər əldə edirdi. Test imtahanında isə bir gün ərzində insanların biliyi obyektiv şəkildə yoxlanılır. Buna görə güman etmirəm ki, bu cür medallarla təltif olunanlar güzəşt əldə edə bilsinlər. Çünki test imtahanı şagirdlərin biliyini obyektiv və aşkarlıq şəraitində qiymətləndirir. Qızıl və gümüş medalın verilməsi isə hansısa bir qərar nəticəsində reallaşır. Digər tərəfdən isə, sovet dövründə aparılan qəbul imtahanlarının forması orta məktəbi bu cür nailiyyətlə bitirən şagirdlərə ali məktəbə qəbul imtahanlarında müəyyən güzəşt əldə edilməsi üçün imkan yaradırdı. Digər abituriyentlər 20 gün müddətində imtahanlara cəlb edilirdisə, qızıl medal alanlar bir gün ərzində imtahan verə bilirdi. Amma test daha səmərəli variantdır və bu imtahanda həmin şəxslərə güzəşt edilməsi doğru olmazdı. Buna görə də hesab edirəm ki, ali məktəbə qəbul imtahanlarının testlə aparıldığı bir şəraitdə qeyri-aşkarlıq şəraitində qızıl və gümüş medalların verilməsi yalnız neqativ hallara gətirib çıxara bilər".
Beləliklə, bu tədris ilinin artıq yarısı arxada qalıb. Bir neçə aydan sonra onbirincilər orta məktəbi başa vuracaq. Kimlərin qızıl və gümüş medal alacağı və bu işin təhsilin keyfiyyətinə necə təsir edəcəyini bilmək üçün bir az gözləmək lazımdır.
Xalid AZƏR.

çap üçün verisya

Axtarish sistemi

  


« February 2012
Mo Tu We Th Fr Sa Su
 12345
6789101112
13141516171819
20212223242526
272829 
Advokat

1946-cı ildə anadan olmuşam. Hazırda yaşa görə təqaüd alıram. İşlədiyim illərdə (1969-1974) Naftalan Şəhər Sovetində İdman Komitəsinin sədri vəzifəsində çalışmışam. Həmin illər dövlət qulluqçusu statusu kimi mənə sayıla bilərmi, eləcə də qulluq stajıma əsasən mənə pensiya təyin olunması mümkündürmü?

İbrahimxəlil QURBANOV,
Naftalan şəhəri.


- Sualınıza cavab olaraq bildiririk ki, Azərbaycan Respublikası Prezidentinin 01.09.2005-ci il tarixli, 290 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Əmək pensiyaları haqqında" qanuna əsasən, pensiya təyin edilməsi üçün dövlət qulluqçusunun müraciət etdiyi vaxt dövlət məvacibinin hesablandığı dövlət qulluğu vəzifəsi mövcud olmadıqda, habelə dövlət qulluqçularının vəzifələrinin "İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması Siyahısı"nda şəhər sovetinin nəzdində idman komitələri nəzərdə tutulmadığından dövlət qulluğuna edilən güzəştlər sizə şamil edilə bilməz.


© 2006-2012
Müəllif hüquqları Ulfet Qazeti-nə məxsusdur.
Dizayn NUR D şirkəti tərəfindən hazırlanıb.