Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev
yanvarın 23-də
…Rusiya Federasiyasının Soçi şəhərinə işgüzar səfərə gəlmişdir. …və Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev Soçidə, "Girand Polyana" mehmanxanasının "Qəbullar evi"ndə görüşmüş və qarşılıqlı fikir mübadiləsi aparmışlar. …və Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev Azərbaycan Respublikası Dövlət Neft Şirkəti və Rusiyanın "Qazprom-eksport" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında təbii qazın alqı-satqısına dair müqaviləyə 5 nömrəli əlavə sazişin imzalanması mərasimində iştirak etmişlər. …, Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev və Ermənistan Respublikasının Prezidenti Serj Sarkisyan Soçidə, "Girand Polyana" mehmanxanasının "Qəbullar evi"ndə birgə görüşmüş, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı məsələləri müzakirə etmişlər. …, Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev və Ermənistan Respublikasının Prezidenti Serj Sarkisyan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsinə dair danışıqların yekunlarına əsasən Birgə Bəyanat qəbul etmişlər. …Rusiya Federasiyasına işgüzar səfərini başa vuraraq həmin gün axşam Bakıya qayıtmışdır.
yanvarın 24-də
…Kür çayının suyunun daşması nəticəsində baş vermiş hadisələrin təkrar olunmaması üçün Fövqəladə Hallar Nazirliyi tərəfindən Bakıya gətirilmiş Niderland Krallığının "Damin" şirkətinin istehsal etdiyi "CSD-500" torpaqsoran qurğulara, Türkiyənin Tuzla şəhərində istehsal olunmuş yedək və təchizat gəmilərinə və tədqiqat katerinə baxış keçirmişdir.
yanvarın 25-də
…Davosda keçirilən Dünya İqtisadi Forumunda iştirak etmək üçün İsveçrəyə işgüzar səfərə gəlmişdir. …Davosda İsveçrə Konfederasiyasının Prezidenti xanım Eveline Vidner Şlümlə, İsrail Dövlətinin Prezidenti Şimon Pereslə, Avstriyanın "OMV AGE" şirkətinin baş icraçı direktoru Gerhard Roisslə və Amerika Birləşmiş Ştatlarının dövlət katibinin iqtisadiyyat, energetika və kənd təsərrüfatı məsələləri üzrə müavini Robert Hormatsla görüşmüşdür.
yanvarın 26-da
…Davosda "UBS Global" şirkətinin direktorlar şurasının sədri Kaspar Villigerlə, Avropa İttifaqının enerji məsələləri üzrə komissarı Günter Ottingerlə, Dünya İqtisadi Forumunun təsisçisi və icraçı sədri Klaus Şvabla, Gürcüstanın Baş naziri Nika Gilaurilə, Almaniyanın "Deutıche Bank"ının Mərkəzi və Şərqi Avropa ölkələri üzrə icraçı direktoru Peter Tilslə və idarə heyətinin üzvü Yürgen Figenlə, Beynəlxalq Qızıl Xaç Komitəsinin prezidenti Yakob Kellenbergerlə, Ukrayna Prezidenti Viktor Yanukoviçlə, RWE şirkətinin baş icraçı direktoru Yurgen Qrossmanla, Pakistan İslam Respublikasının Baş naziri Sayid Yusuf Raza Gilanilə, "Holcim Group" şirkətinin idarə heyətinin sədri Markus Akermanla, "Microsoft International" şirkətinin prezidenti, "Microsoft" Korporasiyasının vitse-prezidenti Jan Kurtua ilə və "Edisson" şirkətinin baş icraçı direktoru Bruno Leskörlə görüşmüşdür.
yanvarın 27-də
…Davosda Böyük Britaniyanın York Hersoqu, şahzadə Endryu ilə görüşmüşdür.
Vətəndaşlar 2015-ci ilə kimi bərbad yollarla hərəkət etməli olacaqlar
Son illərdə paytaxtda və regionlarda yeni yolların salınması və istifadədə olan yolların təmiri ilə bağlı işlər görülsə də, ikinci dərəcəli yolların, xüsusilə də bir çox yaşayış məntəqələrindəki məhəllədaxili yolların təmiri üçün ciddi tədbirlər görülmür. Hətta paytaxtın mərkəzi hissəsində məhəllədaxili yolların dağılmasına baxmayaraq, bu istiqamətdə təmir-bərpa işləri neçə ildir ki, öz həllini tapmır.
Xatırladaq ki, hazırda yol təsərrüfatına büdcədən ayrılan vəsaitlərin həcmi investisiya və infrastruktur layihələrində xüsusi çəkiyə malikdir. Nəqliyyat infrastrukturu ilə bağlı layihələrin demək olar ki, yarısından çoxunu yol təmiri üçün nəzərdə tutulmuş vəsaitlər təşkil edir. Məsələn, dövlət büdcəsindən yolların təmirinə 2006-cı ildə 200, 2007-ci ildə 300 milyon dollara yaxın vəsait xərclənib. 2008-ci ildə bu sahəyə ayrılan vəsaitlərin həcmi bir qədər də artırılaraq 400 milyon dollara çatdırılıb. 2009-cü ildə isə yol-nəqliyyat layihələrinə 1 milyard manata yaxın pul xərclənib. Bundan başqa, büdcə vəsaitləri ilə yanaşı, xarici maliyyə institutlarından, məsələn, Dünya Bankı, “BNP Paribas” Bankı, Səudiyyə İnkişaf Fondu, ərəb fondları sindikatları və digər banklardan alınmış kreditlər hesabına yol təsərrüfatına milyonlarla manat vəsait sərf edilib. Hazırda respublikamızda "Azərbaycan Respublikasının avtomobil yolları şəbəkəsinin yeniləşdirilməsinə və inkişafına dair Dövlət Proqramına əsasən, (2006-2015-ci illər) "magistral yolların yenidən qurulması və bərpası ilə bağlı layihələr həyata keçirilməkdədir. "Azəryolservis" Səhmdar Cəmiyyətindən verilən məlumata görə, proqram çərçivəsində 3578 km respublika əhəmiyyətli, 5928 km. yerli əhəmiyyətli yolların yenidən qurulması və əsaslı təmiri nəzərdə tutulub. SC bildirir ki, 2009-cu ildə ölkə ərazisində ümumi uzunluğu 464,4 km. olan yol inşa edilib. Paytaxt və ətraf ərazilərdə isə 30 km. magistral yolu salınıb. Heydər Əliyev prospekti ilə Ağa Nemətulla küçəsi, Babək prospekti ilə Məhəmməd Hadi küçəsində yol kəsişməsində yeni yol, Cəfər Cabbarlı meydanında sərnişinlər üçün keçid və sair işlər görülüb. Tbilisi və Azərbaycan prospektlərindəki piyada yolları isə yüksək səviyyədə təmir edilib. Nəqliyyat Nazirliyində isə hesab edirlər ki, yolların təmiri üçün dövlətin ayırdığı vəsaitlər kifayət etmədiyindən xarici banklardan böyük məbləğdə kreditlər alınacaq. Belə ki, Dünya Bankı ilə əməkdaşlıq çərçivəsində magistral yolların çəkilişi və paytaxtın mərkəzi küçələrinin bərpası planlaşdırılır. Bu il bölgələri paytaxtla birləşdirən 1-ci dərəcəli yollarla birlikdə Bakı və şəhərətrafı yol təsərrüfatının modernləşdirilməsinə 1 milyard 500 milyon dollara yaxın vəsaitin xərclənməsi nəzərdə tutulur. 2010-cu ildə yol hərəkətinin tənzimlənməsi layihəsi çərçivəsində əlavə 4 dairəvi yolun çəkilişi, Lökbatan-Xocahəsən, Suraxanı-Zabrat, Binəqədi-Dərnəgül, Tbilisi prospekti, Bayıl-Sahil qəsəbəsi və digər istiqamətlər üzrə yolların inşasına start verilməsi planlaşdırılır. DB ilə yanaşı, sözügedən layihələrdə Fransanın "BNR Paribas" Bankının da iştirakı nəzərdə tutulur. Bank Azərbaycanda yol təsərrüfatının yenidən qurulması layihəsində tərəfdaş kimi iştirak etmək niyyətindədir. Məsələ ondadır ki, bu nüfuzlu banklar Azərbaycanda magistral və xüsusi əhəmiyyət daşıyan yolların inşasına və bərpasına pul ayırırlar. İkinci dərəcəli və məhəllədaxili yolların təmiri bu qurumların strateji planına daxil deyil. Onu da qeyd edək ki, avtomobil yolları şəbəkəsinin yeniləşdirilməsinə və inkişafına dair Dövlət Proqramında da həyata keçirilən layihələrin böyük əksəriyyəti magistral yolların və avtomobil yollarının tikintisini nəzərdə tutur. SC məhəllədaxili yolların bərpası ilə bağlı konkret məlumat vermir. Məhəllədaxil yolların təmiri üçün "Azəryolservis"lə bərabər, yerli icra hakimiyyətlərinin, bələdiyyələrin də üzərinə böyük məsuliyyət düşdüyü bildirilir. Rayon icra hakimiyyətlərinə hər il dövlət büdcəsindən yolların bərpası üçün böyük həcmdə vəsait ayrılır. İcra hakimiyyətlərinin il ərzində təmir etdiyi yolların uzunluğu isə bir neçə km-dən çox olmur. Xatırladaq ki, təkcə paytaxtın 70-dən çox küçə və məhəllədaxili yolları bərbad vəziyyətdədir və onların ümumi uzunluğu 300 km-dən çoxdur. Proqram çərçivəsində görüləcək işləri nəzərə alsaq, Bakının yollarının təmirinin 2015-ci ildə başa çatacağını güman etmək olar.
1946-cı ildə anadan olmuşam. Hazırda yaşa görə təqaüd alıram. İşlədiyim illərdə (1969-1974) Naftalan Şəhər Sovetində İdman Komitəsinin sədri vəzifəsində çalışmışam. Həmin illər dövlət qulluqçusu statusu kimi mənə sayıla bilərmi, eləcə də qulluq stajıma əsasən mənə pensiya təyin olunması mümkündürmü?
İbrahimxəlil QURBANOV, Naftalan şəhəri.
- Sualınıza cavab olaraq bildiririk ki, Azərbaycan Respublikası Prezidentinin 01.09.2005-ci il tarixli, 290 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Əmək pensiyaları haqqında" qanuna əsasən, pensiya təyin edilməsi üçün dövlət qulluqçusunun müraciət etdiyi vaxt dövlət məvacibinin hesablandığı dövlət qulluğu vəzifəsi mövcud olmadıqda, habelə dövlət qulluqçularının vəzifələrinin "İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması Siyahısı"nda şəhər sovetinin nəzdində idman komitələri nəzərdə tutulmadığından dövlət qulluğuna edilən güzəştlər sizə şamil edilə bilməz.