Rəsmi

Azərbaycan
Respublikasının
Prezidenti İlham Əliyev

yanvarın 23-də

…Rusiya Federasiyasının Soçi şəhərinə işgüzar səfərə gəlmişdir.
…və Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev Soçidə, "Girand Polyana" mehmanxanasının "Qəbullar evi"ndə görüşmüş və qarşılıqlı fikir mübadiləsi aparmışlar.
…və Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev Azərbaycan Respublikası Dövlət Neft Şirkəti və Rusiyanın "Qazprom-eksport" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında təbii qazın alqı-satqısına dair müqaviləyə 5 nömrəli əlavə sazişin imzalanması mərasimində iştirak etmişlər.
…, Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev və Ermənistan Respublikasının Prezidenti Serj Sarkisyan Soçidə, "Girand Polyana" mehmanxanasının "Qəbullar evi"ndə birgə görüşmüş, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı məsələləri müzakirə etmişlər.
…, Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev və Ermənistan Respublikasının Prezidenti Serj Sarkisyan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsinə dair danışıqların yekunlarına əsasən Birgə Bəyanat qəbul etmişlər.
…Rusiya Federasiyasına işgüzar səfərini başa vuraraq həmin gün axşam Bakıya qayıtmışdır.

yanvarın 24-də

…Kür çayının suyunun daşması nəticəsində baş vermiş hadisələrin təkrar olunmaması üçün Fövqəladə Hallar Nazirliyi tərəfindən Bakıya gətirilmiş Niderland Krallığının "Damin" şirkətinin istehsal etdiyi "CSD-500" torpaqsoran qurğulara, Türkiyənin Tuzla şəhərində istehsal olunmuş yedək və təchizat gəmilərinə və tədqiqat katerinə baxış keçirmişdir.

yanvarın 25-də

…Davosda keçirilən Dünya İqtisadi Forumunda iştirak etmək üçün İsveçrəyə işgüzar səfərə gəlmişdir.
…Davosda İsveçrə Konfederasiyasının Prezidenti xanım Eveline Vidner Şlümlə, İsrail Dövlətinin Prezidenti Şimon Pereslə, Avstriyanın "OMV AGE" şirkətinin baş icraçı direktoru Gerhard Roisslə və Amerika Birləşmiş Ştatlarının dövlət katibinin iqtisadiyyat, energetika və kənd təsərrüfatı məsələləri üzrə müavini Robert Hormatsla görüşmüşdür.

yanvarın 26-da

…Davosda "UBS Global" şirkətinin direktorlar şurasının sədri Kaspar Villigerlə, Avropa İttifaqının enerji məsələləri üzrə komissarı Günter Ottingerlə, Dünya İqtisadi Forumunun təsisçisi və icraçı sədri Klaus Şvabla, Gürcüstanın Baş naziri Nika Gilaurilə, Almaniyanın "Deutıche Bank"ının Mərkəzi və Şərqi Avropa ölkələri üzrə icraçı direktoru Peter Tilslə və idarə heyətinin üzvü Yürgen Figenlə, Beynəlxalq Qızıl Xaç Komitəsinin prezidenti Yakob Kellenbergerlə, Ukrayna Prezidenti Viktor Yanukoviçlə, RWE şirkətinin baş icraçı direktoru Yurgen Qrossmanla, Pakistan İslam Respublikasının Baş naziri Sayid Yusuf Raza Gilanilə, "Holcim Group" şirkətinin idarə heyətinin sədri Markus Akermanla, "Microsoft International" şirkətinin prezidenti, "Microsoft" Korporasiyasının vitse-prezidenti Jan Kurtua ilə və "Edisson" şirkətinin baş icraçı direktoru Bruno Leskörlə görüşmüşdür.

yanvarın 27-də

…Davosda Böyük Britaniyanın York Hersoqu, şahzadə Endryu ilə görüşmüşdür.

Dünyada 2010-cu ildən başlayaraq seysmik fəallıq artacaq

09.03.10 - 11:52276 baxılıb

Qurban Yetirmiş: "Ötən il Xəzər dənizi akvatoriyasının seysmik aktivliyi əhəmiyyətli dərəcədə artıb"

Bu ilin əvvəlindən planetimizdə artıq üçüncü dəfə dağıdıcı zəlzələ olub. İlin əvvəlində Haitidə baş verən zəlzələ nəticəsində 250 min nəfərdən artıq insan dünyasını dəyişdi. Ötən həftə Çilidə baş verən zəlzələ isə 733 insanın həyatına son qoydu. Martın 4-də Tayvanda baş verən 6,4 bal gücündə zəlzələ də dağıntılara səbəb olub. Bu hadisələrdən sonra seysmoloqlar yaxın illərdə seysmik fəallığın artması ilə bağlı maraqlı açıqlama verib. Azərbaycan Milli Elmlər Akademiyasının üzvü, seysmoloq Elçin Xəlilov da dünyada 2010-cu ildən başlayaraq seysmik fəallığın artacağını açıqlayıb.

Hazırda Türkiyədə çalışan alimimizin sözlərinə görə, bu fəallıq 2013-2015-ci ildə yüksək həddə çatacaq. Dünyadakı bütün gərginlik mərkəzləri boşalacaq, bu da dünyanın 80 faizində zəlzələ olacağı deməkdir. İstanbul, İzmir, San-Fransisko, Los-Anceles, Almatı, Meksika kimi şəhərlərdə güclü zəlzələ riski var. Həmçinin Çin, İndoneziya, Yaponiya da risk altındadırlar. Bu arada baş verən yeraltı təkanların təkcə insan tələfatına deyil, həm də planetimizdə müəyyən dəyişikliklər yaratdığı bildirilir. Belə ki, Çilidə baş verən 8,8 bal gücündəki zəlzələnin bir sıra dəyişikliklər yaratdığı barədə məlumatlar səsləndirilir. NASA-nın Reaktiv Hərəkat Laboratoriyasının alimləri belə iddia irəli sürüblər ki, zəlzələ nəticəsində yerdə sutkanın uzunluğu azalıb. Sutkanın 1,26 mikrosaniyə azalması ilə yanaşı, Yer planeti öz oxundan 8 sm tərpənib. Laboratoriyanın mütəxəssisi Riçard Qross bildirib ki, 2004-cü ildə Sumatra adasında baş vermiş zəlzələ və sunami zamanı günün uzunluği 6,8 mikrosaniyə azalmışdı. Həmin vaxt yerin öz oxundan 7 sm tərpənməsi müşahidə olunub. Respublikamız da seysmik zonada yerləşdiyindən Azərbaycanda da 6-8 bal gücündə zəlzələ ehtimalı mümkündür.
Bakı Seysmik Stansiyasının rəhbəri Südef Həsənov bu məlumatı inandırıcı saymır: "Belə zəlzələlər nəticəsində yerin quruluşunda çatlar əmələ gələr, relyef də dəyişiklik, müəyyən qalxma, enmə, çevrilmə ola bilər. Amma yerin fırlanma orbitindən tərpənməsi mümkün deyil".
Məsələyə münasibət bildirən Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Seysmoloji Mərkəzinin direktor müavini Qurban Yetirmişin sözlərinə görə, Azərbaycanın seysmik davamlığı Rixter cədvəli ilə 9 bal gücündədir: "Yerin ani vaxtda titrəməsi zəlzələdir. Zəlzələ yer daxilində gedən tektonik proseslərin nəticəsində laylarda qırılmalar yaranır. Tektonik zəlzələlər blokların hərəkətiylə qırılmaların təmasında daha intensivləşir. Zəlzələ nəticəsində yerin daxilində olan gərginlik boşalır və bütün bu proseslər nəticəsində toplanılan enerji səthə çıxır. Bununla da yerdəki enerji azalır və yerdəki proseslər normal hala düşür. Azərbaycan Krım-Tatar seysmik qurşağında yerləşir və seysmoaktiv hesab olunur. Həmin qurşaq isə Alp-Himalay seysmik zolağına daxildir. Bu zona dünya üzrə 3 seysmik zolaqlardan biridir. Azərbaycan da Alp-Himalay seysmik zolağında yerləşdiyindən aktiv zona hesab edilir. Son dövrlər Azərbaycanda ən güclü zəlzələ 2000-ci ilin noyabrında baş verib. Zəlzələnin təkanı Bakıda 6,5 bal gücündə olub. Ancaq ocaqda güc daha çox idi. Təxminən episentr dənizdə 7,5 bal gücündə ölçülmüşdür".
Q.Yetirmiş hər il ölkəmizdə 1000-dən artıq yeraltı təkanın qeydə alındığını bildirdi: "Bunlar da hamısı ümumi seysmik fond səviyyəsində normal hesab olunur. Yəni aktivləşmə olduğundan güclü zəlzələnin olması ehtimalı azalır. Bu da normal prosesdir. Ölkəmizdə Talış, Böyük və Kiçik Qafqaz, Şamaxı-İsmayıllı, Gəncəbasar, Naxçıvan bölgəsi, Xəzərin şimal-şərqində güclü zəlzələ yataqları var. Bu bölgələr seysmikliyinə görə daha aktivdir".
Q.Yetirmişin sözlərinə görə, ötən il Xəzər dənizi akvatoriyasının seysmik aktivliyi əhəmiyyətli dərəcədə artıb: "21 rəqəmsal və 14 analoq seysmik stansiya şəbəkəsi ilə aparılan müşahidələr nəticəsində ötən il Azərbaycan ərazisində 3680 yeraltı təkan qeydə alınıb. Bu təkanlardan 1744-ü yerli, 1936-sı yaxın-uzaq zəlzələlər olub ki, bunlardan da 20-si hiss edilib. Aparılan müşahidələr nəticəsində məlum olub ki, 2008-ci illə müqayisədə ötən ildə baş verən zəlzələlərin sayı artsa da, ayrılmış seysmik enerjinin miqdarı düşüb. Ölkə ərazisində yüksək seysmik zona kimi Böyük Qafqazın cənub-şərq yamacı, xüsusilə Şamaxı-İsmayıllı rayonları seysmoaktiv ərazilər kimi qeydə alınıb. Kür çökəkliyinin Mingəçevir su anbarını əhatə edən hissəsində də 2008-ci illə müqayisədə seysmik aktivliyin artması, Şamaxıdan cənuba doğru, Cəlilabad və Hacıqabul rayonlarında isə zəlzələlərin episentrlərinin sıxılması müşahidə olunub. 2009-cu ildə ən yüksək gərginlik-deformasiya vəziyyətinə Şamaxı, Şəki, İsmayıllı seysmogen zonalarında və Aydınbulaq-Ağdaş ərazilərində rast gəlinib. Dağ süxurları kütlələrinin paylanması prosesi kifayət qədər yavaş gedir, buna görə də bu ərazilər 2010-cu ildə seysmik cəhətdən yüksək təhlükəli ərazilər olacaq".
Xalid AZƏR.

çap üçün verisya

Axtarish sistemi

  


« February 2012
Mo Tu We Th Fr Sa Su
 12345
6789101112
13141516171819
20212223242526
272829 
Advokat

1946-cı ildə anadan olmuşam. Hazırda yaşa görə təqaüd alıram. İşlədiyim illərdə (1969-1974) Naftalan Şəhər Sovetində İdman Komitəsinin sədri vəzifəsində çalışmışam. Həmin illər dövlət qulluqçusu statusu kimi mənə sayıla bilərmi, eləcə də qulluq stajıma əsasən mənə pensiya təyin olunması mümkündürmü?

İbrahimxəlil QURBANOV,
Naftalan şəhəri.


- Sualınıza cavab olaraq bildiririk ki, Azərbaycan Respublikası Prezidentinin 01.09.2005-ci il tarixli, 290 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Əmək pensiyaları haqqında" qanuna əsasən, pensiya təyin edilməsi üçün dövlət qulluqçusunun müraciət etdiyi vaxt dövlət məvacibinin hesablandığı dövlət qulluğu vəzifəsi mövcud olmadıqda, habelə dövlət qulluqçularının vəzifələrinin "İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması Siyahısı"nda şəhər sovetinin nəzdində idman komitələri nəzərdə tutulmadığından dövlət qulluğuna edilən güzəştlər sizə şamil edilə bilməz.


© 2006-2012
Müəllif hüquqları Ulfet Qazeti-nə məxsusdur.
Dizayn NUR D şirkəti tərəfindən hazırlanıb.