Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev
yanvarın 23-də
…Rusiya Federasiyasının Soçi şəhərinə işgüzar səfərə gəlmişdir. …və Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev Soçidə, "Girand Polyana" mehmanxanasının "Qəbullar evi"ndə görüşmüş və qarşılıqlı fikir mübadiləsi aparmışlar. …və Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev Azərbaycan Respublikası Dövlət Neft Şirkəti və Rusiyanın "Qazprom-eksport" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında təbii qazın alqı-satqısına dair müqaviləyə 5 nömrəli əlavə sazişin imzalanması mərasimində iştirak etmişlər. …, Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev və Ermənistan Respublikasının Prezidenti Serj Sarkisyan Soçidə, "Girand Polyana" mehmanxanasının "Qəbullar evi"ndə birgə görüşmüş, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı məsələləri müzakirə etmişlər. …, Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev və Ermənistan Respublikasının Prezidenti Serj Sarkisyan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsinə dair danışıqların yekunlarına əsasən Birgə Bəyanat qəbul etmişlər. …Rusiya Federasiyasına işgüzar səfərini başa vuraraq həmin gün axşam Bakıya qayıtmışdır.
yanvarın 24-də
…Kür çayının suyunun daşması nəticəsində baş vermiş hadisələrin təkrar olunmaması üçün Fövqəladə Hallar Nazirliyi tərəfindən Bakıya gətirilmiş Niderland Krallığının "Damin" şirkətinin istehsal etdiyi "CSD-500" torpaqsoran qurğulara, Türkiyənin Tuzla şəhərində istehsal olunmuş yedək və təchizat gəmilərinə və tədqiqat katerinə baxış keçirmişdir.
yanvarın 25-də
…Davosda keçirilən Dünya İqtisadi Forumunda iştirak etmək üçün İsveçrəyə işgüzar səfərə gəlmişdir. …Davosda İsveçrə Konfederasiyasının Prezidenti xanım Eveline Vidner Şlümlə, İsrail Dövlətinin Prezidenti Şimon Pereslə, Avstriyanın "OMV AGE" şirkətinin baş icraçı direktoru Gerhard Roisslə və Amerika Birləşmiş Ştatlarının dövlət katibinin iqtisadiyyat, energetika və kənd təsərrüfatı məsələləri üzrə müavini Robert Hormatsla görüşmüşdür.
yanvarın 26-da
…Davosda "UBS Global" şirkətinin direktorlar şurasının sədri Kaspar Villigerlə, Avropa İttifaqının enerji məsələləri üzrə komissarı Günter Ottingerlə, Dünya İqtisadi Forumunun təsisçisi və icraçı sədri Klaus Şvabla, Gürcüstanın Baş naziri Nika Gilaurilə, Almaniyanın "Deutıche Bank"ının Mərkəzi və Şərqi Avropa ölkələri üzrə icraçı direktoru Peter Tilslə və idarə heyətinin üzvü Yürgen Figenlə, Beynəlxalq Qızıl Xaç Komitəsinin prezidenti Yakob Kellenbergerlə, Ukrayna Prezidenti Viktor Yanukoviçlə, RWE şirkətinin baş icraçı direktoru Yurgen Qrossmanla, Pakistan İslam Respublikasının Baş naziri Sayid Yusuf Raza Gilanilə, "Holcim Group" şirkətinin idarə heyətinin sədri Markus Akermanla, "Microsoft International" şirkətinin prezidenti, "Microsoft" Korporasiyasının vitse-prezidenti Jan Kurtua ilə və "Edisson" şirkətinin baş icraçı direktoru Bruno Leskörlə görüşmüşdür.
yanvarın 27-də
…Davosda Böyük Britaniyanın York Hersoqu, şahzadə Endryu ilə görüşmüşdür.
Rafael HÜSEYNOV,AMEA-nın müxbir üzvü, millət vəkili
Dünyanın müxtəlif xalqlarının çeşidli bayramları var. Lakin istisnasız olaraq Novruz bu bayramların zirvəsidir. Çünki Novruz bütün zamanların və bütün xalqların ən siyasətsiz və ən siyasətli bayramıdır.
Ən siyasətsiz bayramdır ona görə ki, insan iradəsindən asılı olmayaraq yaranmış bir bayramdır. Gecəylə gündüzün tənləşdiyi, dünyada vaxt tərəzisində bərabərliyin yarandığı, əsl astronomik yeni ilin başlandığı an. Amma bu həm də ən güclü siyasəti olan bayramdır. Bütün siyasətlərin uğrunda mübarizə apardıqları böyük hədəflər sülhdür, insanlar arasında anlaşma, dostluq, həmrəylikdir, xalqarın firavanlığı, rifahıdır. Novruz yarandığı, bayrama çevrildiyi ilk günlərdən indiyədək bu saf amalları təbliğ edir. Novruzda küsülülər barışır, insanların arasında mehr, təmas artır, şadlıq, ovqat yüksəkliyi çoxalır, süfrələr nemətlərlə daşır, təbiət də sanki bu duyğularla həmahəng olaraq canlanır, əlvanlaşır. Novruz artıq Şərq xalqlarının ortaq bayramı kimi "Bəşəriyyətin duyulan mədəni irsi" konvensiyasına daxil edilib. Birləşmiş Millətlər Təşkilatının da Novruzu əlamətdar Beynəlxalq bir gün kimi təsdiq etməsi həm sevindirici, həm düşündürücüdür. İndi dünyanın müxtəlif ölkələrində ən fərqli təqvimlər tətbiq edilir. O təqvimlərdən biri tarixi İsa Peyğəmbərin doğumundan, bir başqası Məhəmməd Peyğəmbərin hicrətindən hesablanır, daha mifik inanışlara istinad edilərək hesablanan tarixlər və təqvimlər də var. Ancaq bunların hamısı şərtidir. Yeganə doğru olan il başlanğıcı məhz Novruzun gəldiyi, astronomik təzə ilin və günün başlandığı məqamdır. Kim bilir, bəlkə elə BMT-nin indi qəbul etdiyi qərar da Novruzun uzaq olmayan gələcəkdə bütün xalqların qəbul etdiyi əsl bayram və həmin günün rəsmi yeni il kimi tanınmasından ötrü bir müqəddimədir. Abbas Səhhətin Novruz kimi aydın, sadə misraları varolmanın ən ali həqiqətini ifadə edir:
O gün ki fəsli yaz olur, Gecə-gündüz taraz olur.
Novruz tarazlığın, bərabərliyin, nizamın, ahəngin bayramıdır. Bayramınız mübarək, əziz azərbaycanlılar! Hər birinizin həyatında, Azərbaycanımızda və dünyada həmişə Novruzdakı kimi tarazlıq, bərabərlik, nizam, ahəng bərqərar olsun! Hər yeni gününüz Novruz kimi gözəl və sevimli bir yeni gün olsun!
1946-cı ildə anadan olmuşam. Hazırda yaşa görə təqaüd alıram. İşlədiyim illərdə (1969-1974) Naftalan Şəhər Sovetində İdman Komitəsinin sədri vəzifəsində çalışmışam. Həmin illər dövlət qulluqçusu statusu kimi mənə sayıla bilərmi, eləcə də qulluq stajıma əsasən mənə pensiya təyin olunması mümkündürmü?
İbrahimxəlil QURBANOV, Naftalan şəhəri.
- Sualınıza cavab olaraq bildiririk ki, Azərbaycan Respublikası Prezidentinin 01.09.2005-ci il tarixli, 290 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Əmək pensiyaları haqqında" qanuna əsasən, pensiya təyin edilməsi üçün dövlət qulluqçusunun müraciət etdiyi vaxt dövlət məvacibinin hesablandığı dövlət qulluğu vəzifəsi mövcud olmadıqda, habelə dövlət qulluqçularının vəzifələrinin "İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması Siyahısı"nda şəhər sovetinin nəzdində idman komitələri nəzərdə tutulmadığından dövlət qulluğuna edilən güzəştlər sizə şamil edilə bilməz.