Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev
yanvarın 23-də
…Rusiya Federasiyasının Soçi şəhərinə işgüzar səfərə gəlmişdir. …və Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev Soçidə, "Girand Polyana" mehmanxanasının "Qəbullar evi"ndə görüşmüş və qarşılıqlı fikir mübadiləsi aparmışlar. …və Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev Azərbaycan Respublikası Dövlət Neft Şirkəti və Rusiyanın "Qazprom-eksport" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında təbii qazın alqı-satqısına dair müqaviləyə 5 nömrəli əlavə sazişin imzalanması mərasimində iştirak etmişlər. …, Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev və Ermənistan Respublikasının Prezidenti Serj Sarkisyan Soçidə, "Girand Polyana" mehmanxanasının "Qəbullar evi"ndə birgə görüşmüş, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı məsələləri müzakirə etmişlər. …, Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev və Ermənistan Respublikasının Prezidenti Serj Sarkisyan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsinə dair danışıqların yekunlarına əsasən Birgə Bəyanat qəbul etmişlər. …Rusiya Federasiyasına işgüzar səfərini başa vuraraq həmin gün axşam Bakıya qayıtmışdır.
yanvarın 24-də
…Kür çayının suyunun daşması nəticəsində baş vermiş hadisələrin təkrar olunmaması üçün Fövqəladə Hallar Nazirliyi tərəfindən Bakıya gətirilmiş Niderland Krallığının "Damin" şirkətinin istehsal etdiyi "CSD-500" torpaqsoran qurğulara, Türkiyənin Tuzla şəhərində istehsal olunmuş yedək və təchizat gəmilərinə və tədqiqat katerinə baxış keçirmişdir.
yanvarın 25-də
…Davosda keçirilən Dünya İqtisadi Forumunda iştirak etmək üçün İsveçrəyə işgüzar səfərə gəlmişdir. …Davosda İsveçrə Konfederasiyasının Prezidenti xanım Eveline Vidner Şlümlə, İsrail Dövlətinin Prezidenti Şimon Pereslə, Avstriyanın "OMV AGE" şirkətinin baş icraçı direktoru Gerhard Roisslə və Amerika Birləşmiş Ştatlarının dövlət katibinin iqtisadiyyat, energetika və kənd təsərrüfatı məsələləri üzrə müavini Robert Hormatsla görüşmüşdür.
yanvarın 26-da
…Davosda "UBS Global" şirkətinin direktorlar şurasının sədri Kaspar Villigerlə, Avropa İttifaqının enerji məsələləri üzrə komissarı Günter Ottingerlə, Dünya İqtisadi Forumunun təsisçisi və icraçı sədri Klaus Şvabla, Gürcüstanın Baş naziri Nika Gilaurilə, Almaniyanın "Deutıche Bank"ının Mərkəzi və Şərqi Avropa ölkələri üzrə icraçı direktoru Peter Tilslə və idarə heyətinin üzvü Yürgen Figenlə, Beynəlxalq Qızıl Xaç Komitəsinin prezidenti Yakob Kellenbergerlə, Ukrayna Prezidenti Viktor Yanukoviçlə, RWE şirkətinin baş icraçı direktoru Yurgen Qrossmanla, Pakistan İslam Respublikasının Baş naziri Sayid Yusuf Raza Gilanilə, "Holcim Group" şirkətinin idarə heyətinin sədri Markus Akermanla, "Microsoft International" şirkətinin prezidenti, "Microsoft" Korporasiyasının vitse-prezidenti Jan Kurtua ilə və "Edisson" şirkətinin baş icraçı direktoru Bruno Leskörlə görüşmüşdür.
yanvarın 27-də
…Davosda Böyük Britaniyanın York Hersoqu, şahzadə Endryu ilə görüşmüşdür.
Bakının sürətlə böyüdüyü göz qabağındadır. Küçələr və prospektlər genişləndirilib, yollara keyfiyyətli asfalt döşənib, şəhərin müxtəlif nöqtələrində körpülər, yol ötürücüləri, tunellər tikilib istifadəyə verilib.
Son vaxtlar Bakının simasını dəyişən faktorlardan biri də şəhərdə inşa edilən yeni çoxmərtəbəli tikililərdir. Artıq paytaxt əhalisinin böyük bir hissəsi bu binalarda məskunlaşmağa başlayıblar. Amma yeni binalar gözəlliklə bərabər, yeni problemlər də gətiriblər. Bu problemlərdən ən ağrılısı təbii qazla təminatın olmamasıdır. Məsələ burasındadır ki, inşaat şirkətləri əvvəlcədən sakinlərin bütün kommunal xidmətlərlə təmin olunacaqlarını bildirsələr də, sonradan vədlərinə əməl etmirlər. Təbii ki, mənzillərin qazla təmin edilməməsinin əsas səbəbi yeni tikililərin Dövlət Qəbul Komissiyasına tam təhvil verilməməsidir. Qanunvericiliyə və müvafiq normativ aktlara görə, yeni tikililərə qazın verilməsi binaların tam təhvil verilməsindən, layihədə göstərilən bütün öhdəliklərin yerinə yetirilməsindən və görülən işlərin standartlara uyğun olmasından asılıdır. Son vaxtların təcrübəsi göstərir ki, problemlər həm sahibkarların, həm də yeni tikilmiş binalarda mənzil alan vətəndaşların səhlənkarlığı ucbatından yaranır. Belə ki, binalar təhvil verilməmiş buraya elektrik və suyun verilməsi təmin olunur. Bundan istifadə edən vətəndaşlar yeni tikilmiş, amma tam təhvil verilməmiş binalara köçüblər. Belə olan halda tikinti şirkətləri əlavə xərc çəkib Dövlət Qəbul Komissiyasından təhvil aktı almaqda maraqlı olmurlar. Kommunikasiya xətlərinin normal vəziyyətə gətirilməsi üçün sakinlər tikinti şirkətlərinə deyil, hökumət qurumlarına müraciət edirlər. Təbii ki bu halda hökumət qurumları vətəndaşların problemlərinin həllində aciz duruma düşürlər. Hazırda Bakıda elə yeni tikilmiş binalar var ki, onlarda 3 ildir məskunlaşma gedib, amma qazın nə vaxt veriləcəyi hələ də məlum deyil. Bəzi hallarda isə sakinlər binaları inşa edən tikinti şirkətlərinin sahiblərini belə tapa bilmirlər. Bəzi tikinti şirkətləri isə, ümumiyyətlə, fəaliyyətlərini dayandırıblar. Bu problemlə üzləşən vətəndaşların problemlərinin həlli ilə bağlı dəfələrlə parlamentdə də məsələ qaldırılıb. Məsələn, millət vəkili Qənirə Paşayeva hesab edir ki, yaranmış problemin həllində əsasən tikinti şirkətləri günahkar olduqlarından dövlət vətəndaşların problemlərinin həllinə bir çarə tapmalıdır. Dövlət orqanları isə deyirlər ki, tam təhvil verilməmiş yeni tikiliyə qazın verilməsi cinayətdir. Çünki bu, həmin binalarda yaşayan yüzlərlə insanın təhlükəsizliyinin təmin edilməsi baxımından yolverilməzdir. Məhz bu çatışmazlıqların tənzimlənməsi məqsədi ilə parlament "Elektroenergetika haqqında", "Su təchizatı və tullantı suları haqqında" və "Qaz təchizatı haqqında" qanunlara əlavə və dəyişikliklər edib. Dəyişikliklərə əsasən, Dövlət Qəbul Komissiyası yeni tikilən hər hansı binanı tam istismara qəbul edənədək bu binaya, onun mənzillərinə elektrik, qaz və su verilə bilməz. Eyni zamanda yeni tikilən yaşayış binaları tam istismara qəbul edilənədək mənzillərdə elektrik, qaz və su sayğaclarının quraşdırılmasına icazə verilməyəcək. Milli Məclisin Təbii Ehtiyatlar, Energetika və Ekologiya Komitəsinin sədr müavini Elton Məmmədov hesab edir ki, bu dəyişikliklər müvafiq qanunvericiliyin təkmilləşdirilməsi xarakteri daşıyır və vətəndaşların xeyrinədir. Yəni vətəndaş Dövlət Qəbulu Komissiyası tərəfindən qəbul edilməyən binalarda məskunlaşa bilməyəcək. Bu vəziyyətdən çıxmaq üçün tikinti şirkətləri məcbur olub üzərilərinə düşən bütün öhdəlikləri yerinə yetirəcəklər ki, tikdikləri bina komissiya tərəfindən qəbul olunsun və sata bilsinlər. Yeni tikilmiş binaların problemləri təkcə təbii qazın qıtlığı ilə bitmir. Məsələ burasındadır ki, Dövlət Qəbul Komissiyası tərəfindən qəbul olunmayan binalara mülkiyyət hüququnu təsdiq edən qeydiyyat şəhadətnamələri də verilmir. Bu mənzillərin sahibləri mülkiyyəti tikinti şirkətindən adi müqavilə ilə alırlar. Sonradan vətəndaş mənzilini yenidən satmaq istəyəndə əlavə problemlə üzləşir. Alıcı mənzilin qeydiyyat şəhadətnaməsini ("kupça"sını) tələb edir. Ev sahibi isə bu sənədi təqdim edə bilmir. Ekspertlərin fikrincə, Milli Məclisdə qəbul olunan sözügedən əlavə və dəyişikliklər bu problemin də həllinə dəstək olacaq. Amma bir məsələ də var ki, qanun geriyə şamil edilmir. Hazırda küllü miqdarda pul verib qazsız mənzillərdə yaşayanlar problemin həlli üçün bir az da gözləməli olacaqlar - tikinti şirkətləri insafa gəlib binaları Dövlət Qəbul Komissiyasına təhvil verənə kimi.
1946-cı ildə anadan olmuşam. Hazırda yaşa görə təqaüd alıram. İşlədiyim illərdə (1969-1974) Naftalan Şəhər Sovetində İdman Komitəsinin sədri vəzifəsində çalışmışam. Həmin illər dövlət qulluqçusu statusu kimi mənə sayıla bilərmi, eləcə də qulluq stajıma əsasən mənə pensiya təyin olunması mümkündürmü?
İbrahimxəlil QURBANOV, Naftalan şəhəri.
- Sualınıza cavab olaraq bildiririk ki, Azərbaycan Respublikası Prezidentinin 01.09.2005-ci il tarixli, 290 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Əmək pensiyaları haqqında" qanuna əsasən, pensiya təyin edilməsi üçün dövlət qulluqçusunun müraciət etdiyi vaxt dövlət məvacibinin hesablandığı dövlət qulluğu vəzifəsi mövcud olmadıqda, habelə dövlət qulluqçularının vəzifələrinin "İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması Siyahısı"nda şəhər sovetinin nəzdində idman komitələri nəzərdə tutulmadığından dövlət qulluğuna edilən güzəştlər sizə şamil edilə bilməz.