Rəsmi

Azərbaycan
Respublikasının
Prezidenti İlham Əliyev

yanvarın 23-də

…Rusiya Federasiyasının Soçi şəhərinə işgüzar səfərə gəlmişdir.
…və Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev Soçidə, "Girand Polyana" mehmanxanasının "Qəbullar evi"ndə görüşmüş və qarşılıqlı fikir mübadiləsi aparmışlar.
…və Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev Azərbaycan Respublikası Dövlət Neft Şirkəti və Rusiyanın "Qazprom-eksport" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında təbii qazın alqı-satqısına dair müqaviləyə 5 nömrəli əlavə sazişin imzalanması mərasimində iştirak etmişlər.
…, Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev və Ermənistan Respublikasının Prezidenti Serj Sarkisyan Soçidə, "Girand Polyana" mehmanxanasının "Qəbullar evi"ndə birgə görüşmüş, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı məsələləri müzakirə etmişlər.
…, Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev və Ermənistan Respublikasının Prezidenti Serj Sarkisyan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsinə dair danışıqların yekunlarına əsasən Birgə Bəyanat qəbul etmişlər.
…Rusiya Federasiyasına işgüzar səfərini başa vuraraq həmin gün axşam Bakıya qayıtmışdır.

yanvarın 24-də

…Kür çayının suyunun daşması nəticəsində baş vermiş hadisələrin təkrar olunmaması üçün Fövqəladə Hallar Nazirliyi tərəfindən Bakıya gətirilmiş Niderland Krallığının "Damin" şirkətinin istehsal etdiyi "CSD-500" torpaqsoran qurğulara, Türkiyənin Tuzla şəhərində istehsal olunmuş yedək və təchizat gəmilərinə və tədqiqat katerinə baxış keçirmişdir.

yanvarın 25-də

…Davosda keçirilən Dünya İqtisadi Forumunda iştirak etmək üçün İsveçrəyə işgüzar səfərə gəlmişdir.
…Davosda İsveçrə Konfederasiyasının Prezidenti xanım Eveline Vidner Şlümlə, İsrail Dövlətinin Prezidenti Şimon Pereslə, Avstriyanın "OMV AGE" şirkətinin baş icraçı direktoru Gerhard Roisslə və Amerika Birləşmiş Ştatlarının dövlət katibinin iqtisadiyyat, energetika və kənd təsərrüfatı məsələləri üzrə müavini Robert Hormatsla görüşmüşdür.

yanvarın 26-da

…Davosda "UBS Global" şirkətinin direktorlar şurasının sədri Kaspar Villigerlə, Avropa İttifaqının enerji məsələləri üzrə komissarı Günter Ottingerlə, Dünya İqtisadi Forumunun təsisçisi və icraçı sədri Klaus Şvabla, Gürcüstanın Baş naziri Nika Gilaurilə, Almaniyanın "Deutıche Bank"ının Mərkəzi və Şərqi Avropa ölkələri üzrə icraçı direktoru Peter Tilslə və idarə heyətinin üzvü Yürgen Figenlə, Beynəlxalq Qızıl Xaç Komitəsinin prezidenti Yakob Kellenbergerlə, Ukrayna Prezidenti Viktor Yanukoviçlə, RWE şirkətinin baş icraçı direktoru Yurgen Qrossmanla, Pakistan İslam Respublikasının Baş naziri Sayid Yusuf Raza Gilanilə, "Holcim Group" şirkətinin idarə heyətinin sədri Markus Akermanla, "Microsoft International" şirkətinin prezidenti, "Microsoft" Korporasiyasının vitse-prezidenti Jan Kurtua ilə və "Edisson" şirkətinin baş icraçı direktoru Bruno Leskörlə görüşmüşdür.

yanvarın 27-də

…Davosda Böyük Britaniyanın York Hersoqu, şahzadə Endryu ilə görüşmüşdür.

Əcnəbilərin hamısı qanunlara əməl etmir...

23.04.10 - 14:53303 baxılıb

Vətəndaşlığı olmayan şəxs ölkə ərazisinə daxil olduğu dəqiqədən ciddi nəzarətdə saxlanılır

“Ölkə ərazisində olma və yaşamalarını qanuniləşdirən əcnəbilərlə yanaşı, qanunvericiliyin tələblərinə riayət etməkdən boyun qaçıranlar da var". Bunu Dövlət Miqrasiya Xidmətinin (DMX) rəisi Arzu Rəhimov bildirdi. Xidmət rəhbərinin sözlərinə görə, miqrasiya sahəsində qanunvericiliyin beynəlxalq norma və müasir dövrün tələblərinə uyğunlaşdırılması, tənzimlənməyən miqrasiya proseslərinin neqativ təsirinin aradan qaldırılması, milli təhlükəsizliyin və sabit sosial-iqtisadi inkişafın təşkili qurumun prioritet vəzifələrindəndir. Bu vəzifələr sırasında əhalinin mütənasib yerləşdirilməsi, miqrantların intellektual və əmək potensialından istifadə edilməsi, insan alveri də daxil olmaqla, qeyri-qanuni miqrasiyanın qarşısının alınması önəmli yer tutur. Dövlət orqanları qarşısındakı vəzifələrdən biri də miqrasiya proseslərinin idarə edilməsi sahəsində nəzarətin gücləndirilməsidir.
Bu məqsədlə adıçəkilən quruma miqrasiya proseslərinin təhlili, vaxtaşırı hesabatların və statistik məlumatların hazırlanması, həmçinin yeni texnologiyaların tətbiqi ilə vahid uçotun təmin edilməsi tapşırığı verilib. Vahid Miqrasiya Məlumat Sisteminin yaradılması miqrasiya proseslərinin dinamikası barədə təsəvvür yaratmaqla, qeyri-qanuni hallarla mübarizə və təhlükəsizliyin təmin olunmasına əlverişli şərait yaradıb: "Həmin məlumat sistemi vasitəsilə əcnəbi və vətəndaşlığı olmayan şəxslərin ölkə ərazisinə daxil olduğu dəqiqədən harada olması və nə işlə məşğul olması nəzarətdə saxlanılır. O cümlədən əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin ölkə ərazisində olma müddətləri də müəyyən edilir. Mövcud qanunvericiliyə edilən əlavə və dəyişikliyə əsasən, əcnəbilərin Azərbaycanda müvəqqəti və daimi yaşaması üçün lazımi sənədlər təsdiqlənib, qeydiyyat sistemi təkmilləşdirilıb. Həmçinin, ölkə vətəndaşlığına qəbul üzrə əlavə meyarlar müəyyən edilib, miqrasiya qanunvericiliyinin pozulmasına görə məsuliyyət artırılıb".
Xidmət rəisinin bildirdiyinə görə, Dövlət Miqrasiya Xidmətinə müraciət edib ölkə ərazisində olma və yaşamalarını qanuniləşdirən əcnəbilər olduğu kimi, qaydalardan boyun qaçıranlar da var: "Qeyri-qanuni miqrasiyanın qarşısının alınması isə respublikamızın milli təhlükəsizliyinin təmini baxımından vacib şərtlərdən biridir. Miqrasiya nəzarəti sistemi qeyri-qanuni miqrasiya ilə bağlı mövcud vəziyyətə adekvat olmalıdır. Miqrasiya prosesləri üzrə idarəetmə beynəlxalq öhdəliklərin yerinə yetirilməsini, insan hüquq və azadlıqlarının, dövlətin milli maraqlarının və təhlükəsizliyinin etibarlı qorunmasını tələb edir. Bu sahədə xarici ölkələrin müvafiq strukturları və beynəlxalq təşkilatlarla əməkdaşlığın gücləndirilməsi, həmsərhəd dövlətlərlə müqavilə prosesinin aktivləşdirilməsi, öhdəlikləri müəyyən edən və məsuliyyət nəzərdə tutan müvafiq sazişlərin bağlanması üzrə tədbirlər həyata keçirilir".
Nəzarətin gücləndirilməsi üzrə normativ-hüquqi aktların, o cümlədən ölkəmizin ərazisindən tranzit keçid qaydaları, daxili miqrasiyanın hüquqi tənzimlənməsi, qeyri-qanuni miqrantların ölkə ərazisindən çıxarılması, müxtəlif dövlət orqanlarının fəaliyyətlərinin səmərəli əlaqələndirilməsi və işin məqsədyönlü təşkili istiqamətində konkret addımlar atılır: "Xidmət ölkə ərazisində qanunsuz yaşayan, əmək fəaliyyəti ilə məşğul olan əcnəbi və vətəndaşlığı olmayan şəxslərin aşkar edilməsi istiqamətində müntəzəm tədbirlər həyata keçirir. Müəyyən edilmiş inzibati pozuntu halları qanunvericiliyin tələblərinə uyğun olaraq araşdırılır və müvafiq qərarlar qəbul olunur".
"Bir pəncərə" prinsipinin tətbiqindən də danışan A.Rəhimov dedi ki, sistem miqrasiya proseslərini daha işlək mexanizm əsasında idarə edir, operativliyin təmin olunmasına və problemlərin aradan qaldırılmasına yardım edib. Bununla da quruma daxil olan müraciətlərin sayı artıb, vahid prinsipin icrasında ciddi nəzarət mexanizmi yaradılıb. "Bir pəncərə" prinsipi tətbiq ediləndən bu günə qədər Dövlət Miqrasiya Xidmətinə 60 mindən artıq müraciət daxil olub. Müraciət edənlərin rahatlığının təmin edilməsi, onların DMX-yə regionlardan uzaq məsafə qət etməməsi, həmçinin xidmətin fəaliyyətinin genişləndirilməsi, regionlarda miqrasiya proseslərinin tənzimlənməsi məqsədi ilə qurumun regional idarələrinin təşkili işi uğurla davam etdirilir. Bu gün Xidmətin Şirvan, Yevlax, Lənkəran regional miqrasiya idarələri fəaliyyət göstərir. Hazırda digər regionlarda idarə və qanunsuz miqrantların saxlanılma mərkəzlərinin tikinti işləri intensiv davam etdirilməkdədir.

Gülər KƏRİMLİ.

çap üçün verisya

Axtarish sistemi

  


« February 2012
Mo Tu We Th Fr Sa Su
 12345
6789101112
13141516171819
20212223242526
272829 
Advokat

1946-cı ildə anadan olmuşam. Hazırda yaşa görə təqaüd alıram. İşlədiyim illərdə (1969-1974) Naftalan Şəhər Sovetində İdman Komitəsinin sədri vəzifəsində çalışmışam. Həmin illər dövlət qulluqçusu statusu kimi mənə sayıla bilərmi, eləcə də qulluq stajıma əsasən mənə pensiya təyin olunması mümkündürmü?

İbrahimxəlil QURBANOV,
Naftalan şəhəri.


- Sualınıza cavab olaraq bildiririk ki, Azərbaycan Respublikası Prezidentinin 01.09.2005-ci il tarixli, 290 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Əmək pensiyaları haqqında" qanuna əsasən, pensiya təyin edilməsi üçün dövlət qulluqçusunun müraciət etdiyi vaxt dövlət məvacibinin hesablandığı dövlət qulluğu vəzifəsi mövcud olmadıqda, habelə dövlət qulluqçularının vəzifələrinin "İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması Siyahısı"nda şəhər sovetinin nəzdində idman komitələri nəzərdə tutulmadığından dövlət qulluğuna edilən güzəştlər sizə şamil edilə bilməz.


© 2006-2012
Müəllif hüquqları Ulfet Qazeti-nə məxsusdur.
Dizayn NUR D şirkəti tərəfindən hazırlanıb.