Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev
yanvarın 23-də
…Rusiya Federasiyasının Soçi şəhərinə işgüzar səfərə gəlmişdir. …və Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev Soçidə, "Girand Polyana" mehmanxanasının "Qəbullar evi"ndə görüşmüş və qarşılıqlı fikir mübadiləsi aparmışlar. …və Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev Azərbaycan Respublikası Dövlət Neft Şirkəti və Rusiyanın "Qazprom-eksport" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında təbii qazın alqı-satqısına dair müqaviləyə 5 nömrəli əlavə sazişin imzalanması mərasimində iştirak etmişlər. …, Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev və Ermənistan Respublikasının Prezidenti Serj Sarkisyan Soçidə, "Girand Polyana" mehmanxanasının "Qəbullar evi"ndə birgə görüşmüş, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı məsələləri müzakirə etmişlər. …, Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev və Ermənistan Respublikasının Prezidenti Serj Sarkisyan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsinə dair danışıqların yekunlarına əsasən Birgə Bəyanat qəbul etmişlər. …Rusiya Federasiyasına işgüzar səfərini başa vuraraq həmin gün axşam Bakıya qayıtmışdır.
yanvarın 24-də
…Kür çayının suyunun daşması nəticəsində baş vermiş hadisələrin təkrar olunmaması üçün Fövqəladə Hallar Nazirliyi tərəfindən Bakıya gətirilmiş Niderland Krallığının "Damin" şirkətinin istehsal etdiyi "CSD-500" torpaqsoran qurğulara, Türkiyənin Tuzla şəhərində istehsal olunmuş yedək və təchizat gəmilərinə və tədqiqat katerinə baxış keçirmişdir.
yanvarın 25-də
…Davosda keçirilən Dünya İqtisadi Forumunda iştirak etmək üçün İsveçrəyə işgüzar səfərə gəlmişdir. …Davosda İsveçrə Konfederasiyasının Prezidenti xanım Eveline Vidner Şlümlə, İsrail Dövlətinin Prezidenti Şimon Pereslə, Avstriyanın "OMV AGE" şirkətinin baş icraçı direktoru Gerhard Roisslə və Amerika Birləşmiş Ştatlarının dövlət katibinin iqtisadiyyat, energetika və kənd təsərrüfatı məsələləri üzrə müavini Robert Hormatsla görüşmüşdür.
yanvarın 26-da
…Davosda "UBS Global" şirkətinin direktorlar şurasının sədri Kaspar Villigerlə, Avropa İttifaqının enerji məsələləri üzrə komissarı Günter Ottingerlə, Dünya İqtisadi Forumunun təsisçisi və icraçı sədri Klaus Şvabla, Gürcüstanın Baş naziri Nika Gilaurilə, Almaniyanın "Deutıche Bank"ının Mərkəzi və Şərqi Avropa ölkələri üzrə icraçı direktoru Peter Tilslə və idarə heyətinin üzvü Yürgen Figenlə, Beynəlxalq Qızıl Xaç Komitəsinin prezidenti Yakob Kellenbergerlə, Ukrayna Prezidenti Viktor Yanukoviçlə, RWE şirkətinin baş icraçı direktoru Yurgen Qrossmanla, Pakistan İslam Respublikasının Baş naziri Sayid Yusuf Raza Gilanilə, "Holcim Group" şirkətinin idarə heyətinin sədri Markus Akermanla, "Microsoft International" şirkətinin prezidenti, "Microsoft" Korporasiyasının vitse-prezidenti Jan Kurtua ilə və "Edisson" şirkətinin baş icraçı direktoru Bruno Leskörlə görüşmüşdür.
yanvarın 27-də
…Davosda Böyük Britaniyanın York Hersoqu, şahzadə Endryu ilə görüşmüşdür.
Şaiq Niftiyev: "Yəqin növbəti güclü yağışlardan sonra Ağsu aşırımında daha böyük sürüşmənin şahidi olacağıq"
"Bayıl qəsəbəsində sürüşmə ehtimalı hələ də qalmaqdadır"
Son bir həftədə respublikamızda baş verən torpaq sürüşmələri böyük fəlakətlərə səbəb olub. Tovuz rayonunun Qədirli kəndində 5 nəfərdən ibarət ailə məhv olub. Astara rayonunda bir ailə evsiz qalıb. Quba rayonunun Giləzi kəndində 189 ailənin həyatı təhlükədədir. Torpaq sürüşmələrinin belə geniş, intensiv miqyas almasının kökündə nə durur? Biz bu suala cavab tapmaq məqsədi ilə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin geoloji-hidrogeoloji mühəndisi, geoloji prosesləri öyrənən partiyanın rəisi Şaiq Niftiyevə müraciət etdik.
- Azərbaycanda baş verən sürüşmələrin əksəriyyəti texnogen amillərlə bağlıdır. Sürüşmə zonalarının hamısı yamaclarda yerləşir və həmin ərazidə tikilən evlərin sayı son dövrlər çoxalmışdı. Həmin yamaclarda nəmliyin artması torpaqda dözümlülüyün itməsinə, plastikliyin artmasına səbəb olur və bu da axın verir. Bütün sürüşmələr axın tipli sürüşmələrdir. Güclü qar və yağışlardan sonra sürüşmə halları aktivləşib. Ölkə ərazisində baş verən sürüşmələrdə atmosfer çoküntülərinin miqdarının artmasının müəyyən təsiri var. Həmin sürüşmələr əvvəllər mövcud olan analoji hadisənin davamı olsa da, son vaxtlar bir qədər aktivləşmə qeydə alınıb. Amma 2010-cu il ərzində baş verən 17 sürüşmə həm təbii, həm də texnogen amillərin təsirindən yaranıb. Muğanlı-İsmayıllı yolunun 2-ci kilometrliyində və Daşkəsəndə baş verən sürüşmələrdə isə texnogen amillərin təsiri böyükdür. İsmayıllı-Muğanlı yolu çəkilərkən mühəndis-geoloji şərait öyrənilməyib, yamacın dayanıqlılığı pozulub. Yamac düzgün kəsilmədiyindən sürüşmə prosesi gedib. Daşkəsəndə baş verən sürüşmə isə alunit sürüşməsidir. Alunit zavodu fəaliyyətini 20 il əvvəl dayandırsa da, yamac boş süxurlarla yüklənib. Nəticədə neçə illər ərzində yığılan yük, həmçinin son günlər ərzində normadan 2 dəfə çox artan atmosfer çöküntülərinin düşməsi sürüşməni aktivləşdirib.
- Ağsu aşırımında vəziyyətin təhlükəli olduğu bildirilir.
Ağsu aşırımındakı yollarda aparılan sonuncu işlərdən sonra sürüşmə ehtimalı daha da artıb. Həmin ərazidə 13 sahədə sürüşmə formalaşıb. Burada yamaclarda yerləşdirilən iaşə obyektlərinin tullantıları neçə illərdir sistemsiz olaraq əraziyə buraxılıb. Eyni zamanda yollar təmir edildikcə, yamacı kəsib yolu genişləndirirlər. Sağ tərəfdə sürüşmə var, sol tərəfdə isə yamacı kəsirlər ki, nəticədə sürüşmə aktivləşir. Hazırda 4 sahədə sürüşmə olduqca təhlükəlidir. Yolun kəsilmə ehtimalı var. Həmin sahələrdə sürüşmələr artıq başlayıb, sadəcə, sahəsi hələlik balacadır. Amma Ağsu aşırımında böyük təhlükə var. Yəqin növbəti güclü yağışlardan sonra Ağsu aşırımında biz daha böyük sürüşmənin şahidi olacağıq. Həmin ərazidə sürüşmə baş verərsə, böyük tələfatlarla nəticələnə bilər.
- Sürüşmə təhlükəsinin böyük olduğu digər ərazilər hansılardır?
- Hazırda vəziyyətin daha gərgin olduğu yerlər sırasında Quba-Xınalıq yolunu da göstərə bilərik. Həmin ərazidə yol üçün təhlükə törədə biləcək 6 sürüşmə mənbəyi var. Yolun çəkilişi zamanı vəziyyət düzgün dəyərləndirilməyib. Bakı-Şamaxı yolunda da təhlükə yarana bilər. Həmin ərazilərdə yol çəkilişi zamanı heç bir mühəndis-geoloji tədqiqatlar aparılmayıb. Şahzairli körpüsünün yaxınlığında, Acıdərə sahəsində də sürüşmələr aktivləşib, artıq çatlar əmələ gəlib. Həmçinin İsmayıllı rayonunun Biyallı, Gülüm kəndlərində yüzdən artıq ev təhlükə altındadır. Qusar rayonunun Güləzi kəndində sürüşmə ehtimalı yüksəkdir. Kəndin gələcəyi sual altındadır.
- Ümumilikdə, sürüşmə ehtimalı böyük olan neçə sürüşmə zonası var?
- 178. Onların əksəriyyəti yaşayış məntəqələrinin, yaxınlığında yerləşir. İdarəmiz tərəfindən hazırlanmış xəritədə etnogen-geoloji proseslərə məruz qalan bütün sahələr dəqiq göstərilir.
- Belə olan halda nə üçün qabaqlayıcı tədbirlər görülmür və nəticədə insanlar həyatını itirir?
- Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən sürüşmə ilə bağlı davamlı işlər aparılır. Hər ay bülletenlər hazırlanaraq 11 nazirliyə və Nazirlər Kabinetinə göndərilir. Demək olar ki, sürüşmə sahələrinin son vəziyyəti ilə bağlı bütün əlaqədar dövlət orqanları məlumatlandırılır. Ötən bülletenlərimizdə Muğanlı yolunda sürüşmənin aktivləşməsi barədə məlumatlar verirdik. Ancaq nəzərə alınmadı və sürüşmə baş verdi. İki aydır ki, Ağsu aşırımı haqqında həyəcan təbili çalırıq, orada sürüşmə günbəgün intensivləşir. Baş verən sürüşmə zonalarının hamısı haqqında demək olar ki, bizim proqnozlarımız olub. Əvvəlcədən biz həyəcan təbili çalırıq ki, hansı ərazidə sürüşmə aktivləşib. Amma qabaqlayıcı tədbirlərin görülməsi Ekologiya Nazirliyinin səlahiyyətində deyil.
- Baş verə biləcək sürüşmələrin qarşısını almaq üçün hansı tədbirlərin görülməsi vacibdir?
- Sürüşmələrin qarşısını almaq üçün meliorativ tədbirlər görmək lazımdır. Yamacların təbii ekoloji potensialı pozulmamalı, harda gəldi kəsilməsinin qarşısı alınmalıdır. Yamaclarda olan təbii landşaft formaları, meşələr, kolluqlar qorunmalıdır. Adi kolluqların qırılması belə yamacların dayanıqlılığına mənfi təsir göstərir. Antropogen fəaliyyət olan yerlərdə suötürücü novların tikilməsini təklif edirik. Əraziyə daxil olan qrunt suları bu novlar vasitəsilə ərazidən kənarlaşdırılsın, yaxud da kommunikasiya xətlərinin yamaclardan keçən hissələrində sızmalar aradan qaldırılmalıdır.
1946-cı ildə anadan olmuşam. Hazırda yaşa görə təqaüd alıram. İşlədiyim illərdə (1969-1974) Naftalan Şəhər Sovetində İdman Komitəsinin sədri vəzifəsində çalışmışam. Həmin illər dövlət qulluqçusu statusu kimi mənə sayıla bilərmi, eləcə də qulluq stajıma əsasən mənə pensiya təyin olunması mümkündürmü?
İbrahimxəlil QURBANOV, Naftalan şəhəri.
- Sualınıza cavab olaraq bildiririk ki, Azərbaycan Respublikası Prezidentinin 01.09.2005-ci il tarixli, 290 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Əmək pensiyaları haqqında" qanuna əsasən, pensiya təyin edilməsi üçün dövlət qulluqçusunun müraciət etdiyi vaxt dövlət məvacibinin hesablandığı dövlət qulluğu vəzifəsi mövcud olmadıqda, habelə dövlət qulluqçularının vəzifələrinin "İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması Siyahısı"nda şəhər sovetinin nəzdində idman komitələri nəzərdə tutulmadığından dövlət qulluğuna edilən güzəştlər sizə şamil edilə bilməz.