Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev
yanvarın 23-də
…Rusiya Federasiyasının Soçi şəhərinə işgüzar səfərə gəlmişdir. …və Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev Soçidə, "Girand Polyana" mehmanxanasının "Qəbullar evi"ndə görüşmüş və qarşılıqlı fikir mübadiləsi aparmışlar. …və Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev Azərbaycan Respublikası Dövlət Neft Şirkəti və Rusiyanın "Qazprom-eksport" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında təbii qazın alqı-satqısına dair müqaviləyə 5 nömrəli əlavə sazişin imzalanması mərasimində iştirak etmişlər. …, Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev və Ermənistan Respublikasının Prezidenti Serj Sarkisyan Soçidə, "Girand Polyana" mehmanxanasının "Qəbullar evi"ndə birgə görüşmüş, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı məsələləri müzakirə etmişlər. …, Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev və Ermənistan Respublikasının Prezidenti Serj Sarkisyan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsinə dair danışıqların yekunlarına əsasən Birgə Bəyanat qəbul etmişlər. …Rusiya Federasiyasına işgüzar səfərini başa vuraraq həmin gün axşam Bakıya qayıtmışdır.
yanvarın 24-də
…Kür çayının suyunun daşması nəticəsində baş vermiş hadisələrin təkrar olunmaması üçün Fövqəladə Hallar Nazirliyi tərəfindən Bakıya gətirilmiş Niderland Krallığının "Damin" şirkətinin istehsal etdiyi "CSD-500" torpaqsoran qurğulara, Türkiyənin Tuzla şəhərində istehsal olunmuş yedək və təchizat gəmilərinə və tədqiqat katerinə baxış keçirmişdir.
yanvarın 25-də
…Davosda keçirilən Dünya İqtisadi Forumunda iştirak etmək üçün İsveçrəyə işgüzar səfərə gəlmişdir. …Davosda İsveçrə Konfederasiyasının Prezidenti xanım Eveline Vidner Şlümlə, İsrail Dövlətinin Prezidenti Şimon Pereslə, Avstriyanın "OMV AGE" şirkətinin baş icraçı direktoru Gerhard Roisslə və Amerika Birləşmiş Ştatlarının dövlət katibinin iqtisadiyyat, energetika və kənd təsərrüfatı məsələləri üzrə müavini Robert Hormatsla görüşmüşdür.
yanvarın 26-da
…Davosda "UBS Global" şirkətinin direktorlar şurasının sədri Kaspar Villigerlə, Avropa İttifaqının enerji məsələləri üzrə komissarı Günter Ottingerlə, Dünya İqtisadi Forumunun təsisçisi və icraçı sədri Klaus Şvabla, Gürcüstanın Baş naziri Nika Gilaurilə, Almaniyanın "Deutıche Bank"ının Mərkəzi və Şərqi Avropa ölkələri üzrə icraçı direktoru Peter Tilslə və idarə heyətinin üzvü Yürgen Figenlə, Beynəlxalq Qızıl Xaç Komitəsinin prezidenti Yakob Kellenbergerlə, Ukrayna Prezidenti Viktor Yanukoviçlə, RWE şirkətinin baş icraçı direktoru Yurgen Qrossmanla, Pakistan İslam Respublikasının Baş naziri Sayid Yusuf Raza Gilanilə, "Holcim Group" şirkətinin idarə heyətinin sədri Markus Akermanla, "Microsoft International" şirkətinin prezidenti, "Microsoft" Korporasiyasının vitse-prezidenti Jan Kurtua ilə və "Edisson" şirkətinin baş icraçı direktoru Bruno Leskörlə görüşmüşdür.
yanvarın 27-də
…Davosda Böyük Britaniyanın York Hersoqu, şahzadə Endryu ilə görüşmüşdür.
Az qalmışdı təxminən 15 ildən bəri çalışdığı müəssisənin qapıları 15 dəqiqəyə görə onun üzünə bağlansın. Əslində bağlanmışdı da. Starə Cəbrayılova hələ indi də başa düşə bilmir ki, ona qarşı bu ədalətsizliyin kökündə nə dururdu? Axı hər şey axarınca gedirdi. Rəhbərliklə yaxşı münasibətdə idi. Vaxtilə həyat yoldaşı da bu müəssisədə, yəni "N" saylı hərbi hissədə çalışmışdı. 1996-cı ildə o, rəhmətə gedəndən sonra 3 yaşlı oğlu ilə tək qalan gənc dul qadını hərbi hissə rəhbərliyi işlə təmin etmişdi. Ona Mənzil İstismar Hissəsində anbar müdiri vəzifəsini tapşırmışdılar. S.Cəbrayılova da etimadı doğrultdu. Qüsursuz işlədi. Bu il fevralın 2-də işin qurtarmasına 15 dəqiqə qalmış özünü narahat hiss etdi. MİH-in rəisi gizir İntizar Əliyevdən icazə istədi. İnsafən gizir də "yox" demədi. S.Cəbrayılovanı evə buraxdı. Altı gün sonra onu şoka salan xəbər eşitdi. Dedilər ki, hərbi hissənin komandiri səni işdən azad etmək barədə əmr verib. Fevralın 9-da əmrin surətini Starə xanıma təqdim etdilər. Əmrdə işdənçıxarılmanın səbəbi kimi onun iş yerini icazəsiz, özbaşına tərk etməsi göstərilmişdi. Bütün cəhdlərinə baxmayaraq əmr əmrliyində qaldı. Yazıya pozu yoxdur dedilər.
Starə xanım başa düşdü ki, ədaləti müdiriyyətin əyləşdiyi otaqlarda axtarmaq faydasızdır. Bəs nə etməli? Dərdinə harada çarə axtarsın? Bəlkə də Starə xanım taleyi ilə barışardı. Qapı-qapı gəzib nə vaxtsa, haradasa bir iş tapardı. Amma… bu fikirlərinin üstündən xətt çəkən, onu ədalətin bərpasına səfərbər edən bir amil var idi. O da C.Naxçıvanski adına Hərbi Liseydə oxuyan oğlu idi. Əvvəla, oğlunun dolanışığını, vacib xərclərini işsiz qaldığı müddətdə necə ödəyəcəkdi? İkincisi, "intizamsız" işçi kimi vəzifəsindən qovulan ana hansı mənəvi haqla oğlundan intizam tələb edə bilərdi? S.Cəbrayılova hüquqlarının müdafiəsi uğrunda təkbaşına mübarizə aparmağın çətinliklərini görüb Dövlət İdarələri və İctimai Xidmət İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinə ərizə yazdı. Komitədə ərizə mütəxəssislər tərəfindən araşdırıldı. Məlum oldu ki, Starə xanımın işdən çıxarılması üçün elə bir tutarlı səbəb yoxdur. DİİXİHİ Respublika Komitəsi sədrinin I müavini Aida Əliyevadan və Müdafiə Nazirliyi BHİK-in sədri Abiyat Ağadadaşovadan ibarət nümayəndə heyəti hissə komandirinin yanında oldu və əmr verilərkən Əmək Məcəlləsinin bir neçə maddəsinin pozulduğu onun diqqətinə çatdırıldı. Həmin qanun pozuntuları barədə bir qədər sonra oxucularımıza məlumat verəcəyik. Hələlik isə yazımızı hadisələrin inkişafı ilə davam etdiririk. Hörmətli hissə komandiri bildirmişdi ki, S.Cəbrayılovaya qarşı heç bir qərəzli mövqeyi yoxdur. Hətta bu məsələnin qanuni yolla həllini tapacağına inandığını söyləmişdi. Onu da etiraf etmişdi ki, əmr hərbi hissənin şəxsi heyətinin rəisi Şahlar Quliyevin məlumatı əsasında verilmişdir. Mən, yeri gəlmişkən, yazının bu məqamında jurnalist bitərəfliyini saxlamağa özümü məcbur edə bilmədim. Tabeliyində işləyən insanların taleyini real faktlarla, ədalətlə araşdırma aparmadan, kimlərinsə münasibəti, rəyi əsasında həll etmək ən azı biganəlik, insafsızlıqdır. Təəssüf ki, bu xüsusiyyətlərə görə cinayət məcəlləsində maddə yoxdur. Starə xanımın həmkarlar ittifaqından olan müdafiəçiləri növbəti etap kimi məhkəməyə müraciət edirlər. Məhkəmədə Starə xanımı müdafiə edən nümayəndə heyətinin tərkibinə AHİK-in hüquq şöbəsinin müdir müavini Leyla Acalova da qoşuldu. Aprel ayında hakim İlyas Mahmudovun sədrliyi ilə baş tutmuş məhkəmə S.Cəbrayılovanın 2 ay müddətinə çəkdiyi mənəvi və maddi əzablara son qoydu. Şahid və nümayəndə qismində dindirilən həmkarlar ittifaqı nümayəndələrinin bütün dəlilləri sübuta yetirildi. Bildirildi ki, müdiriyyət Əmək Məcəlləsinin 70-ci maddəsinin "ç" bəndinə istinadən əmək funksiyasını və əmək müqaviləsi üzrə öhdəlikləri yerinə yetirməyən işçi ilə əmək müqaviləsini pozmaq hüququna malikdir. Hərbi hissənin rəhbərliyi bu bəndi rəhbər tutaraq əmr verib. Amma… sonrakı bəndi nəzərə almadan. 71-ci maddədə əmək müqaviləsinin ləğvolma şərtləri çox aydın şəkildə yazılıb. Qeyd olunur ki, işçi əmək funksiyasını qəsdən, səhlənkarlıq, etinasızlıq ucbatından pozarsa və bu hal istehsalın ahənginə mənfi təsir göstərərsə, işəgötürənin, kollektivin hüquqlarına toxunarsa, onda əmək müqaviləsinə xitam verilir. Həmin maddənin 3-cü hissəsində isə yazılır ki, əmək müqaviləsinin ləğv edilmə səbəbləri əsaslandırılmalıdır. Daha sonra məhkəmədə təsdiq edilmiş digər qanun pozuntularını da açıqlayacağıq. Hələlik isə sadaladığımız maddələrin tələblərinə nə dərəcədə əməl olunduğunu aydınlaşdıraq. Əmrin Starəyə təqdim olunan surətindən də bəlli olduğu kimi, zərərçəkənin işdən çıxarılmasının səbəbi əsaslandırılmamışdır. Necə də əsaslandırıla bilərdi ki, o, işi son saatın son 15 dəqiqəsində, özü də icazəli şəkildə tərk etmişdi. Onun işdən getməsi ilə nə müəssisə, nə kollektiv heç nə itirməmişdi. Başqa sözlə, müəssisənin, kollektivin qanunla qorunan mənafeyinə ziyan dəyməmişdi. Məhkəmədə kobud pozuntular sırasında 80-ci maddənin 1-ci bəndinə hərbi hissə komandirliyinin məhəl qoymaması diqqətə çatdırıldı. Həmin maddə işəgötürənə imkan vermir ki, həmkarlar ittifaqı üzvü olan işçini özü lazım bildiyi halda işdən azad etsin. Maddənin ikinci bəndində bu qadağa ətraflı izah olunur: işəgötürən həmkarlar ittifaqı təşkilatına onun üzvünü işdən çıxarmaq istəyərkən yazılı təqdimatla müraciət etməlidir. Təqdimata əsaslandırma sənədləri əlavə olunmalıdır. Həmkarlar İttifaqı Komitəsi işəgötürənin təqdimatını öyrənir, araşdırır və uzağı on gün müddətinə işəgötürənə müsbət və ya mənfi rəyini çatdırır. Təbii ki, o da əsaslandırılmış şəkildə. Məhkəmənin də təsdiq etdiyi kimi, işəgötürən S.Cəbrayılovanı işdən çıxararkən həmkarlar ittifaqı təşkilatına yazılı müraciət etməmiş və onun qabaqcadan razılığı alınmamışdır. Məhkəmə oxucularımızın diqqətinə çatdırdığımız və digər hallara hüquqi qiymət verərək qərara aldı ki, S.Cəbrayılova anbar müdiri vəzifəsinə bərpa olunsun. Fevralın 8-dən iş üzrə qətnamə icra olunanadək məcburi işburaxma müddəti üçün aldığı əməkhaqqı ödənilsin. Beləliklə, haqq-ədalət öz yerini tapdı. Biz güman edirik ki, hər bir əmək hüququ pozulmuş işçi Starə xanım kimi sona qədər mübariz olmalı, həmkarlar ittifaqının gücündən, imkanlarından istifadə etməlidir. Bilməlidir ki, o tək deyil. Həmkarlar ittifaqının timsalında müdafiəçisi var.
1946-cı ildə anadan olmuşam. Hazırda yaşa görə təqaüd alıram. İşlədiyim illərdə (1969-1974) Naftalan Şəhər Sovetində İdman Komitəsinin sədri vəzifəsində çalışmışam. Həmin illər dövlət qulluqçusu statusu kimi mənə sayıla bilərmi, eləcə də qulluq stajıma əsasən mənə pensiya təyin olunması mümkündürmü?
İbrahimxəlil QURBANOV, Naftalan şəhəri.
- Sualınıza cavab olaraq bildiririk ki, Azərbaycan Respublikası Prezidentinin 01.09.2005-ci il tarixli, 290 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Əmək pensiyaları haqqında" qanuna əsasən, pensiya təyin edilməsi üçün dövlət qulluqçusunun müraciət etdiyi vaxt dövlət məvacibinin hesablandığı dövlət qulluğu vəzifəsi mövcud olmadıqda, habelə dövlət qulluqçularının vəzifələrinin "İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması Siyahısı"nda şəhər sovetinin nəzdində idman komitələri nəzərdə tutulmadığından dövlət qulluğuna edilən güzəştlər sizə şamil edilə bilməz.