Rəsmi

Azərbaycan
Respublikasının
Prezidenti İlham Əliyev

yanvarın 23-də

…Rusiya Federasiyasının Soçi şəhərinə işgüzar səfərə gəlmişdir.
…və Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev Soçidə, "Girand Polyana" mehmanxanasının "Qəbullar evi"ndə görüşmüş və qarşılıqlı fikir mübadiləsi aparmışlar.
…və Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev Azərbaycan Respublikası Dövlət Neft Şirkəti və Rusiyanın "Qazprom-eksport" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında təbii qazın alqı-satqısına dair müqaviləyə 5 nömrəli əlavə sazişin imzalanması mərasimində iştirak etmişlər.
…, Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev və Ermənistan Respublikasının Prezidenti Serj Sarkisyan Soçidə, "Girand Polyana" mehmanxanasının "Qəbullar evi"ndə birgə görüşmüş, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı məsələləri müzakirə etmişlər.
…, Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev və Ermənistan Respublikasının Prezidenti Serj Sarkisyan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsinə dair danışıqların yekunlarına əsasən Birgə Bəyanat qəbul etmişlər.
…Rusiya Federasiyasına işgüzar səfərini başa vuraraq həmin gün axşam Bakıya qayıtmışdır.

yanvarın 24-də

…Kür çayının suyunun daşması nəticəsində baş vermiş hadisələrin təkrar olunmaması üçün Fövqəladə Hallar Nazirliyi tərəfindən Bakıya gətirilmiş Niderland Krallığının "Damin" şirkətinin istehsal etdiyi "CSD-500" torpaqsoran qurğulara, Türkiyənin Tuzla şəhərində istehsal olunmuş yedək və təchizat gəmilərinə və tədqiqat katerinə baxış keçirmişdir.

yanvarın 25-də

…Davosda keçirilən Dünya İqtisadi Forumunda iştirak etmək üçün İsveçrəyə işgüzar səfərə gəlmişdir.
…Davosda İsveçrə Konfederasiyasının Prezidenti xanım Eveline Vidner Şlümlə, İsrail Dövlətinin Prezidenti Şimon Pereslə, Avstriyanın "OMV AGE" şirkətinin baş icraçı direktoru Gerhard Roisslə və Amerika Birləşmiş Ştatlarının dövlət katibinin iqtisadiyyat, energetika və kənd təsərrüfatı məsələləri üzrə müavini Robert Hormatsla görüşmüşdür.

yanvarın 26-da

…Davosda "UBS Global" şirkətinin direktorlar şurasının sədri Kaspar Villigerlə, Avropa İttifaqının enerji məsələləri üzrə komissarı Günter Ottingerlə, Dünya İqtisadi Forumunun təsisçisi və icraçı sədri Klaus Şvabla, Gürcüstanın Baş naziri Nika Gilaurilə, Almaniyanın "Deutıche Bank"ının Mərkəzi və Şərqi Avropa ölkələri üzrə icraçı direktoru Peter Tilslə və idarə heyətinin üzvü Yürgen Figenlə, Beynəlxalq Qızıl Xaç Komitəsinin prezidenti Yakob Kellenbergerlə, Ukrayna Prezidenti Viktor Yanukoviçlə, RWE şirkətinin baş icraçı direktoru Yurgen Qrossmanla, Pakistan İslam Respublikasının Baş naziri Sayid Yusuf Raza Gilanilə, "Holcim Group" şirkətinin idarə heyətinin sədri Markus Akermanla, "Microsoft International" şirkətinin prezidenti, "Microsoft" Korporasiyasının vitse-prezidenti Jan Kurtua ilə və "Edisson" şirkətinin baş icraçı direktoru Bruno Leskörlə görüşmüşdür.

yanvarın 27-də

…Davosda Böyük Britaniyanın York Hersoqu, şahzadə Endryu ilə görüşmüşdür.

Özəl universitetlərə də pulsuz tələbə qəbul ediləcək

09.06.10 - 12:30357 baxılıb

Özəl ali məktəblər gəlirlərinin ən azı 2 faizini elmi tədqiqatlara yönəltməli olacaqlar

Bundan sonra özəl ali məktəblər gəlirlərinin ən azı 2 faizini elmi tədqiqatlara yönəltməli olacaqlar. Milli Məclis bununla bağlı "Təhsil haqqında" qanuna əlavələr etməyi planlaşdırır. Bu barədə parlamentin Elm və Təhsil Komitəsinin sədri Şəmsəddin Hacıyev məlumat verdi. O, qeyd etdi ki, özəl təhsil müəssisələrin elmi araşdırmalara yönəltdiyi vəsait qrant formasında ayrılacaq. Qrantların verilmə qaydaları isə müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyənləşdiriləcək. Komitə rəhbəri qeyd etdi ki, təklif olunan əlavə çox mütərəqqi xarakter daşıyır. Çünki özəl ali təhsil müəssisələri də mütləq elmi tədqiqatlarla məşğul olmalıdırlar.
Keçən il qüvvəyə minən "Təhsil haqqında" qanun özəl universitetlərə də bu hüququ verib. Amma həmin müəssisələrdə elmi tədqiqatların hansı mənbədən maliyyələşdiriləcəyi əksini tapmayıb. Təklif olunan əlavə məhz bu hüquqi boşluğun aradan qaldırılmasına xidmət edir.
Məsələyə münasibət bildirən Milli Elmlər Akademiyasının Şərqşünaslıq İnstitutunun direktoru Gövhər Baxşəliyeva qanuna təklif olunan əlavəni dəstəklədi. Onun sözlərinə görə, son vaxtlar elmin maliyyələşmə mexanizminin təkmilləşdirilməsi istiqamətində dövlət tərəfindən ardıcıl addımlar atılır. Bu əlavə də həmin addımların bir halqasıdır.
Özəl "Odlar Yurdu" Universitetinin rektoru, millət vəkili Əhməd Vəliyev isə bildirdi ki, yeni təhsil qanununa əsasən, bu ildən özəl universitetlərə də pulsuz tələbə qəbulu həyata keçiriləcək. Yəni dövlət özəl universitetlərdə təhsil alan tələbələr üçün büdcədən vəsait ayıracaq.
Komitənin üzvü, millət vəkili Bəxtiyar Əliyev dedi ki, hər bir təhsil müəssisəsində elmi tədqiqatların aparılması vacib şərtdir. Dövlət öz tabeçiliyində olan ali məktəblərə bununla bağlı tapşırıqlar verir və vəsait ayırır. Özəl universitetlərə isə belə bir tapşırıq vermək hüququ yoxdur. Qanunvericiliyə görə, dövlət bununla bağlı özəl ali məktəblərə yalnız tövsiyə edə bilər. Təklif olunan əlavə isə dövlətə özəl ali məktəblərə də tədqiqatlara pul ayırmaq imkanı yaradır. B.Əliyev qeyd etdi ki, qanuna edilən bu əlavə gələcəkdə Azərbaycanın dövlət büdcəsində elm xərclərinin 2 faiz səviyyəsinə çatdırılması üçün stimul rolunu oynaya bilər.
İnzibati Xətalar Məcəlləsinə təklif olunan əlavələrə əsasən, universitetlərin tələbə heyəti barədə Tələbə-Məzun Elektron Sisteminə məlumatları vaxtında daxil etməyən ali məktəblər və onların vəzifəli şəxsləri cərimələnəcəklər. Komitə sədri Ş.Hacıyev bildirdi ki, Tələbə-Məzun Elektron Sistemi yeni qüvvəyə minmiş "Təhsil haqqında" qanunun tələblərindən biridir. Sistemin əsas hədəflərindən biri Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının keçirdiyi test imtahanlarından kənar yollarla tələbə qəbulunun qarşısını almaqdır. Ötən illərin təcrübəsində belə hallara rast gəlindiyini bildirən komitə sədri çox vaxt qanunsuz köçürmələrin də müşahidə olunduğunu bildirdi. Onun sözlərinə görə, bunun nəticəsində birinci kursa qəbul olan tələbələrin sayı ilə 4 ildən sonra 4-cü kursu bitirən tələbələrin sayı arasında fərq yaranır. Bunu aradan qaldırmaq üçün yeni elektron sistem yaradılacaq. Hər il ali məktəblərə qəbul olunan tələbələr barədə məlumatlar həmin sistemdə yerləşdiriləcək. 4 il sonra yalnız adı həmin sistemdə qeydiyyatda olan tələbələrə diplom veriləcək. Bu məlumatları gecikdirən vəzifəli şəxslər 200-300 manat, hüquqi şəxslər 3000 manata qədər cərimələnəcəklər.
G.Baxşəliyeva testdən kənar yollarla ali məktəblərə qəbul olunan tələbələrin ciddi problemlərlə üzləşdiklərini bildirdi. Onun sözlərinə görə, xüsusilə də Beynəlxalq Universitetə bu yolla qəbul olub, diplom ala bilməyən xeyli sayda tələbə var. Hansı ki, onlar 4 il müddətində təhsil alıb və təhsil haqqı ödəyiblər. Azərbaycan İslam Universitetində oxuyan tələbələrin də bu cür hallarla üzləşdiyini deyən Gövhər xanım bu baxımdan təklif olunan əlavələri dəstəklədiyini bildirdi.
Qaldırılan məsələyə münasibət bildirən Ş.Hacıyev dedi ki, Təhsil Nazirliyi testdən kənar yolla ali məktəblərə qəbul olan tələbələrə diplom verməməkdə haqlıdır. "Amma mən müxtəlif yollarla tələbə adı qazanıb təhsil haqqı ödəyən və diplom ala bilməyən tələbələri və onların valideynlərini də aldanmış hesab edirəm", - deyə komitə sədri vurğuladı.
Ş.Hacıyev bildirdi ki, Milli Elmlər Akademiyasının, Təhsil Nazirliyinin, Milli Məclisin və vətəndaş cəmiyyəti institutlarının üzvlərindən ibarət işçi qrupu tərəfindən hazırlanan "Elm haqqında" qanun layihəsi artıq müzakirələr üçün hazırdır. Gələn həftə layihənin Elm və Təhsil Komitəsinin üzvlərinə paylanacağını bildirən Ş.Hacıyev növbəti həftə sənədin müzakirəyə çıxarılacağını bildirdi.

Gülər KƏRİMLİ.

çap üçün verisya

Axtarish sistemi

  


« February 2012
Mo Tu We Th Fr Sa Su
 12345
6789101112
13141516171819
20212223242526
272829 
Advokat

1946-cı ildə anadan olmuşam. Hazırda yaşa görə təqaüd alıram. İşlədiyim illərdə (1969-1974) Naftalan Şəhər Sovetində İdman Komitəsinin sədri vəzifəsində çalışmışam. Həmin illər dövlət qulluqçusu statusu kimi mənə sayıla bilərmi, eləcə də qulluq stajıma əsasən mənə pensiya təyin olunması mümkündürmü?

İbrahimxəlil QURBANOV,
Naftalan şəhəri.


- Sualınıza cavab olaraq bildiririk ki, Azərbaycan Respublikası Prezidentinin 01.09.2005-ci il tarixli, 290 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Əmək pensiyaları haqqında" qanuna əsasən, pensiya təyin edilməsi üçün dövlət qulluqçusunun müraciət etdiyi vaxt dövlət məvacibinin hesablandığı dövlət qulluğu vəzifəsi mövcud olmadıqda, habelə dövlət qulluqçularının vəzifələrinin "İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması Siyahısı"nda şəhər sovetinin nəzdində idman komitələri nəzərdə tutulmadığından dövlət qulluğuna edilən güzəştlər sizə şamil edilə bilməz.


© 2006-2012
Müəllif hüquqları Ulfet Qazeti-nə məxsusdur.
Dizayn NUR D şirkəti tərəfindən hazırlanıb.