Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev
yanvarın 23-də
…Rusiya Federasiyasının Soçi şəhərinə işgüzar səfərə gəlmişdir. …və Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev Soçidə, "Girand Polyana" mehmanxanasının "Qəbullar evi"ndə görüşmüş və qarşılıqlı fikir mübadiləsi aparmışlar. …və Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev Azərbaycan Respublikası Dövlət Neft Şirkəti və Rusiyanın "Qazprom-eksport" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında təbii qazın alqı-satqısına dair müqaviləyə 5 nömrəli əlavə sazişin imzalanması mərasimində iştirak etmişlər. …, Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev və Ermənistan Respublikasının Prezidenti Serj Sarkisyan Soçidə, "Girand Polyana" mehmanxanasının "Qəbullar evi"ndə birgə görüşmüş, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı məsələləri müzakirə etmişlər. …, Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev və Ermənistan Respublikasının Prezidenti Serj Sarkisyan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsinə dair danışıqların yekunlarına əsasən Birgə Bəyanat qəbul etmişlər. …Rusiya Federasiyasına işgüzar səfərini başa vuraraq həmin gün axşam Bakıya qayıtmışdır.
yanvarın 24-də
…Kür çayının suyunun daşması nəticəsində baş vermiş hadisələrin təkrar olunmaması üçün Fövqəladə Hallar Nazirliyi tərəfindən Bakıya gətirilmiş Niderland Krallığının "Damin" şirkətinin istehsal etdiyi "CSD-500" torpaqsoran qurğulara, Türkiyənin Tuzla şəhərində istehsal olunmuş yedək və təchizat gəmilərinə və tədqiqat katerinə baxış keçirmişdir.
yanvarın 25-də
…Davosda keçirilən Dünya İqtisadi Forumunda iştirak etmək üçün İsveçrəyə işgüzar səfərə gəlmişdir. …Davosda İsveçrə Konfederasiyasının Prezidenti xanım Eveline Vidner Şlümlə, İsrail Dövlətinin Prezidenti Şimon Pereslə, Avstriyanın "OMV AGE" şirkətinin baş icraçı direktoru Gerhard Roisslə və Amerika Birləşmiş Ştatlarının dövlət katibinin iqtisadiyyat, energetika və kənd təsərrüfatı məsələləri üzrə müavini Robert Hormatsla görüşmüşdür.
yanvarın 26-da
…Davosda "UBS Global" şirkətinin direktorlar şurasının sədri Kaspar Villigerlə, Avropa İttifaqının enerji məsələləri üzrə komissarı Günter Ottingerlə, Dünya İqtisadi Forumunun təsisçisi və icraçı sədri Klaus Şvabla, Gürcüstanın Baş naziri Nika Gilaurilə, Almaniyanın "Deutıche Bank"ının Mərkəzi və Şərqi Avropa ölkələri üzrə icraçı direktoru Peter Tilslə və idarə heyətinin üzvü Yürgen Figenlə, Beynəlxalq Qızıl Xaç Komitəsinin prezidenti Yakob Kellenbergerlə, Ukrayna Prezidenti Viktor Yanukoviçlə, RWE şirkətinin baş icraçı direktoru Yurgen Qrossmanla, Pakistan İslam Respublikasının Baş naziri Sayid Yusuf Raza Gilanilə, "Holcim Group" şirkətinin idarə heyətinin sədri Markus Akermanla, "Microsoft International" şirkətinin prezidenti, "Microsoft" Korporasiyasının vitse-prezidenti Jan Kurtua ilə və "Edisson" şirkətinin baş icraçı direktoru Bruno Leskörlə görüşmüşdür.
yanvarın 27-də
…Davosda Böyük Britaniyanın York Hersoqu, şahzadə Endryu ilə görüşmüşdür.
Havaların isti keçməsi ilə əlaqədar olaraq dondurma bazarında xeyli canlanma yaranıb. İstənilən yerdə, istənilən çeşiddə və qiymətdə dondurma tapmaq mümkündür. Bu bolluq şəraitində dondurmaların keyfiyyəti standartlara, qiyməti alıcıların cibinə uyğundurmu? Bu və digər suallarımıza cavab tapmaq məqsədi ilə satış nöqtələrinə yollandıq. "Memar Əcəmi" metrostansiyasının yaxınlığında qoyulan dondurma soyuducusuna yaxınlaşdıq.
- Bizə ən keyfiyyətli, dadlı və ən önəmlisi də qiyməti münasib olan dondurma verin. - Bütün dondurmalar dadlıdır. Əlbəttə ki, qiymət fərqi ilə. 20 qəpikdən tutmuş 10-15 manata və daha baha dondurmalarımız da var. - Daha çox yerli, yoxsa əcnəbi dondurmalar satırsınız? - Türkiyə, Rusiya ilə yanaşı, Azərbaycan istehsalı olan dondurmalarımız da az deyil. Yerli dondurmalar arasında isə "İceland" üstünlük təşkil edir. Onun keyfiyyətinə zəmanət verilir, sertifikatla satılır. Türkiyə istehsalı olan dondurmalar arasında ən çox "Cornetto" və "Magnum" satılır. Onlar baha olsa da, alıcıları az deyil. Əsasən 2-3 manata satılır. Ən çox satılan dondurma "Plambir"dir. Qiyməti 20-30 qəpikdir. "McDonalds"da isə qiymətlərin daha baha olduğunun şahidi olduq. Satıcılar dondurmaların əsasən Ukrayna və Rusiyadan gətirildiyini dedilər. Burada qiymətlərin dondurmanın ölçüsünə görə dəyişdiyini gördük. Kiçik plastik qablarda olan dondurmalar 50 qəpik olduğu halda, nisbətən iri qablarda satılanlar isə 1 manat 20 qəpikdən başlayır. Maraqlıdır, müvafiq strukturlar dondurma mövsümündə fəsadlarla üzləşməmək üçün hansı tədbirləri görürlər? Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi Mətbuat Xidmətinin rəhbəri Fazil Talıblı yay mövsümündə istehlakçıların tələbatı çoxaldıqca dondurma və sərinləşdirici içki istehsalının da artdığını dedi: "Hər iki məhsul Nazirlər Kabinetinin qərarına əsasən, məcburi şəkildə sertifikatlaşdırılmalı olan məhsullar sırasına daxildir. İnsan sağlamlığı, ətraf mühitin qorunması məqsədi ilə həmin məhsulların təhlükəsizliyi ilk növbədə dövlət orqanlarını düşündürür. Komitə yalnız may ayı ərzində Bakıda 7 dondurma istehsal edən sexdə yoxlama aparıb. Monitorinq nəticəsində fiziki şəxslərə məxsus 3 müəssisədə nöqsanlar aşkarlanıb. Aşkarlanan nöqsanların aradan qaldırılması üçün müəssisələrə iradnamə və tələbnamə verilərək, məhsulun istehsalı dayandırılıb". Komitə rəsmisi nöqsanların əsasən sertifikatsız məhsul istehsalı ilə bağlı olduğunu dedi: "Məhsullardan nümunələr götürülərək komitənin təcrübə-sınaq mərkəzinin laboratoriyasına təqdim edilib. Analizlər müsbət çıxıb, yəni keyfiyyətində, təhlükəsizliyində problem olan dondurma müəyyən edilməyib. Məhsul istehsalı müvəqqəti dayandırılan həmin müəssisələr uyğunluq sertifikatı əldə etmək üçün artıq komitəyə müraciət ediblər. Hazırda sənədlər üzərində yoxlama işləri aparılır. Çox təəssüf olsun ki, Azərbaycanın istehlak bazarında kifayət qədər külli miqdarda sertifikatsız idxal olunan dondurma məhsulları mövcuddur. Komitə yalnız Türkiyədən idxal olunan "Alqida" əmtəə nişanlı dondurmalara sertifikat verib. Digər idxal olunan dondurmaların isə Azərbaycanda satışı qadağandır. Əgər satılırsa, deməli, bu, qeyri-qanunidir. Vətəndaşlar da bilməlidirlər ki, sertifikatsız məhsul alarkən öz həyatlarını təhlükə altına atmış olurlar". İqtisadi İnkişaf Nazirliyi mətbuat xidmətindən verilən məlumata görə, nazirlik yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti paytaxtda və regionlarda fəaliyyət göstərən ticarət obyektlərində dondurmaların keyfiyyətinə nəzarət məqsədi ilə monitorinqlər keçirir. Monitorinqlər zamanı "İceland" əmtəə nişanlı "Bakılı qız" adlı plombir dondurmaların saxlama müddətinin bir il göstərildiyi aşkar edilib. Dövlət Xidmətinin həmin dondurmaların istehsalçısı "Camal Ltd" şirkətində apardığı yoxlama zamanı məlum olub ki, reseptura olmadan istehsal edilən dondurmaların maksimal saxlanma müddəti 1 ay olduğu halda, bu, 12 ay göstərilib. Bununla əlaqədar olaraq, müəssisənin anbarında olan və yararlılıq müddəti normativ sənədlərlə müqayisədə artıq göstərilmiş 3,9 ton dondurmanın satışının dayandırılması və ticarət şəbəkələrinə paylanmış dondurmaların geri yığılması barədə müəssisəyə icrası məcburi göstəriş verilib, məhsullardan nümunələr götürülərək laborator müayinəyə göndərilib. Nazirlikdən həmçinin bildirildi ki, alıcılar da diqqətli olmalıdırlar. Onlar bilməlidirlər ki, dondurmalar 200 C-də 3 aya qədər saxlanılır. Ticarət şəbəkəsində isə dondurmaları ümumilikdə 120 C-dən yüksək olmayan temperaturda 5 gün saxlamaq olar. Səhiyyə Nazirliyi Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin Qidalanma Gigiyenası Bölməsinin müdiri İmran Abdullayev isə bildirdi ki, dondurmaların istehsalında sanitariya qaydalarına riayət olunub-olunmaması araşdırılır: "Satışda olan dondurmaların da laborator tədqiqatlarına başlanılıb. Süd və yağ əsaslı dondurmalar əsasən daha tez xarab olurlar. İstehsal müəssisələrində də müəyyən nöqsanlar aşkar olunur. Kiçik sexlər əsasən açıq şəkildə dondurma istehsal edir. Bununla yanaşı, açıqda olan vafli stəkanlarda istehsal olunan dondurmalar da mövcuddur. Belə dondurmaların çirklənmə riski böyükdür. Amma plastik qablarda, germetik üsulla qablaşdırılma zamanı dondurmaların keyfiyyəti və çirklənmə riski yoxdur. 41 adda dondurma nümunəsindən götürülən yoxlamaların nəticəsində 17 nümunədə bakterioloji çirklənmə aşkarlanıb". Dondurma kütləsi açıq halda satılırsa, onların mütləq çirklənməyə məruz qaldığını söyləyən İ.Abdullayev onların Səhiyyə Nazirliyi tərəfindən icazə verilən polietilen maddələrlə örtülü satışı zamanı çirklənmə riskinin olmamasını vurğuladı: "Dondurmalar südlü, yağlı, qaymaqlı, eyni zamanda meyvə əsaslı olmalıdır. Burada müxtəlif meyvə aromatlarından da istifadə oluna bilər. Belə dondurmaların saxlanma müddəti də fərqlidir. Dondurmanın uzun müddət saxlanılması üçün mənfi 25 dərəcə tələb olunur. Amma qısa müddət saxlamaq üçün mənfi 10-12 dərəcə lazım gəlir. Lakin satışda belə dondurmalar ən aşağı mənfi 4-5 dərəcədə az müddətdə saxlanılmalıdır. Ümumiyyətlə, növündən asılı olmayaraq dondurmalar mənfi 25 dərəcə altında bir aydan çox saxlanılmamalıdı". Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov alıcılara dondurma alarkən diqqətli olmağı məsləhət gördü: "Respublika Gigiyena və Epidemiologiya Mərkəzi ekspertizalar aparmır. İstehlakçılar hər il eyni problemlərlə üzləşir. Ona görə də vəziyyət hələ də acınacaqlı olaraq qalmaqdadır. Dondurmaları əridib mağazalara gətirdikdən sonra yenidən dondururlar. Bu azmış kimi məhsulun tərkibinə müxtəlif qatqılar əlavə edilir ki, bu da acılıq hissi yaradır. Açıq dondurma satışına, ümumiyyətlə, icazə vermək olmaz. Çünki bu dondurmanın saxlanma şəraiti barədə istehlakçıda heç bir məlumat olmur. Dondurmanın tərkibi dəqiq yazılmalıdır. Orada istehsalçı şirkətin ünvanı, telefonu göstərilməlidir".
1946-cı ildə anadan olmuşam. Hazırda yaşa görə təqaüd alıram. İşlədiyim illərdə (1969-1974) Naftalan Şəhər Sovetində İdman Komitəsinin sədri vəzifəsində çalışmışam. Həmin illər dövlət qulluqçusu statusu kimi mənə sayıla bilərmi, eləcə də qulluq stajıma əsasən mənə pensiya təyin olunması mümkündürmü?
İbrahimxəlil QURBANOV, Naftalan şəhəri.
- Sualınıza cavab olaraq bildiririk ki, Azərbaycan Respublikası Prezidentinin 01.09.2005-ci il tarixli, 290 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Əmək pensiyaları haqqında" qanuna əsasən, pensiya təyin edilməsi üçün dövlət qulluqçusunun müraciət etdiyi vaxt dövlət məvacibinin hesablandığı dövlət qulluğu vəzifəsi mövcud olmadıqda, habelə dövlət qulluqçularının vəzifələrinin "İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması Siyahısı"nda şəhər sovetinin nəzdində idman komitələri nəzərdə tutulmadığından dövlət qulluğuna edilən güzəştlər sizə şamil edilə bilməz.