Rəsmi

Azərbaycan
Respublikasının
Prezidenti İlham Əliyev

yanvarın 23-də

…Rusiya Federasiyasının Soçi şəhərinə işgüzar səfərə gəlmişdir.
…və Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev Soçidə, "Girand Polyana" mehmanxanasının "Qəbullar evi"ndə görüşmüş və qarşılıqlı fikir mübadiləsi aparmışlar.
…və Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev Azərbaycan Respublikası Dövlət Neft Şirkəti və Rusiyanın "Qazprom-eksport" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında təbii qazın alqı-satqısına dair müqaviləyə 5 nömrəli əlavə sazişin imzalanması mərasimində iştirak etmişlər.
…, Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev və Ermənistan Respublikasının Prezidenti Serj Sarkisyan Soçidə, "Girand Polyana" mehmanxanasının "Qəbullar evi"ndə birgə görüşmüş, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı məsələləri müzakirə etmişlər.
…, Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev və Ermənistan Respublikasının Prezidenti Serj Sarkisyan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsinə dair danışıqların yekunlarına əsasən Birgə Bəyanat qəbul etmişlər.
…Rusiya Federasiyasına işgüzar səfərini başa vuraraq həmin gün axşam Bakıya qayıtmışdır.

yanvarın 24-də

…Kür çayının suyunun daşması nəticəsində baş vermiş hadisələrin təkrar olunmaması üçün Fövqəladə Hallar Nazirliyi tərəfindən Bakıya gətirilmiş Niderland Krallığının "Damin" şirkətinin istehsal etdiyi "CSD-500" torpaqsoran qurğulara, Türkiyənin Tuzla şəhərində istehsal olunmuş yedək və təchizat gəmilərinə və tədqiqat katerinə baxış keçirmişdir.

yanvarın 25-də

…Davosda keçirilən Dünya İqtisadi Forumunda iştirak etmək üçün İsveçrəyə işgüzar səfərə gəlmişdir.
…Davosda İsveçrə Konfederasiyasının Prezidenti xanım Eveline Vidner Şlümlə, İsrail Dövlətinin Prezidenti Şimon Pereslə, Avstriyanın "OMV AGE" şirkətinin baş icraçı direktoru Gerhard Roisslə və Amerika Birləşmiş Ştatlarının dövlət katibinin iqtisadiyyat, energetika və kənd təsərrüfatı məsələləri üzrə müavini Robert Hormatsla görüşmüşdür.

yanvarın 26-da

…Davosda "UBS Global" şirkətinin direktorlar şurasının sədri Kaspar Villigerlə, Avropa İttifaqının enerji məsələləri üzrə komissarı Günter Ottingerlə, Dünya İqtisadi Forumunun təsisçisi və icraçı sədri Klaus Şvabla, Gürcüstanın Baş naziri Nika Gilaurilə, Almaniyanın "Deutıche Bank"ının Mərkəzi və Şərqi Avropa ölkələri üzrə icraçı direktoru Peter Tilslə və idarə heyətinin üzvü Yürgen Figenlə, Beynəlxalq Qızıl Xaç Komitəsinin prezidenti Yakob Kellenbergerlə, Ukrayna Prezidenti Viktor Yanukoviçlə, RWE şirkətinin baş icraçı direktoru Yurgen Qrossmanla, Pakistan İslam Respublikasının Baş naziri Sayid Yusuf Raza Gilanilə, "Holcim Group" şirkətinin idarə heyətinin sədri Markus Akermanla, "Microsoft International" şirkətinin prezidenti, "Microsoft" Korporasiyasının vitse-prezidenti Jan Kurtua ilə və "Edisson" şirkətinin baş icraçı direktoru Bruno Leskörlə görüşmüşdür.

yanvarın 27-də

…Davosda Böyük Britaniyanın York Hersoqu, şahzadə Endryu ilə görüşmüşdür.

Böyük Qafqaz dağlarında əvvəlki illərdə olduğu qədər buz örtüyü qalmayıb

23.07.10 - 13:59289 baxılıb

"2100-cü ilə qədər orta illik temperaturun azalması müşahidə edilməyəcək"

Gülmalı Süleymanov: "Son 100 ildə Azərbaycanda havanın temperaturu təxminən 1,2 dərəcə artıb"

Bu ilin əvvəlindən etibarən respublikamızda hava şəraitinin kəskin dəyişməsi, ölkə ərazisindəki çaylarda əmələ gələn daşqınlar və torpaq sürüşmələri ciddi problemlər yaratdı. Təbii fəlakət nəticəsində onlarla rayonun ərazisi sel suları altında qaldı. Əhali bu problemdən tam özünə gəlməmiş indi də dözülməz istilər ciddi narahatlıq yaradır. Paytaxt Bakıda da son illərin ən güclü istiləri müşahidə olunur. Maraqlıdır, Azərbaycanda son illər müşahidə edilən bu cür hava şəraiti nə ilə bağlıdır? Bu və digər suallarımızı Milli Hidrometeorologiya Departamentinin İqlim Dəyişmələri və Ozon Mərkəzinin direktoru Gülmalı Süleymanov cavablandırdı.

- Gülmalı müəllim, son bir neçə ildə respublikamızda hava şəraitinin kəskin dəyişməsi nə ilə bağlıdır?
- Hansısa bir ildə baş verən sel, daşqın, istiləşmə, iqlim dəyişkənliyi kimi xarakterizə edilməməlidir. İqlim dəyişkənliyi 10, 20, 30 il müddətində hidrometeoroloji parametrlərin dəyişməsi nəticəsində baş verən hadisələrdir. Təbiətdə anomaliyalar həmişə olur. Bir il havalar kəskin isti, bir il isə soyuq və yağıntılı keçir. Bunlar hidrometeoroloji amillərlə bağlıdır. Çox vaxt hidrometeoroloji hadisələrlə iqlim dəyişmələri qarışdırılır. İqlim dəyişmələri uzunmüddətli proseslərdir və ümumi tendensiyanı göstərir. Bir iqlim zonası dəyişərək başqa iqlim zonasına keçir. Məsələn, çöl iqlim zonaları səhra iqlim zonasına çevrilir. Bu il baş verən təbiət hadisələri isə atmosfer axınları ilə bağlıdır. Hazırda dünyada qlobal iqlim dəyişkənliyi müşahidə olunur. Siklonların yaranma mərkəzləri, istiqamətləri Azərbaycana da təsirsiz qalmır. Amma son 100 ildə Azərbaycanda havanın temperaturu təxminən 1,2 dərəcə artıb. Ölkənin bəzi ərazisində bu göstərici normadan çox, digərlərində isə nisbətən az qeydə alınır. Hazırda Böyük Qafqazın Cənub yamacında bir, Şimal yamacında bir, Naxçıvanda isə başqa bir formada temperatur qeydə alınır.
- Respublikamızda qeyd etdiyiniz temperatur artımı hansı amillərlə izah edilə bilər?
- Bu, müxtəlif amillərlə bağlıdır. Hər on min ildən, yüz min ildən bir buzlaşma dövrü, sonra istiləşmə dövrü olur. Burada günəşin aktivliyi, yerin təkində gedən proseslərin, okeanda suyun qızmasının da müəyyən rolu var. Təxminən 50 il əvvəl okeanda suyun qızması min metrə qədər idisə, hazırda bu, 2000 metrə qədər dərinliyə düşüb. Okeanın daha çox qızması isə cərəyanlara təsirsiz ötüşmür. İndi yerdə ildə təxminən 1,6 vt kv.m günəş enerjisi artıq qalır. Bunun nəticəsində orta illik temperatur artır. Aparılan araşdırmalar göstərir ki, 2100-cü ilə qədər orta illik temperaturun azalması müşahidə edilməyəcək. Əksinə, temperaturlar artmağa başlayacaq. Amma normadan 2 dərəcədən artıq artma qeydə alınmayacaq.
- Əhali təbiətin bu şıltaqlığından əziyyət çəkməmək üçün hansı addımları atmalıdır?
- Respublikanın bir sıra ərazilərində torpaq sürüşmələri yenə də mümkündür. Təbiət həmişə dəyişən iqlimə uyğunlaşmaq üçün tarazlıq vəziyyətini saxlamağa çalışır. İnsanlar təbiəti dəyişməyə çalışdıqca, təbiət də buna adekvat reaksiya verir. Meşə zonasının azalması, düzənliklərdə səhralaşma, dağlarda erroziyanın getməsi sel və daşqınların daha da artması təbiətin dəyişikliklərə reaksiyasıdır. Bu problemlərin qarşısının alınması üçün Azərbaycan təbiəti dəqiq öyrənilməli, kompleks tədqiqatlar apırılmalıdır. Hazırda ayrı-ayrı sahələrdə tədqiqatlar olsa da, kompleks araşdırmalar aparılmır. Azərbaycanın təbiəti, bitki və heyvanat aləmi tam öyrənilib onun əsasında müəyyən proqram hazırlanmalıdır. Bunun əsasında da fəaliyyət göstərmək lazımdır. İqlim dəyişkənliklərinə ən çox həssas zonalar müəyyən edilməli və həmin ərazilərdə məskunlaşmanın qarşısı alınmalıdır. Həmçinin gözlənilən fəlakətlərə qarşı qabaqlayıcı tədbirlər görülməlidir. Lakin bu tədbirlər təbiətə uyğunlaşdırılmalıdır.
- Havaların istiləşməsi respublikamızdakı dağlarda buzlaqların əriməsini tezləşdirə bilərmi?
- Böyük Qafqaz dağlarında əvvəlki illərdə olduğu qədər buz örtüyü qalmayıb. Həmin ərazidə buzlaqların əksər hissəsi əriyib. Bu, təkcə respublikamıza aid deyil. Ümumilikdə götürdükdə isə, 1920-ci ildən 2000-ci ilə qədər Şimal yarımkürəsində qar səthinin sahəsi 2 milyon kvadratkilometrə qədər azalıb. Şimal Buzlu Okeanında, hətta Antraktidada buz qatlarının əriməsi müşahidə olunur. Bütün dünyada olduğu kimi, Azərbaycanda da bu tendensiya davam edir.
- Yaxın vaxtlar üçün hansı proqnozları verərdiniz?
- Yaxın bir neçə gün üçün proqnoz vermək mümkündür. Amma uzunmüddətli proqnozlar vermək çətindir. Sadəcə, onu demək olar ki, Azərbaycan təbiəti üçün sel və daşqınların olması istisna deyil. 1998-2002-ci illərdə müşahidə olunan quraqlıq nəticəsində bulaqların çoxu qurudu. Belə hadisələr yenə baş verə bilər. Çünki hazırda o dərəcədə gözlənilməz təbiət hadisələri olur ki, dəqiq proqnoz vermək mümkün deyil. Təbiətdə mövcud dəyişikliklərə uyğun elmi əsaslar hazırlanmalıdır. Lakin təhlükəli hadisələr daha da çoxala, tezləşə və intensivləşə bilər.

Xalid AZƏR.

çap üçün verisya

Axtarish sistemi

  


« February 2012
Mo Tu We Th Fr Sa Su
 12345
6789101112
13141516171819
20212223242526
272829 
Advokat

1946-cı ildə anadan olmuşam. Hazırda yaşa görə təqaüd alıram. İşlədiyim illərdə (1969-1974) Naftalan Şəhər Sovetində İdman Komitəsinin sədri vəzifəsində çalışmışam. Həmin illər dövlət qulluqçusu statusu kimi mənə sayıla bilərmi, eləcə də qulluq stajıma əsasən mənə pensiya təyin olunması mümkündürmü?

İbrahimxəlil QURBANOV,
Naftalan şəhəri.


- Sualınıza cavab olaraq bildiririk ki, Azərbaycan Respublikası Prezidentinin 01.09.2005-ci il tarixli, 290 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Əmək pensiyaları haqqında" qanuna əsasən, pensiya təyin edilməsi üçün dövlət qulluqçusunun müraciət etdiyi vaxt dövlət məvacibinin hesablandığı dövlət qulluğu vəzifəsi mövcud olmadıqda, habelə dövlət qulluqçularının vəzifələrinin "İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması Siyahısı"nda şəhər sovetinin nəzdində idman komitələri nəzərdə tutulmadığından dövlət qulluğuna edilən güzəştlər sizə şamil edilə bilməz.


© 2006-2012
Müəllif hüquqları Ulfet Qazeti-nə məxsusdur.
Dizayn NUR D şirkəti tərəfindən hazırlanıb.