Rəsmi

Azərbaycan
Respublikasının
Prezidenti İlham Əliyev

yanvarın 23-də

…Rusiya Federasiyasının Soçi şəhərinə işgüzar səfərə gəlmişdir.
…və Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev Soçidə, "Girand Polyana" mehmanxanasının "Qəbullar evi"ndə görüşmüş və qarşılıqlı fikir mübadiləsi aparmışlar.
…və Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev Azərbaycan Respublikası Dövlət Neft Şirkəti və Rusiyanın "Qazprom-eksport" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında təbii qazın alqı-satqısına dair müqaviləyə 5 nömrəli əlavə sazişin imzalanması mərasimində iştirak etmişlər.
…, Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev və Ermənistan Respublikasının Prezidenti Serj Sarkisyan Soçidə, "Girand Polyana" mehmanxanasının "Qəbullar evi"ndə birgə görüşmüş, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı məsələləri müzakirə etmişlər.
…, Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev və Ermənistan Respublikasının Prezidenti Serj Sarkisyan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsinə dair danışıqların yekunlarına əsasən Birgə Bəyanat qəbul etmişlər.
…Rusiya Federasiyasına işgüzar səfərini başa vuraraq həmin gün axşam Bakıya qayıtmışdır.

yanvarın 24-də

…Kür çayının suyunun daşması nəticəsində baş vermiş hadisələrin təkrar olunmaması üçün Fövqəladə Hallar Nazirliyi tərəfindən Bakıya gətirilmiş Niderland Krallığının "Damin" şirkətinin istehsal etdiyi "CSD-500" torpaqsoran qurğulara, Türkiyənin Tuzla şəhərində istehsal olunmuş yedək və təchizat gəmilərinə və tədqiqat katerinə baxış keçirmişdir.

yanvarın 25-də

…Davosda keçirilən Dünya İqtisadi Forumunda iştirak etmək üçün İsveçrəyə işgüzar səfərə gəlmişdir.
…Davosda İsveçrə Konfederasiyasının Prezidenti xanım Eveline Vidner Şlümlə, İsrail Dövlətinin Prezidenti Şimon Pereslə, Avstriyanın "OMV AGE" şirkətinin baş icraçı direktoru Gerhard Roisslə və Amerika Birləşmiş Ştatlarının dövlət katibinin iqtisadiyyat, energetika və kənd təsərrüfatı məsələləri üzrə müavini Robert Hormatsla görüşmüşdür.

yanvarın 26-da

…Davosda "UBS Global" şirkətinin direktorlar şurasının sədri Kaspar Villigerlə, Avropa İttifaqının enerji məsələləri üzrə komissarı Günter Ottingerlə, Dünya İqtisadi Forumunun təsisçisi və icraçı sədri Klaus Şvabla, Gürcüstanın Baş naziri Nika Gilaurilə, Almaniyanın "Deutıche Bank"ının Mərkəzi və Şərqi Avropa ölkələri üzrə icraçı direktoru Peter Tilslə və idarə heyətinin üzvü Yürgen Figenlə, Beynəlxalq Qızıl Xaç Komitəsinin prezidenti Yakob Kellenbergerlə, Ukrayna Prezidenti Viktor Yanukoviçlə, RWE şirkətinin baş icraçı direktoru Yurgen Qrossmanla, Pakistan İslam Respublikasının Baş naziri Sayid Yusuf Raza Gilanilə, "Holcim Group" şirkətinin idarə heyətinin sədri Markus Akermanla, "Microsoft International" şirkətinin prezidenti, "Microsoft" Korporasiyasının vitse-prezidenti Jan Kurtua ilə və "Edisson" şirkətinin baş icraçı direktoru Bruno Leskörlə görüşmüşdür.

yanvarın 27-də

…Davosda Böyük Britaniyanın York Hersoqu, şahzadə Endryu ilə görüşmüşdür.

Susuzluğunu yatır...

06.08.10 - 12:49266 baxılıb

Amma ehtiyyatı əldən vermə…

Qızmar istilərə sərinləşdirici içkilər olmadan dözmək çətindir. İşbazlar da tələbatın artdığını görüb daha çox pul qazanmaq üçün müxtəlif yollara əl atırlar. İqtisadi İnkişaf Nazirliyi bu sahədə neqativ halların qarşısını almaq məqsədi ilə hər il sərinləşdirici içki bazarında monitorinqlər keçirir. Nazirlikdən aldığımız məlumata əsasən, monitorinqlərin keçirilməsində əsas məqsəd sərinləşdirici spirtsiz içkilərə nəzarət, saxta, vaxtı keçmiş məhsulların satışdan çıxarılması və əhalinin təhlükəsizliyini təmin etməkdir. Monitorinqlər fayda verirmi?
Biz yazımızda bu sualın cavabını aydınlaşdırmağa çalışacağıq.

Mineral sular qablaşdırıldıqdan sonra 4 ay saxlanıla bilər

Qanunvericiliyə görə, təbii mineral sular qablaşdırıldıqdan sonra 4 ay saxlanıla bilər. Həmin müddət ərzində nəzərdə tutulan temperaturda saxlanılan mineral suların təhlükəsiz satışı mümkündür. 4 aydan sonra isə həmin içkilər dərhal satışdan çıxarılıb məhv edilməlidir. Qanunvericiliyə görə, süni mineral suların istifadə müddəti isə qablaşdırıldığı gündən etibarən 15 gündən artıq deyil. Amma bu gün adıçəkilən mineral sular qablaşdırıldıqdan sonra əksəriyyətinin üzərində yararlılıq müddəti göstərilmir. Bəzi hallarda istehsal tarixi göstərilsə də, saxlanma müddəti qeyd edilmir. Beləliklə də istehlakçının həyatı təhlükədə qoyulur. Nəticədə ölkədə zəhərlənmə və digər xoşagəlməz hallar baş verir. Belə hallar baş verərkən isə istehlakçıya dəymiş ziyan ödənilmir.
Spirtsiz içkilərdən ən təhlükəli və zəhərlənmə ehtimalı çox olan saxta və kustar üsullarla hazırlanan şirələr və limonadlardır. Bunu mütəxəssislər də etiraf edir. Maddi maraqlarına üstünlük verən bəzi istehsalçı sahibkarlar həmin suların tərkibinə müəyyən zərərli maddələr əlavə edirlər. Qanunvericiliyə görə, şirəli suların və limonadların saxlanma müddəti lazımi şəraitdə, standartlara cavab verən texnologiyaya əməl edilməklə istehsal olunduğu halda 21 gündən artıq olmamalıdır. Əlbəttə ki, bu da nəzərdə tutulan temperaturda. Həmin temperaturdan aşağı və yuxarı göstərici olduğu halda məhsulun saxlanması və satışı qadağandır.
Amma hələlik Azərbaycanda bu cür texnologiya ilə işləməyə meyilli müəssisələr çox azdır. Daha doğrusu, bu cür müəssisələrin sayı çox olsa da, bəzi işbazlar texnologiyadan kənar işləməyə üstünlük verir. Səbəb isə az xərclə çox pul qazanmaqdır.

Saxta sərinləşdicilər daha çox restoranlara, şadlıq evlərinə ötürülür

Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov da bazarda vəziyyəti qənaətbəxş hesab etmir. Təşkilat sədri bildirir ki, sərinləşdirici içki bazarında olan problemlərin ən əsası saxtakarlıqdır. Yəni hər bir içkinin saxta variantı var: "Hətta ən tanınmış mağazalarda bahalı içkilərin saxta variantlarına rast gəlmək olar. Saxta sərinləşdirici içkilər əsasən şadlıq evlərinə verilir. Bufetlərdə, restoranlarda, şəhərdən kənarda, ucqar yerlərdə bu içkilər daha çox yayılır. Meyvə tərkibli limonadların 60 faizi süni rənglər və dadvericilərdən hazırlanır. Bu limonadların hazırlanmasında heç bir təbii meyvədən istifadə olunmur. Bu cür məhsullar əsasən regionlarda istehsal edilib bazarlara yayılır. E.Hüseynovun fikrincə, digər problem sərinləşdirici içkilərin bir qisminin kapron qablara doldurulmasıdır: "Təxminən 4 ildən artıqdır ki, plastik taralar əhalidən pulla alınır və müəssisələrə göndərilir. Həmin taralara spirtsiz sərinləşdirici içkilər doldurulub satışa çıxarılır. Bəzən həmin sular günlərlə istinin altında qalır. Bu, yolverilməzdir".
E.Hüseynovun sözlərinə görə, bəzən istehsal olunan sərinləşdirici içkilərin üzərində göstərilən istehsal və yararlılıq müddəti süni şəkildə artırılır. Bu da həddindən artıq təhlükəli tendensiyalardan hesab edilir. Hətta elə sərinləşdirici içkilər var ki, onların üzərinə yararlılıq müddəti 1-2 il yazılır. Saxta mallara qarşı İqtisadi İnkişaf Nazirliyinin həyata keçirdiyi nəzarət tədbirlərinə gəlincə isə, E.Hüseynov bu üsulla saxta məhsulların bazarlardan yığışdırılmasının mümkün olmadığını bildirir. Onun dediyinə görə, nazirliyin apardığı monitorinqlər zəruri olsa da, kafi deyil: "İnzibati Xətalar Məcəlləsində dəyişikliklər edildi və cərimələr yüksəldi. Amma bu problemin həllinə müsbət təsir etmədi. Çünki bazarı inzibati metodla tənzimləmək mümkün deyil. Bazara bazar üsulu lazımdır. Bu gün satıcı təhlükəli malın satışdan çıxarılmasında maraqlı olmalıdır".

Müalicə əhəmiyyətli sular apteklərdə satılmalıdır

Sərinləşdirici içki bazarındakı digər problem isə mineral suların qablaşdırılması ilə bağlıdır. Milli Elmlər Akademiyasının Geologiya İnstitutunun Hidrogeologiya və Mühəndis Geologiyası Şöbəsinin rəhbəri, geologiya-mineralogiya elmləri doktoru Yusif İsrafilov mətbuata açıqlamasında bildirib ki, kənarda qablaşdırılan mineral sular keyfiyyətcə aşağı olur: "Mineral sular əsasən onun çıxdığı yerdə, mənbə yaxınlığında qablaşdırılmalıdır. Çünki uzağa daşınanda həmin suyun qazının tərkibi dəyişir. Doğrudur, kənarda qablaşdırılanda həmin sulara süni qazlar vurulur. Həmin qazların insan orqanizmi üçün mənfi təsiri olmasa da, əvvəlki keyfiyyət qalmır".
Azərbaycan Su İstehsalçıları Birliyinin sədri Dövlət Məmmədov isə deyir ki, müalicəvi sularla adi su bir-birindən fərqlənir. Yəni bulaq, artezian, təmizlənmiş su olur. Bizdə suların üzərində növü yazılmır.
Birlik sədri onu da bildirdi ki, güclü filtrdən keçən su ölü sudur. İnsan orqanizmi üçün lazım olan maddələr filtrdə ilişib qalır. Əksinə, belə sular insan orqanizmindəki kalsiumu yuyub aparır.
O da bəllidir ki, ölkəmizə xaricdən də mineral, müalicəvi sular gətirilir. Məsələn, "Borjomi", "Yessentuki-4" , "Yessentuki-17". Əslində həmin sular müalicəvi əhəmiyyətə malik olduğundan ancaq apteklərdə satılmalıdır. Əfsuslar olsun ki, həmin sular müxtəlif ticarət şəbəkələrinə yol tapıb. D.Məmmədov bildirdi ki, suların keyfiyyət göstəricisi çox aşağıdır. Müalicəvi sular həkim göstərişi ilə içilməlidir. Məsələn, "Borjomi" 6 ay ərzində yalnız 10 gün qəbul edilməlidir, özü də isti halda.
Su İstehsalçıları Birliyinin sədri bir çox mütəxəssislərin əksinə, yararsız su istehsal edən müəssisələrə qarşı ciddi inzibati tədbirlər görülməsinin tərəfdarıdır. Onun fikrincə, Bakı Şəhər İcra Hakimiyyətinin Ticarət və Xidmət Departamenti küçələrdə günün altında sərinləşdirici içkilərin satılmasına imkan verməməlidir, cərimələr, digər təsirgöstərici sanksiyalar tətbiq etməlidir.

Gülər KƏRİMLİ.

çap üçün verisya

Axtarish sistemi

  


« February 2012
Mo Tu We Th Fr Sa Su
 12345
6789101112
13141516171819
20212223242526
272829 
Advokat

1946-cı ildə anadan olmuşam. Hazırda yaşa görə təqaüd alıram. İşlədiyim illərdə (1969-1974) Naftalan Şəhər Sovetində İdman Komitəsinin sədri vəzifəsində çalışmışam. Həmin illər dövlət qulluqçusu statusu kimi mənə sayıla bilərmi, eləcə də qulluq stajıma əsasən mənə pensiya təyin olunması mümkündürmü?

İbrahimxəlil QURBANOV,
Naftalan şəhəri.


- Sualınıza cavab olaraq bildiririk ki, Azərbaycan Respublikası Prezidentinin 01.09.2005-ci il tarixli, 290 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Əmək pensiyaları haqqında" qanuna əsasən, pensiya təyin edilməsi üçün dövlət qulluqçusunun müraciət etdiyi vaxt dövlət məvacibinin hesablandığı dövlət qulluğu vəzifəsi mövcud olmadıqda, habelə dövlət qulluqçularının vəzifələrinin "İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması Siyahısı"nda şəhər sovetinin nəzdində idman komitələri nəzərdə tutulmadığından dövlət qulluğuna edilən güzəştlər sizə şamil edilə bilməz.


© 2006-2012
Müəllif hüquqları Ulfet Qazeti-nə məxsusdur.
Dizayn NUR D şirkəti tərəfindən hazırlanıb.