Rəsmi

Azərbaycan
Respublikasının
Prezidenti İlham Əliyev

yanvarın 23-də

…Rusiya Federasiyasının Soçi şəhərinə işgüzar səfərə gəlmişdir.
…və Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev Soçidə, "Girand Polyana" mehmanxanasının "Qəbullar evi"ndə görüşmüş və qarşılıqlı fikir mübadiləsi aparmışlar.
…və Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev Azərbaycan Respublikası Dövlət Neft Şirkəti və Rusiyanın "Qazprom-eksport" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında təbii qazın alqı-satqısına dair müqaviləyə 5 nömrəli əlavə sazişin imzalanması mərasimində iştirak etmişlər.
…, Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev və Ermənistan Respublikasının Prezidenti Serj Sarkisyan Soçidə, "Girand Polyana" mehmanxanasının "Qəbullar evi"ndə birgə görüşmüş, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı məsələləri müzakirə etmişlər.
…, Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev və Ermənistan Respublikasının Prezidenti Serj Sarkisyan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsinə dair danışıqların yekunlarına əsasən Birgə Bəyanat qəbul etmişlər.
…Rusiya Federasiyasına işgüzar səfərini başa vuraraq həmin gün axşam Bakıya qayıtmışdır.

yanvarın 24-də

…Kür çayının suyunun daşması nəticəsində baş vermiş hadisələrin təkrar olunmaması üçün Fövqəladə Hallar Nazirliyi tərəfindən Bakıya gətirilmiş Niderland Krallığının "Damin" şirkətinin istehsal etdiyi "CSD-500" torpaqsoran qurğulara, Türkiyənin Tuzla şəhərində istehsal olunmuş yedək və təchizat gəmilərinə və tədqiqat katerinə baxış keçirmişdir.

yanvarın 25-də

…Davosda keçirilən Dünya İqtisadi Forumunda iştirak etmək üçün İsveçrəyə işgüzar səfərə gəlmişdir.
…Davosda İsveçrə Konfederasiyasının Prezidenti xanım Eveline Vidner Şlümlə, İsrail Dövlətinin Prezidenti Şimon Pereslə, Avstriyanın "OMV AGE" şirkətinin baş icraçı direktoru Gerhard Roisslə və Amerika Birləşmiş Ştatlarının dövlət katibinin iqtisadiyyat, energetika və kənd təsərrüfatı məsələləri üzrə müavini Robert Hormatsla görüşmüşdür.

yanvarın 26-da

…Davosda "UBS Global" şirkətinin direktorlar şurasının sədri Kaspar Villigerlə, Avropa İttifaqının enerji məsələləri üzrə komissarı Günter Ottingerlə, Dünya İqtisadi Forumunun təsisçisi və icraçı sədri Klaus Şvabla, Gürcüstanın Baş naziri Nika Gilaurilə, Almaniyanın "Deutıche Bank"ının Mərkəzi və Şərqi Avropa ölkələri üzrə icraçı direktoru Peter Tilslə və idarə heyətinin üzvü Yürgen Figenlə, Beynəlxalq Qızıl Xaç Komitəsinin prezidenti Yakob Kellenbergerlə, Ukrayna Prezidenti Viktor Yanukoviçlə, RWE şirkətinin baş icraçı direktoru Yurgen Qrossmanla, Pakistan İslam Respublikasının Baş naziri Sayid Yusuf Raza Gilanilə, "Holcim Group" şirkətinin idarə heyətinin sədri Markus Akermanla, "Microsoft International" şirkətinin prezidenti, "Microsoft" Korporasiyasının vitse-prezidenti Jan Kurtua ilə və "Edisson" şirkətinin baş icraçı direktoru Bruno Leskörlə görüşmüşdür.

yanvarın 27-də

…Davosda Böyük Britaniyanın York Hersoqu, şahzadə Endryu ilə görüşmüşdür.

Meşə yanğınları ölkəyə ciddi ziyan vurub

24.08.10 - 10:24227 baxılıb

Ötən müddət ərzində Şabran, İsmayıllı, Tovuz, Qəbələ, Ağsu, Quba, Qusar, Zaqatala, Xaçmaz, Astara, Hacıqabul, Kürdəmir, Siyəzən, Sumqayıt, Xızı, Qazax və digər şəhər və rayonlarda güclü yanğınlara rast gəlinib.
Ekologiya və Təbii Sərvətlər Nazirliyində (ETSN) hesab edirlər ki, meşə yanğınları kortəbii surətdə alovun yayılması və bütün ərazidəki bitki örtüyünün təbii surətdə yanması deməkdir. Onların yaranmasının əsas səbəblərinə insan fəaliyyətini, ildırım vurmasını, isti hava şəraitində və ya yanğın təhlükəli dövrdə (meşədə qar örtüyünün əriməsindən tam yaşıl qatın yaranmasına qədər olan dövr və yaxud davamlı yağışlı payız mövsümü) torf qırıntılarının öz-özünə yanmasını aid etmək olar. Buna isə daha çox normadan artıq istilərin baş verməsi təsir göstərir. Avqust ayında havaların həddindən artıq isti keçməsi və anomal iqlimin hələ ayın sonuna kimi davam etməsi gözlənildiyindən yanğınların baş verməsi də hər an təhlükə olaraq qalır.
Nazirlik yanğın hadisələrinin respublikamızın meşə və kənd təsərrüfatına, ekoloji mühitinə öz mənfi təsirlərini göstərdiyini bildirir. Məsələn, Qusar rayonu ərazisində yanğın zamanı Ləcət bələdiyyəsinə aid torpaq fondunun böyük hissəsi sıradan çıxıb. Eləcə də əhalinin mal-qara otardığı örüş sahələri məhv olub. Oğuz rayonunun Böyük Söyüdlü bələdiyyəsinə aid 2,1 hektar örüş sahəsi məhv olub ki, bu da yüzlərlə insanın heyvandarlıq təsərrüfatına ziyan dəyməsi deməkdir. Zaqatalanın Çökək və Yeniabad kəndlərində baş verən yanğın hadisələri zamanı da kənd təsərrüfatına böyük ziyan dəyib. Həm örüş sahələri, həm də əkin üçün yararlı torpaqlar sıradan çıxıb. Ağsunun isə zəngin meşə sahələrinin xeyli hissəsi sıradan çıxıb. Qəbələnin nadir ağac növləri ilə zəngin meşə massivləri məhv olub. Astara rayonunun onlarla sakini bələdiyyədən icarəyə götürdüyü torpaqlardan əllərini üzüblər. Hətta bəzi rayonlarda insanların şəxsi təsərrüfatları və pay torpaqları da məhv olub.
ETSN-nin Meşə Mühafizəsi və Bərpası Müəssisələrinə, Dövlət Təbiət Qoruqlarına və milli parkların rəhbərlərinə, yanğın təhlükəli dövr başa çatana kimi meşə ərazilərinə nəqliyyat vasitələri, kənar şəxslərin giriş-çıxışına müəyyən məhdudiyyət və qadağa qoyulması tapşırılıb. Ərazilərdə postlar qurulub, sutkalıq növbətçilik təşkil olunub. Meşələrin, təbiət ərazilərinin yanğından mühafizəsinə nəzarət gücləndirilmiş, bu işə digər dövlət qurumları və ictimaiyyətin qüvvələri cəlb edilib. Meşə ərazilərinə nəqliyyat vasitələri və kənar şəxslərin girişi tamamilə məhdudlaşdırılıb.
Kənd Təsərrüfatı Nazirliyi (KTN) isə sel və daşqınlardan sonra yanğın fəlakətinin heyvandarlıq və əkinçilik təsərrüfatlarına böyük zərər vurmasından narahatdır. Nazirlik əkinçilik və heyvandarlıq sahələrinə dəyən zərərin məbləğinin milyon manatlarla ölçüldüyünü gizlətmir. KTN hazırda yanğına məruz qalmış hektarlarla əkin sahələrinin gələcəkdə təsərrüfata yaramayacağını ən yaxşı halda böyük aqrotexniki işlərdən sonra yararlı vəziyyətə gətiriləcəyini bildirir. Çünki torpaqların üst qatındakı minerallarla zəngin təbəqə sıradan çıxdıqdan sonra bitkiçilik məhsullarının yetişməsi mümkün olmur. Ona görə də, KTN mülkiyyətçiləri yanğınla mübarizə tədbirlərinə qoşulmağa dəvət edir.
Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidməti isə Bakı və Sumqayıt şəhərlərinin, Abşeron rayonunun bağ massivlərində yanğın təhlükəsinin olmasını nəzərə alaraq öz əməkdaşlarını bu ərazilərə ezam edib. Artıq bağ evlərində, mülkiyyət formasından asılı olmayaraq, obyektlərin ərazilərində, həyətyanı sahələrdə yanar materialların təmizlənməsi, yana bilən tullantıların xüsusi meydançalarda quraşdırılan konteynerlərə yığılıb daşınması istiqamətində işlərə başlanılıb. Qurum paytaxt bağlarında baş verə biləcək yanğının daha təhlükəli olmasını gizlətmir. Belə bir hadisə baş verərsə, paytaxtda fəlakətli durum yarana bilər. Müvafiq qurumlar ölkəmizdə yanğın təhlükəsinin Rusiyadakı həddə çatmasından narahatlıq keçirir. Qeyd edək ki, Rusiyada meşə yanğınları həmin bölgələrdə ekoloji vəziyyəti kritik həddə çatdırıb və 50-dən çox insanın ölümünə səbəb olub. Paytaxt Moskvada yaşamaq təhlükəyə çevrilib və səhhətində problem olan insanların buradan kənar ərazilərə köçürülməsi həyata keçirilib. Respublikamızın aidiyyəti orqanları bu cür fəlakətə ölkəmizdə rast gəlinməməsini arzu edir. Əgər yanğınlar daha böyük miqyas alarsa, bir sıra rayonlarda ekoloji durumun ağırlaşması səbəbindən xəstə insanların köçürülməsi də reallaşa bilər.
ELTAC.

çap üçün verisya

Axtarish sistemi

  


« February 2012
Mo Tu We Th Fr Sa Su
 12345
6789101112
13141516171819
20212223242526
272829 
Advokat

1946-cı ildə anadan olmuşam. Hazırda yaşa görə təqaüd alıram. İşlədiyim illərdə (1969-1974) Naftalan Şəhər Sovetində İdman Komitəsinin sədri vəzifəsində çalışmışam. Həmin illər dövlət qulluqçusu statusu kimi mənə sayıla bilərmi, eləcə də qulluq stajıma əsasən mənə pensiya təyin olunması mümkündürmü?

İbrahimxəlil QURBANOV,
Naftalan şəhəri.


- Sualınıza cavab olaraq bildiririk ki, Azərbaycan Respublikası Prezidentinin 01.09.2005-ci il tarixli, 290 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Əmək pensiyaları haqqında" qanuna əsasən, pensiya təyin edilməsi üçün dövlət qulluqçusunun müraciət etdiyi vaxt dövlət məvacibinin hesablandığı dövlət qulluğu vəzifəsi mövcud olmadıqda, habelə dövlət qulluqçularının vəzifələrinin "İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması Siyahısı"nda şəhər sovetinin nəzdində idman komitələri nəzərdə tutulmadığından dövlət qulluğuna edilən güzəştlər sizə şamil edilə bilməz.


© 2006-2012
Müəllif hüquqları Ulfet Qazeti-nə məxsusdur.
Dizayn NUR D şirkəti tərəfindən hazırlanıb.