Rəsmi

Azərbaycan
Respublikasının
Prezidenti İlham Əliyev

yanvarın 23-də

…Rusiya Federasiyasının Soçi şəhərinə işgüzar səfərə gəlmişdir.
…və Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev Soçidə, "Girand Polyana" mehmanxanasının "Qəbullar evi"ndə görüşmüş və qarşılıqlı fikir mübadiləsi aparmışlar.
…və Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev Azərbaycan Respublikası Dövlət Neft Şirkəti və Rusiyanın "Qazprom-eksport" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında təbii qazın alqı-satqısına dair müqaviləyə 5 nömrəli əlavə sazişin imzalanması mərasimində iştirak etmişlər.
…, Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev və Ermənistan Respublikasının Prezidenti Serj Sarkisyan Soçidə, "Girand Polyana" mehmanxanasının "Qəbullar evi"ndə birgə görüşmüş, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı məsələləri müzakirə etmişlər.
…, Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev və Ermənistan Respublikasının Prezidenti Serj Sarkisyan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsinə dair danışıqların yekunlarına əsasən Birgə Bəyanat qəbul etmişlər.
…Rusiya Federasiyasına işgüzar səfərini başa vuraraq həmin gün axşam Bakıya qayıtmışdır.

yanvarın 24-də

…Kür çayının suyunun daşması nəticəsində baş vermiş hadisələrin təkrar olunmaması üçün Fövqəladə Hallar Nazirliyi tərəfindən Bakıya gətirilmiş Niderland Krallığının "Damin" şirkətinin istehsal etdiyi "CSD-500" torpaqsoran qurğulara, Türkiyənin Tuzla şəhərində istehsal olunmuş yedək və təchizat gəmilərinə və tədqiqat katerinə baxış keçirmişdir.

yanvarın 25-də

…Davosda keçirilən Dünya İqtisadi Forumunda iştirak etmək üçün İsveçrəyə işgüzar səfərə gəlmişdir.
…Davosda İsveçrə Konfederasiyasının Prezidenti xanım Eveline Vidner Şlümlə, İsrail Dövlətinin Prezidenti Şimon Pereslə, Avstriyanın "OMV AGE" şirkətinin baş icraçı direktoru Gerhard Roisslə və Amerika Birləşmiş Ştatlarının dövlət katibinin iqtisadiyyat, energetika və kənd təsərrüfatı məsələləri üzrə müavini Robert Hormatsla görüşmüşdür.

yanvarın 26-da

…Davosda "UBS Global" şirkətinin direktorlar şurasının sədri Kaspar Villigerlə, Avropa İttifaqının enerji məsələləri üzrə komissarı Günter Ottingerlə, Dünya İqtisadi Forumunun təsisçisi və icraçı sədri Klaus Şvabla, Gürcüstanın Baş naziri Nika Gilaurilə, Almaniyanın "Deutıche Bank"ının Mərkəzi və Şərqi Avropa ölkələri üzrə icraçı direktoru Peter Tilslə və idarə heyətinin üzvü Yürgen Figenlə, Beynəlxalq Qızıl Xaç Komitəsinin prezidenti Yakob Kellenbergerlə, Ukrayna Prezidenti Viktor Yanukoviçlə, RWE şirkətinin baş icraçı direktoru Yurgen Qrossmanla, Pakistan İslam Respublikasının Baş naziri Sayid Yusuf Raza Gilanilə, "Holcim Group" şirkətinin idarə heyətinin sədri Markus Akermanla, "Microsoft International" şirkətinin prezidenti, "Microsoft" Korporasiyasının vitse-prezidenti Jan Kurtua ilə və "Edisson" şirkətinin baş icraçı direktoru Bruno Leskörlə görüşmüşdür.

yanvarın 27-də

…Davosda Böyük Britaniyanın York Hersoqu, şahzadə Endryu ilə görüşmüşdür.

ƏHALİYƏ KEYFİYYƏTSİZ ƏRZAQ SATILIR

14.04.07 - 9:00943 baxılıb

BUNUNLA MÜBARİZƏ ÜÇÜN YAXIN VAXTLARDA MAĞAZALARDA ŞİKAYƏT VƏ TƏHLİLLƏR DƏFTƏRİ QOYULACAQ

Son vaxtlar bazarlarda vaxtı keçmiş, keyfiyyətsiz ərzaq məhsullarının satışa çıxarılması adi hal alıb. Əhalinin imkansızlığından və bahalaşmadan istifadə edən bəzi "işbazlar" satdıqları məhsulun qiymətini bir qədər ucuzlaşdırmaqla əhaliyə saxta məhsullar satır. Hətta hökumətin təşəbbüsü və nəzarəti ilə keçirilən yarmarkalarda da bir çox hallarda əhaliyə keyfiyyətsiz ərzaq məhsullarının təklif edilməsinə rast gəlinib.
Satışda kifayət qədər keyfiyyətsiz ərzaq məhsullarının olması hətta aidiyyəti qurumlar tərəfindən dəfələrlə təsdiq edilsə də, bunun qarşısını almaq mümkün olmayıb. Halbuki sovet dönəmində hər bir satış obyektində şikayət və təhlillər dəftəri var idi. Mağazadakı malın keyfiyyətindən, yaxud satıcıdan şikayətçi olan istehlakçı öz narazılığını bu dəftərə qeyd edirdi. Dəftər mütəmadi olaraq aidiyyəti dövlət qurumları tərəfindən yoxlanıldığından satıcı və mağaza müdirləri keyfiyyətsiz mal satmağa ürək etmirdilər.
Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov ərzaqlara verilən keyfiyyət və digər sertifikatların malın təhlükəsizliyini təmin etmədiyini bildirdi: "Əslində mallara sertifikat verən qurum tamamilə müstəqil olmalıdır. Lakin hazırda Azərbaycanda belə bir qurum yoxdur. Dövlət həm malı gətirir, həm yoxlayır, həm nəzarət edir, həm də sertifikat verir. Ona görə də ölkəmizdə təhlükəli mal çoxdur".
E.Hüseynov bazarlarda vaxtı keçmiş və keyfiyyətsiz ərzaq məhsullarının satılmasının digər səbəbini istehlakçıların öz hüquqlarını kifayət qədər bilməməsi ilə əlaqələndirir: "Bu amil də bazarın keyfiyyətsiz malla dolmasına səbəb olur. "İstehlakçı hüquqlarının müdafiəsi haqqında" qanunda göstərilir ki, istehlakçı satıcıdan malların bütün sənədlərini tələb etmək hüququna malikdir və satıcı qeyd-şərtsiz alıcının istəyini təmin etməyə borcludur.
Hətta istehlakçının satıcıdan malı ekspertizaya göndərməyi tələb etmək hüququ var. Belə ki, satıcı üç gün müddətində öz hesabına malı ekspertizaya göndərib istehlakçıya yazılı məlumat verməlidir. Bütün bu deyilənlər yuxarıda adını çəkdiyimiz qanunda öz əksini tapıb".
AİB sədri Azərbaycanda istehlakçı siyasəti olmadığından hazırda bu prosedurların tətbiq edilmədiyini bildirdi.

Xalid AZƏR.

çap üçün verisya

Axtarish sistemi

  


« February 2012
Mo Tu We Th Fr Sa Su
 12345
6789101112
13141516171819
20212223242526
272829 
Advokat

1946-cı ildə anadan olmuşam. Hazırda yaşa görə təqaüd alıram. İşlədiyim illərdə (1969-1974) Naftalan Şəhər Sovetində İdman Komitəsinin sədri vəzifəsində çalışmışam. Həmin illər dövlət qulluqçusu statusu kimi mənə sayıla bilərmi, eləcə də qulluq stajıma əsasən mənə pensiya təyin olunması mümkündürmü?

İbrahimxəlil QURBANOV,
Naftalan şəhəri.


- Sualınıza cavab olaraq bildiririk ki, Azərbaycan Respublikası Prezidentinin 01.09.2005-ci il tarixli, 290 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Əmək pensiyaları haqqında" qanuna əsasən, pensiya təyin edilməsi üçün dövlət qulluqçusunun müraciət etdiyi vaxt dövlət məvacibinin hesablandığı dövlət qulluğu vəzifəsi mövcud olmadıqda, habelə dövlət qulluqçularının vəzifələrinin "İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması Siyahısı"nda şəhər sovetinin nəzdində idman komitələri nəzərdə tutulmadığından dövlət qulluğuna edilən güzəştlər sizə şamil edilə bilməz.


© 2006-2012
Müəllif hüquqları Ulfet Qazeti-nə məxsusdur.
Dizayn NUR D şirkəti tərəfindən hazırlanıb.