Rəsmi

Azərbaycan
Respublikasının
Prezidenti İlham Əliyev

yanvarın 23-də

…Rusiya Federasiyasının Soçi şəhərinə işgüzar səfərə gəlmişdir.
…və Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev Soçidə, "Girand Polyana" mehmanxanasının "Qəbullar evi"ndə görüşmüş və qarşılıqlı fikir mübadiləsi aparmışlar.
…və Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev Azərbaycan Respublikası Dövlət Neft Şirkəti və Rusiyanın "Qazprom-eksport" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında təbii qazın alqı-satqısına dair müqaviləyə 5 nömrəli əlavə sazişin imzalanması mərasimində iştirak etmişlər.
…, Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev və Ermənistan Respublikasının Prezidenti Serj Sarkisyan Soçidə, "Girand Polyana" mehmanxanasının "Qəbullar evi"ndə birgə görüşmüş, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı məsələləri müzakirə etmişlər.
…, Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev və Ermənistan Respublikasının Prezidenti Serj Sarkisyan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsinə dair danışıqların yekunlarına əsasən Birgə Bəyanat qəbul etmişlər.
…Rusiya Federasiyasına işgüzar səfərini başa vuraraq həmin gün axşam Bakıya qayıtmışdır.

yanvarın 24-də

…Kür çayının suyunun daşması nəticəsində baş vermiş hadisələrin təkrar olunmaması üçün Fövqəladə Hallar Nazirliyi tərəfindən Bakıya gətirilmiş Niderland Krallığının "Damin" şirkətinin istehsal etdiyi "CSD-500" torpaqsoran qurğulara, Türkiyənin Tuzla şəhərində istehsal olunmuş yedək və təchizat gəmilərinə və tədqiqat katerinə baxış keçirmişdir.

yanvarın 25-də

…Davosda keçirilən Dünya İqtisadi Forumunda iştirak etmək üçün İsveçrəyə işgüzar səfərə gəlmişdir.
…Davosda İsveçrə Konfederasiyasının Prezidenti xanım Eveline Vidner Şlümlə, İsrail Dövlətinin Prezidenti Şimon Pereslə, Avstriyanın "OMV AGE" şirkətinin baş icraçı direktoru Gerhard Roisslə və Amerika Birləşmiş Ştatlarının dövlət katibinin iqtisadiyyat, energetika və kənd təsərrüfatı məsələləri üzrə müavini Robert Hormatsla görüşmüşdür.

yanvarın 26-da

…Davosda "UBS Global" şirkətinin direktorlar şurasının sədri Kaspar Villigerlə, Avropa İttifaqının enerji məsələləri üzrə komissarı Günter Ottingerlə, Dünya İqtisadi Forumunun təsisçisi və icraçı sədri Klaus Şvabla, Gürcüstanın Baş naziri Nika Gilaurilə, Almaniyanın "Deutıche Bank"ının Mərkəzi və Şərqi Avropa ölkələri üzrə icraçı direktoru Peter Tilslə və idarə heyətinin üzvü Yürgen Figenlə, Beynəlxalq Qızıl Xaç Komitəsinin prezidenti Yakob Kellenbergerlə, Ukrayna Prezidenti Viktor Yanukoviçlə, RWE şirkətinin baş icraçı direktoru Yurgen Qrossmanla, Pakistan İslam Respublikasının Baş naziri Sayid Yusuf Raza Gilanilə, "Holcim Group" şirkətinin idarə heyətinin sədri Markus Akermanla, "Microsoft International" şirkətinin prezidenti, "Microsoft" Korporasiyasının vitse-prezidenti Jan Kurtua ilə və "Edisson" şirkətinin baş icraçı direktoru Bruno Leskörlə görüşmüşdür.

yanvarın 27-də

…Davosda Böyük Britaniyanın York Hersoqu, şahzadə Endryu ilə görüşmüşdür.

ƏLİLLƏRİN CƏMİYYƏTƏ İNTEQRASİYASINDA PROBLEM VAR

14.04.07 - 9:02600 baxılıb

BUNUN ÜÇÜN ƏN VACİB MƏSƏLƏ ƏLİLLƏRƏ LAZIMİ SƏVİYYƏDƏ TƏHSİL ALMAQ İMKANI YARADILMASIDIR

Həssas təbəqə hesab olunan fiziki cəhətdən qüsurlu insanlara qayğı göstərmək həm cəmiyyətin, həm də dövlətin başlıca vəzifəsidir. Hazırda respublikamızda bu təbəqədən olan insanlar bir sıra problemlərlə qarşılaşır. Onların qarşılaşdıqları problemlər eyni olsa da, əlilliyin səbəbləri müxtəlifdir. Əlilliyin yaranma səbəbləri sırasında ilkin yeri irsi xəstəliklər tutur. Araşdırmalar göstərir ki, təkcə anadangəlmə korluğun yaranmasının 40 faizi irsi xəstəliklərlə bağlıdır.
Azərbaycanda qohumlar arasında ailə qurma halları təxminən 60 faizə bərabər olduğu üçün uşaqların əlil doğulması ehtimalı böyükdür. Problemin qarşısını almaqdan ötrü bu sahədə maarifləndirmə işinin aparılması vacibdir.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən aldığımız məlumata görə, hazırda Azərbaycanda 13301 nəfər əlil var.
Əlillərin sosial müdafiəsinin təmin edilməsi və cəmiyyətə inteqrasiyası istiqamətində müəyyən tədbirlər görülsə də, problemləri tam aradan qaldırmaq mümkün olmayıb.
Rəsmi məlumatlara görə, ikinci qrup əlil daha çoxdur. Xüsusilə 90-cı illərdən başlayaraq ikinci və üçüncü qrup əlillərin sayı artıb. Əlilliyə görə təqaüdə çıxanların sayı digər səbəbləri üstələyib.
Son 15 il müddətində yalnız 2006-cı ildə ilk dəfə olaraq yaşa görə təqaüd alanların sayı əlilliyə görə pensiya alanlardan çox olub.

"KÖNÜLLÜ ƏLİLLİK" PROBLEMİ
Araşdırmalar göstərir ki, əlillər arasında "könüllülər " də az deyil. Könüllü əlillik dərəcəsi alma səbəblərindən biri ordudan yayınma hallarıdır. Bir qrup gənc hesab edir ki, əlillik haqqında sənəd əldə etməklə həqiqi hərbi xidmətdən yayına biləcəklər. Əksər hallarda onların bu qənaətləri özünü doğruldur. Könüllü "əlil" olmaq istəyənlərin böyük bir qismi isə əlilliyə əlavə gəlir mənbəyi kimi baxan insanlardır. Ekspert Vəfa Mütəllimovanın qənaətinə görə: "Hazırda Azərbaycanda əlillər orta hesabla 50-55 manat təqaüd alır. Lakin əvvəlki iş yerləri ilə bağlı onlar arasında daha yüksək sosial təminatı olanlar da var. Əlilliyə görə verilən müavinətlərin növbəti illərdə artırılacağı gözlənilir. Müavinətlər artırıldıqca əlilliyə meyilin güclənməsi tendensiyası dünyanın əksər ölkələrində özünü göstərir. Belə ki, bəzi insanlar bu yolla özləri üçün maddi təminat yaratmaq istəyirlər. Digər tərəfdən isə, əlillər cəmiyyətə döndükdən sonra iş yeri və digər problemlərlə üzləşməsi onların müxtəlif yollara əl ataraq əlil kimi təqaüd almağa cəhd göstərməsinə rəvac verir. Bu tendensiya hazırda daha çox III qrup əlillər arasında müşahidə olunur. Reabilitasiya mərkəzlərində müalicə alaraq sağlam şəxs kimi cəmiyyətə qayıtmaq onları narahat edir. Əksinə, bəzi əlillər canfəşanlıq göstərərək II qrup əlillik dərəcəsi almağa çalışır".
Belə neqativ halların qarşısının alınması üçün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Səhiyyə Nazirliyi əməkdaşlarından ibarət birgə komissiya bütün əlillərin təkrar müayinəsini keçirəcək. Artıq bu işə başlanılıb və cari ilin birinci yarısında yekunlaşmalıdır. Rəsmi qurumlar yeni yaradılan komissiyanın tərkibinin daimi dəyişəcəyini əsas gətirərək bu dəfə şəffaflığın təmin olacağını proqnozlaşdırır. Ekspertlər isə bunun üçün ilk növbədə kriteriyaların düzgün müəyyənləşdirilməsinin vacib olduğunu bildirir. Həmçinin dövlət qurumlarının mətbuat ilə birlikdə cəmiyyətin maarifləndirilməsinə yönələn tədbirlər həyata keçirməsi vacib olardı. Digər tərəfdən isə, əhalinin psixologiyasının dəyişməsi istiqamətində tədbirlərin görülməsinə ehtiyac var. Əgər heç kimdən asılı olmadan insanların özünü təmin etmək imkanı varsa, əlil adını daşımasına meyil göstərməsi ciddi tənqid olunmalıdır. Dövlət ilk öncə insanların özünə hörmət hissinin güclənməsinə çalışmalıdır. Bu sahədə tədbirlərin də yenidən təkmilləşdirilməsinə ehtiyac var.

RƏSMİ QURUMLAR ƏLİLLƏRİN CƏMİYYƏTƏ İNTEQRASİYASI İSTİQAMƏTİNDƏ İŞ APARIR
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən aldığımız məlumata görə, əlillərin cəmiyyətə inteqrasiyası üçün dövlət səviyyəsində xeyli işlər görülüb. Hazırda respublikamızda 10 reabilitasiya mərkəzi fəaliyyət göstərir və 3 yeni mərkəzin tikilməsi nəzərdə tutulub. Bakı, Naxçıvan və digər şəhərlərdə fəaliyyət göstərən Əlillərin Reabilitasiya mərkəzlərində müalicə dövlət hesabına həyata keçirilir. Şəhid ailələri və Qarabağ əlillərinin evlə təmin edilməsində mənzillə təminat zamanı əlillərin kompakt yerləşdirilməsinə üstünlük verilir. Bu günədək bina və fərdi yaşayış yerlərində 1118 əlil ailəsi evlə təmin edilib. Halbuki inkişaf etmiş ölkələrdə əlillər üçün ayrıca yaşayış yeri təşkil edilmir.
Ötən il 600 əlil isə dövlət hesabına əlil arabaları ilə təmin olunub ki, bu da indiki dövr üçün ehtiyacı ödəyib. Əlilliyin aradan qaldırılması və onların sağlam fərd olaraq cəmiyyətə inteqrasiyasının tərkib hissəsi kimi yeni açılan müəssisələrdə işlə təmin edilmələrinə 20 faiz kvota ayrılır.
Lakin onların heç də hamısı qanunun verdiyi bu imkandan bəhrələnə bilmir. Hazırda əlillərin iqtisadiyyatın 70 faizini təşkil edən özəl sektorda iş tapması böyük problemə çevrilib. Buna səbəb isə özəl sektorda əlillərə etibarın olmamasıdır. Çünki 1994-1995-ci illərdə bəzi əlillər müxtəlif obyektlərə daxil olaraq oranı özününküləşdirmişdi. Dövlət qurumlarında da işlə təmin olunmaq məsələsi tam həllini tapmayıb.

GÖZDƏN ƏLİLLƏRİN MÜASİR TEXNOLOGİYALARDAN İSTİFADƏ İMKANI MƏHDUDDUR
Daha həssas təbəqə olan gözdən əlillərin cəmiyyətə inteqrasiyası üçün xeyli iş görülməsinə ehtiyac var. Azərbaycan Gözdən Əlillər Cəmiyyətinin vitse-prezidenti Bəybala İbadullayevin qənaətinə görə, bundan ötrü onların bacarıq və qabiliyyətləri inkişaf etdirilməlidir. Hazırda boş iş yerlərinə qəbullar çox vaxt qeyri-leqal aparılır. Əksər hallarda isə həmin yerlərin tutulmasında əlillərə sağlam insanlarla yanaşı bərabər imkanlar yaradılmır. Əlillərin müasir texnologiyalardan istifadə imkanları məhduddur. Xüsusilə də, gözdən əlillərin informasiya ilə təmin olunması və müasir texnologiyalardan istifadə imkanları çox zəifdir. Əksər ölkələrdə bu təbəqədən olan insanlar üçün xüsusi televiziya proqramları hazırlanır. Respublikamızda belə verilişlər yoxdur. Əlillərə cəmiyyətin digər üzvləri kimi təhsil almaq və peşə bacarıqlarını artırmaq üçün şərait yaradılmalıdır.
Ölkəmizdə gözdən əlillərin problemləri ilə məşğul olan kifayət qədər mütəxəssis yoxdur. Bu isə respublikamızda vətəndaş cəmiyyətinin formalaşmasına mənfi təsir göstərir. Əlil arabaları ilə hərəkət etmək üçün yaşayış binaları və səkilərdə müvafiq yerlər nəzərdə tutulmur. Bu problemin həlli üçün xüsusi dövlət proqramının hazırlanıb həyata keçirilməsinə ehtiyac var.
Bu günədək Azərbaycanda ayrı-ayrı təbəqədən olan əlil insanlar barədə ayrıca məlumat bankı yaradılmayıb. Dövlət Statistika Komitəsi indiyədək bu məsələyə kifayət qədər diqqət yetirməyib.
Belə məlumat bazasının olmaması isə əlillərin sosial problemlərinin həlli üçün layihələrin həyata keçirilməsinə maneələr yaradır. Azərbaycanda da həssas təbəqədən olan insanlara qarşı münasibəti dəyişmək vaxtı artıq çatıb...

çap üçün verisya

Axtarish sistemi

  


« February 2012
Mo Tu We Th Fr Sa Su
 12345
6789101112
13141516171819
20212223242526
272829 
Advokat

1946-cı ildə anadan olmuşam. Hazırda yaşa görə təqaüd alıram. İşlədiyim illərdə (1969-1974) Naftalan Şəhər Sovetində İdman Komitəsinin sədri vəzifəsində çalışmışam. Həmin illər dövlət qulluqçusu statusu kimi mənə sayıla bilərmi, eləcə də qulluq stajıma əsasən mənə pensiya təyin olunması mümkündürmü?

İbrahimxəlil QURBANOV,
Naftalan şəhəri.


- Sualınıza cavab olaraq bildiririk ki, Azərbaycan Respublikası Prezidentinin 01.09.2005-ci il tarixli, 290 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Əmək pensiyaları haqqında" qanuna əsasən, pensiya təyin edilməsi üçün dövlət qulluqçusunun müraciət etdiyi vaxt dövlət məvacibinin hesablandığı dövlət qulluğu vəzifəsi mövcud olmadıqda, habelə dövlət qulluqçularının vəzifələrinin "İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması Siyahısı"nda şəhər sovetinin nəzdində idman komitələri nəzərdə tutulmadığından dövlət qulluğuna edilən güzəştlər sizə şamil edilə bilməz.


© 2006-2012
Müəllif hüquqları Ulfet Qazeti-nə məxsusdur.
Dizayn NUR D şirkəti tərəfindən hazırlanıb.