Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev
fevralın 13-də
…Özbəkistan Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri İsmətulla İrqaşevi diplomatik fəaliyyətinin başa çatması ilə əlaqədar qəbul etmişdir.
fevralın 14-də
…Birləşmiş Ərəb Əmirliklərinin xarici işlər naziri Şeyx Abdulla bin Zayed Əl-Nahyanı qəbul etmişdir. …Belçika Krallığına işgüzar səfərə yola düşmüşdür. …Brüsseldə Avropa Xalq Partiyasının (AXP) prezidenti Uilfrid Martens ilə görüşmüşdür.
fevralın 15-da
…NATO-nun baş katibi Anders Foq Rasmussen ilə görüşmüşdür. …Belçika Krallığına işgüzar səfərdən qayıtmışdır.
fevralın 16-də
…Qusar rayonuna səfərə gəlmişdir. …Heydər Əliyev Mərkəzinin açılışında iştirak etmişdir. …rayon Mərkəzi Xəstəxanasının açılışında iştirak etmişdir. …şahmat mərkəzinin açılışında iştirak etmişdir. …Qubada Qırmızı qəsəbənin sakinləri ilə görüşmüşdür. …Hüseyn Cavidin 130 illik yubileyinin keçirilməsi haqqında sərəncam imzalamışdır.
fevralın 17-də
... Şahdağ qış-yay turizm kompleksinin tikintisinin gedişi ilə tanış olub.
"İlk olaraq daha ağır şəraitdə yaşayan ailələr mənzillə təmin olunacaqlar"
Hazırda Azərbaycanda 150 mindən artıq tələbə təhsil alır. Onların arasında bölgələrdən gələnlərlə yanaşı, əcnəbi tələbələr də az deyil. Əvvəllər həmin gənclər təhsil aldıqları universitetlərin yataqxanalarında yerləşdirilirdilər. Lakin 1993-cü ildən Bakı Dövlət Universitetinin, Dövlət Neft Akademiyasının, Texniki Universitetin tələbə yataqxanalarında, Əmək və Sosial Münasibətlər Akademiyasının binasında məcburi köçkünlər məskunlaşdığından tələbələrin əksəriyyəti kirayə mənzil tutmaq məcburiyyətində qalıblar.
Artıq bir neçə ildir ki, həmin binalarda yaşayan məcburi köçkünlərin yeni tikilən binalara köçürüləcəkləri barədə söz-söhbət gedir. Hətta ayrı-ayrı yataqxanalardakı ailələrin siyahısı da hazırlanıb. Lakin hələ də nə vaxt köçürüləcəkləri dəqiq deyil. Son günlər isə Bakı Dövlət Universitetinin yataqxanasında məskunlaşanların oradan köçürüləcəkləri xəbəri tələbələrin sevincinə səbəb olub. Məsələyə aydınlıq gətirmək üçün Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin Mətbuat Xidmətinin rəhbəri Elçin Qədimovla əlaqə saxladıq. Qurumun rəsmisi bildirdi ki, qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması üzrə dövlət proqramı var: "Bu Dövlət Proqramı 2004-cü il 1 iyul tarixli, 298 saylı sərəncamla qəbul edilib. Həmin proqrama 2007-ci il oktyabrın 31-də imzalanmış sərəncamlarla və 2011-ci il fevralın 21-də əlavələr olunub. Həmin proqrama əsasən, Bakı Dövlət Universitetinin tələbə yataqxanalarında məskunlaşan məcburi köçkünlər birinci mərhələdə köçürüləcək. Əvvəlcə iki yataqxanadan 210 ailənin köçürülməsi nəzərdə tutulub: "Köçkünlər Abşeron rayonunda Masazır ərazisində ayrılan torpaq sahəsində inşa olunacaq binalarda yerləşdiriləcəklər. Orada artıq torpaq sahəsi ayrılıb, hazırda layihələndirmə işləri aparılır. Hesab edirik ki, gələn il orada tikinti işlərinə başlanılacaq". Komitənin nümayəndəsi onu da bildirdi ki, məcburi köçkünlər üçün binalar həm sürətlə, həm də yüksək keyfiyyətlə tikilir: "Bu il artıq bizim 3 açılış obyektimiz var". Elçin Qədimov qeyd etdi ki, məcburi köçkünlərin məskunlaşacaqları ərazidə onların sosial, məşğulluq və tibbi təminatı Dövlət Proqramına uyğun olaraq həyata keçiriləcək.
Hansı hallarda hakim mülki işə baxılmasında iştirak edə bilməz və ona etiraz edilə bilər?
Ruslan HƏSƏNLİ, Sumqayıt şəhəri.
- Mülki Prosessual Məcəllənin 19-cu maddəsinə əsasən, hakimin mülki işə baxılmasına aşağıdakı hallarda yol verilmir: o O, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada hakim vəzifəsinə təyin edilməmişsə; o O, Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq olaraq işin baxılması üçün nəzərdə tutulmuş hakim deyildirsə; o O, əvvəllər hakim kimi, birinci instansiya məhkəməsində, apelyasiya və kasasiya instansiyalarında, həmçinin yeni açılmış hallar üzrə işin baxılmasında iştirak etmişsə. Aşağıdakı hallarda hakim işə baxılmasında iştirak edə bilməz və ona etiraz edilə bilər: o O, əvvəllər tərəflərdən birinin nümayəndəsi təyin edilmişsə və ya işdə şahid, ekspert, mütəxəssis, tərcüməçi, məhkəmə iclasının katibi kimi iştirak etmişsə; o O, tərəflərdən biridirsə və ya tərəflərdən birinin və yaxud onun nümayəndəsinin birbaşa qohumudursa və qohumu olmuşsa, ya da qohumluq əlaqəsindədirsə; o O, şəxsən, bilavasitə və ya dolayı yolla işin nəticəsində maraqlıdırsa, ya da onun obyektivliyinə və qərəzsizliyinə şübhə doğuran kifayət qədər əsas varsa. Bir-biri ilə qohumluq əlaqəsində olan şəxslərin işə baxan məhkəmə tərkibində iştirakına yol verilmir.