Rəsmi

Azərbaycan
Respublikasının
Prezidenti İlham Əliyev

yanvarın 23-də

…Rusiya Federasiyasının Soçi şəhərinə işgüzar səfərə gəlmişdir.
…və Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev Soçidə, "Girand Polyana" mehmanxanasının "Qəbullar evi"ndə görüşmüş və qarşılıqlı fikir mübadiləsi aparmışlar.
…və Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev Azərbaycan Respublikası Dövlət Neft Şirkəti və Rusiyanın "Qazprom-eksport" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında təbii qazın alqı-satqısına dair müqaviləyə 5 nömrəli əlavə sazişin imzalanması mərasimində iştirak etmişlər.
…, Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev və Ermənistan Respublikasının Prezidenti Serj Sarkisyan Soçidə, "Girand Polyana" mehmanxanasının "Qəbullar evi"ndə birgə görüşmüş, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı məsələləri müzakirə etmişlər.
…, Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev və Ermənistan Respublikasının Prezidenti Serj Sarkisyan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsinə dair danışıqların yekunlarına əsasən Birgə Bəyanat qəbul etmişlər.
…Rusiya Federasiyasına işgüzar səfərini başa vuraraq həmin gün axşam Bakıya qayıtmışdır.

yanvarın 24-də

…Kür çayının suyunun daşması nəticəsində baş vermiş hadisələrin təkrar olunmaması üçün Fövqəladə Hallar Nazirliyi tərəfindən Bakıya gətirilmiş Niderland Krallığının "Damin" şirkətinin istehsal etdiyi "CSD-500" torpaqsoran qurğulara, Türkiyənin Tuzla şəhərində istehsal olunmuş yedək və təchizat gəmilərinə və tədqiqat katerinə baxış keçirmişdir.

yanvarın 25-də

…Davosda keçirilən Dünya İqtisadi Forumunda iştirak etmək üçün İsveçrəyə işgüzar səfərə gəlmişdir.
…Davosda İsveçrə Konfederasiyasının Prezidenti xanım Eveline Vidner Şlümlə, İsrail Dövlətinin Prezidenti Şimon Pereslə, Avstriyanın "OMV AGE" şirkətinin baş icraçı direktoru Gerhard Roisslə və Amerika Birləşmiş Ştatlarının dövlət katibinin iqtisadiyyat, energetika və kənd təsərrüfatı məsələləri üzrə müavini Robert Hormatsla görüşmüşdür.

yanvarın 26-da

…Davosda "UBS Global" şirkətinin direktorlar şurasının sədri Kaspar Villigerlə, Avropa İttifaqının enerji məsələləri üzrə komissarı Günter Ottingerlə, Dünya İqtisadi Forumunun təsisçisi və icraçı sədri Klaus Şvabla, Gürcüstanın Baş naziri Nika Gilaurilə, Almaniyanın "Deutıche Bank"ının Mərkəzi və Şərqi Avropa ölkələri üzrə icraçı direktoru Peter Tilslə və idarə heyətinin üzvü Yürgen Figenlə, Beynəlxalq Qızıl Xaç Komitəsinin prezidenti Yakob Kellenbergerlə, Ukrayna Prezidenti Viktor Yanukoviçlə, RWE şirkətinin baş icraçı direktoru Yurgen Qrossmanla, Pakistan İslam Respublikasının Baş naziri Sayid Yusuf Raza Gilanilə, "Holcim Group" şirkətinin idarə heyətinin sədri Markus Akermanla, "Microsoft International" şirkətinin prezidenti, "Microsoft" Korporasiyasının vitse-prezidenti Jan Kurtua ilə və "Edisson" şirkətinin baş icraçı direktoru Bruno Leskörlə görüşmüşdür.

yanvarın 27-də

…Davosda Böyük Britaniyanın York Hersoqu, şahzadə Endryu ilə görüşmüşdür.

DÜNYADA 1 MAY HƏYƏCANI

05.05.07 - 9:00645 baxılıb

Bu il dünyanın bir çox ölkələrində zəhmətkeşlər 1 May günü imperializmə və işçilərin əleyhinə olan fəaliyyətlərə qarşı mübarizə məqsədi ilə müxtəlif aksiyalar keçirmişlər. Zəhmətkeşlərin ümumdünya həmrəylik günü hətta işğal altında olan torpaqlarda da qeyd edildi. Fələstində işçilər Ramallahda izdihamlı nümayiş keçirdilər. Əsasən siyasi tələblər səslənən nümayiş İsrail polisi tərəfindən dağıdıldı.
İraqda isə işçilər ötən il 1 May aksiyalarının qadağan olunmasına baxmayaraq küçələrə çıxdılar. Bəsrədə kütləvi aksiyalara çoxlu sayda qadınlar qoşuldu.
İranda 1 May günü Tehran stadionunda qeyd olundu. Aksiyadan sonra küçələrə çıxan nümayiş iştirakçıları Tehranın Haft-i Tir meydanına girərkən polis tərəfindən təzyiqə məruz qalaraq aksiya dağıdılmışdır. Zimbabvedə isə hökumət 1 May tədbirlərini rəsmən qadağan etdi.
Amerika Birləşmiş Ştatlarında isə 1 May günü işçilər "təşkilatlanma azadlığı və miqrant işçilərin hüquqları" ilə əlaqədar olaraq Los-Anceles Limanını bağladılar. Aksiya işəgötürənin işçilərin tələblərini qəbul etməsi ilə nəticələndi.
Kuba lideri Fidel Kastro 1 Mayla bağlı xalqa ünvanladığı çıxışında sosializmin zəfər çalacağını, imperializmin məhv olacağını bildirmişdir. Fidel Kastro çıxışında ABŞ-ı tənqid edib, bütün dünya zəhmətkeşlərini təbrik etmişdir.
Rusiyada da 1 May bayramı böyük coşğu ilə qeyd olundu. 25 min rusiyalı işçi əllərində keçmiş Sovet bayraqları, Marks, Engels, Lenin və Stalinin şəkilləri ilə küçələrə çıxmışdır.
Çexiyada işçilər nümayiş edərək ABŞ-ın bu ölkədə tikdirmək istədiyi hərbi obyektlərə etiraz etdi. Cənubi Koreyanın paytaxtı Seulda 7 min işçi Roh Moo-Hyunun iqtisadi siyasətinə qarşı çıxmışdır. Onlar eyni zamanda Cənubi Koreyanın ABŞ-la imzalanmış Azad Ticarət Müqaviləsinə öz narazılıqlarını bildirdilər. Çinin Macau vilayətində və Sinqapurda keçirilən tədbirlər polis tərəfindən dağıdılmışdır.
Almaniyada yarım milyon işçi 1 May günü küçələrə çıxdı. 500-dən artıq bölgədə keçirilən tədbirlər Almaniya Həmkarlar İttifaqları Birliyi (DGB) tərəfindən təşkil olunmuşdu. Nümayişlərdə minimum əməkhaqqının artırılması tələb olunmuş və təqaüd yaşının 67-yə çatdırılmasına etiraz edilmişdir. Berlindəki nümayiş daha kəskin xarakter almışdır.
Yunanıstanın paytaxtı Afina da daxil olmaqla ölkənin 67 rayonunda nümayişlər keçirildi. Nümayişlərdə işçilər minimum əməkhaqqının 300 avroya qaldırılması, həftəlik iş saatının 35 saata endirilməsi, səhiyyə xidmətinin təşkil olunması, miqrant işçilərə bərabər əmək hüququnun verilməsi tələbi ilə çıxış etmişlər.
Ən kütləvi nümayiş Parlamentin qarşısında Mübariz İşçilər Cəbhəsi (RAME) tərəfindən 20 min işçinin iştirakı ilə təşkil olunmuşdur. Afinada 1 May ilə əlaqədar olaraq avtobus, tramvay, metro işçiləri 6 saatlıq tətil etdilər.
Avstriyanın paytaxtı Vyanada isə Avstriya Sosial Demokrat Partiyası və Avstriya Həmkarlar İttifaqları Birliyi (ÖGB) tərəfindən təşkil olunmuş nümayişdə 120 min nəfər iştirak etdi.

Fuad MƏMMƏDOV, AHİK-in mütəxəssisi.

çap üçün verisya

Axtarish sistemi

  


« February 2012
Mo Tu We Th Fr Sa Su
 12345
6789101112
13141516171819
20212223242526
272829 
Advokat

1946-cı ildə anadan olmuşam. Hazırda yaşa görə təqaüd alıram. İşlədiyim illərdə (1969-1974) Naftalan Şəhər Sovetində İdman Komitəsinin sədri vəzifəsində çalışmışam. Həmin illər dövlət qulluqçusu statusu kimi mənə sayıla bilərmi, eləcə də qulluq stajıma əsasən mənə pensiya təyin olunması mümkündürmü?

İbrahimxəlil QURBANOV,
Naftalan şəhəri.


- Sualınıza cavab olaraq bildiririk ki, Azərbaycan Respublikası Prezidentinin 01.09.2005-ci il tarixli, 290 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Əmək pensiyaları haqqında" qanuna əsasən, pensiya təyin edilməsi üçün dövlət qulluqçusunun müraciət etdiyi vaxt dövlət məvacibinin hesablandığı dövlət qulluğu vəzifəsi mövcud olmadıqda, habelə dövlət qulluqçularının vəzifələrinin "İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması Siyahısı"nda şəhər sovetinin nəzdində idman komitələri nəzərdə tutulmadığından dövlət qulluğuna edilən güzəştlər sizə şamil edilə bilməz.


© 2006-2012
Müəllif hüquqları Ulfet Qazeti-nə məxsusdur.
Dizayn NUR D şirkəti tərəfindən hazırlanıb.