Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev
yanvarın 23-də
…Rusiya Federasiyasının Soçi şəhərinə işgüzar səfərə gəlmişdir. …və Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev Soçidə, "Girand Polyana" mehmanxanasının "Qəbullar evi"ndə görüşmüş və qarşılıqlı fikir mübadiləsi aparmışlar. …və Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev Azərbaycan Respublikası Dövlət Neft Şirkəti və Rusiyanın "Qazprom-eksport" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında təbii qazın alqı-satqısına dair müqaviləyə 5 nömrəli əlavə sazişin imzalanması mərasimində iştirak etmişlər. …, Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev və Ermənistan Respublikasının Prezidenti Serj Sarkisyan Soçidə, "Girand Polyana" mehmanxanasının "Qəbullar evi"ndə birgə görüşmüş, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı məsələləri müzakirə etmişlər. …, Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev və Ermənistan Respublikasının Prezidenti Serj Sarkisyan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsinə dair danışıqların yekunlarına əsasən Birgə Bəyanat qəbul etmişlər. …Rusiya Federasiyasına işgüzar səfərini başa vuraraq həmin gün axşam Bakıya qayıtmışdır.
yanvarın 24-də
…Kür çayının suyunun daşması nəticəsində baş vermiş hadisələrin təkrar olunmaması üçün Fövqəladə Hallar Nazirliyi tərəfindən Bakıya gətirilmiş Niderland Krallığının "Damin" şirkətinin istehsal etdiyi "CSD-500" torpaqsoran qurğulara, Türkiyənin Tuzla şəhərində istehsal olunmuş yedək və təchizat gəmilərinə və tədqiqat katerinə baxış keçirmişdir.
yanvarın 25-də
…Davosda keçirilən Dünya İqtisadi Forumunda iştirak etmək üçün İsveçrəyə işgüzar səfərə gəlmişdir. …Davosda İsveçrə Konfederasiyasının Prezidenti xanım Eveline Vidner Şlümlə, İsrail Dövlətinin Prezidenti Şimon Pereslə, Avstriyanın "OMV AGE" şirkətinin baş icraçı direktoru Gerhard Roisslə və Amerika Birləşmiş Ştatlarının dövlət katibinin iqtisadiyyat, energetika və kənd təsərrüfatı məsələləri üzrə müavini Robert Hormatsla görüşmüşdür.
yanvarın 26-da
…Davosda "UBS Global" şirkətinin direktorlar şurasının sədri Kaspar Villigerlə, Avropa İttifaqının enerji məsələləri üzrə komissarı Günter Ottingerlə, Dünya İqtisadi Forumunun təsisçisi və icraçı sədri Klaus Şvabla, Gürcüstanın Baş naziri Nika Gilaurilə, Almaniyanın "Deutıche Bank"ının Mərkəzi və Şərqi Avropa ölkələri üzrə icraçı direktoru Peter Tilslə və idarə heyətinin üzvü Yürgen Figenlə, Beynəlxalq Qızıl Xaç Komitəsinin prezidenti Yakob Kellenbergerlə, Ukrayna Prezidenti Viktor Yanukoviçlə, RWE şirkətinin baş icraçı direktoru Yurgen Qrossmanla, Pakistan İslam Respublikasının Baş naziri Sayid Yusuf Raza Gilanilə, "Holcim Group" şirkətinin idarə heyətinin sədri Markus Akermanla, "Microsoft International" şirkətinin prezidenti, "Microsoft" Korporasiyasının vitse-prezidenti Jan Kurtua ilə və "Edisson" şirkətinin baş icraçı direktoru Bruno Leskörlə görüşmüşdür.
yanvarın 27-də
…Davosda Böyük Britaniyanın York Hersoqu, şahzadə Endryu ilə görüşmüşdür.
Hörmətli Səttar müəllim! Azərbaycan Respublikası Prezidentinin 18 aprel 2007-ci il tarixli Sərəncamı ilə Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının bir sıra əməkdaşına fəxri adların və "Tərəqqi" medalının verilməsi həmkarlar ittifaqları sistemində çalışan bütün işçilər kimi, AHİK-in Turizm və Ekskursiyalar Şurasının və onun nəzdində fəaliyyət göstərən turist-ekskursiya təşkilatlarının kollektivlərində də böyük sevinclə qarşılanmışdı. Şuranın da doqquz əməkdaşının respublikanın sosial-ictimai həyatında göstərdikləri xidmətə görə "Tərəqqi" medalına layiq görülməsi, müstəqil dövlətimizin tarixində ilk dəfə olaraq turizm sahəsində çalışan əməkdaşların əməyinin belə yüksək səviyyədə qiymətləndirilməsi qəlbimizdə böyük fərəh hissi doğurmuşdur. Həmkarlar ittifaqları sistemində çalışan əməkdaşların son illərdə fəxri adlar, orden və medallarla təltif olunması, Azərbaycanda həmkarlar ittifaqlarının yaradılmasının 100, həmkarlar ittifaqları mərkəzi orqanının 85 illik yubileyinin ölkə miqyasında təntənə ilə qeyd olunması, həmkarlar ittifaqları hərəkatının genişmiqyaslı inkişafının və sosial-iqtisadi həyatın bütün sahələrini əhatə etməsinin nəticəsidir. Bu gün öz sıralarında milyonlarla sadə əmək adamlarını, müxtəlif peşə sahiblərini, ziyalıları, iş adamlarını birləşdirən Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının həm ölkə daxilində, həm də ölkəmizin hüdudlarından kənarda tanınması və müsbət imici ilk növbədə Sizin adınızla bağlıdır. Ulu öndərimiz Heydər Əliyevin cəmiyyətimizdə həmkarlar təşkilatlarının rolu və inkişaf yolu ilə bağlı tövsiyələrinin uğurla həyata keçirilməsi sahəsində yorulmaz fəaliyyətiniz, təşkilatçılıq bacarığınız ölkənin yeni tarixində həmkarlar ittifaqlarının rolunun artmasına və ölkənin yüksək səviyyədə təşkilatlanmış ən böyük ictimai qurumuna çevrilməsinə səbəb olmuşdur. Dahi Heydər Əliyevin daxili və xarici siyasətinin layiqli davamçısı, möhtərəm Prezidentimiz İlham Əliyevin ölkənin sosial-ictimai həyatında həmkarlar ittifaqlarının rolunu yüksək qiymətləndirilməsi və hərtərəfli dəstək verilməsi gələcəyə inamımızı artırır.
Hörmətli cənab Sədr! AHİK-in Turizm və Ekskursiyalar Şurasının "Tərəqqi" medalı ilə təltif olunmuş bütün əməkdaşları adından Azərbaycanın həmkarlar ittifaqlarının "Şöhrət" ordenli lideri və ölkənin Ali qanunverici orqanının üzvü olan Sizi əmin edirik ki, həmkarlar ittifaqları turizmin, eyni zamanda respublikamızda turizm sahəsinin gələcək inkişafında var qüvvəsini əsirgəməyəcəkdir. Bütün imkanlardan dolğun istifadə edərək bizə göstərilən etimadı doğruldacağıq.
1946-cı ildə anadan olmuşam. Hazırda yaşa görə təqaüd alıram. İşlədiyim illərdə (1969-1974) Naftalan Şəhər Sovetində İdman Komitəsinin sədri vəzifəsində çalışmışam. Həmin illər dövlət qulluqçusu statusu kimi mənə sayıla bilərmi, eləcə də qulluq stajıma əsasən mənə pensiya təyin olunması mümkündürmü?
İbrahimxəlil QURBANOV, Naftalan şəhəri.
- Sualınıza cavab olaraq bildiririk ki, Azərbaycan Respublikası Prezidentinin 01.09.2005-ci il tarixli, 290 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Əmək pensiyaları haqqında" qanuna əsasən, pensiya təyin edilməsi üçün dövlət qulluqçusunun müraciət etdiyi vaxt dövlət məvacibinin hesablandığı dövlət qulluğu vəzifəsi mövcud olmadıqda, habelə dövlət qulluqçularının vəzifələrinin "İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması Siyahısı"nda şəhər sovetinin nəzdində idman komitələri nəzərdə tutulmadığından dövlət qulluğuna edilən güzəştlər sizə şamil edilə bilməz.