Rəsmi

Azərbaycan
Respublikasının
Prezidenti İlham Əliyev

fevralın 13-də

…Özbəkistan Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri İsmətulla İrqaşevi diplomatik fəaliyyətinin başa çatması ilə əlaqədar qəbul etmişdir.

fevralın 14-də

…Birləşmiş Ərəb Əmirliklərinin xarici işlər naziri Şeyx Abdulla bin Zayed Əl-Nahyanı qəbul etmişdir.
…Belçika Krallığına işgüzar səfərə yola düşmüşdür.
…Brüsseldə Avropa Xalq Partiyasının (AXP) prezidenti Uilfrid Martens ilə görüşmüşdür.

fevralın 15-da

…NATO-nun baş katibi Anders Foq Rasmussen ilə görüşmüşdür.
…Belçika Krallığına işgüzar səfərdən qayıtmışdır.

fevralın 16-də

…Qusar rayonuna səfərə gəlmişdir.
…Heydər Əliyev Mərkəzinin açılışında iştirak etmişdir.
…rayon Mərkəzi Xəstəxanasının açılışında iştirak etmişdir.
…şahmat mərkəzinin açılışında iştirak etmişdir.
…Qubada Qırmızı qəsəbənin sakinləri ilə görüşmüşdür.
…Hüseyn Cavidin 130 illik yubileyinin keçirilməsi haqqında sərəncam imzalamışdır.

fevralın 17-də

... Şahdağ qış-yay turizm kompleksinin tikintisinin gedişi ilə tanış olub.

Kommunal qəzalar baş verirsə...

27.01.12 - 18:3360 baxılıb

"Elektrik enerjisi normal qaydada paylansa da, istifadəçilər ondan normal istifadə etmirlər"

Payız-qış mövsümündə elektrik enerjisi və təbii qaza olan tələbat artır. Bu isə əlavə problemlər yaradır. Məsələn, bir müddət öncə Biləcəri qəsəbəsində elektrik xətlərində və transformatorlarda qəfil texniki qəzaların baş verməsi, elektrik stansiyalarında problemlərin yaşanması ucbatından mənzillərdə demək olar ki, elektrik cihazlarının hamısı sıradan çıxdı. İstehlakçılar ciddi zərər çəksə də, aidiyyəti qurumlar onlara dəymiş maddi və mənəvi zərərə görə təzminat ödəmədilər.
Məsələyə münasibət bildirən "Bakıelektrikşəbəkə" ASC-nin mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev texniki qəzaları təbii qarşıladığını və həmin qəzaların özbaşına yaranmadığını deyir. Onun sözlərinə görə, elektrik enerjisi paytaxt üzrə normal qaydada paylansa da, abonentlər ondan normal səviyyədə istifadə etmirlər: "Həddən artıq elektrik cihazları qoşulduğundan xətlərdə yüklənmə artır. Nəticədə avadanlıq və qurğular müəyyən problemlərlə üz-üzə qalır. Ona görə də abonentlər günahı bizdə görməsinlər".
Təzminat məsələsinə gəlincə, T.Mustafayev deyir ki, adətən belə problemlə üzləşənlərin şikayətləri xüsusi komissiya tərəfindən araşdırılır. Nazirlər Kabinetinin Enerjiyə Nəzarət İdarəsinin işçilərindən və "Bakıelektrikşəbəkə"nin mütəxəssislərindən ibarət yaradılmış komissiya bu işlə məşğul olur. Araşdırmada abonentlər də iştirak edə bilirlər: "Bu komissiya öz işini bitirdikdən sonra Nazirlər Kabinetinin təsdiq etdiyi "Elektrik enerjisindən istifadə qaydaları"na əsasən yekun qərarını verir".

Qazın təzyiqi aşağı olsa...

Qaz təsərrüfatı üzrə mütəxəssis Nüsrət Qasımovun sözlərinə görə, qazpaylayıcının və istehlakçının münasibətləri hər iki tərəfin mənafeyini müdafiə edən müqavilə ilə tənzimlənməlidir: "Azəriqaz" xarici qaz kəmərlərinin, yəni binanın giriş qapısına qədər olan yeraltı və ya yerüstü kəmərlərin sazlığına və texnoloji rejimin düzgün qurulmasına, eləcə də təzyiqin normaya uyğun verilməsinə cavabdehdir. Mənzildaxili kəmər və cihazların saz vəziyyətdə saxlanmasına, həmçinin "Qazdan təhlükəsiz istifadə qaydaları"nın pozulmasına görə isə istehlakçı məsuliyyət daşıyır.
Məsələn, ölkəmizin qaz şəbəkələrində optimal təzyiq cihazlarının odluqlarının girişinə 130 mm su sütununun təzyiqinə bərabər təbii qaz verilməlidir. Ancaq "mavi yanacaq" faktiki olaraq, normal təzyiq göstəricisindan aşağı verilir. Nəticədə cihazların iş prinsipi, eləcə də təhlükəsizlik qaydaları pozulur. Bu səbəbdən də dəm qazından zəhərlənmə, boğulma, partlayış və yanğın baş verir. Bundan başqa, qazın təzyiqi normadan aşağı olduqda istehlakçılar "mavi yanacaq"a görə tarif haqqının 75-80 faizini ödəməlidirlər. Üstəlik onlara dəyən maddi və mənəvi zərərin ödənilməsi üçün yerli məhkəmə instansiyalarına müraciət olunmalıdır”.

"Bakıelektrikşəbəkə"nin öhdəliyi

Azad İstehlakçılar Birliyinin kommunal üzrə eksperti Baba Rzayev qeyd etdi ki, kommunal xidmət sektorunda istehlakçıdan asılı olmayan səbəbdən onlara dəyən ziyana görə təzminatların ödənilməməsi ölkə qanunvericiliyinə ziddir. Qanunvericilikdə nəzərdə tutulub ki, istənilən xidmət lazımi səviyyədə göstərilmirsə, keyfiyyəti aşağıdırsa, istehlakçıya dəyən ziyan ödənilməlidir: "Elektrik enerjisinin verilməsində 220 volt norma sayılır. Əgər vətəndaşın evinə və ya mənzilinə ondan aşağı, məsələn, 160 volt elektrik enerjisi verilirsə, eləcə də enerji verimi kəsilirsə, aidiyyəti qurum abonentə aradakı fərqin, yəni 60 voltun və vermədiyi elektrik enerjisinin pulunu ödəməlidir. Çünki vətəndaş işıqpulu ödəyərkən onun istifadə etdiyi elektrik enerjisinə görə sərfiyyatı 220 voltla hesablanır. Digər tərəfdən, 220 voltdan yüksək, yaxud aşağı səviyyədə elektrik enerjisinin verilməsi üzündən abonentə maddi və mənəvi zərər dəyirsə, bu ziyanı da müvafiq orqan ödəməlidir".

Tərəflər müqavilə bağlasa...

Hüquqşünas Eldar Qurbanov sadalanan faktların ciddi qanun pozuntusu olduğunu söyləyir: "Qanunsuzluqlara son qoyulması üçün zərərçəkmiş vətəndaşlar hökmən yerli məhkəmə instansiyalarına və hüquq-mühafizə orqanlarına müraciət etməlidirlər. Bunun üçün yerli mənzil-istismar sahələrindən rəsmi nümayəndələr cəlb olunmalı və onun iştirakı ilə akt tərtib edilməlidir. Həmin aktda xoşagəlməz hadisənin baş verdiyi tarix, saat, səbəbi, yəni elektrik enerjisinin normadan yüksək və ya aşağı verilməsi, sıradan çıxmış avadanlıq, qurğu, elektrik cihazı və məişət texnikalarının adları və markaları qeyd olunmalıdır".
Hüquqşünas bildirir ki, təbii qazla bağlı da analoji proses icra edilməlidir. E.Qurbanov aidiyyəti qurumların həmin müraciətlərə baxmasının və cavablandırılmasının maksimum müddətinin 15 gün olduğunu dedi: "Bu müddətdə istehlakçıya cavab verilməzsə, onlar məhkəmələrə müraciət etmək hüququ qazanır. Vətəndaşlar onlara verilmiş hüquqlardan normal istifadə edə bilsələr, yerli elektrik şəbəkələri və qaz istismarı sahələri belə qanun pozuntularına yol verməkdən çəkinərlər".

Qanunlarda boşluq var

İqtisadçı-ekspert Vüqar Bayramov isə hesab edir ki, problemlərdən biri də istehlakçıların onlara dəymiş ziyanın məhz elektrik enerjisinin və təbii qazın normal səviyyədə verilməməsindən baş verdiyini sübuta yetirə bilməmələridir. Onun fikrincə, bu, kifayət qədər uzun müddət tələb edir: "Məhkəməyə müraciət edənlərin iddialarının təmin edilib-edilməyəcəyi öncədən məlum deyil. Digər tərəfdən, bu məsələ çözülsə belə, kompensasiyanın ödənilməsi də müəyyən zaman tələb edir. Ona görə də təchizatçı tərəfindən vətəndaşlara dəymiş maddi və mənəvi zərərin ödənilməsi real görünmür".
V.Bayramov qanunvericilikdə istehlakçıların hüquqlarının qorunmasının konkret mexanizmlərinin olmamasını da söylədi. Onun fikrincə, abonentə dəymiş ziyanın məbləğinin müəyyənləşdirilməsinə kompensasiyanın ödənilmə qaydalarının konkretləşməsinə ciddi ehtiyac var. Həmçinin bu qaydalardan irəli gələn tələblərin yerinə yetirilməsinə dövlət nəzarəti də həyata keçirilməlidir: "Əks halda qanunvericilik təkmilləşdirilsə belə, istehlakçıların pozulmuş hüquqlarının bərpa ediləcəyi şübhə doğuracaq".

çap üçün verisya

Axtarish sistemi

  


« February 2012
Mo Tu We Th Fr Sa Su
 12345
6789101112
13141516171819
20212223242526
272829 
Advokat

Hansı hallarda hakim mülki işə baxılmasında iştirak edə bilməz və ona etiraz edilə bilər?

Ruslan HƏSƏNLİ,
Sumqayıt şəhəri.


- Mülki Prosessual Məcəllənin 19-cu maddəsinə əsasən, hakimin mülki işə baxılmasına aşağıdakı hallarda yol verilmir:
o O, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada hakim vəzifəsinə təyin edilməmişsə;
o O, Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq olaraq işin baxılması üçün nəzərdə tutulmuş hakim deyildirsə;
o O, əvvəllər hakim kimi, birinci instansiya məhkəməsində, apelyasiya və kasasiya instansiyalarında, həmçinin yeni açılmış hallar üzrə işin baxılmasında iştirak etmişsə.
Aşağıdakı hallarda hakim işə baxılmasında iştirak edə bilməz və ona etiraz edilə bilər:
o O, əvvəllər tərəflərdən birinin nümayəndəsi təyin edilmişsə və ya işdə şahid, ekspert, mütəxəssis, tərcüməçi, məhkəmə iclasının katibi kimi iştirak etmişsə;
o O, tərəflərdən biridirsə və ya tərəflərdən birinin və yaxud onun nümayəndəsinin birbaşa qohumudursa və qohumu olmuşsa, ya da qohumluq əlaqəsindədirsə;
o O, şəxsən, bilavasitə və ya dolayı yolla işin nəticəsində maraqlıdırsa, ya da onun obyektivliyinə və qərəzsizliyinə şübhə doğuran kifayət qədər əsas varsa.
Bir-biri ilə qohumluq əlaqəsində olan şəxslərin işə baxan məhkəmə tərkibində iştirakına yol verilmir.


© 2006-2012
Müəllif hüquqları Ulfet Qazeti-nə məxsusdur.
Dizayn NUR D şirkəti tərəfindən hazırlanıb.