Rəsmi

Azərbaycan
Respublikasının
Prezidenti İlham Əliyev

yanvarın 23-də

…Rusiya Federasiyasının Soçi şəhərinə işgüzar səfərə gəlmişdir.
…və Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev Soçidə, "Girand Polyana" mehmanxanasının "Qəbullar evi"ndə görüşmüş və qarşılıqlı fikir mübadiləsi aparmışlar.
…və Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev Azərbaycan Respublikası Dövlət Neft Şirkəti və Rusiyanın "Qazprom-eksport" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında təbii qazın alqı-satqısına dair müqaviləyə 5 nömrəli əlavə sazişin imzalanması mərasimində iştirak etmişlər.
…, Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev və Ermənistan Respublikasının Prezidenti Serj Sarkisyan Soçidə, "Girand Polyana" mehmanxanasının "Qəbullar evi"ndə birgə görüşmüş, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı məsələləri müzakirə etmişlər.
…, Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev və Ermənistan Respublikasının Prezidenti Serj Sarkisyan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsinə dair danışıqların yekunlarına əsasən Birgə Bəyanat qəbul etmişlər.
…Rusiya Federasiyasına işgüzar səfərini başa vuraraq həmin gün axşam Bakıya qayıtmışdır.

yanvarın 24-də

…Kür çayının suyunun daşması nəticəsində baş vermiş hadisələrin təkrar olunmaması üçün Fövqəladə Hallar Nazirliyi tərəfindən Bakıya gətirilmiş Niderland Krallığının "Damin" şirkətinin istehsal etdiyi "CSD-500" torpaqsoran qurğulara, Türkiyənin Tuzla şəhərində istehsal olunmuş yedək və təchizat gəmilərinə və tədqiqat katerinə baxış keçirmişdir.

yanvarın 25-də

…Davosda keçirilən Dünya İqtisadi Forumunda iştirak etmək üçün İsveçrəyə işgüzar səfərə gəlmişdir.
…Davosda İsveçrə Konfederasiyasının Prezidenti xanım Eveline Vidner Şlümlə, İsrail Dövlətinin Prezidenti Şimon Pereslə, Avstriyanın "OMV AGE" şirkətinin baş icraçı direktoru Gerhard Roisslə və Amerika Birləşmiş Ştatlarının dövlət katibinin iqtisadiyyat, energetika və kənd təsərrüfatı məsələləri üzrə müavini Robert Hormatsla görüşmüşdür.

yanvarın 26-da

…Davosda "UBS Global" şirkətinin direktorlar şurasının sədri Kaspar Villigerlə, Avropa İttifaqının enerji məsələləri üzrə komissarı Günter Ottingerlə, Dünya İqtisadi Forumunun təsisçisi və icraçı sədri Klaus Şvabla, Gürcüstanın Baş naziri Nika Gilaurilə, Almaniyanın "Deutıche Bank"ının Mərkəzi və Şərqi Avropa ölkələri üzrə icraçı direktoru Peter Tilslə və idarə heyətinin üzvü Yürgen Figenlə, Beynəlxalq Qızıl Xaç Komitəsinin prezidenti Yakob Kellenbergerlə, Ukrayna Prezidenti Viktor Yanukoviçlə, RWE şirkətinin baş icraçı direktoru Yurgen Qrossmanla, Pakistan İslam Respublikasının Baş naziri Sayid Yusuf Raza Gilanilə, "Holcim Group" şirkətinin idarə heyətinin sədri Markus Akermanla, "Microsoft International" şirkətinin prezidenti, "Microsoft" Korporasiyasının vitse-prezidenti Jan Kurtua ilə və "Edisson" şirkətinin baş icraçı direktoru Bruno Leskörlə görüşmüşdür.

yanvarın 27-də

…Davosda Böyük Britaniyanın York Hersoqu, şahzadə Endryu ilə görüşmüşdür.

EYNƏK SEÇƏRKƏN DİQQƏTLİ OLMAQ LAZIMDIR

12.05.07 - 9:00617 baxılıb

ÖLKƏYƏ GƏTIRILƏN GÜN EYNƏKLƏRI VƏ DIGƏR OPTIK LƏVAZIMATLAR YOXLANILACAQ

Yaz mövsümü ilə əlaqədar əhali arasında gün eynəklərinə tələbat bir qədər artıb. Artıq paytaxt küçələrində, metro stansiyalarının yaxınlığında heç bir gigiyenik tələblərə cavab verməyən eynəklər satılır. Azərbaycanda, gün eynəkləri də daxil olmaqla, optik ləvazimatlar istehsal olunmadığından, onlar əsasən xaricdən gətirilir. Lakin ölkəyə gətirilən eynəklərin böyük əksəriyyəti standartlara uyğun deyil və indiyədək də vahid mərkəzdə ekspertiza olunmur. İstifadəyə yararsız eynəklərin taxılması isə insanların sağlamlığına mənfi təsir göstərir.
Acınacaqlı hal ondan ibarətdir ki, eynək seçərkən çoxları onun hazırlandığı materiala, onun keyfiyyətinə yox, formaya üstünlük verir. Bu da sonradan həm gözdə, həm də ümumilikdə orqanizmdə müxtəlif fəsadlar törədir. Hətta həkim məsləhəti olmadan alınan eynəklərdən uzunmüddətli istifadə göz xərçənginin yaranma ehtimalını artırır.
Problemə münasibət bildirən Dövlət Karantin Müfəttişliyi bazarda satılan eynəklərin ölkəyə gizli yollarla gətirildiyini və bu səbəbdən həmin eynəklərin əksəriyyətinə sertifikat verilmədiyni iddia edir. Paytaxtda baş çəkdiyimiz istənilən eynək satışı mağazalarında, istərsə də pərakəndə satış yerlərində müxtəlif firmaların etiketləri ilə eynəklər satılır. Üzərində ayrı-ayrı xarici firmaların etiketləri yapışdırılan eynəklərin qiyməti də bir-birindən kəskin fərqlənir. Metronun "Nizami", "28 May", "Neftçilər" stansiyalarının yaxınlığında eynək satışı ilə məşğul olanlardan heç biri satdığı məhsulun keyfiyyət sertifikatının olmadığını və ümumiyyətlə, bundan xəbərsiz olduqlarını bildirdilər.
Satıcıların sözlərinə görə, onlar eynəklərin hansı ölkədən gətirildiyindən xəbərsizdirlər. Satdıqları eynəkləri "Sədərək" Ticarət Mərkəzindən alıblar. Yalnız metronun "28 May" stansiyasının yaxınlığında eynək satışı ilə məşğul olan Elxan adlı satıcı eynəklərin Çin istehsalı olduğunu qeyd etdi: "Biz eynəkləri "Sədərək" yarmarkasından gətiririk və onlar bu məhsulların Çindən idxal edildiyni bildirirlər. Eynəklərin qiyməti isə keyfiyyət və formadan asılı olaraq dəyişir. Hazırda satışda 2 manatdan başlayaraq 10 manatadək eynəklər var".
İnsanların daha gur olduğu "Fəvvarələr" meydanındakı eynək mağazalarında da keyfiyyət sertifikatı yox idi. Qiymətlərin şəhərin digər yerlərinə nisbətən yüksək olduğu həmin mağazalarda 15 manatdan başlayaraq 150-200 manata qədər qiyməti olan eynək tapmaq mümkündür.
Satıcılar dünyanın aparıcı şirkətlərinə məxsus eynək satdıqlarını bildirsələr də, eynəklərin ölkəyə hansı yollarla idxal edildiyini açıqlamaq istəmədilər. Onların sözlərinə görə, satdıqları məhsulun haradan gətirilməsi və keyfiyyət sertifikatı olması barədə məlumatları mağazanın müdirindən almaq olar. Mağaza müdirini isə tapmaq qeyri-mümkün oldu.
Eynəklərlə bağlı problemə münasibət bildirən tanınmış göz həkimi, cərrah Paşa Qəlbinur son zamanlar metro stansiyalarının çıxışlarında, yol kənarında eynək satışının narahatlıq yaratdığını qeyd etdi: "Bu sahədən başı çıxmayan, göz həkimi olmayanlar insanların gözünü yoxlayaraq onlara eynək məsləhət görür. Bu zaman eynək alan şəxsə zahirən yaraşan, əslində insanların gözlərinə uyğun olmayan eynəklər məsləhət görülür. Nəticədə isə həmin eynəklər onların gözlərində müxtəlif fəsadlar yaradır.
Düzgün təyin edilməyən eynək göz əyarının dəyişməsinə səbəb olur və bu problemi sonradan aradan qaldırmaq üçün çox zaman cərrahi müdaxiləyə ehtiyac yaranır. Bu səbəbdən həm optik, həm də göz eynəklərinin seçilməsi zamanı göz həkiminə müraciət etmək daha düzgün olardı.
Qiyməti nisbətən ucuz saxta şüşələrdən hazırlanan və Çində istehsal edilən həmin eynəklər gözə daha çox zərərdir. Lakin hazırda küçələrdə əsasən həmin ölkədə istehsal edilən eynəklər satılır".
Paşa Qəlbinurun sözlərinə görə, eynək alarkən onun hazırlandığı şüşənin keyfiyyəti, onun ölçüsünün üzərində yazdığı əyara uyğun olması yoxlanılmalıdır. Buna görə də vətəndaşların istər optik, istərsə də gün eynəkləri seçərkən göz həkimi ilə məsləhətləşməsi vacib olardı.
Səhiyyə Nazirliyindən aldığımız məlumata görə, artıq optik ləvazimatlarla bağlı bu problemlərin həlli üçün bu qurumda ayrıca ekspertiza şöbəsi yaradılıb. Hazırda şöbədə müvafiq ekspertizaların aparılması üçün lazımi avadanlıqlar alınır. Yaxın vaxtlarda fəaliyyətə başlayacaq ekspertiza şöbəsində ölkəyə gətirilən gün eynəkləri, eləcə də digər optik ləvazimatlar yoxlanılacaq. Yalnız yoxlamadan keçən eynəklərin satışına icazə veriləcək.

Ayxan KAZIMLI.

çap üçün verisya

Axtarish sistemi

  


« February 2012
Mo Tu We Th Fr Sa Su
 12345
6789101112
13141516171819
20212223242526
272829 
Advokat

1946-cı ildə anadan olmuşam. Hazırda yaşa görə təqaüd alıram. İşlədiyim illərdə (1969-1974) Naftalan Şəhər Sovetində İdman Komitəsinin sədri vəzifəsində çalışmışam. Həmin illər dövlət qulluqçusu statusu kimi mənə sayıla bilərmi, eləcə də qulluq stajıma əsasən mənə pensiya təyin olunması mümkündürmü?

İbrahimxəlil QURBANOV,
Naftalan şəhəri.


- Sualınıza cavab olaraq bildiririk ki, Azərbaycan Respublikası Prezidentinin 01.09.2005-ci il tarixli, 290 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Əmək pensiyaları haqqında" qanuna əsasən, pensiya təyin edilməsi üçün dövlət qulluqçusunun müraciət etdiyi vaxt dövlət məvacibinin hesablandığı dövlət qulluğu vəzifəsi mövcud olmadıqda, habelə dövlət qulluqçularının vəzifələrinin "İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması Siyahısı"nda şəhər sovetinin nəzdində idman komitələri nəzərdə tutulmadığından dövlət qulluğuna edilən güzəştlər sizə şamil edilə bilməz.


© 2006-2012
Müəllif hüquqları Ulfet Qazeti-nə məxsusdur.
Dizayn NUR D şirkəti tərəfindən hazırlanıb.