Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev
yanvarın 23-də
…Rusiya Federasiyasının Soçi şəhərinə işgüzar səfərə gəlmişdir. …və Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev Soçidə, "Girand Polyana" mehmanxanasının "Qəbullar evi"ndə görüşmüş və qarşılıqlı fikir mübadiləsi aparmışlar. …və Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev Azərbaycan Respublikası Dövlət Neft Şirkəti və Rusiyanın "Qazprom-eksport" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında təbii qazın alqı-satqısına dair müqaviləyə 5 nömrəli əlavə sazişin imzalanması mərasimində iştirak etmişlər. …, Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev və Ermənistan Respublikasının Prezidenti Serj Sarkisyan Soçidə, "Girand Polyana" mehmanxanasının "Qəbullar evi"ndə birgə görüşmüş, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı məsələləri müzakirə etmişlər. …, Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev və Ermənistan Respublikasının Prezidenti Serj Sarkisyan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsinə dair danışıqların yekunlarına əsasən Birgə Bəyanat qəbul etmişlər. …Rusiya Federasiyasına işgüzar səfərini başa vuraraq həmin gün axşam Bakıya qayıtmışdır.
yanvarın 24-də
…Kür çayının suyunun daşması nəticəsində baş vermiş hadisələrin təkrar olunmaması üçün Fövqəladə Hallar Nazirliyi tərəfindən Bakıya gətirilmiş Niderland Krallığının "Damin" şirkətinin istehsal etdiyi "CSD-500" torpaqsoran qurğulara, Türkiyənin Tuzla şəhərində istehsal olunmuş yedək və təchizat gəmilərinə və tədqiqat katerinə baxış keçirmişdir.
yanvarın 25-də
…Davosda keçirilən Dünya İqtisadi Forumunda iştirak etmək üçün İsveçrəyə işgüzar səfərə gəlmişdir. …Davosda İsveçrə Konfederasiyasının Prezidenti xanım Eveline Vidner Şlümlə, İsrail Dövlətinin Prezidenti Şimon Pereslə, Avstriyanın "OMV AGE" şirkətinin baş icraçı direktoru Gerhard Roisslə və Amerika Birləşmiş Ştatlarının dövlət katibinin iqtisadiyyat, energetika və kənd təsərrüfatı məsələləri üzrə müavini Robert Hormatsla görüşmüşdür.
yanvarın 26-da
…Davosda "UBS Global" şirkətinin direktorlar şurasının sədri Kaspar Villigerlə, Avropa İttifaqının enerji məsələləri üzrə komissarı Günter Ottingerlə, Dünya İqtisadi Forumunun təsisçisi və icraçı sədri Klaus Şvabla, Gürcüstanın Baş naziri Nika Gilaurilə, Almaniyanın "Deutıche Bank"ının Mərkəzi və Şərqi Avropa ölkələri üzrə icraçı direktoru Peter Tilslə və idarə heyətinin üzvü Yürgen Figenlə, Beynəlxalq Qızıl Xaç Komitəsinin prezidenti Yakob Kellenbergerlə, Ukrayna Prezidenti Viktor Yanukoviçlə, RWE şirkətinin baş icraçı direktoru Yurgen Qrossmanla, Pakistan İslam Respublikasının Baş naziri Sayid Yusuf Raza Gilanilə, "Holcim Group" şirkətinin idarə heyətinin sədri Markus Akermanla, "Microsoft International" şirkətinin prezidenti, "Microsoft" Korporasiyasının vitse-prezidenti Jan Kurtua ilə və "Edisson" şirkətinin baş icraçı direktoru Bruno Leskörlə görüşmüşdür.
yanvarın 27-də
…Davosda Böyük Britaniyanın York Hersoqu, şahzadə Endryu ilə görüşmüşdür.
Bircə insanı sevindirmək İslam dinində Allah qarşısında çox böyük savab qazanmaq kimi dəyərləndirilir. Bəşəriyyətin müdrikləri dünyanın bütün sərvətlərinin bir insan təbəssümünə dəymədiyini tarix boyu təsdiq ediblər. Mayın 10-da isə Azərbaycanda nəinki bir, nəinki on, yüz, hətta birdən-birə 9 min, bəlkə də artıq insan öz həyatında ən böyük xoşbəxtliyini yaşadı. Üstəlik 9 min insanın beş-on, o qədər də doğmaları, yaxınları. YUNESKO və İSESKO-nun xoşməramlı səfiri, Heydər Əliyev Fondunun prezidenti, millət vəkili Mehriban xanım Əliyeva məhz bu qədər insanın savabını qazandı. Hörmətli xanım mayın 8-də Milli Məclisə amnistiya haqqında qərar layihəsi təsdiq etdi. Ümumxalq lideri Heydər Əliyevin anadan olmasının 84-cü ildönümünə həsr edilmiş amnistiya haqqında qərar layihəsinin müzakirəsi zamanı çıxış edənlər bu sənədi yüksək qiymətləndirdilər. Deyildi ki, məhkumlar da bizim soydaşlarımız və həmvətənlərimizdir. Bu insanlardan tam imtina etmək olmaz. Onlar bütün ömürləri boyu cəzaçəkmə müəssisələrində təcrid olunmuş halda yaşamamalıdırlar. Layiqlilər normal həyata qaytarılmalıdırlar. Cəmiyyətimizin quruculuğunun fəal iştirakçılarına çevrilmələri üçün əlaqədar orqanlar lazımi tədbirlər görməlidirlər. Mayın 8-də "Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin xatirəsinə həsr olunmuş amnistiya haqqında" qərar qəbul edildi. Qərara əsasən onun icrası üç ay müddətinə başa çatdırılmalıdır. Lakin Mehriban xanımın təkidi ilə bu proses daha tez - mayın 10-da böyük rəhbərin ad günündə start götürdü. Ədliyyə Nazirliyinin Penitensiar xidmətinin tabeliyində olan cəzaçəkmə müəssisələrində amnistiya qərarının təsiri altına düşən məhkumların böyük bir qrupu azadlığa buraxıldı. Şəffaflığın və ədalət prinsipinin pozulmasına yol verilməməsi üçün sənədlərin ciddi, diqqətlə araşdırılması, heç bir məhbusun bir gün belə artıq cəzaçəkmə müəssisələrində qalmaması qərarda xüsusi vurğulanıb. Mehriban xanımın bu təşəbbüsü ümumxalq liderinin bütün fəaliyyəti boyu yeritdiyi siyasətin tərkib hissəsi olan humanizm ənənəsinin davamıdır. Heydər Əliyev insanların cəmiyyətin fəal üzvünə çevrilməsi naminə humanist addımlara həmişə üstünlük verərdi. Məhz o, Azərbaycan müstəqillik qazandıqdan sonra, daha dəqiq desək, 1995-ci ildə əfv və amnistiya təsisatını bərpa etdi. O vaxtdan bəri 7 amnistiya aktı, 42 əfv fərmanı imzalanıb. Amnistiya və 32 əfv fərmanının müəllifi Heydər Əliyev olmuşdur. Amnistiya aktları 77 mindən artıq şəxsə şamil edilib ki, onlardan da 21325 nəfəri cəzaçəkmə müəssisələrindən azad olunmuşlardır. Ümummilli liderimiz Heydər Əliyevin imzaladığı əfv fərmanları 3104 nəfər barəsində olub. Azərbaycan Prezidenti cənab İlham Əliyev isə 1490 məhbus barəsində 10 əfv fərmanı imzalayıb. Sonuncu humanist aktla təxminən 7500 şəxsin cəzalardan azad edilməsi gözlənilir, təxminən 1500 nəfərə qədər isə cəzaçəkmə müəssisələrindən azad ediləcəklər. Beləliklə, təxminən bu qərarın 9 min nəfərə, bəlkə də daha çox insana şamil olunması gözlənilir. Bu humanist addımı insanların hüquqlarının müdafiəsi missiyasını üzərinə götürmüş həmkarlar ittifaqları da yüksək qiymətləndirir. Təşkilat ölkənin birinci xanımı tərəfindən hazırlanmış və Milli Məclisdə qəbul edilmiş qərarın tam icrasından sonra keçmiş məhkumların cəmiyyətdə adaptasiya olunması, quruculuq işlərində ləyaqətlə çalışmaları üçün nə lazımsa edəcək. Biz azadlığa buraxılmış bir neçə məhbusun ailə üzvləri ilə görüşdük. Onlar Mehriban xanım Əliyevaya sonsuz təşəkkürlərini bildirdilər. Dedilər ki, azadlığa çıxmış doğmaları bu böyük etimadı Vətənə, xalqa, dövlətçiliyə ikiqat xidmətləri ilə doğruldacaqlar.
1946-cı ildə anadan olmuşam. Hazırda yaşa görə təqaüd alıram. İşlədiyim illərdə (1969-1974) Naftalan Şəhər Sovetində İdman Komitəsinin sədri vəzifəsində çalışmışam. Həmin illər dövlət qulluqçusu statusu kimi mənə sayıla bilərmi, eləcə də qulluq stajıma əsasən mənə pensiya təyin olunması mümkündürmü?
İbrahimxəlil QURBANOV, Naftalan şəhəri.
- Sualınıza cavab olaraq bildiririk ki, Azərbaycan Respublikası Prezidentinin 01.09.2005-ci il tarixli, 290 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Əmək pensiyaları haqqında" qanuna əsasən, pensiya təyin edilməsi üçün dövlət qulluqçusunun müraciət etdiyi vaxt dövlət məvacibinin hesablandığı dövlət qulluğu vəzifəsi mövcud olmadıqda, habelə dövlət qulluqçularının vəzifələrinin "İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması Siyahısı"nda şəhər sovetinin nəzdində idman komitələri nəzərdə tutulmadığından dövlət qulluğuna edilən güzəştlər sizə şamil edilə bilməz.