Rəsmi

Azərbaycan
Respublikasının
Prezidenti İlham Əliyev

yanvarın 23-də

…Rusiya Federasiyasının Soçi şəhərinə işgüzar səfərə gəlmişdir.
…və Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev Soçidə, "Girand Polyana" mehmanxanasının "Qəbullar evi"ndə görüşmüş və qarşılıqlı fikir mübadiləsi aparmışlar.
…və Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev Azərbaycan Respublikası Dövlət Neft Şirkəti və Rusiyanın "Qazprom-eksport" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında təbii qazın alqı-satqısına dair müqaviləyə 5 nömrəli əlavə sazişin imzalanması mərasimində iştirak etmişlər.
…, Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev və Ermənistan Respublikasının Prezidenti Serj Sarkisyan Soçidə, "Girand Polyana" mehmanxanasının "Qəbullar evi"ndə birgə görüşmüş, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı məsələləri müzakirə etmişlər.
…, Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev və Ermənistan Respublikasının Prezidenti Serj Sarkisyan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsinə dair danışıqların yekunlarına əsasən Birgə Bəyanat qəbul etmişlər.
…Rusiya Federasiyasına işgüzar səfərini başa vuraraq həmin gün axşam Bakıya qayıtmışdır.

yanvarın 24-də

…Kür çayının suyunun daşması nəticəsində baş vermiş hadisələrin təkrar olunmaması üçün Fövqəladə Hallar Nazirliyi tərəfindən Bakıya gətirilmiş Niderland Krallığının "Damin" şirkətinin istehsal etdiyi "CSD-500" torpaqsoran qurğulara, Türkiyənin Tuzla şəhərində istehsal olunmuş yedək və təchizat gəmilərinə və tədqiqat katerinə baxış keçirmişdir.

yanvarın 25-də

…Davosda keçirilən Dünya İqtisadi Forumunda iştirak etmək üçün İsveçrəyə işgüzar səfərə gəlmişdir.
…Davosda İsveçrə Konfederasiyasının Prezidenti xanım Eveline Vidner Şlümlə, İsrail Dövlətinin Prezidenti Şimon Pereslə, Avstriyanın "OMV AGE" şirkətinin baş icraçı direktoru Gerhard Roisslə və Amerika Birləşmiş Ştatlarının dövlət katibinin iqtisadiyyat, energetika və kənd təsərrüfatı məsələləri üzrə müavini Robert Hormatsla görüşmüşdür.

yanvarın 26-da

…Davosda "UBS Global" şirkətinin direktorlar şurasının sədri Kaspar Villigerlə, Avropa İttifaqının enerji məsələləri üzrə komissarı Günter Ottingerlə, Dünya İqtisadi Forumunun təsisçisi və icraçı sədri Klaus Şvabla, Gürcüstanın Baş naziri Nika Gilaurilə, Almaniyanın "Deutıche Bank"ının Mərkəzi və Şərqi Avropa ölkələri üzrə icraçı direktoru Peter Tilslə və idarə heyətinin üzvü Yürgen Figenlə, Beynəlxalq Qızıl Xaç Komitəsinin prezidenti Yakob Kellenbergerlə, Ukrayna Prezidenti Viktor Yanukoviçlə, RWE şirkətinin baş icraçı direktoru Yurgen Qrossmanla, Pakistan İslam Respublikasının Baş naziri Sayid Yusuf Raza Gilanilə, "Holcim Group" şirkətinin idarə heyətinin sədri Markus Akermanla, "Microsoft International" şirkətinin prezidenti, "Microsoft" Korporasiyasının vitse-prezidenti Jan Kurtua ilə və "Edisson" şirkətinin baş icraçı direktoru Bruno Leskörlə görüşmüşdür.

yanvarın 27-də

…Davosda Böyük Britaniyanın York Hersoqu, şahzadə Endryu ilə görüşmüşdür.

MÜKAFATLAR TƏQDİM OLUNDU

19.05.07 - 9:05443 baxılıb

"İnsanların rifah halının yaxşılaşdırılması daim ölkə başçısının diqqət mərkəzindədir. Məhz bu siyasətin nəticəsidir ki, işçilərin əmək, sosial və digər hüquqlarının müdafiəçisi funksiyasını yerinə yetirən həmkarlar ittifaqları təşkilatının fəaliyyəti xüsusilə son on ildə layiqincə qiymətləndirilir".
Bu sözləri Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri, millət vəkili Səttar Mehbalıyev dörd gün əvvəl AHİK-in iclas zalında baş tutan mərasimdə söylədi. Ölkə başçısı tərəfindən bir qrup həmkarlar ittifaqı işçisinə verilmiş dövlət fəxri adlarının və medalların təqdimolunması məqsədi ilə keçirilən mərasimi giriş sözü ilə açan S. Mehbalıyev ilk öncə yüksək qiymətə görə Respublikamızın Prezidentinə minnətdarlığını bildirdi. Həmkarlar ittifaqlarının fəaliyyəti və vətəndaşların layiqli işlə təmin edilməsi üçün ölkədə aparılan iqtisadi, sosial islahatların əhəmiyyətindən danışdı. Dedi ki, əhalinin məşğulluğu, yoxsulluğun azaldılması, regionların inkişafı və sair sahələrdə son 4-5 ildə genişmiqyaslı fəaliyyəti əhatə edən dövlət proqramları qəbul edilib. Artıq insanlar nəinki işlə təmin edilir, hətta layiqli iş yerləri seçmək imkanı qazanıblar. Bütün bu nailiyyətlər həmkarlar ittifaqlarının üzərinə düşən funksiyaları yerinə yetirməsinə baza yaradır, köməklik göstərir.
Sədr bugünkü yüksəlişin heç də asanlıqla başa gəlmədiyini xatırlatdı. Dedi ki, 90-cı illərin əvvəlləri elə bu zalda əyləşənlərin çoxunun yadındadır. O dövrdə qısa vaxt ərzində hakimiyyətdə olmuş "cəbhəçilər" xalqı dilənçi gününə salmışdılar. Uzun illərdən bəri toplanmış təcrübəni, qurulmuş maddi sərvətləri vurub dağıdırdılar. Xalqın sıravi üzvlərinin müdafiəçisi olan həmkarlar ittifaqlarını yollarının üstündə ciddi maneə kimi gördüklərindən ona qarşı amansız hücuma keçmişdilər. Bu qurumu mənəvi sıxıntılar yaşamağa məcbur edir, qanuni əmlakını mənimsəməyə cəhd göstərirdilər.
Zamanın keşməkeşlərindən çıxmış Azərbaycan həmkarlar ittifaqları təbii ki, asanlıqla, cəmiyyət səhnəsindən gedə bilməzdi. Biz müqavimət göstərir, qanuni haqqımızı çətinliklə olsa da, qoruyurduq. Xalqın və onun təşkilatı olan həmkarlar ittifaqlarının belə sıxıntılı günlərində ümummilli liderimiz Heydər Əliyevin hakimiyyətə qayıtması bugünkü azad, demokratik cəmiyyət quruculuğunun başlanğıcının əsasını qoydu.
S. Mehbalıyev daha sonra mərasim iştirakçılarının nəzərinə çatdırdı: Ümummilli liderin şəxsən bizim təşkilat üçün nələr etdiyi hamımızın gözü qarşısında olub. Ən böyük xidmətlərindən biri hakimiyyətinin ilk illərində həmkarlar ittifaqlarının qanunvericilik bazasının yaradılması üçün etdiyi təşəbbüskarlıq olub.
Ümummilli lider vaxtaşırı həmkarlar ittifaqı fəalları ilə görüşlər keçirir, qurultaylarımıza təbrik məktubları göndərir, qurumun fəaliyyətinin güclənməsinə və cəmiyyətdə rolunun artmasına şərait yaradırdı.
Həmkarlar ittifaqlarına bu isti münasibət ümummilli liderin layiqli davamçısı cənab İlham Əliyev tərəfindən də davam etdirilməkdədir. Onun sərəncamı ilə bir qrup işçimiz Azərbaycan həmkarlar ittifaqlarının 100 illik yubileyi ərəfəsində orden, medal və fəxri adlarla mükafatlandırılmışdı.
Həmçinin turizm sahəsinin 70 illiyi, kurortlar şəbəkəsinin 60 illiyi münasibətilə, idman sahəsində əldə edilən nailiyyətlərə görə 18 aprel 2007-ci il tarixdə imzaladığı sərəncamla həmkarlar ittifaqı əməkdaşlarından 30 nəfəri medal və fəxri adlarla təltif edildi.
AHİK sədri bu diqqəti respublika həmkarlar ittifaqlarına göstərilən qayğı kimi qiymətləndirdi. O, həmkarlar ittifaqlarının 2008-ci il prezident seçkisində İlham Əliyev cənablarının yenidən prezidentliyə namizədliyini irəli sürmək niyyətində olduğunu bildirdi.
Tədbirin sonunda AHİK sədri, millət vəkili S. Mehbalıyev öz adından və tədbir iştirakçıları adından bir daha Azərbaycan Respublikası Prezidenti İlham Əliyevə dərin minnətdarlığını bildirərək təltif olunanlara fəxri adların vəsiqələrini və "Tərəqqi" medalını təqdim etdi.
“Ülfət”

çap üçün verisya

Axtarish sistemi

  


« February 2012
Mo Tu We Th Fr Sa Su
 12345
6789101112
13141516171819
20212223242526
272829 
Advokat

1946-cı ildə anadan olmuşam. Hazırda yaşa görə təqaüd alıram. İşlədiyim illərdə (1969-1974) Naftalan Şəhər Sovetində İdman Komitəsinin sədri vəzifəsində çalışmışam. Həmin illər dövlət qulluqçusu statusu kimi mənə sayıla bilərmi, eləcə də qulluq stajıma əsasən mənə pensiya təyin olunması mümkündürmü?

İbrahimxəlil QURBANOV,
Naftalan şəhəri.


- Sualınıza cavab olaraq bildiririk ki, Azərbaycan Respublikası Prezidentinin 01.09.2005-ci il tarixli, 290 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Əmək pensiyaları haqqında" qanuna əsasən, pensiya təyin edilməsi üçün dövlət qulluqçusunun müraciət etdiyi vaxt dövlət məvacibinin hesablandığı dövlət qulluğu vəzifəsi mövcud olmadıqda, habelə dövlət qulluqçularının vəzifələrinin "İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması Siyahısı"nda şəhər sovetinin nəzdində idman komitələri nəzərdə tutulmadığından dövlət qulluğuna edilən güzəştlər sizə şamil edilə bilməz.


© 2006-2012
Müəllif hüquqları Ulfet Qazeti-nə məxsusdur.
Dizayn NUR D şirkəti tərəfindən hazırlanıb.