Rəsmi

Azərbaycan
Respublikasının
Prezidenti İlham Əliyev

yanvarın 23-də

…Rusiya Federasiyasının Soçi şəhərinə işgüzar səfərə gəlmişdir.
…və Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev Soçidə, "Girand Polyana" mehmanxanasının "Qəbullar evi"ndə görüşmüş və qarşılıqlı fikir mübadiləsi aparmışlar.
…və Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev Azərbaycan Respublikası Dövlət Neft Şirkəti və Rusiyanın "Qazprom-eksport" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında təbii qazın alqı-satqısına dair müqaviləyə 5 nömrəli əlavə sazişin imzalanması mərasimində iştirak etmişlər.
…, Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev və Ermənistan Respublikasının Prezidenti Serj Sarkisyan Soçidə, "Girand Polyana" mehmanxanasının "Qəbullar evi"ndə birgə görüşmüş, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı məsələləri müzakirə etmişlər.
…, Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev və Ermənistan Respublikasının Prezidenti Serj Sarkisyan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsinə dair danışıqların yekunlarına əsasən Birgə Bəyanat qəbul etmişlər.
…Rusiya Federasiyasına işgüzar səfərini başa vuraraq həmin gün axşam Bakıya qayıtmışdır.

yanvarın 24-də

…Kür çayının suyunun daşması nəticəsində baş vermiş hadisələrin təkrar olunmaması üçün Fövqəladə Hallar Nazirliyi tərəfindən Bakıya gətirilmiş Niderland Krallığının "Damin" şirkətinin istehsal etdiyi "CSD-500" torpaqsoran qurğulara, Türkiyənin Tuzla şəhərində istehsal olunmuş yedək və təchizat gəmilərinə və tədqiqat katerinə baxış keçirmişdir.

yanvarın 25-də

…Davosda keçirilən Dünya İqtisadi Forumunda iştirak etmək üçün İsveçrəyə işgüzar səfərə gəlmişdir.
…Davosda İsveçrə Konfederasiyasının Prezidenti xanım Eveline Vidner Şlümlə, İsrail Dövlətinin Prezidenti Şimon Pereslə, Avstriyanın "OMV AGE" şirkətinin baş icraçı direktoru Gerhard Roisslə və Amerika Birləşmiş Ştatlarının dövlət katibinin iqtisadiyyat, energetika və kənd təsərrüfatı məsələləri üzrə müavini Robert Hormatsla görüşmüşdür.

yanvarın 26-da

…Davosda "UBS Global" şirkətinin direktorlar şurasının sədri Kaspar Villigerlə, Avropa İttifaqının enerji məsələləri üzrə komissarı Günter Ottingerlə, Dünya İqtisadi Forumunun təsisçisi və icraçı sədri Klaus Şvabla, Gürcüstanın Baş naziri Nika Gilaurilə, Almaniyanın "Deutıche Bank"ının Mərkəzi və Şərqi Avropa ölkələri üzrə icraçı direktoru Peter Tilslə və idarə heyətinin üzvü Yürgen Figenlə, Beynəlxalq Qızıl Xaç Komitəsinin prezidenti Yakob Kellenbergerlə, Ukrayna Prezidenti Viktor Yanukoviçlə, RWE şirkətinin baş icraçı direktoru Yurgen Qrossmanla, Pakistan İslam Respublikasının Baş naziri Sayid Yusuf Raza Gilanilə, "Holcim Group" şirkətinin idarə heyətinin sədri Markus Akermanla, "Microsoft International" şirkətinin prezidenti, "Microsoft" Korporasiyasının vitse-prezidenti Jan Kurtua ilə və "Edisson" şirkətinin baş icraçı direktoru Bruno Leskörlə görüşmüşdür.

yanvarın 27-də

…Davosda Böyük Britaniyanın York Hersoqu, şahzadə Endryu ilə görüşmüşdür.

KOLLEKTİV MÜQAVİLƏ GÜCLÜ BİR VASİTƏDİR

02.06.07 - 9:00713 baxılıb

Azərbaycan Dövlət Xəzər Dəniz Gəmiçiliyi Mənzil-Kommunal Təsərrüfatı İdarəsi Həmkarlar İttifaqı Komitəsinin normal fəaliyyət göstərməsindən ötürü hər cür şərait mövcuddur. Öz işini dövrün tələblərinə uyğun quran təşkilat üzvlərinin hüquqlarının müdafiəsi üçün idarə və müəssisə rəhbərliyi ilə möhkəm əlaqə yaratmağı bacarmışdır. İdarədə 200-ə yaxın işçi çalışır. Tərkibində 5 mənzil-istismar sahəsini birləşdirən idarənin həmçinin 1 yataqxanası və 1 təmir-tikinti sahəsi var.
Komitə sədri Abdulla Atakişiyevin dediyinə görə, idarənin maliyyə vəziyyəti yaxşılaşdıqca işçilərin sosial, mənzil-məişət şəraiti, istirahət hüquqları da bir o qədər təmin olunur.
Komitə sədri onu da dedi ki, idarənin xidmətində olan müəssisələrdə işçilərin əmək, sosial və iqtisadi hüquqlarının müdafiəsində çox güclü vasitə kimi kollektiv müqavilənin imkanlarından istifadə edilir. HİK-in yaxından iştirakı ilə bu ilin martın 28-də işəgötürənlə kollektiv müqavilə bağlanmışdır. 9 fəsildən ibarət kollektiv müqavilə bütövlükdə bəyənilmişdir.
Əməyin təşkili və ödənilməsi məsələsinə toxunan komitə sədri söylədi ki, qarşıya qoyulan öhdəliklər yerinə yetirilir. Belə ki, dalandarların əməyi xeyli yüngülləşdirilmişdir. Məhəllələrdən zibillərin daşınması üçün daha müasir konteynerlər gətirilmişdir. Bu da əl əməyindən istifadəni azaltmağa imkan vermişdir.
Fəhlə və qulluqçular əməkhaqlarını Gəmiçiliyin rəisi tərəfindən təsdiq edilmiş ştat cədvəlinə uyğun alırlar. Ötən dövr ərzində işçilərin əməkhaqları 50 faiz artırılmışdır. Qazançı, gözətçi və qapıçılara gecə vaxtı hər saat işə görə bir saatlıq tarif dərəcələrinin 20 faizi miqdarında əlavə əməkhaqqı ödənilir.
Abdulla müəllim deyir ki, əmək intizamının möhkəmləndirilməsi, əməyin mühafizəsi həm müdiriyyətin, həm də həmkarlar ittifaqı komitəsinin başlıca vəzifələrindəndir. Bütün sahələr iş alətləri ilə təmin olunmuşdur. Qadın əməyinin yüngülləşdirilməsi, qadınlara göstərilən qayğı daima diqqət mərkəzindədir.
İşçilərin istirahətinə də biganə yanaşılmır. Ötən il 1 nəfər "Bilgəh" sanatoriyasına, 12 ailə "Gəmi təmirçisi" istirahət evinə yollayış almışdır. Bu ilin 3-cü kvartalında "Bilgəh"ə, "Abşeron"a, "Günəşli"yə yollayış üçün üst-üstə dörd müraciət daxil olub. Çalışacağıq ki, onların istirahətini və müalicəsini təmin edək.
"Gəmi təmirçisi" istirahət evi yay mövsümünü iyunun 20-də açacaqdır. İşçilərimiz yollayışın ümumi məbləğinin 15%-ni ödəməklə bu imkandan bəhrələnəcəklər.
8 yubilyar 1 aylıq vəzifə maaşı həcmində mükafatlandırılmışdır. 8 Mart Qadınlar bayramında 92 qadının hər birinə 30 manat həcmində mükafat təqdim edilmişdir. 25 ildən yuxarı işləyən kişilərə və 20 ildən yuxarı işləyən qadınlara 2 aylıq vəzifə maaşı miqdarında birdəfəlik müavinət verilmişdir. Yubiley yaşları qeyd olunan 7 əməkdaş 1 aylıq maaşı həcmində mükafatlandırılmışdır.
Pensiyaya gedənlər isə 2 aylıq maaşı qədər əlavə pul mükafatı ilə yola salınmışlar.
Komitə sədri söhbət əsnasında problemlərdən də yan ötmədi. Dedi ki, idarənin müəyyən çətinliklərlə üzləşməsi dərhal həmkarlar ittifaqı komitəsinə təsir göstərir. Belə ki, komitənin fəaliyyəti həmkarlar ittifaqı üzvlərinin əməkhaqlarından tutulan 2 faiz üzvlük haqqı və təşkilatın əməkhaqqı fondundan ayrılan 0,15 faiz vəsaitdən asılıdır. Bütün çətinliklərə baxmayaraq, Mənzil Kommunal Təsərrüfatı İdarəsinin rəisi Səmədağa Aslanovun kollektivə olan diqqət və qayğısı işin ahəngdar getməsində az rolu oynamır.
Onu da qeyd edim ki, hələ neçə il öncə bir çox idarələrin mənzil fondu Bakı Şəhər İcra Hakimiyyətinin balansına verildiyi vaxt Gəmiçiliyin rəisi Aydın Bəşirov 200-dən çox işçinin taleyinə biganə qalmadı. Onların gələcəkdə işsiz qalmaması üçün xüsusi məktubla Nazirlər Kabinetinə müraciət etdi. Müraciət nəzərə alındı. Bu gün bir sıra çətinliklərimiz olsa da, etiraf edilməlidir ki, Gəmiçiliyin Mənzil-Kommunal Təsərrüfatı İdarəsinin işçiləri digərlərindən yaxşı yaşayırlar. "Aylarla suların qoynunda olan dənizçi mənzil-istismar sahələrində mehribanlıqla qarşılanır və yola salınır. Gəmiçilik rəhbərliyinin göstərdiyi qayğıya kommunalçılar da əməli işlə cavab verirlər. Mənzil-Kommunal Təsərrüfatı İdarəsinin işçiləri həmişə olduğu kimi, bundan sonra da Gəmiçiliyin adına layiq işləyəcəklər"-deyə, komitə sədri bildirdi. Abdulla müəllim sonda onu da dedi ki, qarşıya çıxan bir sıra problem məsələlər həmkarlar ittifaqı komitəsinin güclü nəzarəti nəticəsində həllini tapır.

Rasim SÜLEYMANOV.

çap üçün verisya

Axtarish sistemi

  


« February 2012
Mo Tu We Th Fr Sa Su
 12345
6789101112
13141516171819
20212223242526
272829 
Advokat

1946-cı ildə anadan olmuşam. Hazırda yaşa görə təqaüd alıram. İşlədiyim illərdə (1969-1974) Naftalan Şəhər Sovetində İdman Komitəsinin sədri vəzifəsində çalışmışam. Həmin illər dövlət qulluqçusu statusu kimi mənə sayıla bilərmi, eləcə də qulluq stajıma əsasən mənə pensiya təyin olunması mümkündürmü?

İbrahimxəlil QURBANOV,
Naftalan şəhəri.


- Sualınıza cavab olaraq bildiririk ki, Azərbaycan Respublikası Prezidentinin 01.09.2005-ci il tarixli, 290 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Əmək pensiyaları haqqında" qanuna əsasən, pensiya təyin edilməsi üçün dövlət qulluqçusunun müraciət etdiyi vaxt dövlət məvacibinin hesablandığı dövlət qulluğu vəzifəsi mövcud olmadıqda, habelə dövlət qulluqçularının vəzifələrinin "İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması Siyahısı"nda şəhər sovetinin nəzdində idman komitələri nəzərdə tutulmadığından dövlət qulluğuna edilən güzəştlər sizə şamil edilə bilməz.


© 2006-2012
Müəllif hüquqları Ulfet Qazeti-nə məxsusdur.
Dizayn NUR D şirkəti tərəfindən hazırlanıb.