Rəsmi

Azərbaycan
Respublikasının
Prezidenti İlham Əliyev

yanvarın 23-də

…Rusiya Federasiyasının Soçi şəhərinə işgüzar səfərə gəlmişdir.
…və Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev Soçidə, "Girand Polyana" mehmanxanasının "Qəbullar evi"ndə görüşmüş və qarşılıqlı fikir mübadiləsi aparmışlar.
…və Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev Azərbaycan Respublikası Dövlət Neft Şirkəti və Rusiyanın "Qazprom-eksport" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında təbii qazın alqı-satqısına dair müqaviləyə 5 nömrəli əlavə sazişin imzalanması mərasimində iştirak etmişlər.
…, Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev və Ermənistan Respublikasının Prezidenti Serj Sarkisyan Soçidə, "Girand Polyana" mehmanxanasının "Qəbullar evi"ndə birgə görüşmüş, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı məsələləri müzakirə etmişlər.
…, Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev və Ermənistan Respublikasının Prezidenti Serj Sarkisyan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsinə dair danışıqların yekunlarına əsasən Birgə Bəyanat qəbul etmişlər.
…Rusiya Federasiyasına işgüzar səfərini başa vuraraq həmin gün axşam Bakıya qayıtmışdır.

yanvarın 24-də

…Kür çayının suyunun daşması nəticəsində baş vermiş hadisələrin təkrar olunmaması üçün Fövqəladə Hallar Nazirliyi tərəfindən Bakıya gətirilmiş Niderland Krallığının "Damin" şirkətinin istehsal etdiyi "CSD-500" torpaqsoran qurğulara, Türkiyənin Tuzla şəhərində istehsal olunmuş yedək və təchizat gəmilərinə və tədqiqat katerinə baxış keçirmişdir.

yanvarın 25-də

…Davosda keçirilən Dünya İqtisadi Forumunda iştirak etmək üçün İsveçrəyə işgüzar səfərə gəlmişdir.
…Davosda İsveçrə Konfederasiyasının Prezidenti xanım Eveline Vidner Şlümlə, İsrail Dövlətinin Prezidenti Şimon Pereslə, Avstriyanın "OMV AGE" şirkətinin baş icraçı direktoru Gerhard Roisslə və Amerika Birləşmiş Ştatlarının dövlət katibinin iqtisadiyyat, energetika və kənd təsərrüfatı məsələləri üzrə müavini Robert Hormatsla görüşmüşdür.

yanvarın 26-da

…Davosda "UBS Global" şirkətinin direktorlar şurasının sədri Kaspar Villigerlə, Avropa İttifaqının enerji məsələləri üzrə komissarı Günter Ottingerlə, Dünya İqtisadi Forumunun təsisçisi və icraçı sədri Klaus Şvabla, Gürcüstanın Baş naziri Nika Gilaurilə, Almaniyanın "Deutıche Bank"ının Mərkəzi və Şərqi Avropa ölkələri üzrə icraçı direktoru Peter Tilslə və idarə heyətinin üzvü Yürgen Figenlə, Beynəlxalq Qızıl Xaç Komitəsinin prezidenti Yakob Kellenbergerlə, Ukrayna Prezidenti Viktor Yanukoviçlə, RWE şirkətinin baş icraçı direktoru Yurgen Qrossmanla, Pakistan İslam Respublikasının Baş naziri Sayid Yusuf Raza Gilanilə, "Holcim Group" şirkətinin idarə heyətinin sədri Markus Akermanla, "Microsoft International" şirkətinin prezidenti, "Microsoft" Korporasiyasının vitse-prezidenti Jan Kurtua ilə və "Edisson" şirkətinin baş icraçı direktoru Bruno Leskörlə görüşmüşdür.

yanvarın 27-də

…Davosda Böyük Britaniyanın York Hersoqu, şahzadə Endryu ilə görüşmüşdür.

YENƏ DƏ JURNALİSTLƏRİ DARIXMAĞA QOYMADILAR

02.06.07 - 9:01516 baxılıb

H.ABUTALIBOV NECƏ BAKI MERİ OLA BİLMİŞDİ?

Mayın 31-də Milli Məclis yaz sessiyasının sonuncu iclaslarından birini keçirdi. İclasa sədrlik edən Ziyafət Əsgərov gündəlikdə duran 8 məsələni müzakirəyə çıxarmaq üçün səsə qoydu və həmkarlarından "hə" cavabı aldı. Gündəlik iclasın süst keçəcəyindən xəbər verirdi. Çünki məsələlərin əksəriyyəti qanunlara edilmiş əlavə və dəyişikliklərin təsdiqi ilə bağlı idi. Adamın ağlı kəsmirdi ki, bunlar və ya tutalım ev heyvanlarının mühafizəsi haqqında qanun layihəsi iqtidar-müxalifət qarşıdurmasına səbəb ola bilsin. Bir məsələni istisna etməklə, bu barədə yazının sonrakı hissələrində məlumat verəcəyik, gündəlik sözsüz-söhbətsiz yola verildi.
Amma hörmətli deputatlarımız gündəliyə münasibət bildirmək adı altında aldıqları vaxtla ən azı jurnalistləri darıxmağa qoymadılar. Çıxışçıların siyahısı tabloda nümayiş etdiriləndə məlum oldu ki, bu dəfə hamıdan cəld Sabir Rüstəmxanlı tərpənib. Düzdür, onun çıxışında qoyduğu məsələ təzə deyildi. Hamımızın gündə gördüyümüz, avtobusda, çayxanada barəsində bir-birimizə gileyləndiyimiz nöqsanlar idi.
Amma yaxşı cəhəti ondan ibarət idi ki, hər şeyin gözəl olduğu ütülü sözlərlə səsləndirilən məclisdə belə alternativ çıxışlar beynimizi, qulaqlarımızı yorulmağa qoymur. S. Rüstəmxanlının məmurların ünvanına söylədiklərini yazmazdan əvvəl bir şeyi də nəzərə çatdırmağı vacib sayıram.
Milli Məclisdə deputatların çıxışları qəzet yazısından irəli getmir. Yəni ən yaxşı halda ictimai rəy yaratmağa yarayır. Qaldırılan məsələlərə ya əhəmiyyət verilmir, ya da elə oradaca başqa dəstənin nümayəndələri onun "səhv" olduğunu "sübut" edirlər. Vəssalam, bununla da məsələ qapanır.
Məsələn, Əli Məsimovun dediyinə görə, o, yaz sessiyası boyu iqtisadi, maliyyə, inflyasiya və sair üzrə üst-üstə 20 təklif irəli sürüb. Onlardan yalnız birinə, o da Xocalı soyqırımı barədə təklifinə baxılıb.
S. Rüstəmxanlı nədən narazılıq edirdi? İsrafçılıqdan! Binaların 8-9 aydan bir təkrar təmirindən. Eyni yolun ilin əvvəlində, bir də sonunda çəkilməsindən. Evlərin ağ divarlarının ağardılmasından. "Pulun bolluğu qudurğanlığa çevrilməməlidir". "Ağ binaları təkrar ağartmaq yox, güzəranı ağır milləti ağ günə çıxartmaq lazımdır". Bu sözlər Sabir müəllimin çıxışından seçmələrdir.
S. Rüstəmxanlı jurnalist olduğu üçün (özünü belə təqdim etdi) çağdaş jurnalist fəaliyyətinə qısa qiymət verməklə iradlarını diqqətə çatdırdı. Qeyri-peşəkarların jurnalistikaya kütləvi axını bu sahədə əndərabazlıq əmələ gətirib. Amma Azərbaycanda həqiqi jurnalistika da var. Pislərə qarşı mübarizə aparmaq əvəzinə bütövlükdə jurnalistikaya təpki göstərmək olmaz. Heç kim etiraz etməz ki, məmurlarımız toxunulmazlıq şəraitində yaşamaq istəyirlər. Jurnalistlərin hüquqlarını pozurlar. Təsadüfi deyil ki, təkcə son vaxtlar 30 jurnalist xarici ölkələrə getməyə cəhd göstərib.
İclasa sədrlik edən Z.Əsgərov S.Rüstəmxanlının iradlarına reaksiya verdi. Daha doğrusu, dəqiqlik gətirdi: Jurnalistlərin xaricə getməsini dövlətin adı ilə bağlamaq düzgün deyil.
İqbal Ağazadə də Sabir müəllimin iradlarına dəstək verdi. 2007-ci ilin əvvəllərindən jurnalistlərin kütləvi həbsi başlanıb. Artıq 8 jurnalist dəmir barmaqlıqlar arxasındadır. Azərbaycan azad sözə dözümsüzlüyünə görə beynəlxalq təşkilatların hesabatlarında pislərin siyahısında göstərilir.
İ.Ağazadə bildirdi ki, qarşıdan Avropa Şurası Parlament Assambleyasının yay sessiyası gəlir. Sessiyaya indidən hazırlaşmalıyıq. Bunun üçün MM-in azad sözə münasibəti araşdıran komissiyası yaradılmalıdır.
Səhiyyədəki pullu xidmətin qiymətləri Nazirlər Kabineti, Tarif Şurası tərəfindən tənzimlənməlidir. Hazırki şəraitdə qiymətlər tibb müəssisələrinin rəhbərlərinin arzusuna və ölçüsünə uyğun müəyyənləşdirilir. Bu da əhalinin kasıb təbəqəsinin səhiyyə xidmətlərindən istifadəsini çətinləşdirir. Fazil Mustafayevin MM-də qaldırdığı bu problemə Əli Məsimov da toxundu. Təklif etdi ki, hökumət qiymətlər siyahısına baxsın və imkansızların xeyrinə öz düzəlişlərini etsin.
Ə. Məsimov iclasda həyəcan təbili çaldı: Qarabağda çalışan xarici şirkətlərin sayı 20-yə çatıb. İşğal altında olan ərazilərimizdə təkcə Kanadanın bir şirkəti ölkəmizin 600 milyon dollar dəyərində sərvətini mənimsəyib. "Biz bu məsələyə MM-də baxıb çox ciddi qərarlar qəbul etməliyik".
Beynəlxalq təşkilatların daha bir hesabatı Arzu Səmədbəylini hövsələdən çıxarmışdı. Hesabatda Bakı iri şəhərlər siyahısında ən zibilli paytaxt kimi ən sonuncu yerdə qeydə alınmışdı. "Hacıbala Abutalıbov Suraxanıda icra hakimiyyətinin başçısı işləyərkən 2-3 zibil qutusunu rəngləməklə Bakıya mer gəldi. Paytaxtı zibilxanaya çevirdi”.
Qüdrət Həsənquliyev deputatların maaşlarının artırılmasını və onlara xidməti maşın ayrılmasını, həbs olunan jurnalistlərin bağışlanılmasını istədi. "Mətbuatda gedən təhqirlər hər halda Hüseyn Abdullayevin Milli Məclisdə söylədiyi söyüşlərdən ağır deyil. Məhkəmə Hüseyn Abdullayevə humanizm göstərdi. Bu humanizm jurnalistlərə də şamil edilməlidir".
Jalə Əliyeva Milli Məclisin yadına saldı ki, qarşıdan Azərbaycan jurnalistikasının banisi, Rusiya Dumasının ilk azərbaycanlı deputatı Həsən bəy Zərdabinin 170 illik yubileyi gəlir. Dedi ki, bu böyük şəxsiyyətin yubileyi dövlət səviyyəsində qeyd olunmalıdır.
"Azərbaycan Respublikası hökuməti ilə Koreya Respublikasının Şinhan Bankı arasında Yevlax-Gəncə Magistral Avtomobil Yolu Layihəsi üzrə" Kredit Sazişinin təsdiq edilməsi haqqında məsələyə münasibət bildirməyə cəmi iki deputat yazılmışdı. Pənah Hüseynin çıxışı o qədər təsirli oldu ki, digər deputatlar da danışmaq həvəsinə düşdülər. Pənah bəy 69 km. yol üçün 180 milyon ABŞ dollarının ayrılmasının korrupsiyaya şərait yaradacağını vurğuladı.
İqtidardan olan deputatlar onu başa saldılar ki, bizdə elə şey olmur. Məmurlarımız çox vicdanlı və gözütox adamlardır. Sadəcə yol özü bahalıdır. Bu qədər pula ətraf ərazilərin sökülməsi, tikilməsi, əhalinin yeni yaşayış evləri ilə təmin edilməsi və sair daxildir. Pənah bəy dedi ki, bahalığın keyfiyyətlə əlaqəsi yoxdur. İpək yolu hələ başa çatmamış onun bir hissəsi olan Ələt-Qazıməmməd magistralı sıradan çıxıb. Təklif etdi ki, bu işlər kredit yox, öz pullarımız hesabına tikilsin. Mübariz Qurbanlı isə əksini söylədi: Dünyanın hər yerində yol çəkilişi çox baha və kreditlər hesabına başa gəlir. Biz dünya standartlarına uyğun yol tikməsək beynəlxalq layihələr respublikamızdan kənar keçə bilər.
Mübariz müəllim, eləcə də Aydın Həsənov yolların qorunmasını vacib saydılar. Aydın müəllim təklif etdi ki, yollara ziyan vuran vətəndaşlar üçün cəzalar tətbiq olunsun. Deputatları sözügedən saziş barədə düşündürən suallara Cavid Qurbanov cavab verdi.
Onun çıxışından bəzi maraqlı məqamları oxucuların diqqətinə çatdırırıq. Pənah bəyə müraciətlə dedi ki, Sazişin smetasını qəpiyinə qədər hesablayıb sizə təqdim edə bilərəm. Onun sözlərinə görə, Azərbaycanda 32 min kilometr magistral və daxili yol mövcuddur. Onların hamısını yenidən qurmaq respublika hökumətinin imkanı xaricindədir.
Yolların tez sıradan çıxmasını isə yükdaşımaların artımı ilə izah etdi. Yükdaşıma 4 milyon tondan 34 milyon tona çatıb.
Yol haqqı ödəmələrinin tətbiqi hələ mümkün deyil. Yollara ziyan vurmaq üçün cəza məsələsi isə ola bilsin yaxın gələcəkdə tətbiq olunsun. Gündəliyə çıxarılan bütün məsələlər təsdiq edildi.

B.SAFAOĞLU.

çap üçün verisya

Axtarish sistemi

  


« February 2012
Mo Tu We Th Fr Sa Su
 12345
6789101112
13141516171819
20212223242526
272829 
Advokat

1946-cı ildə anadan olmuşam. Hazırda yaşa görə təqaüd alıram. İşlədiyim illərdə (1969-1974) Naftalan Şəhər Sovetində İdman Komitəsinin sədri vəzifəsində çalışmışam. Həmin illər dövlət qulluqçusu statusu kimi mənə sayıla bilərmi, eləcə də qulluq stajıma əsasən mənə pensiya təyin olunması mümkündürmü?

İbrahimxəlil QURBANOV,
Naftalan şəhəri.


- Sualınıza cavab olaraq bildiririk ki, Azərbaycan Respublikası Prezidentinin 01.09.2005-ci il tarixli, 290 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Əmək pensiyaları haqqında" qanuna əsasən, pensiya təyin edilməsi üçün dövlət qulluqçusunun müraciət etdiyi vaxt dövlət məvacibinin hesablandığı dövlət qulluğu vəzifəsi mövcud olmadıqda, habelə dövlət qulluqçularının vəzifələrinin "İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması Siyahısı"nda şəhər sovetinin nəzdində idman komitələri nəzərdə tutulmadığından dövlət qulluğuna edilən güzəştlər sizə şamil edilə bilməz.


© 2006-2012
Müəllif hüquqları Ulfet Qazeti-nə məxsusdur.
Dizayn NUR D şirkəti tərəfindən hazırlanıb.