Rəsmi

Azərbaycan
Respublikasının
Prezidenti İlham Əliyev

yanvarın 23-də

…Rusiya Federasiyasının Soçi şəhərinə işgüzar səfərə gəlmişdir.
…və Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev Soçidə, "Girand Polyana" mehmanxanasının "Qəbullar evi"ndə görüşmüş və qarşılıqlı fikir mübadiləsi aparmışlar.
…və Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev Azərbaycan Respublikası Dövlət Neft Şirkəti və Rusiyanın "Qazprom-eksport" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında təbii qazın alqı-satqısına dair müqaviləyə 5 nömrəli əlavə sazişin imzalanması mərasimində iştirak etmişlər.
…, Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev və Ermənistan Respublikasının Prezidenti Serj Sarkisyan Soçidə, "Girand Polyana" mehmanxanasının "Qəbullar evi"ndə birgə görüşmüş, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı məsələləri müzakirə etmişlər.
…, Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev və Ermənistan Respublikasının Prezidenti Serj Sarkisyan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsinə dair danışıqların yekunlarına əsasən Birgə Bəyanat qəbul etmişlər.
…Rusiya Federasiyasına işgüzar səfərini başa vuraraq həmin gün axşam Bakıya qayıtmışdır.

yanvarın 24-də

…Kür çayının suyunun daşması nəticəsində baş vermiş hadisələrin təkrar olunmaması üçün Fövqəladə Hallar Nazirliyi tərəfindən Bakıya gətirilmiş Niderland Krallığının "Damin" şirkətinin istehsal etdiyi "CSD-500" torpaqsoran qurğulara, Türkiyənin Tuzla şəhərində istehsal olunmuş yedək və təchizat gəmilərinə və tədqiqat katerinə baxış keçirmişdir.

yanvarın 25-də

…Davosda keçirilən Dünya İqtisadi Forumunda iştirak etmək üçün İsveçrəyə işgüzar səfərə gəlmişdir.
…Davosda İsveçrə Konfederasiyasının Prezidenti xanım Eveline Vidner Şlümlə, İsrail Dövlətinin Prezidenti Şimon Pereslə, Avstriyanın "OMV AGE" şirkətinin baş icraçı direktoru Gerhard Roisslə və Amerika Birləşmiş Ştatlarının dövlət katibinin iqtisadiyyat, energetika və kənd təsərrüfatı məsələləri üzrə müavini Robert Hormatsla görüşmüşdür.

yanvarın 26-da

…Davosda "UBS Global" şirkətinin direktorlar şurasının sədri Kaspar Villigerlə, Avropa İttifaqının enerji məsələləri üzrə komissarı Günter Ottingerlə, Dünya İqtisadi Forumunun təsisçisi və icraçı sədri Klaus Şvabla, Gürcüstanın Baş naziri Nika Gilaurilə, Almaniyanın "Deutıche Bank"ının Mərkəzi və Şərqi Avropa ölkələri üzrə icraçı direktoru Peter Tilslə və idarə heyətinin üzvü Yürgen Figenlə, Beynəlxalq Qızıl Xaç Komitəsinin prezidenti Yakob Kellenbergerlə, Ukrayna Prezidenti Viktor Yanukoviçlə, RWE şirkətinin baş icraçı direktoru Yurgen Qrossmanla, Pakistan İslam Respublikasının Baş naziri Sayid Yusuf Raza Gilanilə, "Holcim Group" şirkətinin idarə heyətinin sədri Markus Akermanla, "Microsoft International" şirkətinin prezidenti, "Microsoft" Korporasiyasının vitse-prezidenti Jan Kurtua ilə və "Edisson" şirkətinin baş icraçı direktoru Bruno Leskörlə görüşmüşdür.

yanvarın 27-də

…Davosda Böyük Britaniyanın York Hersoqu, şahzadə Endryu ilə görüşmüşdür.

“ŞAHDƏNİZ", “NABUKKO", “TRANSXƏZƏR"...

09.06.07 - 9:04464 baxılıb

AVROPA AZƏRBAYCANI REGİONAL NEFT-QAZ LAYİHƏLƏRİNİN STRATEJİ MƏRKƏZİ HESAB EDİR

"Şahdəniz" layihəsinin reallaşması Azərbaycanın neft-qaz sektorunun inkişafında növbəti mərhələnin başlanğıcıdır. Biz güman edirik ki, 2012-2014-cü illlərdə yataqdan qaz hasilatının əsaslı artımı baş verəcək. Yaxın gələcəkdə yataqdan 12-15 milyard kubmetr qazın hasil olunacağı gözlənilir, 2015-2020-ci illərdə isə bu göstərici 50 milyard kubmetrə çata bilər". Bu fikirləri ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə müşaviri Mətyu Brayzə Bakıda keçirilən Beynəlxalq "Xəzərneftqaz" sərgisi çərçivəsində "Xəzərin Neft və Qaz Əməliyyatlarının Davamlı İnkişafında Azərbaycanın rolu" mövzusunda beynəlxalq konfransda səsləndirib.
M.Brayzə deyib ki, "Şahdəniz"in gerçəkləşməsi ilə regionda neft-qaz sahəsininin inkişafında yeni eranın əsası qoyulub: "Azərbaycan, Gürcüstan və Türkiyə bu regionun Avropa və Atlantik məkanla əməkdaşlığında, Qərb-Şərq dəhlizinin genişlənməsində rolu daha yüksəkdir".
Dünya bazarına rəqabətli məhsulların daşınmasında təhlükəsiz və sərfəli marşrutlara etibar etməyin zəruriliyini xatırladan M.Brayzə bu cəhətdən BTC layihəsinin həm iqtisadi, həm də siyasi əhəmiyyət daşıdığını vurğulayıb. ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə müşaviri bildirib ki, "NABUKKO" layihəsinin həyata vəsiqə alması da reallaşmaq üzrədir. Layihə çərçivəsində Avropaya çatacaq təbii qazın 1 kubmetri 0,25 dollara başa gələcək ki, bu da alternativ marşrutlarla müqayisədə 20 faiz aşağıdır. ABŞ dövlət katibi müşavirinin müavini "NABUKKO" boru kəmərinin "Mavi axın" layihəsi ilə müqayisədə iqtisadi üstünlüyə malik olduğunu bəyan edib. "Azərbaycan qazının "NABUKKO" ilə Avropaya nəqli "Mavi axın"la müqayisədə 20-25 faiz daha effektlidir. Uzunluğu 4 min kilometr olan "Nabukko" qaz kəməri Azərbaycan, Gürcüstan, Türkiyə, Bolqarıstan, Macarıstan, Rumıniya və Avstriya vasitəsi ilə Orta Asiya və Xəzər qazının Avropaya nəqlini təmin edə bilər. Kəmərin istifadəyə verilməsi 2011-ci ildə planlaşdırılır. Layihənin dəyəri isə 5 milyard avro həcmində dəyərləndirilir". Norveçin neft və enerji nazirinin müavini Anita Atses isə Azərbaycanın "Statoyl" şirkəti üçün əhəmiyyətli ölkə olduğunu deyib. Onun sözlərinə görə, 2030-cu ilədək dünyada karbohidrogen ehtiyatlarına tələbat 53 faiz artacaq. Xəzər regionun mövcud enerji ehtiyatları bütün dünya üzrə hasilatın 15 faizini təşkil edir. Almaniyanın İqtisadiyyat və Texnologiyalar Nazirliyinin əməkdaşı Xartmurt Şnayder isə 2020-ci ilə qədər atmosferə qaz tullantılarının 30 faizədək azaldılacağını və enerji səmərəliliyinin 10 faiz artırılacağını diqqətə çatdırıb.
Böyük Britaniyanın "İTE Group" şirkətinin baş məsləhətçisi Ser Endryu Vudisə Azərbaycanın Xəzər regionu üzrə dünyanın neft-qaz sənayesi mərkəzinə çevrildiyini bəyan edib: "Sayca 14-cü dəfə təşkil olunan sərgi və beynəlxalq konfranslar dünyanın iri neft istehsalçı ölkələrinin aparıcı şirkət nümayəndələrini bir araya gətirir.Dünyanın müxtəlif ölkələrindən olmaqla 400-dən artıq nümayəndənin və 40 məruzəçinin qatıldığı tədbirdə əsas diqqət Xəzər regionunun neft-qaz kompleksi, strateji inkişafda Azərbaycanın neft-qaz resurslarının kəşfiyyatı və hasilatı, etibarlı nəqli və enerji təhlükəsizliyi ilə bağlı məsələlərin müzakirəsinə yönəlib". Dövlət Neft Şirkətinin prezidenti Rövnəq Abdullayev vurğulayıb ki, ənənə şəklini alan bu konfransın keçirilməsi Azərbaycanın sıçrayışlı iqtisadi inkişafından irəli gəlir: "Şərq-Qərb dəhlizinin reallaşmasında tranzit rolunu oynayan respublikamız enerjidaşıyıcılarla zəngin mövcud potensialı ilə Avropa ölkələrinin bu məhsula olan tələbatının qismən ödənilməsinə də öz töhfəsini verməkdədir. Təbii ki, söhbət ilk növbədə "Şahdəniz" yataqlarının istismara verilməsinin regionda geosiyasi əhəmiyyət kəsb etməsindən gedir"

çap üçün verisya

Axtarish sistemi

  


« February 2012
Mo Tu We Th Fr Sa Su
 12345
6789101112
13141516171819
20212223242526
272829 
Advokat

1946-cı ildə anadan olmuşam. Hazırda yaşa görə təqaüd alıram. İşlədiyim illərdə (1969-1974) Naftalan Şəhər Sovetində İdman Komitəsinin sədri vəzifəsində çalışmışam. Həmin illər dövlət qulluqçusu statusu kimi mənə sayıla bilərmi, eləcə də qulluq stajıma əsasən mənə pensiya təyin olunması mümkündürmü?

İbrahimxəlil QURBANOV,
Naftalan şəhəri.


- Sualınıza cavab olaraq bildiririk ki, Azərbaycan Respublikası Prezidentinin 01.09.2005-ci il tarixli, 290 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Əmək pensiyaları haqqında" qanuna əsasən, pensiya təyin edilməsi üçün dövlət qulluqçusunun müraciət etdiyi vaxt dövlət məvacibinin hesablandığı dövlət qulluğu vəzifəsi mövcud olmadıqda, habelə dövlət qulluqçularının vəzifələrinin "İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması Siyahısı"nda şəhər sovetinin nəzdində idman komitələri nəzərdə tutulmadığından dövlət qulluğuna edilən güzəştlər sizə şamil edilə bilməz.


© 2006-2012
Müəllif hüquqları Ulfet Qazeti-nə məxsusdur.
Dizayn NUR D şirkəti tərəfindən hazırlanıb.