Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev
yanvarın 23-də
…Rusiya Federasiyasının Soçi şəhərinə işgüzar səfərə gəlmişdir. …və Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev Soçidə, "Girand Polyana" mehmanxanasının "Qəbullar evi"ndə görüşmüş və qarşılıqlı fikir mübadiləsi aparmışlar. …və Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev Azərbaycan Respublikası Dövlət Neft Şirkəti və Rusiyanın "Qazprom-eksport" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında təbii qazın alqı-satqısına dair müqaviləyə 5 nömrəli əlavə sazişin imzalanması mərasimində iştirak etmişlər. …, Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev və Ermənistan Respublikasının Prezidenti Serj Sarkisyan Soçidə, "Girand Polyana" mehmanxanasının "Qəbullar evi"ndə birgə görüşmüş, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı məsələləri müzakirə etmişlər. …, Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev və Ermənistan Respublikasının Prezidenti Serj Sarkisyan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsinə dair danışıqların yekunlarına əsasən Birgə Bəyanat qəbul etmişlər. …Rusiya Federasiyasına işgüzar səfərini başa vuraraq həmin gün axşam Bakıya qayıtmışdır.
yanvarın 24-də
…Kür çayının suyunun daşması nəticəsində baş vermiş hadisələrin təkrar olunmaması üçün Fövqəladə Hallar Nazirliyi tərəfindən Bakıya gətirilmiş Niderland Krallığının "Damin" şirkətinin istehsal etdiyi "CSD-500" torpaqsoran qurğulara, Türkiyənin Tuzla şəhərində istehsal olunmuş yedək və təchizat gəmilərinə və tədqiqat katerinə baxış keçirmişdir.
yanvarın 25-də
…Davosda keçirilən Dünya İqtisadi Forumunda iştirak etmək üçün İsveçrəyə işgüzar səfərə gəlmişdir. …Davosda İsveçrə Konfederasiyasının Prezidenti xanım Eveline Vidner Şlümlə, İsrail Dövlətinin Prezidenti Şimon Pereslə, Avstriyanın "OMV AGE" şirkətinin baş icraçı direktoru Gerhard Roisslə və Amerika Birləşmiş Ştatlarının dövlət katibinin iqtisadiyyat, energetika və kənd təsərrüfatı məsələləri üzrə müavini Robert Hormatsla görüşmüşdür.
yanvarın 26-da
…Davosda "UBS Global" şirkətinin direktorlar şurasının sədri Kaspar Villigerlə, Avropa İttifaqının enerji məsələləri üzrə komissarı Günter Ottingerlə, Dünya İqtisadi Forumunun təsisçisi və icraçı sədri Klaus Şvabla, Gürcüstanın Baş naziri Nika Gilaurilə, Almaniyanın "Deutıche Bank"ının Mərkəzi və Şərqi Avropa ölkələri üzrə icraçı direktoru Peter Tilslə və idarə heyətinin üzvü Yürgen Figenlə, Beynəlxalq Qızıl Xaç Komitəsinin prezidenti Yakob Kellenbergerlə, Ukrayna Prezidenti Viktor Yanukoviçlə, RWE şirkətinin baş icraçı direktoru Yurgen Qrossmanla, Pakistan İslam Respublikasının Baş naziri Sayid Yusuf Raza Gilanilə, "Holcim Group" şirkətinin idarə heyətinin sədri Markus Akermanla, "Microsoft International" şirkətinin prezidenti, "Microsoft" Korporasiyasının vitse-prezidenti Jan Kurtua ilə və "Edisson" şirkətinin baş icraçı direktoru Bruno Leskörlə görüşmüşdür.
yanvarın 27-də
…Davosda Böyük Britaniyanın York Hersoqu, şahzadə Endryu ilə görüşmüşdür.
İNTERNETDƏN AZƏRBAYCANLA BAĞLI CİDDİ, DOLĞUN, OPERATİV İNFORMASİYA ALMAQ ÇƏTİNDİR
"İnformasiya əldə etmək" haqqında Qanuna əsasən, ictimaiyyət cəmiyyətdə baş verən bütün prosesləri izləmək hüququna malik olmalıdır. Kütləvi informasiya vasitələri və jurnalistlər isə bu məsələdə onlara kömək göstərməlidir. Dövrünə uyğun olaraq yazılı və elektron KİV-lər bu missiyanı yerinə yetiriblər. Yaşadığımız XXI əsrdə isə müasir informasiya mənbələri mövcuddur ki, bu da internet resurslarıdır. İnformasiya texnologiyalarının inkişaf etdiyi bir dönəmdə artıq internet resursları digər KİV-ləri arxada qoyur. Lakin ayrı-ayrı dövlət orqanları, bələdiyyələr, yazılı KİV-lərin heç də hamısının internet səhifələri ya yoxdur, ya da vaxtaşırı olaraq təzələnmir. Bu mənada ölkə telekanallarının internet resurslarının hansı səviyyədə olmasına və ya ümumiyyətlə, fəaliyyət göstərib - göstərməməsini aydınlaşdırmağa çalışdıq. Bununla bağlı kiçik araşdırma apardıq. Məlum oldu ki, fəaliyyət göstərən 5 yerli telekanaldan ikisinin, ümumiyyətlə, internet resursu yoxdur. Az.TV-nin (www.aztv.az), ANS-in (www.ans.az), İctimai Televiziyanın (www.itv.az) saytı fəaliyyət göstərir. Yalnız "Space" və "Azad Azərbaycan" (ATV) telekanalının internet resursu yoxdur. "Space"dən hansı səbəbə internet səhifəsinin olmamasını öyrənmək istəsək də, hər zaman olduğu kimi, bu telekanaldan suallarımıza cavab ala bilmədik. ATV-dən isə bu yaxınlarda saytın yaradılacağı bildirildi. Ekspertlər isə fəaliyyət göstərən saytların da yetərincə hazırlanmadığı qənaətindədir. Telekanallardan isə bildirilir ki, standartlara cavab verən resurs yaratmaq üçün yetərincə maddi vəsait lazımdır. Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz isə bunun üçün elə də ciddi xərc tələb olunmadığını bildirir: "Böyük şirkətlərin fövqündə internet səhifəsinin yaradılması və ona çəkiləcək xərc elə də böyük vəsait tələb etmir. Yəni bir internet resursunun yaradılması, onun yerləşdirilməsi, ona DOMEN-in alınması lazımdır. İnternet saytı açmaq üçün bir neçə şərt var. Birincisi, onu yaratmaq, ikincisi, doldurmaq, üçüncüsü isə, onu yerləşdirmək. Bunun üçün də böyük vəsait tələb olunmur Sadəcə, bu internet saytının arxasında kimin durub onu yerləşdirməsi vacibdir. Bir internet resursunu yaradarkən komanda lazımdır ki, onu idarə etsin, informasiyaları yerləşdirsin. Çoxları isə buna getmir. Ona görə də görürsən ki, kimsə saytı açır, geniş təqdimat keçirir, amma saytda çalışanlara vəsait ayrılmır və tezliklə də fəaliyyəti dayanır. Sözsüz ki, sayt yenilənməsə, onu heç kim oxumayacaq. Mən ANS-in və İTV-nin resurslarına baxıram. Bu telekanallarda xəbərlər daim yenilənir". İnternet resursun vacibliyini vurğulayan ekspert bir məqamı da xatırlatdı: "Xatırlayırsınızsa, ANS-in bir müddət dayandırılması prosesi getdi. Onda telekanal əməkdaşları məndən müsahibə götürəndə təəccübləndim. Sonradan bildim ki, jurnalistlər kanal olmasa belə, internet resursu üçün çalışırlar. Doğurdan da, o vaxt ANS-in tamaşaçıları, kimin internet imkanı varsa, onların internet resursuna baxırdılar. Və bütün məlumatları əldə edirdilər. Həmin internet səhifəsi vaxt etibarilə böyük rol oynadı. Deməli, bu təcrübə göstərir ki, bura vəsait qoymaq boş yerə deyil". Ekspertin sözlərinə görə, xarici ölkələrdə telekanallarla bərabər ənənəvi çıxan qəzetlərin də internet resursları var: "Bəzən onların internet resursu qəzetin özündən məşhur olur". İREX-in hüquqşünası Media Hüququ İnstitutunun həmtəsisçisi Ələsgər Məmmədli isə bu məsələdə maddi vəsaitin o qədər də önəm kəsb etmədiyni vurğulayır: "Həmin kanalların bir dəqiqəlik reklamının pulu bir aylıq internet səhifəsi saxlamasına sərf edilə bilər. Burda işin qurulması, işə yanaşılma vacibdir. İTV-də və Az.TV-də bu problemlər həll olunub. Ümumiyyətlə, KİV-lər özləri informasiyanın toplanması, çatdırılmasında maraqlı olmalıdır. Bu baxımdan Azərbaycanda telekanallar misli bərabəri olmadan geri qalırlar. Onlar nə müntəzəm informasiyanı təmin edə bilir, nə də yayım təşkil edə bilirlər. Məsələn, mən istənilən xarici ölkənin telekanallarını internetlə izləyirəm. Çünki onlar bunu, sadəcə, bir ictimai xidmət olaraq başa düşürlər, özlərinin reytinqi olaraq edirlər. Bizdə isə reytinq dərdi yoxdur, bazarı 2-3 telekanal arasında bölüşdürürlər. Bazara başqalarını buraxmırlar. Bundan dolayı da onların reytinqə, reklama ehtiyacları yoxdur, onlar bildikləri kimi yox, bilmədikləri kimi işləməkdə davam edirlər. Bu işi görməyə vəsait ayırmaq istəmirlər. Məsələn, mən Türkiyədə baş verən seçki proseslərini internetlə izlədim. Təəssüf ki, Azərbaycanda bunu etmək olmur. Biz internetlə dünyanın ən ucqar yerindən informasiya ala bilərik, amma Azərbaycanla bağlı ciddi, dolğun, operativ informasiya ala bilmirik. Ən azı gecikmiş informasiyaları görə bilirik. Yalnız agentliklər tərəfindən müəyyən məlumatlar verilir. Həmin yazılar da çox quru xəbər olur, konkret olaraq nə şəkil, nə də görüntü var. Ümumiyyətlə, internetdən Azərbaycanla bağlı geniş şəkildə əhatəli informasiya ala bilmirik. Çünki birinci problem informasiyaya çatım məsələdir, bizdə isə informasiyaya çıxış yoxdur. İnformasiya alınacaq yerlərə süni maneələr yaradılır. Digər tərəfdən, bu xidməti təqdim edənlər məlumatı dolğun işləyib hazırlamırlar".
1946-cı ildə anadan olmuşam. Hazırda yaşa görə təqaüd alıram. İşlədiyim illərdə (1969-1974) Naftalan Şəhər Sovetində İdman Komitəsinin sədri vəzifəsində çalışmışam. Həmin illər dövlət qulluqçusu statusu kimi mənə sayıla bilərmi, eləcə də qulluq stajıma əsasən mənə pensiya təyin olunması mümkündürmü?
İbrahimxəlil QURBANOV, Naftalan şəhəri.
- Sualınıza cavab olaraq bildiririk ki, Azərbaycan Respublikası Prezidentinin 01.09.2005-ci il tarixli, 290 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Əmək pensiyaları haqqında" qanuna əsasən, pensiya təyin edilməsi üçün dövlət qulluqçusunun müraciət etdiyi vaxt dövlət məvacibinin hesablandığı dövlət qulluğu vəzifəsi mövcud olmadıqda, habelə dövlət qulluqçularının vəzifələrinin "İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması Siyahısı"nda şəhər sovetinin nəzdində idman komitələri nəzərdə tutulmadığından dövlət qulluğuna edilən güzəştlər sizə şamil edilə bilməz.