Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev
yanvarın 23-də
…Rusiya Federasiyasının Soçi şəhərinə işgüzar səfərə gəlmişdir. …və Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev Soçidə, "Girand Polyana" mehmanxanasının "Qəbullar evi"ndə görüşmüş və qarşılıqlı fikir mübadiləsi aparmışlar. …və Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev Azərbaycan Respublikası Dövlət Neft Şirkəti və Rusiyanın "Qazprom-eksport" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında təbii qazın alqı-satqısına dair müqaviləyə 5 nömrəli əlavə sazişin imzalanması mərasimində iştirak etmişlər. …, Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev və Ermənistan Respublikasının Prezidenti Serj Sarkisyan Soçidə, "Girand Polyana" mehmanxanasının "Qəbullar evi"ndə birgə görüşmüş, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı məsələləri müzakirə etmişlər. …, Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev və Ermənistan Respublikasının Prezidenti Serj Sarkisyan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsinə dair danışıqların yekunlarına əsasən Birgə Bəyanat qəbul etmişlər. …Rusiya Federasiyasına işgüzar səfərini başa vuraraq həmin gün axşam Bakıya qayıtmışdır.
yanvarın 24-də
…Kür çayının suyunun daşması nəticəsində baş vermiş hadisələrin təkrar olunmaması üçün Fövqəladə Hallar Nazirliyi tərəfindən Bakıya gətirilmiş Niderland Krallığının "Damin" şirkətinin istehsal etdiyi "CSD-500" torpaqsoran qurğulara, Türkiyənin Tuzla şəhərində istehsal olunmuş yedək və təchizat gəmilərinə və tədqiqat katerinə baxış keçirmişdir.
yanvarın 25-də
…Davosda keçirilən Dünya İqtisadi Forumunda iştirak etmək üçün İsveçrəyə işgüzar səfərə gəlmişdir. …Davosda İsveçrə Konfederasiyasının Prezidenti xanım Eveline Vidner Şlümlə, İsrail Dövlətinin Prezidenti Şimon Pereslə, Avstriyanın "OMV AGE" şirkətinin baş icraçı direktoru Gerhard Roisslə və Amerika Birləşmiş Ştatlarının dövlət katibinin iqtisadiyyat, energetika və kənd təsərrüfatı məsələləri üzrə müavini Robert Hormatsla görüşmüşdür.
yanvarın 26-da
…Davosda "UBS Global" şirkətinin direktorlar şurasının sədri Kaspar Villigerlə, Avropa İttifaqının enerji məsələləri üzrə komissarı Günter Ottingerlə, Dünya İqtisadi Forumunun təsisçisi və icraçı sədri Klaus Şvabla, Gürcüstanın Baş naziri Nika Gilaurilə, Almaniyanın "Deutıche Bank"ının Mərkəzi və Şərqi Avropa ölkələri üzrə icraçı direktoru Peter Tilslə və idarə heyətinin üzvü Yürgen Figenlə, Beynəlxalq Qızıl Xaç Komitəsinin prezidenti Yakob Kellenbergerlə, Ukrayna Prezidenti Viktor Yanukoviçlə, RWE şirkətinin baş icraçı direktoru Yurgen Qrossmanla, Pakistan İslam Respublikasının Baş naziri Sayid Yusuf Raza Gilanilə, "Holcim Group" şirkətinin idarə heyətinin sədri Markus Akermanla, "Microsoft International" şirkətinin prezidenti, "Microsoft" Korporasiyasının vitse-prezidenti Jan Kurtua ilə və "Edisson" şirkətinin baş icraçı direktoru Bruno Leskörlə görüşmüşdür.
yanvarın 27-də
…Davosda Böyük Britaniyanın York Hersoqu, şahzadə Endryu ilə görüşmüşdür.
BU İL TƏKCƏ ƏRZAQ MƏHSULLARINDAN 209 NƏFƏR ZƏHƏRLƏNİB
Bu il respublikamızda əhali arasında zəhərlənmə hallarının sayı artıb. Bir çox hallarda isə belə zəhərlənməyə kütləvi məclislərdə iştirak edən insanlar arasında təsadüf olunur. Son bir ay müddətində Bakı, Bərdə və Xanlarda toy şənlikləri zamanı insanlar arasında kütləvi zəhərlənmələr oldu. Məsələyə münasibət bildirən Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin şöbə müdiri Zirəddin Kazımov kütləvi qida zəhərlənmələrinə əsasən ev şəraitində hazırlanan tərəvəz və bostan məhsullarının səbəb olduğunu qeyd edir: "Cari ildə 209 nəfər ərzaq məhsullarından zəhərlənib. Zəhərlənmələrin bir çoxu ərzaq məhsullarından hazırlanan yeməklərin düzgün saxlanılmaması ilə bağlı olub. Binə, Bərdə və Xanlarda keçirilmiş toy şənliklərində verilən yeməklər ev şəraitində hazırlanıb və ikinci mikrob çirklənməsinə məruz qalıb. Məhz həmin mikroblar toksin yaradaraq əhali arasında kütləvi zəhərlənməyə səbəb olub. Binə qəsəbəsində 49 nəfər, Bərdədə 13 nəfər, Xanlar rayonunda isə 18 nəfər zəhərlənib". Z. Kazımovun sözlərinə görə, qida zəhərlənmələri 2-4 saat ərzində öz təsirini göstərir: "Zəhərlənmə zamanı kəskin baş ağrıları, qusma, halsızlıq kimi hallar baş verir. Belə hallar hiss edən vətəndaşlar dərhal həkimə müraciət etməlidir. Əks halda zəhərlənmə daha ağır fəsadlarla nəticələnə bilər. Cari ilin səkkiz ayı ərzində əhali arasında qeydə alınan qida zəhərlənmələri ticarət mərkəzlərindən alınan ərzaq məhsullarının düzgün saxlanilmaması, yeməklərin hazırlanma texnologiyasına düzgün əməl edilməməsi ilə bağlı olub. Əhaliyə dəfələrlə xəbərdarlıq edilib ki, yay mövsümü zamanı tez xarab olan ərzaq məhsullarının istifadəsi, realizəsi və saxlanmasına düzgün riayət edilsin. Belə kütləvi məclislər zamanı ev şəraitində hazırlanan və əhaliyə verilən ərzaq məhsullarının yoxlanılması üçün yerli sanitariya idarələrinə müraciət edilsin". Qeyd edək ki, bu il ilan sancması nəticəsində zəhərlənənlərin də sayı bir qədər artıb. Respublika Toksikoloji Mərkəzinin direktoru Azər Maqsudov deyir: "Cari ilin dəqiq statistikası ilin sonunda açıqlanacaq. Yay aylarında daha çox, mövsümlə bağlı olaraq, ilan sancmasından zəhərlənən şəxslər müraciət edib. Bu il onların sayı əvvəlki illərlə müqayisədə bir qədər artıb. İlan sancması nəticəsində xəsarət alanlar əsasən uşaqlar və 25-40 yaş arasında olan şəxslərdir. Sentyabrdan başlayaraq göbələkdən zəhərlənənlər üstünlük təşkil edir. Belə xəstələr arasında bütün yaşdan olanlara rast gəlinir. Dəm qazından zəhərlənənlər isə orta yaşda olanlar və qocalardır". A.Maqsudovun sözlərinə görə, ilan sancması ilə zəhərlənənlər bir sutka ərzində həkimə müraciət etməlidir: "Həmin zəhərlənməyə qarşı istifadə edilən zərdab təxminən bir sutkayadək təsirlidir. Bir sutkadan artıq olduqda isə fəsadlaşma dövrü başlayır və istifadə edilən zərdab praktiki olaraq təsir göstərmir. Zəhərli göbələklərlə zəhərlənənlərdə ağırlaşma halları həmin bitkinin növündən asılıdır. Elə göbələk var ki, onunla zəhərləndikdə bir sutkayadək təsir etmir. Bir sutkadan sonra isə ağırlaşma halları baş verir. Bəzi növlərdə isə ağırlaşmalar qida qəbul edildikdən 2-3 saat sonra başlayır".
1946-cı ildə anadan olmuşam. Hazırda yaşa görə təqaüd alıram. İşlədiyim illərdə (1969-1974) Naftalan Şəhər Sovetində İdman Komitəsinin sədri vəzifəsində çalışmışam. Həmin illər dövlət qulluqçusu statusu kimi mənə sayıla bilərmi, eləcə də qulluq stajıma əsasən mənə pensiya təyin olunması mümkündürmü?
İbrahimxəlil QURBANOV, Naftalan şəhəri.
- Sualınıza cavab olaraq bildiririk ki, Azərbaycan Respublikası Prezidentinin 01.09.2005-ci il tarixli, 290 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Əmək pensiyaları haqqında" qanuna əsasən, pensiya təyin edilməsi üçün dövlət qulluqçusunun müraciət etdiyi vaxt dövlət məvacibinin hesablandığı dövlət qulluğu vəzifəsi mövcud olmadıqda, habelə dövlət qulluqçularının vəzifələrinin "İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması Siyahısı"nda şəhər sovetinin nəzdində idman komitələri nəzərdə tutulmadığından dövlət qulluğuna edilən güzəştlər sizə şamil edilə bilməz.