Rəsmi

Azərbaycan
Respublikasının
Prezidenti İlham Əliyev

yanvarın 23-də

…Rusiya Federasiyasının Soçi şəhərinə işgüzar səfərə gəlmişdir.
…və Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev Soçidə, "Girand Polyana" mehmanxanasının "Qəbullar evi"ndə görüşmüş və qarşılıqlı fikir mübadiləsi aparmışlar.
…və Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev Azərbaycan Respublikası Dövlət Neft Şirkəti və Rusiyanın "Qazprom-eksport" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında təbii qazın alqı-satqısına dair müqaviləyə 5 nömrəli əlavə sazişin imzalanması mərasimində iştirak etmişlər.
…, Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev və Ermənistan Respublikasının Prezidenti Serj Sarkisyan Soçidə, "Girand Polyana" mehmanxanasının "Qəbullar evi"ndə birgə görüşmüş, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı məsələləri müzakirə etmişlər.
…, Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev və Ermənistan Respublikasının Prezidenti Serj Sarkisyan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsinə dair danışıqların yekunlarına əsasən Birgə Bəyanat qəbul etmişlər.
…Rusiya Federasiyasına işgüzar səfərini başa vuraraq həmin gün axşam Bakıya qayıtmışdır.

yanvarın 24-də

…Kür çayının suyunun daşması nəticəsində baş vermiş hadisələrin təkrar olunmaması üçün Fövqəladə Hallar Nazirliyi tərəfindən Bakıya gətirilmiş Niderland Krallığının "Damin" şirkətinin istehsal etdiyi "CSD-500" torpaqsoran qurğulara, Türkiyənin Tuzla şəhərində istehsal olunmuş yedək və təchizat gəmilərinə və tədqiqat katerinə baxış keçirmişdir.

yanvarın 25-də

…Davosda keçirilən Dünya İqtisadi Forumunda iştirak etmək üçün İsveçrəyə işgüzar səfərə gəlmişdir.
…Davosda İsveçrə Konfederasiyasının Prezidenti xanım Eveline Vidner Şlümlə, İsrail Dövlətinin Prezidenti Şimon Pereslə, Avstriyanın "OMV AGE" şirkətinin baş icraçı direktoru Gerhard Roisslə və Amerika Birləşmiş Ştatlarının dövlət katibinin iqtisadiyyat, energetika və kənd təsərrüfatı məsələləri üzrə müavini Robert Hormatsla görüşmüşdür.

yanvarın 26-da

…Davosda "UBS Global" şirkətinin direktorlar şurasının sədri Kaspar Villigerlə, Avropa İttifaqının enerji məsələləri üzrə komissarı Günter Ottingerlə, Dünya İqtisadi Forumunun təsisçisi və icraçı sədri Klaus Şvabla, Gürcüstanın Baş naziri Nika Gilaurilə, Almaniyanın "Deutıche Bank"ının Mərkəzi və Şərqi Avropa ölkələri üzrə icraçı direktoru Peter Tilslə və idarə heyətinin üzvü Yürgen Figenlə, Beynəlxalq Qızıl Xaç Komitəsinin prezidenti Yakob Kellenbergerlə, Ukrayna Prezidenti Viktor Yanukoviçlə, RWE şirkətinin baş icraçı direktoru Yurgen Qrossmanla, Pakistan İslam Respublikasının Baş naziri Sayid Yusuf Raza Gilanilə, "Holcim Group" şirkətinin idarə heyətinin sədri Markus Akermanla, "Microsoft International" şirkətinin prezidenti, "Microsoft" Korporasiyasının vitse-prezidenti Jan Kurtua ilə və "Edisson" şirkətinin baş icraçı direktoru Bruno Leskörlə görüşmüşdür.

yanvarın 27-də

…Davosda Böyük Britaniyanın York Hersoqu, şahzadə Endryu ilə görüşmüşdür.

QURULTAY YENİ VƏZİFƏLƏR MÜƏYYƏNLƏŞDİRDİ

06.10.07 - 9:00491 baxılıb

Bələdiyyə Qulluqçuları Həmkarlar İttifaqının (BQHİ) II qurultayı olmuşdur. Respublika Komitəsinin sədri Şəmsəddin Məhərrəmov qurumun beş illik fəaliyyəti barədə hesabat vermişdir.

Natiq qeyd etmişdir ki, 2002-ci ildən fəaliyyət göstərən BQHİ hazırda 62 rayon komitəsini, 2254 ilk təşkilatı və 20500 həmkarlar ittifaqı üzvünü birləşdirir. Hesabat dövründə ittifaqın 10 Məclisi və İcraiyyə Komitəsinin 55 iclası keçirilmişdir. Bu iclaslarda işçilərin sosial-iqtisadi problemlərinin aradan qaldırlması, bələdiyyələrdə keçirilən mədəni-kütləvi tədbirlərdə həmkarlar ittifaqının iştirakı, işçilərin sosial müdafiəsinin təşkili, maliyyə məsələləri, əməyin və sağlamlığın mühafizəsi və s. məsələlərə baxılmışdır. Yığıncaqların əksəriyyətində işəgötürənlərin nümayəndələrinin iştirakı təmin edilmişdir.
Həmkarlar ittifaqı təşkilatları ilə bələdiyyələr arasında bağlanılan kollektiv müqavilələrin ittifaqın İcraiyyə Komitəsi tərəfindən təsdiq olunmuş nümunəvi forması hazırlanıb yerlərə göndərilmişdir. Aparat işçiləri rayonlara ezam edilərək Hİ təşkilatlarına lazımi kömək göstərmişlər. Nəticədə hesabat dövründə ittifaq üzrə 1920 kollektiv müqavilə bağlanmışdır. İndi yerlərdə işçilərin əməkhaqlarının yaxşılaşdırılması, bələdiyyə qulluqçularının sağlamlığının qorunması, əməyin mühafizəsi, istirahətin təşkili və digər məsələlər kollektiv müqavilələrlə tənzimlənir.
Hesabat müddətində BQHİ Respublika Komitəsi və onun yerli strukturları ittifaq üzvlərinin ərizə, şikayət və təkliflərinə diqqətlə yanaşmış, qaldırılan məsələlərin qanunvericilik baxımından həll olunmasına çalışmışdır. Daxil olan ərizə və şikayətlərin 50-60 faizi işəgötürənlər tərəfindən əmək qanunvericiliyinin pozulması ilə işçilərin işdən azad edilməsi olmuşdur.
Respublika Komitəsinin sədri bildirdi ki, bələdiyyələrə 2-ci seçkidən sonra bu strukturda çalışan işçilərin kütləvi şəkildə qanunsuz işdən çıxarılması hallarına yol verilmişdir. Belə vəziyyətə Bakı şəhər və bəzi rayon bələdiyyələrində rast gəlinmişdir. Ədliyyə Nazirliyinin Bələdiyyələrlə İş Mərkəzinin və Bələdiyyə Qulluqçuları Həmkarlar İttifaqı rəhbərliyinin birgə səyi nəticəsində işçilərin bir hissəsi yenidən öz vəzifələrinə bərpa olunmuşdur.
Qurultayda deyildi ki, bələdiyyə üzvlərinin və işçilərin sosial müdafiəsinin təmin olunması məqsədilə Respublika Komitəsinin mütəxəssisləri "Bələdiyyə üzvlərinin və qulluqçularının sosial təminatı haqqında" Qanun layihəsi işləyib hazırlamış, müzakirə olunmaq üçün Milli Məclisin regional komissiyasına təqdim etmişdir.
Yığıncaqda həmçinin, əməyin mühafizəsi, gender bərabərliyi və gənclər siyasəti, Hİ işçilərinin və fəalların təhsilə cəlb olunması, idmana diqqətin artırılması, sanatoriya-kurort müəssisələrinə, istirahət ocaqlarına yollayışların ayrılması və s. məsələlər barədə də geniş söhbət getdi.
Məruzə və çıxışlarda hesabat dövründə görülmüş bu və digər işlərlə yanaşı, bəzi çatışmazlıqlar da göstərilmişdir. İlk növbədə bildirildi ki, şəhər, rayon komitələri və birbaşa ittifaqın nəzdində fəaliyyət göstərən ilk Hİ təşkilatları Nizamnamədə müəyyən olunmuş qaydada üzvlük haqlarının yığılmasında çətinliklərlə üzləşirlər. Bu onunla izah olunur ki, ya bələdiyyələr öz işçilərinə əməkhaqqı hesablamır, ya da hesablanmış əməkhaqları özlərində saxlanılır. Eyni zamanda, yığılan vəsait də komitələrin hesabına köçürülmür və nəticədə həmin məbləğdən təyinatı üzrə istifadə olunmur, başqa məqsədlərə sərf edilir. Bir sıra bələdiyyələrdə əməkhaqqı yaşayış səviyyəsinə uyğun deyildir. Bələdiyyələrdə çalışan vətəndaşların bir hissəsi keyfiyyətli səhiyyə xidmətindən və təhsildən kənarda qalır.
Qurultay qarşıdakı fəaliyyət dövrü üçün yeni vəzifələr müəyyənləşdirdi. Yığıncaqda həmçinin Təftiş Komisiyasının hesabatı dinlənilmiş, sahə həmkarlar ittifaqının nizamnaməsinə əlavələr və dəyişikliklər edilmişdir.
Qurultay sahə həmkarlar ittifaqının rəhbər orqanlarını müəyyənləşdirmişdir.
Şəmsəddin Məhərrəmov yenidən Bələdiyyə Qulluqçuları Həmkarlar İttifaqı Respublika Komitəsinin sədri seçilmişdir.
Qurultayda AHİK-in katibi, aprarat rəhbəri Həsən Cəfərov çıxış etmiş, yığıncaqda deyilmiş nöqsan və çatışmazlıqların səbəblərinin araşdırlmasını, onların aradan qaldırılması üçün müvafiq tədbirlərin görülməsini, ittifaqın strukturunun daha da təkmilləşdirilməsini, maliyyə vəsaitlərinin toplanması və xərclənməsi işlərinə nəzarətin gücləndirilməsini, Hİ üzvlərinin əmək qanunvericiliyinin tələblərinə müvafiq olaraq hüquq və mənafelərinin müdafiəsinin gücləndirilməsini diqqətə çatdırmışdır.
Qurultayın işində AHİK sədrinin müavini Cavanşir Alxasov iştirak etmişdir.

çap üçün verisya

Axtarish sistemi

  


« February 2012
Mo Tu We Th Fr Sa Su
 12345
6789101112
13141516171819
20212223242526
272829 
Advokat

1946-cı ildə anadan olmuşam. Hazırda yaşa görə təqaüd alıram. İşlədiyim illərdə (1969-1974) Naftalan Şəhər Sovetində İdman Komitəsinin sədri vəzifəsində çalışmışam. Həmin illər dövlət qulluqçusu statusu kimi mənə sayıla bilərmi, eləcə də qulluq stajıma əsasən mənə pensiya təyin olunması mümkündürmü?

İbrahimxəlil QURBANOV,
Naftalan şəhəri.


- Sualınıza cavab olaraq bildiririk ki, Azərbaycan Respublikası Prezidentinin 01.09.2005-ci il tarixli, 290 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Əmək pensiyaları haqqında" qanuna əsasən, pensiya təyin edilməsi üçün dövlət qulluqçusunun müraciət etdiyi vaxt dövlət məvacibinin hesablandığı dövlət qulluğu vəzifəsi mövcud olmadıqda, habelə dövlət qulluqçularının vəzifələrinin "İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması Siyahısı"nda şəhər sovetinin nəzdində idman komitələri nəzərdə tutulmadığından dövlət qulluğuna edilən güzəştlər sizə şamil edilə bilməz.


© 2006-2012
Müəllif hüquqları Ulfet Qazeti-nə məxsusdur.
Dizayn NUR D şirkəti tərəfindən hazırlanıb.