Rəsmi

Azərbaycan
Respublikasının
Prezidenti İlham Əliyev

yanvarın 23-də

…Rusiya Federasiyasının Soçi şəhərinə işgüzar səfərə gəlmişdir.
…və Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev Soçidə, "Girand Polyana" mehmanxanasının "Qəbullar evi"ndə görüşmüş və qarşılıqlı fikir mübadiləsi aparmışlar.
…və Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev Azərbaycan Respublikası Dövlət Neft Şirkəti və Rusiyanın "Qazprom-eksport" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında təbii qazın alqı-satqısına dair müqaviləyə 5 nömrəli əlavə sazişin imzalanması mərasimində iştirak etmişlər.
…, Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev və Ermənistan Respublikasının Prezidenti Serj Sarkisyan Soçidə, "Girand Polyana" mehmanxanasının "Qəbullar evi"ndə birgə görüşmüş, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı məsələləri müzakirə etmişlər.
…, Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev və Ermənistan Respublikasının Prezidenti Serj Sarkisyan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsinə dair danışıqların yekunlarına əsasən Birgə Bəyanat qəbul etmişlər.
…Rusiya Federasiyasına işgüzar səfərini başa vuraraq həmin gün axşam Bakıya qayıtmışdır.

yanvarın 24-də

…Kür çayının suyunun daşması nəticəsində baş vermiş hadisələrin təkrar olunmaması üçün Fövqəladə Hallar Nazirliyi tərəfindən Bakıya gətirilmiş Niderland Krallığının "Damin" şirkətinin istehsal etdiyi "CSD-500" torpaqsoran qurğulara, Türkiyənin Tuzla şəhərində istehsal olunmuş yedək və təchizat gəmilərinə və tədqiqat katerinə baxış keçirmişdir.

yanvarın 25-də

…Davosda keçirilən Dünya İqtisadi Forumunda iştirak etmək üçün İsveçrəyə işgüzar səfərə gəlmişdir.
…Davosda İsveçrə Konfederasiyasının Prezidenti xanım Eveline Vidner Şlümlə, İsrail Dövlətinin Prezidenti Şimon Pereslə, Avstriyanın "OMV AGE" şirkətinin baş icraçı direktoru Gerhard Roisslə və Amerika Birləşmiş Ştatlarının dövlət katibinin iqtisadiyyat, energetika və kənd təsərrüfatı məsələləri üzrə müavini Robert Hormatsla görüşmüşdür.

yanvarın 26-da

…Davosda "UBS Global" şirkətinin direktorlar şurasının sədri Kaspar Villigerlə, Avropa İttifaqının enerji məsələləri üzrə komissarı Günter Ottingerlə, Dünya İqtisadi Forumunun təsisçisi və icraçı sədri Klaus Şvabla, Gürcüstanın Baş naziri Nika Gilaurilə, Almaniyanın "Deutıche Bank"ının Mərkəzi və Şərqi Avropa ölkələri üzrə icraçı direktoru Peter Tilslə və idarə heyətinin üzvü Yürgen Figenlə, Beynəlxalq Qızıl Xaç Komitəsinin prezidenti Yakob Kellenbergerlə, Ukrayna Prezidenti Viktor Yanukoviçlə, RWE şirkətinin baş icraçı direktoru Yurgen Qrossmanla, Pakistan İslam Respublikasının Baş naziri Sayid Yusuf Raza Gilanilə, "Holcim Group" şirkətinin idarə heyətinin sədri Markus Akermanla, "Microsoft International" şirkətinin prezidenti, "Microsoft" Korporasiyasının vitse-prezidenti Jan Kurtua ilə və "Edisson" şirkətinin baş icraçı direktoru Bruno Leskörlə görüşmüşdür.

yanvarın 27-də

…Davosda Böyük Britaniyanın York Hersoqu, şahzadə Endryu ilə görüşmüşdür.

ŞƏHƏRİN MƏRKƏZİNDƏKİ YENİ TİKİLİLƏRDƏ ALINAN EVLƏR XARİCİ VƏTƏNDAŞLARA KİRAYƏYƏ VERİLİR

27.10.07 - 9:05728 baxılıb

Nəsimi rayonu ərazisində ev alqı-satqı mərkəzində çalışan Yasin Məmmədov da hazırda əhalinin böyük bir hissəsinin yeni binalardan ev aldığını bildirir: "Son vaxtlar köhnə tikililərdə ev satanların sayı azalıb. Ona görə də müştərilərə şəhərin bütün ərazilərindəki yeni tikililərdə mənzil təklif edirik. Hazırda Nəsimi rayonu ərazisində evlərin bir kvadratmetrinin qiyməti, yerindən asılı olaraq, 900-1500 manat arasında dəyişir. Alıcılar arasında isə hər sahədə çalışan var. Mühəndisdən tutmuş iş adamına qədər. Amma yeni binalara üstünlük verənlər əsasən gənclərdir. Düzdür, biz alınan mənzillərin necə istifadə ediləcəyi ilə çox vaxt maraqlana bilmirik. Amma gənclərin çoxu həmin mənzilləri yaşamaq üçün alır. Şəhərin bir qədər mərkəzə yaxın hissəsində yeni tikililərdə olan evlər xarici vətəndaşlara ayı 200-5000 manata kirayəyə verilir.
Paytaxtın digər rayonlarında da yeni tikililərdə olan mənzillərin qiyməti o qədər də aşağı deyil. Hazırda Bakının Nərimanov rayonu ərazisində yeni hündürmərtəbəli binaların bir kvadratmetrinin qiyməti 1000 -1400 dollardır. Həmin tikililərdə isə mənzillərin çoxu əhaliyə təmirsiz və ilkin müqavilə ilə təklif edildiyi üçün əhali daha çox köhnə binalarda mənzil almağa üstünlük verir.
Ev alqı-satqı mərkəzində çalışan Elsevər Kərimovun sözlərinə görə, əhali bunu müxtəlif səbəblərlə izah edir: "Ev almaq istəyənlər bütün sənədlərin qaydasında olmasını istəyir. Yeni tikililərin əksəriyyətində Daşınmaz Əmlakın Dövlət Reystri Xidmətindən verilən şəhadətnamə (kupça) olmadığı üçün bir çox vətəndaşlar köhnə binalardan mənzil istəyir. Bunu köhnə binaların daha davamlı olması ilə izah edənlər də var. Bəziləri isə həmin mənzilləri alıb saxlayırlar. Belə adamların da çoxu köhnə binalardan ev istəyir".
Bakıda tikinti işləri ilə məşğul olan bəzi şirkətlərlə əlaqə saxlayıb, evlərin qiyməti ilə maraqlandıq. Paytaxtın mərkəzində bir neçə bina inşa edən "Kaspian servis"də qiymətlər elə də ucuz deyil. Şirkətdən bunu tikilən binaların özünəməxsus memarlıq üslübünda olması və binaların fasadında boyadan istifadə edilməməsi ilə əlaqələndirdilər. Azərbaycan prospekti 19, Bülbül prospekti 25, Vaqif prospekti 9 A, Zivərbəy Əhmədbəyov küçəsi 10, B.Sərdarov küçəsi 16, D.Əliyeva küçəsi 204 ünvanlarında ucaldılan binalarda qiymətlər sadə vətəndaşların arzuları xaricindədir. Həmin binalarda mənzillərin bir kvadratmetrinin qiyməti 1000-2000 manat arasında dəyişir. Otaqlar isə əsasən 3 və 4 otaqlı olur. Mənzillərin sahəsi isə 100-200 kvadratmetr arasındadır. Şirkətin inşa etdiyi binalarda ən ucuz mənzil Nəsimi rayonu ərazisindədır. "Semaşko" xəstəxanasının yaxınlığında inşa edilən binada mənzilin bir kvadratmetri 1200 manata satılır.
"Sunsity" şirkətinin Nərimanov prospektində inşa etdiyi binada isə qiymətlər bir qədər də bahadır. Əsasən 3 və 4 otaqlı mənzillərin olduğu binada mənzilin bir kvadrat metrinin qiyməti 3000 manatdır. Üçotaqlı mənzillər 145,7 kvadratmetr, 4 otaqlı mənzillər isə 204 kvadratmetrdir. Beləliklə, dənizə görüntüsü olan üçotaqlı mənzil almaq istəyən ən azı 437 min manat pul xərcləməlidir. Ozü də tikinti işləri başa çatmadığı üçün mənzillər ilkin müqavilə ilə satılır.
Əmlak Bazarı İştirakçıları İctimai Birliyinin mütəxəssisi Nüsrət İbrahimovun qənaətinə görə, mənzillərin qiymətində ciddi ucuzlaşma qeydə alınmayıb: "Ötən ayın əvvəllərində daşınmaz əmlak bazarında aktivlik bir qədər aşağı düşsə də, ayın sonlarına doğru vəziyyət dəyişmişdi. Oktyabrda aparılan monitorinqin nəticəsi ayın sonunda bəlli olacaq. Ancaq ilkin təhlillər göstərir ki, ev-alqı satqısının sayında əvvəlki aylarla müqayisədə ciddi azalma yoxdur. Qiymətlərdə isə ucuzlaşma olmayıb. Əksinə, tikinti sektorunda qanunsuzluqlara qarşı cəza tədbirlərinin sərtləşdirilməsi qiymətlərə təsirsiz olmayacaq. Azərbaycan reallığını nəzərə alsaq, qanunların ciddiləşməsi istər-istəməz xərc strukturunu artırır. Buna görə də, yeni dəyişikliklərin tikinti sektorunda qiymətlərə təsir edəcəyi istisna edilmir. Digər tərəfdən tikintidə tətbiq edilən yeni vergi dərəcələri də mənzillərin bahalaşmasına səbəb ola bilər. Yeni vergi dərəcələri yeni tikilən binalara şamil edilsə də, əvvəlki illərin təcrübəsi göstərir ki, bu, digər binalarda olan mənzillərin qiymətinədə təsirsiz qalmayacaq".
Son bir ay ərzində Dövlət Əmək Müfəttişliyinin apardığı yoxlamalar nəticəsində təhlükəsizlik qaydalarına əməl edilməyən 6 tikinti şirkətinin fəaliyyəti dayandırılıb. Bununla yanaşı, bu il də tikinti sektoruna xeyli investisiya yönəldilib. Dövlət Statistika Komitəsindən verilən məlumata görə, təkcə bu ilin doqquz ayı ərzində bütün maliyyə mənbələrindən tikinti sektorunda əsas kapitala 4,5 milyard manat investisiya yönəldilib. Əsas kapitala yönəldilən investisiyanın 54,5 faizini daxili sərmayələr təşkil edib.

çap üçün verisya

Axtarish sistemi

  


« February 2012
Mo Tu We Th Fr Sa Su
 12345
6789101112
13141516171819
20212223242526
272829 
Advokat

1946-cı ildə anadan olmuşam. Hazırda yaşa görə təqaüd alıram. İşlədiyim illərdə (1969-1974) Naftalan Şəhər Sovetində İdman Komitəsinin sədri vəzifəsində çalışmışam. Həmin illər dövlət qulluqçusu statusu kimi mənə sayıla bilərmi, eləcə də qulluq stajıma əsasən mənə pensiya təyin olunması mümkündürmü?

İbrahimxəlil QURBANOV,
Naftalan şəhəri.


- Sualınıza cavab olaraq bildiririk ki, Azərbaycan Respublikası Prezidentinin 01.09.2005-ci il tarixli, 290 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Əmək pensiyaları haqqında" qanuna əsasən, pensiya təyin edilməsi üçün dövlət qulluqçusunun müraciət etdiyi vaxt dövlət məvacibinin hesablandığı dövlət qulluğu vəzifəsi mövcud olmadıqda, habelə dövlət qulluqçularının vəzifələrinin "İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması Siyahısı"nda şəhər sovetinin nəzdində idman komitələri nəzərdə tutulmadığından dövlət qulluğuna edilən güzəştlər sizə şamil edilə bilməz.


© 2006-2012
Müəllif hüquqları Ulfet Qazeti-nə məxsusdur.
Dizayn NUR D şirkəti tərəfindən hazırlanıb.