Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev
yanvarın 23-də
…Rusiya Federasiyasının Soçi şəhərinə işgüzar səfərə gəlmişdir. …və Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev Soçidə, "Girand Polyana" mehmanxanasının "Qəbullar evi"ndə görüşmüş və qarşılıqlı fikir mübadiləsi aparmışlar. …və Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev Azərbaycan Respublikası Dövlət Neft Şirkəti və Rusiyanın "Qazprom-eksport" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında təbii qazın alqı-satqısına dair müqaviləyə 5 nömrəli əlavə sazişin imzalanması mərasimində iştirak etmişlər. …, Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev və Ermənistan Respublikasının Prezidenti Serj Sarkisyan Soçidə, "Girand Polyana" mehmanxanasının "Qəbullar evi"ndə birgə görüşmüş, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı məsələləri müzakirə etmişlər. …, Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev və Ermənistan Respublikasının Prezidenti Serj Sarkisyan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsinə dair danışıqların yekunlarına əsasən Birgə Bəyanat qəbul etmişlər. …Rusiya Federasiyasına işgüzar səfərini başa vuraraq həmin gün axşam Bakıya qayıtmışdır.
yanvarın 24-də
…Kür çayının suyunun daşması nəticəsində baş vermiş hadisələrin təkrar olunmaması üçün Fövqəladə Hallar Nazirliyi tərəfindən Bakıya gətirilmiş Niderland Krallığının "Damin" şirkətinin istehsal etdiyi "CSD-500" torpaqsoran qurğulara, Türkiyənin Tuzla şəhərində istehsal olunmuş yedək və təchizat gəmilərinə və tədqiqat katerinə baxış keçirmişdir.
yanvarın 25-də
…Davosda keçirilən Dünya İqtisadi Forumunda iştirak etmək üçün İsveçrəyə işgüzar səfərə gəlmişdir. …Davosda İsveçrə Konfederasiyasının Prezidenti xanım Eveline Vidner Şlümlə, İsrail Dövlətinin Prezidenti Şimon Pereslə, Avstriyanın "OMV AGE" şirkətinin baş icraçı direktoru Gerhard Roisslə və Amerika Birləşmiş Ştatlarının dövlət katibinin iqtisadiyyat, energetika və kənd təsərrüfatı məsələləri üzrə müavini Robert Hormatsla görüşmüşdür.
yanvarın 26-da
…Davosda "UBS Global" şirkətinin direktorlar şurasının sədri Kaspar Villigerlə, Avropa İttifaqının enerji məsələləri üzrə komissarı Günter Ottingerlə, Dünya İqtisadi Forumunun təsisçisi və icraçı sədri Klaus Şvabla, Gürcüstanın Baş naziri Nika Gilaurilə, Almaniyanın "Deutıche Bank"ının Mərkəzi və Şərqi Avropa ölkələri üzrə icraçı direktoru Peter Tilslə və idarə heyətinin üzvü Yürgen Figenlə, Beynəlxalq Qızıl Xaç Komitəsinin prezidenti Yakob Kellenbergerlə, Ukrayna Prezidenti Viktor Yanukoviçlə, RWE şirkətinin baş icraçı direktoru Yurgen Qrossmanla, Pakistan İslam Respublikasının Baş naziri Sayid Yusuf Raza Gilanilə, "Holcim Group" şirkətinin idarə heyətinin sədri Markus Akermanla, "Microsoft International" şirkətinin prezidenti, "Microsoft" Korporasiyasının vitse-prezidenti Jan Kurtua ilə və "Edisson" şirkətinin baş icraçı direktoru Bruno Leskörlə görüşmüşdür.
yanvarın 27-də
…Davosda Böyük Britaniyanın York Hersoqu, şahzadə Endryu ilə görüşmüşdür.
Son 2-3 ildə dünya bazarlarında qızılın qiymətində ucuzlaşma qeydə alınırdı. Xarici xəbər agentliklərinin yaydığı məlumata görə, qızılın 1 unsiyasının qiyməti 2 faiz ucuzlaşaraq 743,86 dollara bərabər olmuşdu. Ucuzlaşmanın digər qiymətli metallara da təsir göstərdiyi bildirilirdi. Belə ki, platinin 1 unsiyasının qiymətində 9 dollar, gümüşdə isə 20 sent ucuzlaşma baş vermişdi. Bu qiymət azalması Azərbaycanın qızıl bazarlarına da təsirsiz ötüşməmişdi. Paytaxın mərkəzində zinət əşyaları satılan mərkəzlərdə 1 qram qızılın qiyməti təxminən 20,86 manata bərabəridi. Artıq deyəsən bu proses əksinə davam etməkdədir. Müstəqil ekspert Qubad İbadoğlunun qənaətinə görə, qızılın qiymətinin son günlər bahalaşmasında bir tərəfdən ABŞ dollarının mövqeyinin zəifləməsi, digər tərəfdən isə avronun güclənməsi həlledici rol oynayır: "Bir neçə ilin təcrübəsi göstərir ki, dolların məzənnəsinin aşağı düşməsi neft və qızılın bahalanması ilə müşaiət olunur: "Əsas ödəniş vasitəsi dollar olan ölkələr məzənnənin aşağı düşməsində itirilən əlavə mənfəəti neft və qızılı bahalaşdırmaqla konpensasiya etməyə çalışır. Hansı ki, dünyanın ən iri neft və qızılçıxarma şirkətləri də o ölkələrdə yerləşir. Dünya birjasındakı neftin və qızılın qiymətləri iri ixraçatçı şirkətlərin istəyi ilə tənzimlənir. Məsələn, hazırda dünyada qızılçıxarma üzrə ən böyük şirkət "Gold filds"dir. Növbəti illər üçün qiymət proqnozlarını həmişə bu şirkətin ekspertləri açıqlayır. Bu onu deməyə əsas verir ki, illik gəlir və istehsal xərclərini nəzərə almaqla hansı qiymətlərin qabaqcadan təyin olunması "Gold filds" kimi bir neçə iri müəssisə rəhbərlərinin istəyindən asılıdır". Ekspert, beynəlxalq ekspertlərin proqnozlarını nəzərə alaraq, bu ilin sonunadək 1 unsiya qızılın qiymətinin 800 dollardan da artıq olmasını mümkün sayır: "Cənubi Afrika Respublikasının aparıcı ekspertləri yaxın zamanlarda dünya bazarında 1 unsiya qızılın qiymətinin 873 dollar olacağını proqnozlaşdırırlar. Hətta, növbəti iki il ərzində dünya bazarında 1 unsiya qızılın qiymətinin 1200 dollara çatacağı istisna olunmur. Eləcə neftin də bir barelinin 100 dollara satılacağını gözləməyə dəyər".
GƏDƏBƏYDƏKİ QIZIL YATAĞINDA TƏQRİBƏN 1 MİLYARD DOLLARLIQ QIZIL EHTİYATI AŞKAR OLUNUB
Dünya qızıl bazarında gedən bahalaşmanın Azərbaycanda bir o qədər də qabarıq hiss edilməməsini daha çox subyektiv amillərlə əlaqələndirirlər. Məsələyə münasibət bildirən Tacirlər Birliyinin sədri Sevgim Rəhmanov dünya bazarında ümumi bahalaşmadan istifadə edən yerli işbazların satışa saxta qızıl çıxarmağa cəhd etdiklərini söyləyir: "Ola bilsin ki, bu hal paytaxtda az müşahidə edilsin. Amma əyalət bazarlarında saxtalaşdırılmış qızılın satışı adi hal olub. Bu hal istər-istəməz qiymətlərə təsir göstərdi. Başqa sözlə, çox vaxt alıcı saxta qızılı həqiqi qızıldan seçə bilmir. Qiymətlərdəki kiçik fərq belə alıcını nisbətən ucuz mal almağa sövq edir". Ölkəmizin qızıl yataqlarının kəşfiyyatı ilə məşğul olan Amerikanın "RV investment qrup" şirkətinin rəhbəri Rza Vəzirinin qənaətinə görə, qızıl bazarlarını istər saxta mallardan təmizləmək, istərsə də qiymətlərdə stabilləşmə yaratmaq mümkündür: "Yeni qızıl emal müəssisənin inşası buna imkan verəcək. Apardığımız kəşfiyyat işləri nəticəsində Gədəbəydəki qızıl yatağında təqribən 1 milyard dollarlıq qızıl ehtiyatı aşkar olunub. Bu, hardasa 1,2 milyon unsiyaya bərabər qızıl deməkdir. Bura Daşkəsən və başqa ərazilərdəki mövcud qızıl, mis ehtiyatlarını da əlavə etsək, onda bu haqda optimist düşünməyə əsasımız var. Əgər ilin sonuna kimi hasilat işinə başlasaq və müəssisəni istifadəyə versək bazarı saf, təmiz yerli məhsulla təmin edə bilərik".
1946-cı ildə anadan olmuşam. Hazırda yaşa görə təqaüd alıram. İşlədiyim illərdə (1969-1974) Naftalan Şəhər Sovetində İdman Komitəsinin sədri vəzifəsində çalışmışam. Həmin illər dövlət qulluqçusu statusu kimi mənə sayıla bilərmi, eləcə də qulluq stajıma əsasən mənə pensiya təyin olunması mümkündürmü?
İbrahimxəlil QURBANOV, Naftalan şəhəri.
- Sualınıza cavab olaraq bildiririk ki, Azərbaycan Respublikası Prezidentinin 01.09.2005-ci il tarixli, 290 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Əmək pensiyaları haqqında" qanuna əsasən, pensiya təyin edilməsi üçün dövlət qulluqçusunun müraciət etdiyi vaxt dövlət məvacibinin hesablandığı dövlət qulluğu vəzifəsi mövcud olmadıqda, habelə dövlət qulluqçularının vəzifələrinin "İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması Siyahısı"nda şəhər sovetinin nəzdində idman komitələri nəzərdə tutulmadığından dövlət qulluğuna edilən güzəştlər sizə şamil edilə bilməz.