Rəsmi

Azərbaycan
Respublikasının
Prezidenti İlham Əliyev

yanvarın 23-də

…Rusiya Federasiyasının Soçi şəhərinə işgüzar səfərə gəlmişdir.
…və Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev Soçidə, "Girand Polyana" mehmanxanasının "Qəbullar evi"ndə görüşmüş və qarşılıqlı fikir mübadiləsi aparmışlar.
…və Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev Azərbaycan Respublikası Dövlət Neft Şirkəti və Rusiyanın "Qazprom-eksport" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında təbii qazın alqı-satqısına dair müqaviləyə 5 nömrəli əlavə sazişin imzalanması mərasimində iştirak etmişlər.
…, Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev və Ermənistan Respublikasının Prezidenti Serj Sarkisyan Soçidə, "Girand Polyana" mehmanxanasının "Qəbullar evi"ndə birgə görüşmüş, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı məsələləri müzakirə etmişlər.
…, Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev və Ermənistan Respublikasının Prezidenti Serj Sarkisyan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsinə dair danışıqların yekunlarına əsasən Birgə Bəyanat qəbul etmişlər.
…Rusiya Federasiyasına işgüzar səfərini başa vuraraq həmin gün axşam Bakıya qayıtmışdır.

yanvarın 24-də

…Kür çayının suyunun daşması nəticəsində baş vermiş hadisələrin təkrar olunmaması üçün Fövqəladə Hallar Nazirliyi tərəfindən Bakıya gətirilmiş Niderland Krallığının "Damin" şirkətinin istehsal etdiyi "CSD-500" torpaqsoran qurğulara, Türkiyənin Tuzla şəhərində istehsal olunmuş yedək və təchizat gəmilərinə və tədqiqat katerinə baxış keçirmişdir.

yanvarın 25-də

…Davosda keçirilən Dünya İqtisadi Forumunda iştirak etmək üçün İsveçrəyə işgüzar səfərə gəlmişdir.
…Davosda İsveçrə Konfederasiyasının Prezidenti xanım Eveline Vidner Şlümlə, İsrail Dövlətinin Prezidenti Şimon Pereslə, Avstriyanın "OMV AGE" şirkətinin baş icraçı direktoru Gerhard Roisslə və Amerika Birləşmiş Ştatlarının dövlət katibinin iqtisadiyyat, energetika və kənd təsərrüfatı məsələləri üzrə müavini Robert Hormatsla görüşmüşdür.

yanvarın 26-da

…Davosda "UBS Global" şirkətinin direktorlar şurasının sədri Kaspar Villigerlə, Avropa İttifaqının enerji məsələləri üzrə komissarı Günter Ottingerlə, Dünya İqtisadi Forumunun təsisçisi və icraçı sədri Klaus Şvabla, Gürcüstanın Baş naziri Nika Gilaurilə, Almaniyanın "Deutıche Bank"ının Mərkəzi və Şərqi Avropa ölkələri üzrə icraçı direktoru Peter Tilslə və idarə heyətinin üzvü Yürgen Figenlə, Beynəlxalq Qızıl Xaç Komitəsinin prezidenti Yakob Kellenbergerlə, Ukrayna Prezidenti Viktor Yanukoviçlə, RWE şirkətinin baş icraçı direktoru Yurgen Qrossmanla, Pakistan İslam Respublikasının Baş naziri Sayid Yusuf Raza Gilanilə, "Holcim Group" şirkətinin idarə heyətinin sədri Markus Akermanla, "Microsoft International" şirkətinin prezidenti, "Microsoft" Korporasiyasının vitse-prezidenti Jan Kurtua ilə və "Edisson" şirkətinin baş icraçı direktoru Bruno Leskörlə görüşmüşdür.

yanvarın 27-də

…Davosda Böyük Britaniyanın York Hersoqu, şahzadə Endryu ilə görüşmüşdür.

PAYTAXT KÜÇƏLƏRİ GECƏLƏR TƏHLÜKƏ MƏNBƏYİDİR

03.11.07 - 9:05530 baxılıb

İNKİŞAF ETMİŞ ÖLKƏLƏRDƏ "LYUK"LARIN AĞIR ÇƏKİLİ METAL QAPAQLARI YÜNGÜL DƏMİR TORLARLA ƏVƏZ OLUNUR

Kanalizasiya "lyuk"larının qapaqlarının olmaması, nəqliyyat vasitələrinin həmin boşluqlara düşməsi artıq paytaxtda adi hala çevrilib. Vəziyyət gecə saatlarında daha təhlükəli olur. Xüsusilə işıqların tez-tez söndürüldüyü mərkəzdənkənar ərazilərdə bu qapaqsız kanalizasiya quyuları insanlar üçün potensial şikəstlik mənbəyidir.
Bakı Şəhər İcra Hakimiyyətindən bildirdilər ki, əvvəllər lyuklara onlar nəzarət edirdilər Xeyli müddətdir ki, bu vəzifə "Azərsu" Səhmdar Cəmiyətinə həvalə edilir. Bakı Şəhər Baş Kanalizasiya İdarəsində isə dedilər ki, qapaq məsələsinə baxmırıq. Lyuların istismar müddəti başa çatarsa və ya borularla bağlı hər hansı problem yaranarsa idarəmizə müraciət edilə bilər. Təmir işləri başa çatdıqdan sonra əgər qapaq varsa, onu götürüb yerinə qoyuruq. Əgər yoxdursa, artıq buna görə məsuliyyət daşımırıq.
Ekspert Fuad Cəfərli isə hazırda quraşdırılan qapaqların əksəriyyətinin standartlara cavab vermədiyini bildirdi: "İnkişaf etmiş ölkələrdə artıq ağır çəkili metal qapaqlar yüngül dəmir torlarla əvəz olunub. Bu torlar eyni zamanda yağış sularının yığılmasının da qarşısını alır. Dəmir torlar həm də məişət tullantılarının borularda tıxacların yaranmasının qarşısını almağa xidmət edir. Bununla yanaşı, qapaqların tərpənməməsi üçün dəmir torlar qıfılla bağlanır. Dünya praktikasına nəzər salsaq, təmir, tikinti işləri aparılan və ya əhali üçün təhlükəli olan ərazilərdə "qadağan" bildirən xüsusi işəralər qoyulur. İnkişaf etmiş ölkələrdə belə ərazilərdə hətta səsli qurğulardan da istifadə edilir. Ona görə "lyuk"ların olmadığı yerlərdə nəqliyyat vasitələrinin və əhalinin təhlükəsizliyinin təmin edilməsi məqsədi ilə ən azından işarələrin qoyulması önəmlidir. Bunu müvafiq qurumlar Dövlət Yol Polisi ilə əməkdaşlıq çərçivəsində reallaşdıra bilərlər. Ən azından həmin ərazidə rəngli işarələrin qoyulmasına ehtiyac duyulur".
Düşünürük ki, müvafiq qurumlar bu sahədə olan neqativ halların qarşısını almaqla ilk olaraq öz təhlükəsizliklərini də təmin etmiş olacaqlar. Çünki ən azından onlar da paytaxt küçələrindən istifadə edirlər.

çap üçün verisya

Axtarish sistemi

  


« February 2012
Mo Tu We Th Fr Sa Su
 12345
6789101112
13141516171819
20212223242526
272829 
Advokat

1946-cı ildə anadan olmuşam. Hazırda yaşa görə təqaüd alıram. İşlədiyim illərdə (1969-1974) Naftalan Şəhər Sovetində İdman Komitəsinin sədri vəzifəsində çalışmışam. Həmin illər dövlət qulluqçusu statusu kimi mənə sayıla bilərmi, eləcə də qulluq stajıma əsasən mənə pensiya təyin olunması mümkündürmü?

İbrahimxəlil QURBANOV,
Naftalan şəhəri.


- Sualınıza cavab olaraq bildiririk ki, Azərbaycan Respublikası Prezidentinin 01.09.2005-ci il tarixli, 290 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Əmək pensiyaları haqqında" qanuna əsasən, pensiya təyin edilməsi üçün dövlət qulluqçusunun müraciət etdiyi vaxt dövlət məvacibinin hesablandığı dövlət qulluğu vəzifəsi mövcud olmadıqda, habelə dövlət qulluqçularının vəzifələrinin "İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması Siyahısı"nda şəhər sovetinin nəzdində idman komitələri nəzərdə tutulmadığından dövlət qulluğuna edilən güzəştlər sizə şamil edilə bilməz.


© 2006-2012
Müəllif hüquqları Ulfet Qazeti-nə məxsusdur.
Dizayn NUR D şirkəti tərəfindən hazırlanıb.