Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev
yanvarın 23-də
…Rusiya Federasiyasının Soçi şəhərinə işgüzar səfərə gəlmişdir. …və Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev Soçidə, "Girand Polyana" mehmanxanasının "Qəbullar evi"ndə görüşmüş və qarşılıqlı fikir mübadiləsi aparmışlar. …və Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev Azərbaycan Respublikası Dövlət Neft Şirkəti və Rusiyanın "Qazprom-eksport" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında təbii qazın alqı-satqısına dair müqaviləyə 5 nömrəli əlavə sazişin imzalanması mərasimində iştirak etmişlər. …, Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev və Ermənistan Respublikasının Prezidenti Serj Sarkisyan Soçidə, "Girand Polyana" mehmanxanasının "Qəbullar evi"ndə birgə görüşmüş, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı məsələləri müzakirə etmişlər. …, Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev və Ermənistan Respublikasının Prezidenti Serj Sarkisyan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsinə dair danışıqların yekunlarına əsasən Birgə Bəyanat qəbul etmişlər. …Rusiya Federasiyasına işgüzar səfərini başa vuraraq həmin gün axşam Bakıya qayıtmışdır.
yanvarın 24-də
…Kür çayının suyunun daşması nəticəsində baş vermiş hadisələrin təkrar olunmaması üçün Fövqəladə Hallar Nazirliyi tərəfindən Bakıya gətirilmiş Niderland Krallığının "Damin" şirkətinin istehsal etdiyi "CSD-500" torpaqsoran qurğulara, Türkiyənin Tuzla şəhərində istehsal olunmuş yedək və təchizat gəmilərinə və tədqiqat katerinə baxış keçirmişdir.
yanvarın 25-də
…Davosda keçirilən Dünya İqtisadi Forumunda iştirak etmək üçün İsveçrəyə işgüzar səfərə gəlmişdir. …Davosda İsveçrə Konfederasiyasının Prezidenti xanım Eveline Vidner Şlümlə, İsrail Dövlətinin Prezidenti Şimon Pereslə, Avstriyanın "OMV AGE" şirkətinin baş icraçı direktoru Gerhard Roisslə və Amerika Birləşmiş Ştatlarının dövlət katibinin iqtisadiyyat, energetika və kənd təsərrüfatı məsələləri üzrə müavini Robert Hormatsla görüşmüşdür.
yanvarın 26-da
…Davosda "UBS Global" şirkətinin direktorlar şurasının sədri Kaspar Villigerlə, Avropa İttifaqının enerji məsələləri üzrə komissarı Günter Ottingerlə, Dünya İqtisadi Forumunun təsisçisi və icraçı sədri Klaus Şvabla, Gürcüstanın Baş naziri Nika Gilaurilə, Almaniyanın "Deutıche Bank"ının Mərkəzi və Şərqi Avropa ölkələri üzrə icraçı direktoru Peter Tilslə və idarə heyətinin üzvü Yürgen Figenlə, Beynəlxalq Qızıl Xaç Komitəsinin prezidenti Yakob Kellenbergerlə, Ukrayna Prezidenti Viktor Yanukoviçlə, RWE şirkətinin baş icraçı direktoru Yurgen Qrossmanla, Pakistan İslam Respublikasının Baş naziri Sayid Yusuf Raza Gilanilə, "Holcim Group" şirkətinin idarə heyətinin sədri Markus Akermanla, "Microsoft International" şirkətinin prezidenti, "Microsoft" Korporasiyasının vitse-prezidenti Jan Kurtua ilə və "Edisson" şirkətinin baş icraçı direktoru Bruno Leskörlə görüşmüşdür.
yanvarın 27-də
…Davosda Böyük Britaniyanın York Hersoqu, şahzadə Endryu ilə görüşmüşdür.
AYDIN MİRZƏZADƏ: "FONDA VƏSAİTİN AZ KEÇİRİLMƏSİ CƏMİYYƏTİN SİLAHLI QÜVVƏLƏRƏ MÜNASİBƏTİ DEMƏK DEYİL"
ELDƏNİZ QULİYEV: "VƏTƏNPƏRVƏRLİK DUYĞUSUNUN AŞILANMASI SAHƏSİNDƏ İŞLƏR HAZIRDA ÇOX AŞAĞI SƏVİYYƏDƏDİR"
Beş il əvvəl Azərbaycanda Silahlı Qüvvələrə Yardım Fondu yaradıldı. Mərhum Prezident Heydər Əliyevin 17 avqust 2002-ci il tarixli sərəncamı ilə yaradılan Silahlı Qüvvələrə Yardım Fondunun əsasnaməsinə görə, fonda toplanan vəsait Silahlı Qüvvələrin maddi-texniki bazasının inkişafı, hərbi təyinatlı məmulatların hazırlanması, hərbi texnika, silah və döyüş sursatı alınması, hərbi kadrların hazırlanmasında istifadə edilə bilərdi. Lakin indiyədək fonda toplanan vəsaitdən istifadə edilməyib. Maraqlıdır, həmin fondun yaranmasından keçən 5 il müddətində bu hesaba nə qədər vəsait köçürülüb? Fonddan aldığımız məlumata görə, Beynəlxalq Bankın Binəqədi rayon filialında manat, dollar, avro və rus rublu ilə açılan hesablara ötən müddət ərzində elə də böyük məbləğ toplanmayıb. Fondun yaranmasından 5 il ötməsinə baxmayaraq, bu günədək Silahlı Qüvvələrə Yardım Fondunun milli valyuta ilə açılan hesabına cəmi 3 milyon 317 min manat vəsait toplanıb. ABŞ dolları ilə açılan hesaba isə 75 min 198 dollar köçürülüb. Bu il fondun manatla açılan hesabına vəsait cəmi 466 min manat, ABŞ dolları ilə açılan hesaba daxil olan vəsait isə 5 998 dollar artıb. Yəqin hamı razılaşar ki, paytaxtın küçələrində şütüyən 100 min dollarla qiyməti olan avtomobillər, milyonlarla dollar qiyməti olan və yağışdan sonra artan göbələklər kimi gündən-günə çoxalan villaların yanında bu çox kiçik məbləğdir. Acınacaqlı məqamlardan biri də odur ki, hazırda Macarıstanda cəza çəkən Azərbaycan ordusunun zabiti Ramil Səfərovun adına açılan hesabda bir manat da olsun pul yoxdur. Ramil Səfərovun atası Sahib Səfərovun sözlərinə görə, oğlunun adına açılan hesaba heç bir vəsait köçürülməyib. Bu da Azərbaycan bayrağını təhqir edən erməni zabitini öldürdüyünə görə ömürlük həbs cəzası alan bir zabitə münasibətimiz. Düzdür, Ramil Səfərovun bu hərəkətini qəhrəmanlıq kimi təqdim etmək niyyətindən uzağıq. Amma nəzərə almaq lazımdır ki, hələ uşaq yaşlarında doğulduğu torpağın ermənilər tərəfindən işğal edilməsi, onlarla yaxınlarının, yüzlərlə soydaşlarının ermənilər tərəfindən öldürülməsinin canlı şahidi olması Ramil Səfərovun yaddaşında öz izini qoymuşdu. Vətənə olan dərin sevgisi və xalqının başına gətirilən bu əzablara son qoymaq ümidi ilə hərbçi olmağa qərar verən Azərbaycan zabiti bayrağının təhqir olunmasına başqa reaksiya verə bilməzdi. Həmin zabitin adına açılan hesaba köçürülən vəsait isə bizlərin öz müdafiəçilərimizə olan münasibətimizin təcəssümü deyilmi?
Ziyalılar Hərəkatının sədri Eldəniz Quliyev Silahlı Qüvvələrə Yardım Fonduna 5 il ərzində cüzi miqdarda pul köçürülməsini vətənpərvərlik hissinin kifayət qədər təbliğ olunmaması ilə izah edir: "Vətənpərvərlik duyğusunun aşılanması sahəsində işlər hazırda da çox aşağı səviyyədədir. Azərbaycanda vahid ideologiyanın irəli sürülməsinə ehtiyac var. Hamı vətənsevərlik ideologiyası ətrafında birləşməlidir. Bu ideologiyanın təbliğində dövlətin üzərinə böyük məsuliyyət düşür. Türkiyədə Vətənə olan münasibət, şəhidlərə münasibət qibtəediləcək səviyyədədir. Azərbaycanda bu münasibətin formalaşması üçün milli ideologiyaya baxışı kardinal surətdə dəyişmək lazımdır. Bu gün bir çox mətbuat orqanlarında daha çox düşmənə nifrət hissi təbliğ olunur. Halbuki bunun əvəzində Vətənə, torpağa məhəbbət hissi təbliğ olunmalıdır. Nədənsə unudulub ki, nifrət keçici, məhəbbət isə əbədi hissdir. Silahlı Qüvvələrə Yardım Fonduna indiyədək toplanan vəsait isə ancaq kasıb insanların köçürdüyü vəsaitdir. Sadə insanlarda olan Vətən sevgisini heç bir vasitə ilə silmək olmaz". Millət vəkili Aydın Mirzəzadə isə məsələyə fərqli konteksdən yanaşır. Millət vəkilinin sözlərinə görə, həmin fonda vəsaitin az toplanması vətəndaşların orduya münasibətinin göstəricisi kimi başa düşülməməlidir: "Hazırda Azərbaycan dövləti Silahlı Qüvvələrinin problemlərini tam həll etmək iqtidarındadır. Belə fondlar isə daha çox o ölkələrdə təbliğ edilir ki, dövlətin maddi imkanı Silahlı Qüvvələrin saxlanmasına imkan vermir. Dövlət hərbi büdcəsinə yardım üçün belə fondlara və cəmiyyətin köməyinə ehtiyac duyulur. Azərbaycanda da Silahlı Qüvvələrə Yardım Fondu hərbi büdcənin 100-200 milyon dollar olduğu vaxtlarda yaradılmışdı. Hazırda isə orduya kənar yardımlara ehtiyac duyulmur. Buna görə də fonda vəsaitin az keçirilməsi cəmiyyətin Silahlı Qüvvələrə münasibəti demək deyil. Bu gün dövlətin bir çağırışı kifayətdir ki, hər bir vətəndaş bütün imkanlarını orduya, ölkənin hərbi qüdrətinin artmasına yönəltsin. Amma bu gün dövlət xətti ilə hərbi sferaya kifayət qədər vəsait yönəldilməsi imkan verir ki, ordunun bütün problemləri həll edilsin. Dövlət özü də abstrakt anlayış deyil. Dövlət cəmiyyətin bütün resurslarının bir yerə toplanmasıdır. Əsas məqsəd o olmalıdır ki, problem həll edilsin". Vətənpərvərliyi tərifləmək mənasıda yox, yaxşı örnək göstərməklə təbliğ etmək daha düzgün olardı. Lakin nədənsə elə bil getdikcə insanlar dünyada ən ali hiss olan Vətənə, torpağa sevgi hissini unudur. Əslində bu bir qədər xırda məsələ kimi görünsə də, burada çox böyük mətləblər var. Çox da uzağa getməyək. Axı yarım əsr bundan əvvəl Böyük Vətən müharibəsi illərində baba və nənələrimiz özlərinin sonuncu manatını belə fondlara köçürərdi. "Hər şey cəbhə üçün, hər şey qələbə üçün!" şüarı onları daim düşündürərdi. Başqa şeyə imkanı çatmayanlar evlərindəki samovarı, bir qədər qiyməti olan digər ev əşyalarını həmin fondlara verərdi. Sanki insanlar qələbə gününü yaxınlaşdırmağa daha çox kömək etmək naminə yarışa girmişdilər. Bəs indi? İnsanların həyat devizi, Vətənə münasibəti nədən dəyişib? Niyə bugünkü gənclər daha bahalı maşınlar sürmək uğrunda az qala savaşa çıxdığı halda, mindikləri avtomobillərin qiymətinin mində biri qədər bu fondlara pul köçürmür? Düzdür, hazırda Azərbaycan dövləti öz ordusunun bütün problemlərini həll etmək iqtidarındadır. Dövlətimiz hərbi sahəyə kifayət qədər vəsait ayırır. Hərbi sahəyə ayrılan vəsaitin ildən-ilə artması bunun bariz göstəricisidir. Bəlkə də çoxları fikirləşir ki, dövlətin imkanının ildən-ilə artdığı bir vaxtda mənim köçürəcəyim 5-10 manat nəyə lazımdır. Axı bu həm də bizim vətəndaşlıq mövqeyimizin göstəricisidir. Niyə hərdən özümüzə sual verməyək ki, "mən bu Vətən üçün nə etmişəm?".
1946-cı ildə anadan olmuşam. Hazırda yaşa görə təqaüd alıram. İşlədiyim illərdə (1969-1974) Naftalan Şəhər Sovetində İdman Komitəsinin sədri vəzifəsində çalışmışam. Həmin illər dövlət qulluqçusu statusu kimi mənə sayıla bilərmi, eləcə də qulluq stajıma əsasən mənə pensiya təyin olunması mümkündürmü?
İbrahimxəlil QURBANOV, Naftalan şəhəri.
- Sualınıza cavab olaraq bildiririk ki, Azərbaycan Respublikası Prezidentinin 01.09.2005-ci il tarixli, 290 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Əmək pensiyaları haqqında" qanuna əsasən, pensiya təyin edilməsi üçün dövlət qulluqçusunun müraciət etdiyi vaxt dövlət məvacibinin hesablandığı dövlət qulluğu vəzifəsi mövcud olmadıqda, habelə dövlət qulluqçularının vəzifələrinin "İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması Siyahısı"nda şəhər sovetinin nəzdində idman komitələri nəzərdə tutulmadığından dövlət qulluğuna edilən güzəştlər sizə şamil edilə bilməz.