Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev
yanvarın 23-də
…Rusiya Federasiyasının Soçi şəhərinə işgüzar səfərə gəlmişdir. …və Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev Soçidə, "Girand Polyana" mehmanxanasının "Qəbullar evi"ndə görüşmüş və qarşılıqlı fikir mübadiləsi aparmışlar. …və Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev Azərbaycan Respublikası Dövlət Neft Şirkəti və Rusiyanın "Qazprom-eksport" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında təbii qazın alqı-satqısına dair müqaviləyə 5 nömrəli əlavə sazişin imzalanması mərasimində iştirak etmişlər. …, Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev və Ermənistan Respublikasının Prezidenti Serj Sarkisyan Soçidə, "Girand Polyana" mehmanxanasının "Qəbullar evi"ndə birgə görüşmüş, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı məsələləri müzakirə etmişlər. …, Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev və Ermənistan Respublikasının Prezidenti Serj Sarkisyan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsinə dair danışıqların yekunlarına əsasən Birgə Bəyanat qəbul etmişlər. …Rusiya Federasiyasına işgüzar səfərini başa vuraraq həmin gün axşam Bakıya qayıtmışdır.
yanvarın 24-də
…Kür çayının suyunun daşması nəticəsində baş vermiş hadisələrin təkrar olunmaması üçün Fövqəladə Hallar Nazirliyi tərəfindən Bakıya gətirilmiş Niderland Krallığının "Damin" şirkətinin istehsal etdiyi "CSD-500" torpaqsoran qurğulara, Türkiyənin Tuzla şəhərində istehsal olunmuş yedək və təchizat gəmilərinə və tədqiqat katerinə baxış keçirmişdir.
yanvarın 25-də
…Davosda keçirilən Dünya İqtisadi Forumunda iştirak etmək üçün İsveçrəyə işgüzar səfərə gəlmişdir. …Davosda İsveçrə Konfederasiyasının Prezidenti xanım Eveline Vidner Şlümlə, İsrail Dövlətinin Prezidenti Şimon Pereslə, Avstriyanın "OMV AGE" şirkətinin baş icraçı direktoru Gerhard Roisslə və Amerika Birləşmiş Ştatlarının dövlət katibinin iqtisadiyyat, energetika və kənd təsərrüfatı məsələləri üzrə müavini Robert Hormatsla görüşmüşdür.
yanvarın 26-da
…Davosda "UBS Global" şirkətinin direktorlar şurasının sədri Kaspar Villigerlə, Avropa İttifaqının enerji məsələləri üzrə komissarı Günter Ottingerlə, Dünya İqtisadi Forumunun təsisçisi və icraçı sədri Klaus Şvabla, Gürcüstanın Baş naziri Nika Gilaurilə, Almaniyanın "Deutıche Bank"ının Mərkəzi və Şərqi Avropa ölkələri üzrə icraçı direktoru Peter Tilslə və idarə heyətinin üzvü Yürgen Figenlə, Beynəlxalq Qızıl Xaç Komitəsinin prezidenti Yakob Kellenbergerlə, Ukrayna Prezidenti Viktor Yanukoviçlə, RWE şirkətinin baş icraçı direktoru Yurgen Qrossmanla, Pakistan İslam Respublikasının Baş naziri Sayid Yusuf Raza Gilanilə, "Holcim Group" şirkətinin idarə heyətinin sədri Markus Akermanla, "Microsoft International" şirkətinin prezidenti, "Microsoft" Korporasiyasının vitse-prezidenti Jan Kurtua ilə və "Edisson" şirkətinin baş icraçı direktoru Bruno Leskörlə görüşmüşdür.
yanvarın 27-də
…Davosda Böyük Britaniyanın York Hersoqu, şahzadə Endryu ilə görüşmüşdür.
QIŞ MÖVSÜMÜNDƏ 2050 BİNAYA İSTİLİK VERMƏK MÜMKÜN OLACAQ
Qış mövsümünün başlanması ilə əhalinin problemləri bir qədər də artır. Əsasən də paytaxtın istiliklə təminatında problemlər özünü göstərir. Bu günədək bu istiqamətdə müəyyən işlər görülsə də, paytaxtın istilik təminatı problemini tam həll etmək üçün yetərli sayılmır. Maraqlıdır, bu qış mövsümündə paytaxt əhalisinin istiliklə təminatı hansı səviyyədədir? Məsələyə münasibət bildirən "Azəristiliktəchizat" Açıq Səhmdar Cəmiyyətinin şöbə rəisi Rafiq Əliyev cari ildə bu istiqamətdə xeyli iş görüldüyünü bildirdi: "Cari ildə 107 məktəb, 53 uşaq bağçası, 44 səhiyyə obyektində istilik təchizatındakı problemlərinin aradan qaldırılması istiqamətində tədbirlər nəzərdə tutulurdu. Bu günədək Bakı şəhərində 53 məktəbin daxili istilik sistemləri əsaslı təmir edilib. 17 məktəb üçün yeni qazanxana tikilib, daxili istilik şəbəkəsi isə bərpa olunub. 18 məktəbin qazanxana sistemləri modernləşdirilib. Yəni köhnələr sökülüb, yerində müasir formada qazanxana tikilib və ən müasir avadanlıqlarla təchiz edilib. 3 məktəbin də yalnız istismar müddətini başa vurmuş daxili istilik təchizatı yenidən qurulub. Onların istilik mənbəyi köhnə olmaqla zirzəmidə yerləşən qazanxana olduğundan əvvəlki sistem ləğv edilərək, birbaşa "Azəristiliktəchizat"ın yaxınlığındakı istilik mənbəyinə qoşulub. 16 məktəb üçün də yeni qazanxananın bərpası 3-5 günə tamamlanacaq. Ümumiyyətlə, ötən dövrdə Bakıda yerləşən 333 məktəbdən 148-i, hansı ki, istilik mənbəyi bizdədir, onların hamısı bu il fasiləsiz istiliklə təmin edilib. Qalanları da "Azəristiliktəchizat"ın investisiya proqramına düşdüyündən, onların da təmiri növbəti ildə baş tutacaq. Bir çox məktəb vardır ki, onların istilik təminatı Təhsil Nazirliyinə aiddir. Proqramda nəzərdə tutulan 44 səhiyyə obyektindən 17-də daxili istilik, su təchizatı sistemləri bərpa olunub. 3 səhiyyə müəssisəsi üçün yeni qazanxana tikilib. 7 səhiyyə obyektində qazanxana modernləşdirilib. Və onların hamısında daxili istilik qurğuları əsaslı təmir edilib. 2 səhiyyə obyektində isə daxili sistem bərpa olunaraq, "Azəristilik"in mənbəyinə qoşulub. Uşaq bağçalarında görülən analoji tədbirlərə gəlincə, onların 37-nin istilik təchizatı tam bərpa edilib. Bunlar ötən mövsümlərdə istilik almayan obyektlərdir". Mütəxəssisin sözlərinə görə, yaşayış obyektlərinin qışa hazırlığı ilə əlaqədar 6 qazanxana, 5 istilik məntəqəsi cəmiyyətin daxili vəsaitləri hesabına əsaslı təmir edilib: "58 qazanxana mexaniki və kimyəvi üsulla təmizlənib. 206 nəzarət cihazı, 258 nasos avadanlığı, 34 elektrik mühərriki əsaslı təmir edilib. 5745 siyirtmə, 56934 paqon metr magistral və məhəllədaxili istilik xətləri əsaslı və cari təmir edilib. 48 nasos, 705 siyirtmə yenisilə əvəzlənib. Həyata keçirilən tədbirlər nəticəsində ötən il "Azəristilik" tərəfindən Bakıda 1750 yaşayış binası istiliklə təchiz edilib. Bu il əlavə olaraq 300 binanın istilik mənbəyi yaradılıb. Qış mövsümündə onların tam istiliklə təmin edilməsi planlaşdırılıb". Bakının istilik təchizatının tam yaxşılaşdırılması məsələsinə münasibət bildirən R.Əliyev paytaxtdakı 3180 binadan 2050-nə istilik vermək mümkün olacağını bildirdi: "Qalan binalardan 154-nün istilik sistemləri tavan və döşəmədə yerləşib. Onlar sıradan çıxıbdır. Təmir etmək üçünsə camaatın yaşayış mənzilinə ziyan vurmaq olmaz. Bərpası üçün yeni istilik sistemləri yaradılmalıdır. Eyni zamanda şəhərin mərkəzində bir çox tarixi, arxitektur yaşayış binaları vardır ki, onlar üçün də yeni istilik mənbəyinin yaradılması müəyyən problem yaradır. Hansı ki, həmin binalar mənzil-istismar sahələrinin tabeçiliyində olarkən qazanxanaları yerləşən ərazilər özəlləşib. Həmin əraziyə daxil olub qazanxana quraşdırılmasına icazə verilmir. Başqa yerdə də qazanxana tikintisi üçün yer yoxdur. Hardasa belə binaların sayı 450-yə yaxındır. Ümumilikdə 600-dən bir qədər artıq binada bu günün özündə istilik sistemlərini bərpa etmək mümkün deyil". Qeyd edək ki, "Azəristiliktəchizat"a məxsus qazanxanalar əsasən maye qazla işləyir. Ötən 9 aya hardasa 42 min 872 kubmetr qaz işlənib. Hazırda istiliklə təchizata görə hər kvadratmetr yaşayış sahəsi üçün 5 qəpik ödənilir.
1946-cı ildə anadan olmuşam. Hazırda yaşa görə təqaüd alıram. İşlədiyim illərdə (1969-1974) Naftalan Şəhər Sovetində İdman Komitəsinin sədri vəzifəsində çalışmışam. Həmin illər dövlət qulluqçusu statusu kimi mənə sayıla bilərmi, eləcə də qulluq stajıma əsasən mənə pensiya təyin olunması mümkündürmü?
İbrahimxəlil QURBANOV, Naftalan şəhəri.
- Sualınıza cavab olaraq bildiririk ki, Azərbaycan Respublikası Prezidentinin 01.09.2005-ci il tarixli, 290 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Əmək pensiyaları haqqında" qanuna əsasən, pensiya təyin edilməsi üçün dövlət qulluqçusunun müraciət etdiyi vaxt dövlət məvacibinin hesablandığı dövlət qulluğu vəzifəsi mövcud olmadıqda, habelə dövlət qulluqçularının vəzifələrinin "İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması Siyahısı"nda şəhər sovetinin nəzdində idman komitələri nəzərdə tutulmadığından dövlət qulluğuna edilən güzəştlər sizə şamil edilə bilməz.