Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev
yanvarın 23-də
…Rusiya Federasiyasının Soçi şəhərinə işgüzar səfərə gəlmişdir. …və Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev Soçidə, "Girand Polyana" mehmanxanasının "Qəbullar evi"ndə görüşmüş və qarşılıqlı fikir mübadiləsi aparmışlar. …və Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev Azərbaycan Respublikası Dövlət Neft Şirkəti və Rusiyanın "Qazprom-eksport" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında təbii qazın alqı-satqısına dair müqaviləyə 5 nömrəli əlavə sazişin imzalanması mərasimində iştirak etmişlər. …, Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev və Ermənistan Respublikasının Prezidenti Serj Sarkisyan Soçidə, "Girand Polyana" mehmanxanasının "Qəbullar evi"ndə birgə görüşmüş, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı məsələləri müzakirə etmişlər. …, Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev və Ermənistan Respublikasının Prezidenti Serj Sarkisyan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsinə dair danışıqların yekunlarına əsasən Birgə Bəyanat qəbul etmişlər. …Rusiya Federasiyasına işgüzar səfərini başa vuraraq həmin gün axşam Bakıya qayıtmışdır.
yanvarın 24-də
…Kür çayının suyunun daşması nəticəsində baş vermiş hadisələrin təkrar olunmaması üçün Fövqəladə Hallar Nazirliyi tərəfindən Bakıya gətirilmiş Niderland Krallığının "Damin" şirkətinin istehsal etdiyi "CSD-500" torpaqsoran qurğulara, Türkiyənin Tuzla şəhərində istehsal olunmuş yedək və təchizat gəmilərinə və tədqiqat katerinə baxış keçirmişdir.
yanvarın 25-də
…Davosda keçirilən Dünya İqtisadi Forumunda iştirak etmək üçün İsveçrəyə işgüzar səfərə gəlmişdir. …Davosda İsveçrə Konfederasiyasının Prezidenti xanım Eveline Vidner Şlümlə, İsrail Dövlətinin Prezidenti Şimon Pereslə, Avstriyanın "OMV AGE" şirkətinin baş icraçı direktoru Gerhard Roisslə və Amerika Birləşmiş Ştatlarının dövlət katibinin iqtisadiyyat, energetika və kənd təsərrüfatı məsələləri üzrə müavini Robert Hormatsla görüşmüşdür.
yanvarın 26-da
…Davosda "UBS Global" şirkətinin direktorlar şurasının sədri Kaspar Villigerlə, Avropa İttifaqının enerji məsələləri üzrə komissarı Günter Ottingerlə, Dünya İqtisadi Forumunun təsisçisi və icraçı sədri Klaus Şvabla, Gürcüstanın Baş naziri Nika Gilaurilə, Almaniyanın "Deutıche Bank"ının Mərkəzi və Şərqi Avropa ölkələri üzrə icraçı direktoru Peter Tilslə və idarə heyətinin üzvü Yürgen Figenlə, Beynəlxalq Qızıl Xaç Komitəsinin prezidenti Yakob Kellenbergerlə, Ukrayna Prezidenti Viktor Yanukoviçlə, RWE şirkətinin baş icraçı direktoru Yurgen Qrossmanla, Pakistan İslam Respublikasının Baş naziri Sayid Yusuf Raza Gilanilə, "Holcim Group" şirkətinin idarə heyətinin sədri Markus Akermanla, "Microsoft International" şirkətinin prezidenti, "Microsoft" Korporasiyasının vitse-prezidenti Jan Kurtua ilə və "Edisson" şirkətinin baş icraçı direktoru Bruno Leskörlə görüşmüşdür.
yanvarın 27-də
…Davosda Böyük Britaniyanın York Hersoqu, şahzadə Endryu ilə görüşmüşdür.
Məsələyə münasibət bildirən Uşaq Hüquqları Üzrə QHT Alyansının sədri Nabil Seyidov oyuncaqlarda təhlükəli maddələrin olmasını müəyyənləşdirməyin çətin olduğunu bildirir: "Bunun üçün hər kəs kimyəvi laborator maddələr gəzdirməlidir ki, bunu aşkar etsin. Zərərli oyuncaqların gətirilməsi və satılması yalnız Azərbaycanda baş vermir. Dünyanın demək olar ki, bütün ölkələrində belə hallar olur. Problemə bir neçə aspektdən yanaşmaq lazımdır. Birincisi, əhali oyuncaqları hökumət tərəfindən tanınmış mağazalardan almalıdır. Eyni zamanda hər bir oyuncağın üzərində Azərbaycan dilində təsvir olmalıdır. Digər tərəfdən, oyuncağın üzərində onun sertifikatlaşdırılması da göstərilməlidir. Əgər sertifikatlaşdırılmayıbsa, onda onun tərkibində zərərli maddələrin olması ehtimalı böyükdür. İnsanlar adətən küçələrdən çox ucuz qiymətlərə oyuncaq alırlar. Nəticəsi bir ay ərzində bilinmir. Lakin sonradan bunun fəsadları yaşanır".
"QEYRİ-RƏSMİ YOLLA GƏTİRİLƏN OYUNCAQLARA NƏZARƏT ETMƏK MÜMKÜN DEYİL"
Nabil Seyidovun qənaətinə görə, xarici ölkələrlə bu məsələlər qarşılıqlı müqavilələrlə nizamlanmalıdır: "Müqavilə əsasında ölkəmizə gətirilən mallar isə Respublika Gigiyena və Epidemiologiya Mərkəzində yoxlanmalıdır. Eyni zamanda mütəmadi olaraq monitorinqlər aparılmalıdır". Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin gigiyena-epidemiologiya şöbəsinin müdiri Zirəddin Kazımov isə bildirdi ki, qurum xaricdən gətirilən mallara nəzarət etmək imkanına malik deyil. Qurum təmsilçisinin sözlərinə görə, bu məsələyə Respublika Karantin Müfəttişliyi nəzarət edir, biz isə yalnız daxil olan müraciət formasında həmin malın tərkibini öyrənə bilərik. Hazırda Azərbaycanın istehlak bazarında qeyri-sağlam uşaq oyuncaqlarının olduğunu deyən Respublika Karantin Müfəttişliyinin rəis müavini Cəfər Əhmədov belə malların ölkəmizə müxtəlif ölkələrdən gətirildiyini bildirdi: "Uşaq oyuncaqları ölkəmizə Avropanın müxtəlif ölkələrindən, Amerikadan, əsasən də Çindən gətirilir. Gətirilən bu oyuncaqlar rəsmi olaraq ölkəyə daxil olursa, dövlətin nəzarətindədir. Bu halda onların təhlükəli, yaxud təhlükəsiz olması öyrənilir. Amma qeyri-rəsmi yolla gətirilən oyuncaqlara isə nəzarət etmək mümkün deyil. Bu da yalnız Azərbaycanda deyil, bütün dünyada belə hallar baş verir. Biz mümkün qədər bu məsələlərə nəzarət edirik. Qeyri-rəsmi gətirilənlərə isə nə gömrük, nə də sərhəd xidməti nəzarət edə bilir". Cəfər Əhmədov bu məqsədlə bir çox ticarət obyektlərində araşdırmalar aparıldığını bildirdi: "Monitorinq zamanı bir çox obyektlərdə qanunsuz oyuncaqlar aşkar etmişik. Həmin malların 30-40 faizində qurğuşun, ağır metal aşkarlanıb. Bu malları ölkəyə gətirənlər də azərbaycanlılardır. Onlar ilk öncə Səhiyyə Nazirliyinə müraciət etməlidirlər ki, bu mallar nə dərəcədə standartlara uyğundur. Yalnız bundan sonra satışa çıxarmalıdırlar. Fiziki və hüquqi şəxslər var ki, gətirdikləri uşaq oyuncaqlarına gigiyenik sertifikatı bizdən alırlar. Xaricdən gələn bu oyuncağa nəzarət bizim tərəfdən aparılır. Əgər satıcıdan tələb olunanda sertifikat göstərmirsə, deməli, biz ona müsbət rəy verməmişik". Son dövrlərdə uşaqların müxtəlif dəri xəstəlikləri ilə bağlı əziyyət çəkdiyini deyən Pediatriya İnstitutunun direktoru Nəsib Quliyev də bu tip oyuncaqların orqanizmə zərərli olduğunu inkar etmir: "Həmin oyuncaqların əksəriyyəti kimyəvi maddələrdən hazırlandığına görə, onlar uşaqlarda allergiya və zəhərlənmələr törədir. Uşaqlar üçün hazırlanan bütün geyim və oyuncaqların hamısı indeferent tərkibli maddələrdən hazırlanmalıdır. Orada toksiki təsir göstərən nə varsa, kənara çıxarılmalıdır. Təsadüfi deyil ki, bir çox ölkələrdə bundan imtina ediblər. Hesab edirəm ki, Azərbaycanda da bu istiqamətdə ciddi tədbirlər görülməlidir". Həkimin sözlərinə görə, son zamanlar alergik zədələnmələrlə, ağızda yaralarla, dəridə səpgilərlə bağlı daha çox müraciətlər olur: "Əsasən erkən yaş dövrünə aid körpələr bu xəstəliklərdən əziyyət çəkirlər. Bu baxımdan biz də bu məsələnin tezliklə həll olunacağını gözləyirik".
1946-cı ildə anadan olmuşam. Hazırda yaşa görə təqaüd alıram. İşlədiyim illərdə (1969-1974) Naftalan Şəhər Sovetində İdman Komitəsinin sədri vəzifəsində çalışmışam. Həmin illər dövlət qulluqçusu statusu kimi mənə sayıla bilərmi, eləcə də qulluq stajıma əsasən mənə pensiya təyin olunması mümkündürmü?
İbrahimxəlil QURBANOV, Naftalan şəhəri.
- Sualınıza cavab olaraq bildiririk ki, Azərbaycan Respublikası Prezidentinin 01.09.2005-ci il tarixli, 290 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Əmək pensiyaları haqqında" qanuna əsasən, pensiya təyin edilməsi üçün dövlət qulluqçusunun müraciət etdiyi vaxt dövlət məvacibinin hesablandığı dövlət qulluğu vəzifəsi mövcud olmadıqda, habelə dövlət qulluqçularının vəzifələrinin "İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması Siyahısı"nda şəhər sovetinin nəzdində idman komitələri nəzərdə tutulmadığından dövlət qulluğuna edilən güzəştlər sizə şamil edilə bilməz.