Rəsmi

Azərbaycan
Respublikasının
Prezidenti İlham Əliyev

yanvarın 23-də

…Rusiya Federasiyasının Soçi şəhərinə işgüzar səfərə gəlmişdir.
…və Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev Soçidə, "Girand Polyana" mehmanxanasının "Qəbullar evi"ndə görüşmüş və qarşılıqlı fikir mübadiləsi aparmışlar.
…və Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev Azərbaycan Respublikası Dövlət Neft Şirkəti və Rusiyanın "Qazprom-eksport" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında təbii qazın alqı-satqısına dair müqaviləyə 5 nömrəli əlavə sazişin imzalanması mərasimində iştirak etmişlər.
…, Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev və Ermənistan Respublikasının Prezidenti Serj Sarkisyan Soçidə, "Girand Polyana" mehmanxanasının "Qəbullar evi"ndə birgə görüşmüş, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı məsələləri müzakirə etmişlər.
…, Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev və Ermənistan Respublikasının Prezidenti Serj Sarkisyan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsinə dair danışıqların yekunlarına əsasən Birgə Bəyanat qəbul etmişlər.
…Rusiya Federasiyasına işgüzar səfərini başa vuraraq həmin gün axşam Bakıya qayıtmışdır.

yanvarın 24-də

…Kür çayının suyunun daşması nəticəsində baş vermiş hadisələrin təkrar olunmaması üçün Fövqəladə Hallar Nazirliyi tərəfindən Bakıya gətirilmiş Niderland Krallığının "Damin" şirkətinin istehsal etdiyi "CSD-500" torpaqsoran qurğulara, Türkiyənin Tuzla şəhərində istehsal olunmuş yedək və təchizat gəmilərinə və tədqiqat katerinə baxış keçirmişdir.

yanvarın 25-də

…Davosda keçirilən Dünya İqtisadi Forumunda iştirak etmək üçün İsveçrəyə işgüzar səfərə gəlmişdir.
…Davosda İsveçrə Konfederasiyasının Prezidenti xanım Eveline Vidner Şlümlə, İsrail Dövlətinin Prezidenti Şimon Pereslə, Avstriyanın "OMV AGE" şirkətinin baş icraçı direktoru Gerhard Roisslə və Amerika Birləşmiş Ştatlarının dövlət katibinin iqtisadiyyat, energetika və kənd təsərrüfatı məsələləri üzrə müavini Robert Hormatsla görüşmüşdür.

yanvarın 26-da

…Davosda "UBS Global" şirkətinin direktorlar şurasının sədri Kaspar Villigerlə, Avropa İttifaqının enerji məsələləri üzrə komissarı Günter Ottingerlə, Dünya İqtisadi Forumunun təsisçisi və icraçı sədri Klaus Şvabla, Gürcüstanın Baş naziri Nika Gilaurilə, Almaniyanın "Deutıche Bank"ının Mərkəzi və Şərqi Avropa ölkələri üzrə icraçı direktoru Peter Tilslə və idarə heyətinin üzvü Yürgen Figenlə, Beynəlxalq Qızıl Xaç Komitəsinin prezidenti Yakob Kellenbergerlə, Ukrayna Prezidenti Viktor Yanukoviçlə, RWE şirkətinin baş icraçı direktoru Yurgen Qrossmanla, Pakistan İslam Respublikasının Baş naziri Sayid Yusuf Raza Gilanilə, "Holcim Group" şirkətinin idarə heyətinin sədri Markus Akermanla, "Microsoft International" şirkətinin prezidenti, "Microsoft" Korporasiyasının vitse-prezidenti Jan Kurtua ilə və "Edisson" şirkətinin baş icraçı direktoru Bruno Leskörlə görüşmüşdür.

yanvarın 27-də

…Davosda Böyük Britaniyanın York Hersoqu, şahzadə Endryu ilə görüşmüşdür.

PAYTAXTDA MÜASİR TƏLƏBLƏRƏ CAVAB VERƏN BAZARLARIN TİKİLMƏSİNƏ EHTİYAC VAR

24.11.07 - 9:00984 baxılıb

EYYUB HÜSEYNOV: "BAKI BAZARLARI İSTEHLAKÇILARIN HÜQUQLARININ ƏN ÇOX POZULDUĞU TİCARƏT ŞƏBƏKƏSİDİR"

Paytaxtın mərkəzində yerləşən bazarların bir qismində sanitar-gigiyenik qaydalara riayət edilməməsi adi hal alıb. Yaşayış binalarının bir neçə addımlığında yerləşən bazarlarda satılan ərzaq məhsullarının tör-töküntülərinin vaxtında təmizlənməməsi üfunət yaradır. Bazarlarda səhər saatlarından başlayan səs-küy və antisanitariya çox vaxt ətraf ərazilərdə yaşayan sakinlərin etirazına səbəb olur. Xüsusən də Yaşıl, Bolluq, 8-ci kilometr, 3-cü mikrorayon bazarları kimi tanınan ticarət mərkəzlərində vəziyyət acınacaqlıdır.
Bir müddət əvvəl həmin bazarların şəhərin kənar ərazilərinə köçürülücəyi barədə məlumatlar yayılsa da, nə bazar rəhbərliyi, nə də Bakı Şəhər İcra Hakimiyyəti bunu təsdiqləmədi. Bakı Şəhər İcra Hakimiyyəti mətbuat xidmətinin rəhbəri Nuranə Mərdanova paytaxtda kənd təsərrüfatı məhsullarının satıldığı yeni ticarət mərkəzlərinin tikilməsinin hələlik gündəmdə olmadığını bildirdi.
Paytaxtda kənd təsərrüfatı məhsulları satılan bazarlardakı vəziyyət ekspertləri də narahat edir. Məsələyə münasibət bildirən Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynovun sözlərinə görə, hələ iki il öncə Avropa Komissiyasının ekspertləri Azərbaycan bazarlarında monitorinq aparıblar: "Həmin monitorinqlər nəticəsində ölkə bazarlarının ən azı 50 faizinin antisanitariya vəziyyətində olduğu müəyyənləşib. Həmin vaxt aşkarlanmışdı ki, Bakı bazarları antisanitariya şəraitinin ən çox yayıldığı və istehlakçılrın hüquqlarının ən çox pozulduğu bir ticarət şəbəkəsidir. Həmin bazarların əksəriyyətində laboratoriyaların adı olsa da, özləri mövcud deyillər. Bazarlara girsək görərik ki, səhər saat 9-da artıq bütün mallara sənəd verilib. Həmin sənədlərdə göstərilir ki, bu məhsullar insan orqanizmi üçün təhlükəsizdir. Hətta ağzı açılmamış turşulara verilən sənədlərdə də onların təhlükəsizliyi təsdiq edilir. Halbuki hər hansı məhsulun ekspertizasını aparmağa ən azı 20 dəqiqə vaxt lazımdır. Bu hesabla Bakı bazarında bir gün ərzində satışa çıxarılan malların ekspertizasından ötrü 10 il vaxt lazımdır. Lakin laboratoriyası olmayan həkimlər ticarətçilərə hər hansı yoxlamanın nəticələrinə əsaslanmayan möhürlü kağız paylayır. Məlumat üçün deyək ki, bazarlardakı laboratoriyaların heç biri rəsmi akkreditasiya olunmayıb".
Eyyub Hüseynov bazarlardakı çəki daşlarında da böyük problem olduğunu bildirir: "Paytaxtda əksər bazarlarda bir kiloqramlıq çəki daşı 800 qramdan artıq deyil. Ən böyük problem isə, istehlakçılara xidmət göstərən bazarlarda antisanitariya şəraitinin mövcud olmasıdır. Maarifçiliyi yüksək olan istehlakçı bizim bazarlardan məhsul almaz və beləliklə, onlar öz-özünə bağlanar".
Ekspertin qənaətinə görə, belə bazarlardan iki üsulla xilas olmaq mümkündür: "Birincisi, istehlakçı baykotu ilə, ikincisi isə, inzibati yolla. Azərbaycanda normal istehlakçı hərəkatı olmadığından birinci üsulla buna nail olmaq mümkün deyil. İkinci üsulla mübarizə isə, hələlik kifayət qədər getmir. Çünki orada istehlakçıların aldadılmasından gəlir götürən insanlar var".
E. Hüseynov hazırda antisanitariya şəraitində fəaliyyət göstərən bazarların başqa ərazilərə köçürülməsinin mümkünlüyünü istisna etmədi: "Nə vaxtsa həmin bazarların ərazisində bina tikmək istəyən olsa, həmin bazarlar da söküləcək. Amma onların hansısa əraziyə köçürülməsi və yeni sivil bazarların tikilməsi üçün vəsait lazımdır. Nə qədər ki, sahibkar az maya qoymaqla çox qazanc götürə bilir, bu addımı atmayacaq".

"HƏKİM NƏZARƏTİNDƏN KEÇMƏYƏN HEÇ BİR MƏHSUL İSTEHLAKÇIYA TƏKLİF EDİLMƏMƏLİDİR"

Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin bölmə rəhbəri İmran Abdullayev də bəzi bazarlarda sanitar vəziyyətin biabırçı olduğunu qeyd etdi: "Üçüncü mikrorayon ərazisində yerləşən bazarın çöl hissəsini mütəmadi olaraq polislərin köməyi ilə təmizləyirik. Ancaq bir həftədən sonra alverçilər yenidən bazarın çölündə ticarətlə məşğul olur. 8-ci kilometr qəsəbəsində yerləşən bazarda da bu sahədə vəziyyət ürəkaçan deyil. Yasamal bazarında isə bazarın içərisinin vəziyyəti acınacaqlıdır. Təbii ki, bazarlarda təmizlik işlərinin aparılmasına birbaşa həmin ticarət mərkəzinin rəhbərliyi cavabdehdir. Bu barədə də onlara dəfələrlə xəbərdarlıq edilib".
Paytaxtda müasir tələblərə cavab verən yeni ticarət mərkəzlərinin tikilməsinə gəldikdə isə, İmran müəllim bunun üçün hər hansı yerin ayrılmasının vacibliyini bildirdi: "Köhnə bazarların yerində, yaxud ona yaxın ərazilərdə kənd təsərrüfatı məhsullarının satış mərkəzlərinin yaradılması vacibdir. Həmin bazarlarda sanitar-gigiyenik normaların gözlənilməsi və buna nəzarət edilməsi də daha asan olardı. Bazar elə bir ticarət obyektidir ki, girişlə çıxış arasında heç bir əlaqə olmamalıdır. Bazarın girişindən daxil olan məhsullar həkim nəzarətindən keçirilməli və daha sonra satışa verilməlidir. Eyni zamanda bazarın çıxışından içəri məhsul daxil olmasına imkan verilməməlidir. Girişdə müasir tələblərə cavab verən laboratoriya yaradılmalıdır. Həkim nəzarətindən keçməyən heç bir məhsul istehlakçıya təklif edilməməlidir. Digər tərəfdən, bazarın ticarət sahəsi ilə məhsul qəbulu sahəsi ayrı-ayrı olmalıdır. Bazara daxil olan məhsullar yoxlanıldıqdan sonra ticarət sahələrinə paylanmalıdır. Ancaq bu gün bazara daxil olan mal günortaya qədər satıldıqdan sonra həkim gəlib çıxır. Digər tərəfdən, bazarın giriş və çıxış qapıları bilinmir. İstənilən yerdən bazara mal daxil olur. Hətta ən təmiz bazar kimi tanınan "Təzə bazar"da da 5-6 qapı var və bütün qapılardan bazara mal daxil olur".

"BAZARLARDA SATILAN BALIQ MƏHSULLARININ ƏKSƏRİYYƏTİ AÇIQ HAVADA SAXLANILIR"

İmran Abdullayev ərzaq məhsulları satılan yerin bir neçə addımlığında dəmir məmulatlar satılmasının yolverilməz olduğunu bildirir: "Amma bu gün əksər bazarlarda bir-birinə yaxın ərazilərdə belə satış yerlərinə rast gəlinir. Tez xarab olan ət məhsulları, o cümlədən balıq məhsullarının satışı üçün ayrıca yerlər təşkil edilməlidir. Bu məhsullar satılan yerlər qapalı və mümkün qədər kondisionerlə təmin edilməlidir. Lakin bu gün bazarlarda satılan balıq məhsullarının əksəriyyəti açıq havada saxlanılır. Bu barədə dəfələrlə bazar rəhbərliyinə və müvafiq polis orqanlarına edilən müraciətlər nəticəsiz qalıb. Bir çox hallarda bazarların kənarında belə məhsulların satışı yığışdırılsa da, bazarın içərisindəki vəziyyət də ciddi fərqlənmir. Bazarda məhsul nə qədər bol olarsa, bu, istehlakçı üçün o qədər sərfəlidir. Lakin ərzaq məhsullarının gətirilməsi və saxlanılması qaydalarına ciddi riayət edilməlidir".
Müsahibimiz şəhərin bəzi ərazilərində qanunsuz fəaliyyət göstərən bazarların mövcudluğundan da gileylənir: "Müəyyən edilməmiş ərazilərdə ərzaq məhsullarının satılması əhali üçün də təhlükə yaradır. Dəfələrlə müvafiq qurumlara müraciət etsək də, qanunsuz fəaliyyət göstərən bazarların yığışdırılması mümkün olmayıb. Hətta ət məhsullarının satışı üçün xüsusi yerlər ayrılması barədə tələblərimiz də nəticə verməyib. Halbuki şəhərin 5-6 yerində belə obyektlərin tikilməsi təqdirəlayiq olardı. Belə olanda yolun kənarlarında toz-torpaq içərisində ət satışının da qarşısı alınar".

SAXTA YOLLARLA HAZIRLANAN QIŞ GEYİMLƏRİ BAZARA NECƏ YOL TAPIR?

Havaların soyumasından çox keçməmiş paytaxtın müxtəlif ərazilərində satışa çıxarılan qış geyimləri də artıb. Bu gün istər yarmarka və ticarət mərkəzlərində, istərsə də bu tip ticarət mərkəzlərinin ətrafında hər cür geyim tapmaq mümkündür. Formaca eyni olan həmin geyimlərin qiymətlərində isə kəskin fərqlər var. Bu gün həmin obyektlərdə 4-6 manat xərcləməklə istənilən qış geyimi almaq olar. Hətta formaca eyni olan həmin malları ticarət mərkəzlərində ən yaxşı halda 35-40 manatdan ucuz almaq mümkün deyil.
Bəzi məlumatlara görə, bu geyiml ər məişət tullantılarından hazırlanır. Metronun "20 Yanvar" stansiyasının çıxışı, "Xalqlar dostluğu" yarmarkasının ətrafında geyim əşyaları satılan yerlərə baş çəkib qiymətlərlə və həmin malların mənşəyi ilə maraqlandıq.
Metronun "20 Yanvar" stansiyasının çıxışında kişi və qadın üçün poliverlər 6-7 manata satılır. Yalnız rəngi bir-birindən fərqlənən vadalaskaları da təxminən eyni qiymətə almaq olar. Kişi üçün ködəkcələrin qiyməti isə 8 manatdan başlamış 16 manatadək dəyişir. Çoxluğu ilə diqqəti cəlb edən uşaq qış geyimləri isə 3-6 manat arasındadır.
"Xalqlar dostluğu" yarmarkasının ətrafındakı satış mərkəzlərində də təxminən eyni vəziyyətlə qarşılaşdıq. Burada da geyimlər standart qiymətə satılırdı. Hər iki ərazinin yaxınlığında olan ticarət mərkəzlərində isə oxşar formada olan malları ən azı 2 dəfə baha satırdılar. Həmin geyim əşyalarının satıcıları qiymətlərə görə tamam fərqli arqumentlər irəli sürürlər.
Daha çox ticarət mərkəzlərinin kənarlarında satılan malların keyfiyyətinə "zəmanət verən" satıcı Mikayıl Əsədov əhaliyə təqdim etdiyi poliverin 10-20 manata satılandan heç də fərqlənmədiyni qeyd edir: "Ticarət mərkəzində satılan bütün məhsullar "aeroport"dan gətirilir. Sadəcə, biz əhalinin imkanını nəzərə alıb ucuz satırıq. Hər bir geyimin üzərinə 40-50 qəpik çörəkpulu qoyuruq. Ticarət mərkəzinin içərisində isə yerhaqqı baha olduğu üçün qiymətləri də artırmağa məcburuq".
Satdığı məhsulun harada istehsal edildiyinə gəldikdə isə, M.Əsədov Türkiyə və Çinin adlarını çəkdi. Söhbət etdiyimiz digər satıcılardan da təxminən eyni cavabları eşitdik.
"Xalqlar dostluğu" ticarət mərkəzində kişi poliverlərinin satışı ilə məşğul olan Elnur Əliyev geyimlərin hamısının Türkiyə istehsalı olduğunu bildirir: "Bizdə ən ucuz poliver 10 manatadır. Satdığımız geyimlərin hamısı Türkiyə istehsalıdır. Bazarda eyni formada olan mallar da satılır. Forma eyni olsa da, malların keyfiyyəti tamam fərqlidir. Bunu həmin geyimlərin hazırlandığı materiala baxdıqda da görmək olar".
Məsələyə münasibət bildirən Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov həmin malların tullantılardan istehsal edildiyini istisna etmədi: "Tullantıdan hazırlanması həmin məhsul haqqında mənfi fikir söyləməyə əsas vermir. Lakin birmənalı deyə bilərik ki, Azərbaycanda tullantılardan belə malların hazırlanması mümkün deyil. Ola bilər ki, kimya sənayesi inkişaf edən Türkiyə və İran kimi ölkələrdən hazır parçalar gətirilsin və burada tikilsin. Onsuz da əksər ticarət mərkəzlərində müxtəlif markalarla istehsal edilən saxta məhsullar satılır. Belə mallara hətta ən bahalı geyimlər satılan mağazalarda da rast gəlinir".

Xalid AZƏR.

çap üçün verisya

Axtarish sistemi

  


« February 2012
Mo Tu We Th Fr Sa Su
 12345
6789101112
13141516171819
20212223242526
272829 
Advokat

1946-cı ildə anadan olmuşam. Hazırda yaşa görə təqaüd alıram. İşlədiyim illərdə (1969-1974) Naftalan Şəhər Sovetində İdman Komitəsinin sədri vəzifəsində çalışmışam. Həmin illər dövlət qulluqçusu statusu kimi mənə sayıla bilərmi, eləcə də qulluq stajıma əsasən mənə pensiya təyin olunması mümkündürmü?

İbrahimxəlil QURBANOV,
Naftalan şəhəri.


- Sualınıza cavab olaraq bildiririk ki, Azərbaycan Respublikası Prezidentinin 01.09.2005-ci il tarixli, 290 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Əmək pensiyaları haqqında" qanuna əsasən, pensiya təyin edilməsi üçün dövlət qulluqçusunun müraciət etdiyi vaxt dövlət məvacibinin hesablandığı dövlət qulluğu vəzifəsi mövcud olmadıqda, habelə dövlət qulluqçularının vəzifələrinin "İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması Siyahısı"nda şəhər sovetinin nəzdində idman komitələri nəzərdə tutulmadığından dövlət qulluğuna edilən güzəştlər sizə şamil edilə bilməz.


© 2006-2012
Müəllif hüquqları Ulfet Qazeti-nə məxsusdur.
Dizayn NUR D şirkəti tərəfindən hazırlanıb.