Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev
yanvarın 23-də
…Rusiya Federasiyasının Soçi şəhərinə işgüzar səfərə gəlmişdir. …və Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev Soçidə, "Girand Polyana" mehmanxanasının "Qəbullar evi"ndə görüşmüş və qarşılıqlı fikir mübadiləsi aparmışlar. …və Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev Azərbaycan Respublikası Dövlət Neft Şirkəti və Rusiyanın "Qazprom-eksport" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında təbii qazın alqı-satqısına dair müqaviləyə 5 nömrəli əlavə sazişin imzalanması mərasimində iştirak etmişlər. …, Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev və Ermənistan Respublikasının Prezidenti Serj Sarkisyan Soçidə, "Girand Polyana" mehmanxanasının "Qəbullar evi"ndə birgə görüşmüş, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı məsələləri müzakirə etmişlər. …, Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev və Ermənistan Respublikasının Prezidenti Serj Sarkisyan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsinə dair danışıqların yekunlarına əsasən Birgə Bəyanat qəbul etmişlər. …Rusiya Federasiyasına işgüzar səfərini başa vuraraq həmin gün axşam Bakıya qayıtmışdır.
yanvarın 24-də
…Kür çayının suyunun daşması nəticəsində baş vermiş hadisələrin təkrar olunmaması üçün Fövqəladə Hallar Nazirliyi tərəfindən Bakıya gətirilmiş Niderland Krallığının "Damin" şirkətinin istehsal etdiyi "CSD-500" torpaqsoran qurğulara, Türkiyənin Tuzla şəhərində istehsal olunmuş yedək və təchizat gəmilərinə və tədqiqat katerinə baxış keçirmişdir.
yanvarın 25-də
…Davosda keçirilən Dünya İqtisadi Forumunda iştirak etmək üçün İsveçrəyə işgüzar səfərə gəlmişdir. …Davosda İsveçrə Konfederasiyasının Prezidenti xanım Eveline Vidner Şlümlə, İsrail Dövlətinin Prezidenti Şimon Pereslə, Avstriyanın "OMV AGE" şirkətinin baş icraçı direktoru Gerhard Roisslə və Amerika Birləşmiş Ştatlarının dövlət katibinin iqtisadiyyat, energetika və kənd təsərrüfatı məsələləri üzrə müavini Robert Hormatsla görüşmüşdür.
yanvarın 26-da
…Davosda "UBS Global" şirkətinin direktorlar şurasının sədri Kaspar Villigerlə, Avropa İttifaqının enerji məsələləri üzrə komissarı Günter Ottingerlə, Dünya İqtisadi Forumunun təsisçisi və icraçı sədri Klaus Şvabla, Gürcüstanın Baş naziri Nika Gilaurilə, Almaniyanın "Deutıche Bank"ının Mərkəzi və Şərqi Avropa ölkələri üzrə icraçı direktoru Peter Tilslə və idarə heyətinin üzvü Yürgen Figenlə, Beynəlxalq Qızıl Xaç Komitəsinin prezidenti Yakob Kellenbergerlə, Ukrayna Prezidenti Viktor Yanukoviçlə, RWE şirkətinin baş icraçı direktoru Yurgen Qrossmanla, Pakistan İslam Respublikasının Baş naziri Sayid Yusuf Raza Gilanilə, "Holcim Group" şirkətinin idarə heyətinin sədri Markus Akermanla, "Microsoft International" şirkətinin prezidenti, "Microsoft" Korporasiyasının vitse-prezidenti Jan Kurtua ilə və "Edisson" şirkətinin baş icraçı direktoru Bruno Leskörlə görüşmüşdür.
yanvarın 27-də
…Davosda Böyük Britaniyanın York Hersoqu, şahzadə Endryu ilə görüşmüşdür.
MƏSAFƏYƏ GÖRƏ VERGİYƏ CƏLB EDİLMƏSİ ÜÇÜN TAKSİLƏRƏ SAYĞAC QURAŞDIRILACAQ
Nəqliyyat Nazirliyi sərnişin avtobuslarında biletlərin tətbiq edilməsi istiqamətində iş aparır. Gələn ilin əvvəlindən şəhər daxilində sərnişin daşınması ilə məşğul olan avtobuslarda biletlərdən istifadənin tətbiq edilməsi nəzərdə tutulur. Nəqliyyat Nazirliyi katibliyinin müdiri Namiq Həsənovun sözlərinə görə, bu məsələnin gecikməsi biletlərin tətbiq edilməsinin kampaniya xarakterli olmaması istəyindən irəli gəlir: "Buna görə də çalışırıq ki, bu iş sistemli qurulsun. Şəhərdaxili sərnişin nəqliyyatında biletlərin tətbiq edilməsindən öncə bu xidməti göstərən nəqliyyatın sayının müəyyənləşməsi vacibdir. Hazırda da marşrutlar öyrənilir, oxşar marşrutlar ixtisar edilir və müəyyən qayda-qanun yaradılmasına çalışırıq. Bu işlər başa çatdırıldıqdan sonra xətlərdə nə qədər avtobusun işləməsi dəqiq aydınlaşacaq. Məhz bundan sonra biletlərin tətbiqi effektiv ola bilər". N.Həsənovun sözlərinə görə, hazırda da qiymət artımına yol verilməsinin qarşısının alınması üçün müəyyən tədbirlər görülür: "Nazirlik maarifləndirmə işlərinin aparılmasını davam etdirir. Bu kimi hallara yol verən sürücülərə qarşı sərt cəza tətbiq edilir. Eyni zamanda hər bir avtobusun üzərində qət etdiyi məsafə və ona uyğun qiymət əksini tapıb. Buna görə də son vaxtlar bu kimi neqativ hallara az rast gəlinir". Paytaxtda tikilən körpülərdə işlərin ləngiməsini həmin ərazilərdən çoxsaylı kommunikasiya xətlərinin keçməsi ilə əlaqələndirən N.Həsənov yaxın günlərdə daha bir körpü istifadəyə veriləcəyini qeyd etdi: "Hazırda üçüncü mikrorayon dairəsində inşa edilən körpüdə işlər tamamlanmaq üzrədir. Bakıda inşa edilən digər körpü və yol ötürücülərində də işlər davam etdirilir. Həmin ərazilərdən keçən çoxsaylı kommunikasiya xətlərinin yerlərinin dəyişdirilməsi və tikinti aparılan ərazilərdən bəzi obyektlərin köçürülməsi işləri vaxtında təhvil verməyə mane oldu. Əzizbəyov dairəsində və "Xalqlar Dostluğu"nda inşa edilən körpülərdə işlərin böyük bir hissəsi görülüb. 2008-ci ilin əvvəllərində hər iki körpü istifadəyə veriləcək. "Excesior" mehmanxanasının yaxınlığında tikilən körpü isə gələn ilin birinci rübü ərzində istifadəyə verilməsi nəzərdə tutulur". N.Həsənovun sözlərinə görə, tikilməkdə olan piyada keçidlərində də işlər davam etdirilir: "Ümumilikdə paytaxtda 13 piyada keçidinin tikintisi nəzərdə tutulmuşdu. Gələn ilin sonunadək tikilməsi nəzərdə tutulan həmin piyada keçidinin hamısı istifadəyə veriləcək. Eyni zamanda paytaxtda bir neçə əlavə körpü və yeraltı qarajın tikintisi də nəzərdə tutulur. Yeni avtovağzal isə gələn ilin sonunadək istifadəyə veriləcək. Hazırda yeni avtovağzalın tikintisində də işlər sürətləndirilib. Avtovağzalda işlər nəzərdə tutulduğu vaxtda başa çatdırılacaq. Həmin vağzalın istifadəyə verilməsi ilə şəhərdə tıxacların bir qədər də azalması nəzərdə tutulur". Ötən ay 3552 avtobusa fərqlənmə nişanı və marşrut vərəqəsi verildiyini qeyd edən N.Həsənov bunun nəticəsində dövlət büdcəsinə 166657,2 manat vəsait daxil olduğunu qeyd etdi: "Hazırda sərnişindaşıma ilə məşğul olan nəqliyyat vasitələrinə fərqlənmə nişanı verilməklə vergiyə cəlb edilir. Ötən ay sərnişin daşınması ilə məşğul olan 5454 taksiyə fərqlənmə nişanı verilib. Həmin fərqlənmə nişanlarının verilməsi nəticəsində dövlət büdcəsinə 98172 manat vəsait daxil olub. Taksilər üçün bir fərqlənmə nişanınn qiyməti 18 manatdır. Sərnişin daşınması ilə məşğul olan taksilər vergidən yayınarsa, Vergilər Məcəlləsinə uyğun cərimə tətbiq olunur. Məsafəyə görə vergi tətbiq edilməsi üçün taksi fəaliyyəti ilə məşğul olan avtomobillərə sayğacların quraşdırılması nəzərdə tutulub. Hazırda Nəqliyyat Nazirliyi "Mercedes", Renault" və "Skoda" şirkəti ilə danışıqlar aparır. Eyni zamanda taksi parklarının yaradılması sahəsində də işlərimizi davam etdiririk. Yeni taksi parkları fəaliyyətə başladıqdan sonra bu məsələ tənzimlənəcək. Həmçinin xəttə buraxılacaq yeni taksilərdə sayğacların quraşdırılması nəzərdə tutulub. Bundan sonra taksi fəaliyyəti ilə məşğul olan şəxslər məsafəyə görə vergi ödəməli olacaq".
1946-cı ildə anadan olmuşam. Hazırda yaşa görə təqaüd alıram. İşlədiyim illərdə (1969-1974) Naftalan Şəhər Sovetində İdman Komitəsinin sədri vəzifəsində çalışmışam. Həmin illər dövlət qulluqçusu statusu kimi mənə sayıla bilərmi, eləcə də qulluq stajıma əsasən mənə pensiya təyin olunması mümkündürmü?
İbrahimxəlil QURBANOV, Naftalan şəhəri.
- Sualınıza cavab olaraq bildiririk ki, Azərbaycan Respublikası Prezidentinin 01.09.2005-ci il tarixli, 290 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Əmək pensiyaları haqqında" qanuna əsasən, pensiya təyin edilməsi üçün dövlət qulluqçusunun müraciət etdiyi vaxt dövlət məvacibinin hesablandığı dövlət qulluğu vəzifəsi mövcud olmadıqda, habelə dövlət qulluqçularının vəzifələrinin "İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması Siyahısı"nda şəhər sovetinin nəzdində idman komitələri nəzərdə tutulmadığından dövlət qulluğuna edilən güzəştlər sizə şamil edilə bilməz.