Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev
yanvarın 23-də
…Rusiya Federasiyasının Soçi şəhərinə işgüzar səfərə gəlmişdir. …və Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev Soçidə, "Girand Polyana" mehmanxanasının "Qəbullar evi"ndə görüşmüş və qarşılıqlı fikir mübadiləsi aparmışlar. …və Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev Azərbaycan Respublikası Dövlət Neft Şirkəti və Rusiyanın "Qazprom-eksport" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında təbii qazın alqı-satqısına dair müqaviləyə 5 nömrəli əlavə sazişin imzalanması mərasimində iştirak etmişlər. …, Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev və Ermənistan Respublikasının Prezidenti Serj Sarkisyan Soçidə, "Girand Polyana" mehmanxanasının "Qəbullar evi"ndə birgə görüşmüş, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı məsələləri müzakirə etmişlər. …, Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev və Ermənistan Respublikasının Prezidenti Serj Sarkisyan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsinə dair danışıqların yekunlarına əsasən Birgə Bəyanat qəbul etmişlər. …Rusiya Federasiyasına işgüzar səfərini başa vuraraq həmin gün axşam Bakıya qayıtmışdır.
yanvarın 24-də
…Kür çayının suyunun daşması nəticəsində baş vermiş hadisələrin təkrar olunmaması üçün Fövqəladə Hallar Nazirliyi tərəfindən Bakıya gətirilmiş Niderland Krallığının "Damin" şirkətinin istehsal etdiyi "CSD-500" torpaqsoran qurğulara, Türkiyənin Tuzla şəhərində istehsal olunmuş yedək və təchizat gəmilərinə və tədqiqat katerinə baxış keçirmişdir.
yanvarın 25-də
…Davosda keçirilən Dünya İqtisadi Forumunda iştirak etmək üçün İsveçrəyə işgüzar səfərə gəlmişdir. …Davosda İsveçrə Konfederasiyasının Prezidenti xanım Eveline Vidner Şlümlə, İsrail Dövlətinin Prezidenti Şimon Pereslə, Avstriyanın "OMV AGE" şirkətinin baş icraçı direktoru Gerhard Roisslə və Amerika Birləşmiş Ştatlarının dövlət katibinin iqtisadiyyat, energetika və kənd təsərrüfatı məsələləri üzrə müavini Robert Hormatsla görüşmüşdür.
yanvarın 26-da
…Davosda "UBS Global" şirkətinin direktorlar şurasının sədri Kaspar Villigerlə, Avropa İttifaqının enerji məsələləri üzrə komissarı Günter Ottingerlə, Dünya İqtisadi Forumunun təsisçisi və icraçı sədri Klaus Şvabla, Gürcüstanın Baş naziri Nika Gilaurilə, Almaniyanın "Deutıche Bank"ının Mərkəzi və Şərqi Avropa ölkələri üzrə icraçı direktoru Peter Tilslə və idarə heyətinin üzvü Yürgen Figenlə, Beynəlxalq Qızıl Xaç Komitəsinin prezidenti Yakob Kellenbergerlə, Ukrayna Prezidenti Viktor Yanukoviçlə, RWE şirkətinin baş icraçı direktoru Yurgen Qrossmanla, Pakistan İslam Respublikasının Baş naziri Sayid Yusuf Raza Gilanilə, "Holcim Group" şirkətinin idarə heyətinin sədri Markus Akermanla, "Microsoft International" şirkətinin prezidenti, "Microsoft" Korporasiyasının vitse-prezidenti Jan Kurtua ilə və "Edisson" şirkətinin baş icraçı direktoru Bruno Leskörlə görüşmüşdür.
yanvarın 27-də
…Davosda Böyük Britaniyanın York Hersoqu, şahzadə Endryu ilə görüşmüşdür.
YOXLAMALARDAN SONRA 2061 ƏMƏK MÜQAVİLƏSİNİN BAĞLANMASINA NAİL OLUNUB
Yasamal rayonu ərazisində hündürmərtəbəli binanın uçmasından sonra tikinti sahəsinə nəzarət daha da gücləndirildi. Həmin hadisədən bir müddət keçmiş Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Dövlət Əmək Müfəttişliyi tikinti şirkətlərində yoxlamalara başladı. Yoxlamalar nəticəsində aşkarlanan əsas nöqsanlar təhlükəsizlik qaydalarına riayət edilməməsi və əmək müqavilələrinin bağlanmaması ilə bağlı idi. Hazırda davam etdirilən yoxlamaların başlanmasından təxminən iki aya yaxın vaxt keçir. Tikinti şirkətlərində təhlükəsizlik qaydalarına necə riayət edilməsini aydınlaşdırmaq üçün onlardan bir neçəsinə baş çəkdik. Yasamal rayonu ərazisində hündürmərtəbəli bina tikintisi ilə məşğul olan "SGS" şirkətində olduq. Tikintidə çalışan fəhlələrin demək olar ki, hamısı xüsusi geyimdə idi. Fəhlələr eyni formada olan inşaat geyimi və dəbilqə ilə təmin edilib. Tikintidə fəhlə işləyən Xəyyam Həsənovun sözlərinə görə, onlar burada işlədikləri ilk gündən əmək müqaviləsi bağlanılıb: "Artıq 6 aya yaxındır bu şirkətdə işləyirəm. Həmin müqavilədə hər iki tərəfin məsuliyyəti müəyyənləşib. Fəhlələr işə başladığı dövrdən dəbilqə, geyim və digər təhlükəsizlik ləvazimatları ilə təmin edilib". Xətai rayonunda tikinti aparan "Babək" MTK şirkətində geyimlə təmin edilən fəhlələrin sayı o qədər də çox deyildi. Həmin şirkətdə fəhlə işləyən Vüsal Ağayev təhlükəsizlik qaydaları ilə tanış olduğunu bildirir: "Bizə geyim və dəbilqə verilib. Lakin mən həmin paltarda işləyə bilmirəm. Ona görə də xüsusi geyimdən imtina etmişəm. Dəbilqədə də işləmək mənə çətindir. Amma öz təhlükəsizliyimi təmin etməyə çalışıram". Əmək müqaviləsi bağlamadan çalışan Vüsal Ağayev buna ehtiyac görmür: "Əməkhaqqımı vaxtlı-vaxtında və razılaşdığımız miqdarda, yəni günə 10 manat alıram. Əgər maaşim vaxtında verilirsə, daha müqavilə nə lazımdır? Buna görə heç özümüz də əmək müqaviləsi bağlamağa maraq göstərmirik". Həmin şirkətdə usta işləyən Akif Hümbətov isə xüsusi geyimdə olmasa da, başında dəbilqə var. Ustanın sözlərinə görə, işçilərə təhlükəsizlik vasitələrindən istifadə etmək tapşırılır: "Lakin işçilərin bəziləri həmin vasitələrdən istifadə etmir. Səhər iş başlayanda işçilərin hamısında dəbilqə olur. Sonradan isə onların bir çoxu adi geyimdə işləyir. Buna görə də fəhlələrin xüsusi geyimdə olmamasına tikinti şirkəti cavabdeh deyil". Sonradan baş çəkdiymiz "Azinko", "Azərinşaat" şirkətlərinin inşa etdiyi binalarda işləyənlər də xüsusi geyimdə idi. İş icraçıları ilə söhbətdən məlum oldu ki, fəhlə və ustaların təhlükəsizlik qaydalarına riayət etməsinə ciddi nəzarət edilir. Onlar bu geyim vasitələrindən istifadə etmələri üçün xəbərdar olunublar. İşçilərlə əmək müqaviləsi bağlandığını bildirən şirkət nümayəndələri onlara verilən əməkhaqqı barədə danışmaq istəmədi. Dövlət Əmək Müfəttişliyindən aldığımız məlumata görə, hazırda da tikinti şirkətlərində yoxlamalar davam etdirilir. Bu günədək respublika ərazisində 168 tikinti şirkətinin fəaliyyəti yoxlanılıb. Araşdırma aparılan şirkətlərdən 138-i Bakıda, 21-i Sumqayıt və Abşeronda, 9-u Gəncədə fəaliyyət göstərir. Yoxlamalar nəticəsində aşkarlanan əsas nöqsanlardan biri işçilərlə əmək müqavilələrinin bağlanmaması idi. Yoxlamalardan sonra 2061 əmək müqaviləsinin bağlanmasına nail olunub. Bunlardan da 1510-u paytaxtda fəaliyyət göstərən şirkətlərin payına düşür. Yoxlamalardan sonra tikinti sektorunda 500-ə yaxın vətəndaşın əməkhaqqı yüksəldilib. Yoxlamalar nəticəsində fəaliyyəti dayandırılan 6 tikinti şirkətindən üçü göstərilən nöqsanları aradan qaldırdığı üçün artıq işə başlayıb. Qalan üç şirkət də nöqsanları aradan qaldırması barədə Dövlət Əmək Müfəttişliyinə müraciət edib. Onlardan 1-də təmir işlərinin aparılmasına icazə verilib. Digər iki şirkətdə isə yaxın vaxtlarda təkrar yoxlamalar aparılacaq və aşkarlanan neqativ halların necə aradan qaldırılması öyrəniləcək. Bu ilin 11 ayı ərzində istehsalatda 273 bədbəxt hadisə baş verib ki, onların da 100-ü ölümlə, 173-ü isə xəsarətlə nəticələnib. Nəticədə 133 nəfər dünyasını dəyişib, 214 nəfər isə müxtəlif növ xəsarət alıb. Tikinti sektorunda baş verən 66 bədbəxt hadisə nəticəsində 63 nəfər həlak olub, 44 nəfər isə xəsarət alıb.
1946-cı ildə anadan olmuşam. Hazırda yaşa görə təqaüd alıram. İşlədiyim illərdə (1969-1974) Naftalan Şəhər Sovetində İdman Komitəsinin sədri vəzifəsində çalışmışam. Həmin illər dövlət qulluqçusu statusu kimi mənə sayıla bilərmi, eləcə də qulluq stajıma əsasən mənə pensiya təyin olunması mümkündürmü?
İbrahimxəlil QURBANOV, Naftalan şəhəri.
- Sualınıza cavab olaraq bildiririk ki, Azərbaycan Respublikası Prezidentinin 01.09.2005-ci il tarixli, 290 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Əmək pensiyaları haqqında" qanuna əsasən, pensiya təyin edilməsi üçün dövlət qulluqçusunun müraciət etdiyi vaxt dövlət məvacibinin hesablandığı dövlət qulluğu vəzifəsi mövcud olmadıqda, habelə dövlət qulluqçularının vəzifələrinin "İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması Siyahısı"nda şəhər sovetinin nəzdində idman komitələri nəzərdə tutulmadığından dövlət qulluğuna edilən güzəştlər sizə şamil edilə bilməz.