Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev
yanvarın 23-də
…Rusiya Federasiyasının Soçi şəhərinə işgüzar səfərə gəlmişdir. …və Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev Soçidə, "Girand Polyana" mehmanxanasının "Qəbullar evi"ndə görüşmüş və qarşılıqlı fikir mübadiləsi aparmışlar. …və Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev Azərbaycan Respublikası Dövlət Neft Şirkəti və Rusiyanın "Qazprom-eksport" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında təbii qazın alqı-satqısına dair müqaviləyə 5 nömrəli əlavə sazişin imzalanması mərasimində iştirak etmişlər. …, Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev və Ermənistan Respublikasının Prezidenti Serj Sarkisyan Soçidə, "Girand Polyana" mehmanxanasının "Qəbullar evi"ndə birgə görüşmüş, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı məsələləri müzakirə etmişlər. …, Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev və Ermənistan Respublikasının Prezidenti Serj Sarkisyan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsinə dair danışıqların yekunlarına əsasən Birgə Bəyanat qəbul etmişlər. …Rusiya Federasiyasına işgüzar səfərini başa vuraraq həmin gün axşam Bakıya qayıtmışdır.
yanvarın 24-də
…Kür çayının suyunun daşması nəticəsində baş vermiş hadisələrin təkrar olunmaması üçün Fövqəladə Hallar Nazirliyi tərəfindən Bakıya gətirilmiş Niderland Krallığının "Damin" şirkətinin istehsal etdiyi "CSD-500" torpaqsoran qurğulara, Türkiyənin Tuzla şəhərində istehsal olunmuş yedək və təchizat gəmilərinə və tədqiqat katerinə baxış keçirmişdir.
yanvarın 25-də
…Davosda keçirilən Dünya İqtisadi Forumunda iştirak etmək üçün İsveçrəyə işgüzar səfərə gəlmişdir. …Davosda İsveçrə Konfederasiyasının Prezidenti xanım Eveline Vidner Şlümlə, İsrail Dövlətinin Prezidenti Şimon Pereslə, Avstriyanın "OMV AGE" şirkətinin baş icraçı direktoru Gerhard Roisslə və Amerika Birləşmiş Ştatlarının dövlət katibinin iqtisadiyyat, energetika və kənd təsərrüfatı məsələləri üzrə müavini Robert Hormatsla görüşmüşdür.
yanvarın 26-da
…Davosda "UBS Global" şirkətinin direktorlar şurasının sədri Kaspar Villigerlə, Avropa İttifaqının enerji məsələləri üzrə komissarı Günter Ottingerlə, Dünya İqtisadi Forumunun təsisçisi və icraçı sədri Klaus Şvabla, Gürcüstanın Baş naziri Nika Gilaurilə, Almaniyanın "Deutıche Bank"ının Mərkəzi və Şərqi Avropa ölkələri üzrə icraçı direktoru Peter Tilslə və idarə heyətinin üzvü Yürgen Figenlə, Beynəlxalq Qızıl Xaç Komitəsinin prezidenti Yakob Kellenbergerlə, Ukrayna Prezidenti Viktor Yanukoviçlə, RWE şirkətinin baş icraçı direktoru Yurgen Qrossmanla, Pakistan İslam Respublikasının Baş naziri Sayid Yusuf Raza Gilanilə, "Holcim Group" şirkətinin idarə heyətinin sədri Markus Akermanla, "Microsoft International" şirkətinin prezidenti, "Microsoft" Korporasiyasının vitse-prezidenti Jan Kurtua ilə və "Edisson" şirkətinin baş icraçı direktoru Bruno Leskörlə görüşmüşdür.
yanvarın 27-də
…Davosda Böyük Britaniyanın York Hersoqu, şahzadə Endryu ilə görüşmüşdür.
Son vaxtlar bələdiyyələrin bir sıra qurumlarla razılaşdırılmadan torpaq ayrılması barədə sərəncamları istənilən yerdə ev tikilməsi ilə nəticələnib. Özlərinə aid olmayan ərazilərdə mənzil tikintisi üçün torpaq sahələri ayırması sonradan vətəndaşlara problem yaradır. Öz hüquqlarını bilmədiyindən sadə insanlar sonda zərərçəkmişə çevrilir. Artıq "Bakı-Dairəvi 2" yolunun tikinti sahəsinə düşəcək evlərin boşaldılması barədə bildirişlər paylanılıb. Nəqliyyat Nazirliyi "Azəryolservis" Açıq Səhmdar Cəmiyyəti "Yolların mühafizə xidməti" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən vətəndaşlara göndərilən bildirişdə yazılır ki, mühafizə zolağına düşən tikinti 15 gün müddətində müvafiq məsafəyə çəkilməlidir. Əks halda tikintinin yol təşkilatı tərəfindən qanunamüvafiq qaydada kənarlaşdırılması təmin ediləcək. Lakin bildirişdə vətəndaşa kompensasiya ödənilməsi bərədə məlumat verilmir. Məsələyə münasibət bildirən "Azəryolservis" ASC mətbuat xidmətinin rəhbəri Pünhan Mürsəliyevin sözlərinə görə, hazırda "Bakı-Dairəvi 2" yolunun layihəsi hazırlanır: "Layihə tam hazırlandıqdan sonra beynəlxalq tender keçiriləcək və yolun tikintisinə başlanılacaq. Artıq sakinlərə bildirilib ki, mülkiyyətlərinə aid sənədləri müvafiq quruma təqdim etsinlər. Yalnız bütün sənədləri qaydasında olan vətəndaşlara kompensasiya veriləcək. Bələdiyyə sənədi ilə ev tikən sakinlər isə həmin tikintini müvafiq məsafəyə qədər kənara çəkməlidir". P.Mürsəliyevin sözlərinə görə, bir çox bələdiyyələr və yerli icra orqanları qanunları pozur: "Avtomobil yollarının mühafizə zolaqlarında belə tikintiyə icazə verən sərəncamlar imzalayırlar". Vətəndaşların bəziləri iddia edir ki, biz tikinti aparanda Nəqliyyat Nazirliyi mövcud deyildi. Bildirmək istəyirəm ki, Nazirlər Sovetinin 17 noyabr 1989-cu il tarixli, 461 nömrəli sərəncamına əsasən, avtomobil yollarının mühafizə zolağında tikinti aparmaq qadağan edilib. Nazirlər Kabinetinin 28 fevral 2004-cü il tarixli, 18 nömrəli "Avtomobil yollarının təhkim və mühafizə zolağından istifadənin tənzimlənməsi haqqında" qərarında da bu barədə yazılıb. Buna görə də yolun mühafizə zolağından köçürülən obyektlərə görə kompensasiya ödənilməsi məsələsi həmin sahələrdə tikintiyə icazə verən yerli qurumlar tərəfindən həll edilməlidir. İndiyədək apardığımız analoji proseslərdə də məsələ belə həll olunub". P.Mürsəliyev "Bakı-Dairəvi 2" avtomobil yolunun kənarında yerləşən yaşayış binası və obyektlərin sayının dəqiq müəyyənləşdirilmədiyni bildirdi: "Lakin elə Biləcəri-Binəqədi yolunun kənarında da xeyli obyekt var. Həmin yol şəhər əhəmiyyətli yol olduğu üçün təxminən 30-40 metr ətraf məsafəsi boşaldılmalıdır". Qeyd edək ki, mövcud qaydalara görə, respublika əhəmiyyətli yollarda mühafizə zolağı 60 metr olmalıdır. Yerli əhəmiyyətli yollarda isə mühafizə zolağı 25 metr hesablanıb.
1946-cı ildə anadan olmuşam. Hazırda yaşa görə təqaüd alıram. İşlədiyim illərdə (1969-1974) Naftalan Şəhər Sovetində İdman Komitəsinin sədri vəzifəsində çalışmışam. Həmin illər dövlət qulluqçusu statusu kimi mənə sayıla bilərmi, eləcə də qulluq stajıma əsasən mənə pensiya təyin olunması mümkündürmü?
İbrahimxəlil QURBANOV, Naftalan şəhəri.
- Sualınıza cavab olaraq bildiririk ki, Azərbaycan Respublikası Prezidentinin 01.09.2005-ci il tarixli, 290 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Əmək pensiyaları haqqında" qanuna əsasən, pensiya təyin edilməsi üçün dövlət qulluqçusunun müraciət etdiyi vaxt dövlət məvacibinin hesablandığı dövlət qulluğu vəzifəsi mövcud olmadıqda, habelə dövlət qulluqçularının vəzifələrinin "İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması Siyahısı"nda şəhər sovetinin nəzdində idman komitələri nəzərdə tutulmadığından dövlət qulluğuna edilən güzəştlər sizə şamil edilə bilməz.