Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev
yanvarın 23-də
…Rusiya Federasiyasının Soçi şəhərinə işgüzar səfərə gəlmişdir. …və Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev Soçidə, "Girand Polyana" mehmanxanasının "Qəbullar evi"ndə görüşmüş və qarşılıqlı fikir mübadiləsi aparmışlar. …və Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev Azərbaycan Respublikası Dövlət Neft Şirkəti və Rusiyanın "Qazprom-eksport" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında təbii qazın alqı-satqısına dair müqaviləyə 5 nömrəli əlavə sazişin imzalanması mərasimində iştirak etmişlər. …, Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev və Ermənistan Respublikasının Prezidenti Serj Sarkisyan Soçidə, "Girand Polyana" mehmanxanasının "Qəbullar evi"ndə birgə görüşmüş, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı məsələləri müzakirə etmişlər. …, Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev və Ermənistan Respublikasının Prezidenti Serj Sarkisyan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsinə dair danışıqların yekunlarına əsasən Birgə Bəyanat qəbul etmişlər. …Rusiya Federasiyasına işgüzar səfərini başa vuraraq həmin gün axşam Bakıya qayıtmışdır.
yanvarın 24-də
…Kür çayının suyunun daşması nəticəsində baş vermiş hadisələrin təkrar olunmaması üçün Fövqəladə Hallar Nazirliyi tərəfindən Bakıya gətirilmiş Niderland Krallığının "Damin" şirkətinin istehsal etdiyi "CSD-500" torpaqsoran qurğulara, Türkiyənin Tuzla şəhərində istehsal olunmuş yedək və təchizat gəmilərinə və tədqiqat katerinə baxış keçirmişdir.
yanvarın 25-də
…Davosda keçirilən Dünya İqtisadi Forumunda iştirak etmək üçün İsveçrəyə işgüzar səfərə gəlmişdir. …Davosda İsveçrə Konfederasiyasının Prezidenti xanım Eveline Vidner Şlümlə, İsrail Dövlətinin Prezidenti Şimon Pereslə, Avstriyanın "OMV AGE" şirkətinin baş icraçı direktoru Gerhard Roisslə və Amerika Birləşmiş Ştatlarının dövlət katibinin iqtisadiyyat, energetika və kənd təsərrüfatı məsələləri üzrə müavini Robert Hormatsla görüşmüşdür.
yanvarın 26-da
…Davosda "UBS Global" şirkətinin direktorlar şurasının sədri Kaspar Villigerlə, Avropa İttifaqının enerji məsələləri üzrə komissarı Günter Ottingerlə, Dünya İqtisadi Forumunun təsisçisi və icraçı sədri Klaus Şvabla, Gürcüstanın Baş naziri Nika Gilaurilə, Almaniyanın "Deutıche Bank"ının Mərkəzi və Şərqi Avropa ölkələri üzrə icraçı direktoru Peter Tilslə və idarə heyətinin üzvü Yürgen Figenlə, Beynəlxalq Qızıl Xaç Komitəsinin prezidenti Yakob Kellenbergerlə, Ukrayna Prezidenti Viktor Yanukoviçlə, RWE şirkətinin baş icraçı direktoru Yurgen Qrossmanla, Pakistan İslam Respublikasının Baş naziri Sayid Yusuf Raza Gilanilə, "Holcim Group" şirkətinin idarə heyətinin sədri Markus Akermanla, "Microsoft International" şirkətinin prezidenti, "Microsoft" Korporasiyasının vitse-prezidenti Jan Kurtua ilə və "Edisson" şirkətinin baş icraçı direktoru Bruno Leskörlə görüşmüşdür.
yanvarın 27-də
…Davosda Böyük Britaniyanın York Hersoqu, şahzadə Endryu ilə görüşmüşdür.
Artıq xeyli müddətdir orta məktəblərin informasiya-kommunikasiya texnologiyaları (İKT) ilə təchizatı sahəsində iş aparılır. Təhsil ocaqlarının informasiya - kommunikasiya texnologiyaları ilə təminatı barədə 2005-2007-ci illəri əhatə edən Dövlət Proqramı çərçivəsində paytaxtda hər 29 nəfər şagird bir kompyuterlə təmin edildi. Hazırda isə Təhsil Nazirliyində 2008-2012-ci illəri əhatə edən proqram hazırlanır. Bu, İKT avadanlıqları ilə təminat proqramının ikinci mərhələsidir. İkinci mərhələdə kompyuterlərin internetə çıxışı nəzərdə tutulub. İndiyədək respublikanın 1174 məktəbi 19 000-ə qədər kompyuter və digər İKT avadanlığı ilə təchiz olunub, 437 məktəbə noutbuk və proyektor verilib. 2007-ci ildə də 2000-dən artıq məktəbə 11000-ə qədər kompyuterin, 400-ə qədər məktəbə noutbuk və proyektorların verilməsi nəzərdə tutulub. Bu işin də artıq böyük bir hissəsi başa çatdırılıb. Hazırda orta məktəblərdə hər 43 şagirdə 1 kompyuter düşür. İlin sonunadək daha 3693 məktəbin 31 667 kompyuterlə, 1103 məktəbin isə noutbukla təchiz edilməsi planlaşdırılır. Əgər bu istək baş tutsa, hər 25 şagirdə 1 kompyuter düşəcək.
TRENİNQLƏR DƏ KÖMƏK ETMİR
Ölkənin orta məktəblərində bu sahədə fəaliyyət göstərəcək müəllim qıtlığı hiss olunur. Bir çox məktəblərdə informatika dərslərini riyaziyyat müəllimləri aparır. Bu isə tədris prosesinin keyfiyyətini aşağı salır. Təhsil Problemləri İnstitutunun İnformasiya-Kommunikasiya Texnologiyaları (İKT) Şöbəsinin müdiri Kamran Ağakişiyevin sözlərinə görə, "Əsas problem yaxşı mütəxəssisin və dərs vəsaitinin kifayət qədər olmamasıdır. Bu plan da təhsil müəssisələrində informasiya-kommunikasiya texnologiyalarının tətbiqi sürətini aşağı salır". Bakı Şəhər Baş Təhsil İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Zəminə Əliqızı da təhsil sahəsində İKT-nin tətbiqi sahəsində əsas problemin müəllim çatışmazlığı olduğunu bildirir: "Müəyyən treninqlər keçirilsə də, nəticə yoxdur. Boş müəllim yerlərinin tutulması üçün elan edilən müsabiqələr, treninqlər gözlənilən səmərəni vermir. Bu problemin həll edilməsi üçün treninqlər təşkil edilir. Hələ də Bakı şəhəri üzrə məktəblərin təxminən 50-60 faizində informatika müəllimlərinə ehtiyac var". Təhsil naziri Misir Mərdanov, say göstərməsə də, ölkədə informatika müəllimi çatışmadığını etiraf edir. Onun sözlərinə görə, bu istiqamətdə lazım olan bütün addımlar atılıb, lakin problemin həll edilməsi hələ mümkün olmayıb. Qeyd edək ki, ümumtəhsil məktəblərində ilkin peşə ixtisası "İnformatika müəllimi" olan 1600 müəllim fəaliyyət göstərir. Halbuki bu peşə sahiblərinə olan real tələbat 10 000 nəfərə yaxındır. Bundan əlavə, informasiya və kommunikasiya texnologiyalarının inkişafı, müxtəlif fənn müəllimlərinin onlardan tədris prosesində istifadəsi kompyuter siniflərinin bu prosesə hazırlığını tələb edir. Kompyuter sinfində lazımi proqram təminatının yüklənməsi, müəllimlərə kömək etmək üçün köməkçi heyətin olması vacibdir. Təhsil Nazirliyindən verilən məlumata görə, 300 nəfər informatika müəllimi treninqlərə cəlb olunub və onlar ECDL proqramı çərçivəsində imtahan verib beynəlxalq dərəcəli sertifikat alıblar. 26 nəfər müəllim isə INTEL şirkətinin keçirdiyi treninqlərdə iştirak edib və "Öyrədənləri öyrədən" sertifikatı ilə mükafatlandırılıblar. 2005-2006-cı illər ərzində ümumilikdə 5000-ə qədər müəllim İKT üzrə treninqlərdən keçib. 2007-ci ildə 3500 müəllimin müvafiq hazırlıq kurslarına cəlb edilməsi nəzərdə tutulmuşdur. Müəllimlərin ixtisasartırma kursları Təhsil Nazirliyi tərəfindən Bakı, Naxçıvan, Lənkəran şəhərlərində və Azərbaycan Müəllimlər İnstitutunun filiallarında təşkil ediləcəkdir. Növbəti 3 il müddətində ölkənin ümumtəhsil ocaqlarında 10 000 yeni iş yeri açılacaq, yeni informasiya təhsil mühiti yaradılacaq, informasiya cəmiyyətinə keçid reallaşdırılacaqdır.
LAZIMİ DƏRS VƏSAİTLƏRİNİN OLMAMASI, METODİKANIN YOXLUĞU MƏNFİ HALDIR
Müstəqil ekspertlər iddia edirlər ki, həyata keçirilən tədbirlərin şagirdlərin informasiya-kommunikasiya texnologiyaları sahəsində biliklərinin artırılmasına təsirsiz qalıb. Məktəblərə verilən kompyuterlərin əksəriyyətindən səmərəli istifadə edilmir. Orta məktəblərdə yaradılan kompyuter otaqları komissiyaların "gözünə kül üfürmək" məqsədi daşıyır. Multimedia İnformasiya Sistemləri və Texnologiyaları Mərkəzinin rəhbəri Osman Gündüzün qənaətinə görə, əksər məktəblərdə hələ də kitab, dəftər, lövhə və bu kimi vəsaitlər dəbdədir: "Səbəbi isə çox sadədir: müəllimləri yeni texnologiyadan istifadə edərək dərs prosesini qura bilmirlər. Müəllimlərin böyük əksəriyyəti İKT-dən xəbərsizdir. Üstəgəl lazımi dərs vəsaitlərinin olmamasını, metodikanın yoxluğunu. Digər tərəfdən, təhsildə İKT-nin tətbiqi sahəsində düzgün balanslaşmanın aparılmaması işin səmərəliliyini azaldır. Həyata keçirilən proqramlar çərçivəsində əsas üstünlüyün məktəblərin kompyuterlə təminatına verilməsi düzgün addım deyildi. Halbuki bununla yanaşı dərs vəsaitlərinin hazırlanmasına və müəllim kadrların hazırlığına da eyni diqqət ayrılmalı idi. Bunun nəticəsi də, göz qabağındadır". Ekspertlərin qənaətinə görə, əsas problem elektron tədris vəsaitlərinin sifarişi, hazırlanması və məktəblərə çatdırılması prosesinin çevik qurulmaması ilə bağlıdır. Tədrisdə istifadə üçün müxtəlif fənlər üzrə rəqəmsal məhsullar hazırlanmalıdır. Bütün bunların olmaması mövcud avadanlıqların tədris prosesinə inteqrasiyasının qarşısını alır. Vəziyyətdən çıxmaq üçün ölkənin vahid təhsil-informasiya sisteminin yaradılması lazımdır. Bu sistem bütün səviyyəli təhsil və informasiya sistemlərini, habelə təhsilin idarəetmə, servis, elmi-tədqiqat, metodiki-tədris və texnoloji mərkəzlərini birləşdirməlidir. Həmçinin servis infrastrukturunun yaradılması da əsasdır. Məktəblərə verilən İKT avadanlığına servis xidmətinin təşkili mühüm əhəmiyyət kəsb edir. Avadanlığın kütləvi şəkildə verilməsi və təhsil müəssisələrinin infrastrukturu çox ciddi servis xidmətinin qurulmasını zəruri edir. Texniki xidmət işi avadanlığın cari, əsaslı təmirini və informasiya-metodiki köməyin göstərilməsini əhatə etməlidir". Məktəblərin elektron dərsliklərlə təminatı probleminə münasibət bildirən Təhsil Nazirliyinin Təhsilin İdarə Olunmasının Məlumat Sistemləri Şöbəsinin müdiri İsmayıl Sadıqov bu istiqamətdə müəyyən işlər aparıldığını qeyd etdi: "Azərbaycan tarixi, fizika, kimya və biologiya fənləri üzrə hazırlanan 10 disk artıq ümumtəhsil məktəblərinə təqdim olunub. Hazırda bu elektron vəsaitlərin tətbiqinin səviyyəsini yoxlamaq məqsədi ilə Təhsil Nazirliyi tərəfindən ümumtəhsil məktəblərində monitorinqlər keçirilir. Fənlər üzrə elektron vəsaitlərin məktəblərdə tətbiqini araşdırmaq üçün yoxlamalar aparılır və nəticələr Təhsil Nazirliyində müzakirə edilir. Elektron vəsaitlərin tətbiqində fəaliyyətləri qənaətbəxş olmayan məktəblərin direktorları ciddi cəzalandırılır". Məktəblərin İKT ilə təminatında bir sıra xarici ölkələrin, eləcə də bir sıra possovet respublikaların təcrübəsindən yararlanmaq problemin həllinə yardımçı olardı. Bir müddət əvvəl Estoniya, Rusiya və Qazaxıstanda bu məsələyə kompleks yanaşıldığından problemi həll etmək elə də ciddi çətinlik yaratmadı.
1946-cı ildə anadan olmuşam. Hazırda yaşa görə təqaüd alıram. İşlədiyim illərdə (1969-1974) Naftalan Şəhər Sovetində İdman Komitəsinin sədri vəzifəsində çalışmışam. Həmin illər dövlət qulluqçusu statusu kimi mənə sayıla bilərmi, eləcə də qulluq stajıma əsasən mənə pensiya təyin olunması mümkündürmü?
İbrahimxəlil QURBANOV, Naftalan şəhəri.
- Sualınıza cavab olaraq bildiririk ki, Azərbaycan Respublikası Prezidentinin 01.09.2005-ci il tarixli, 290 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Əmək pensiyaları haqqında" qanuna əsasən, pensiya təyin edilməsi üçün dövlət qulluqçusunun müraciət etdiyi vaxt dövlət məvacibinin hesablandığı dövlət qulluğu vəzifəsi mövcud olmadıqda, habelə dövlət qulluqçularının vəzifələrinin "İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması Siyahısı"nda şəhər sovetinin nəzdində idman komitələri nəzərdə tutulmadığından dövlət qulluğuna edilən güzəştlər sizə şamil edilə bilməz.