Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev
yanvarın 23-də
…Rusiya Federasiyasının Soçi şəhərinə işgüzar səfərə gəlmişdir. …və Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev Soçidə, "Girand Polyana" mehmanxanasının "Qəbullar evi"ndə görüşmüş və qarşılıqlı fikir mübadiləsi aparmışlar. …və Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev Azərbaycan Respublikası Dövlət Neft Şirkəti və Rusiyanın "Qazprom-eksport" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında təbii qazın alqı-satqısına dair müqaviləyə 5 nömrəli əlavə sazişin imzalanması mərasimində iştirak etmişlər. …, Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev və Ermənistan Respublikasının Prezidenti Serj Sarkisyan Soçidə, "Girand Polyana" mehmanxanasının "Qəbullar evi"ndə birgə görüşmüş, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı məsələləri müzakirə etmişlər. …, Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev və Ermənistan Respublikasının Prezidenti Serj Sarkisyan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsinə dair danışıqların yekunlarına əsasən Birgə Bəyanat qəbul etmişlər. …Rusiya Federasiyasına işgüzar səfərini başa vuraraq həmin gün axşam Bakıya qayıtmışdır.
yanvarın 24-də
…Kür çayının suyunun daşması nəticəsində baş vermiş hadisələrin təkrar olunmaması üçün Fövqəladə Hallar Nazirliyi tərəfindən Bakıya gətirilmiş Niderland Krallığının "Damin" şirkətinin istehsal etdiyi "CSD-500" torpaqsoran qurğulara, Türkiyənin Tuzla şəhərində istehsal olunmuş yedək və təchizat gəmilərinə və tədqiqat katerinə baxış keçirmişdir.
yanvarın 25-də
…Davosda keçirilən Dünya İqtisadi Forumunda iştirak etmək üçün İsveçrəyə işgüzar səfərə gəlmişdir. …Davosda İsveçrə Konfederasiyasının Prezidenti xanım Eveline Vidner Şlümlə, İsrail Dövlətinin Prezidenti Şimon Pereslə, Avstriyanın "OMV AGE" şirkətinin baş icraçı direktoru Gerhard Roisslə və Amerika Birləşmiş Ştatlarının dövlət katibinin iqtisadiyyat, energetika və kənd təsərrüfatı məsələləri üzrə müavini Robert Hormatsla görüşmüşdür.
yanvarın 26-da
…Davosda "UBS Global" şirkətinin direktorlar şurasının sədri Kaspar Villigerlə, Avropa İttifaqının enerji məsələləri üzrə komissarı Günter Ottingerlə, Dünya İqtisadi Forumunun təsisçisi və icraçı sədri Klaus Şvabla, Gürcüstanın Baş naziri Nika Gilaurilə, Almaniyanın "Deutıche Bank"ının Mərkəzi və Şərqi Avropa ölkələri üzrə icraçı direktoru Peter Tilslə və idarə heyətinin üzvü Yürgen Figenlə, Beynəlxalq Qızıl Xaç Komitəsinin prezidenti Yakob Kellenbergerlə, Ukrayna Prezidenti Viktor Yanukoviçlə, RWE şirkətinin baş icraçı direktoru Yurgen Qrossmanla, Pakistan İslam Respublikasının Baş naziri Sayid Yusuf Raza Gilanilə, "Holcim Group" şirkətinin idarə heyətinin sədri Markus Akermanla, "Microsoft International" şirkətinin prezidenti, "Microsoft" Korporasiyasının vitse-prezidenti Jan Kurtua ilə və "Edisson" şirkətinin baş icraçı direktoru Bruno Leskörlə görüşmüşdür.
yanvarın 27-də
…Davosda Böyük Britaniyanın York Hersoqu, şahzadə Endryu ilə görüşmüşdür.
DÖVLƏT SOSİAL MÜDAFİƏ FONDUNUN XƏTTİ İLƏ 8170 NƏFƏR QARABAĞ ƏLİLİ TƏQAÜD ALIR
Cəmiyyətin həssas təbəqəsi sayılan fiziki cəhətdən qüsurlu insanlara qayğı göstərmək həm cəmiyyətin, həm də dövlətin başlıca vəzifəsidir. Hazırda respublikamızda əlillərin qarşılaşdıqları problemlər eyni olsa da, əlilliyin səbəbləri müxtəlifdir. Bu gün Azərbaycanda təxminən 400 min nəfər əlil var. Rəsmi məlumatlara görə, onların arasında əsas üstünlüyü ikinci qrup əlillər təşkil edir. Həmin əlillər arasında Qarabağ müharibəsi döyüşlərinin iştirakçıları da az deyil. Torpaqlarımızın bir hissəsinin hələ də erməni işğalı altında olması müharibənin yenidən başlama ehtimalını artırır. Elə bu səbəbdən də Qarabağ müharibəsi veteranları və əlillərinə olan münasibət gənc nəslin vətənpərvərlik ruhunda tərbiyəsi üçün önəmlidir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin əməkdaşı Elnur Kələntərlidən aldığımız məlumata görə, istər Qarabağ müharibəsi əlilləri, istərsə də digər əlillərin cəmiyyətə inteqrasiyası istiqamətində dövlət səviyyəsində ciddi işlər görülür: "Hazırda əlillərin reabilitasiyası üçün onların respublika daxilində və xaricdə müalicə almasına imkan yaradılır. Qarabağ əlillərinin hər il xaricdə pulsuz müalicə alması təşkil olunur. Hazırda respublikamızda 10 reabilitasiya mərkəzi fəaliyyət göstərir və əlavə olaraq bir neçə yeni mərkəz tikilməkdədir. Bakı, Naxçıvan və digər şəhərlərdə fəaliyyət göstərən əlillərin reabilitasiya mərkəzlərində bu təbəqədən olan insanların müalicəsi dövlət hesabına həyata keçirilir. Şəhid ailələri və Qarabağ əlillərinin evlə təmin edilməsi istiqamətində işlər aparılır" Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Əlillərin Sosial Müdafiəsi Baş İdarəsinin rəisi İbrahim Heydərovun sözlərinə görə, əllillərin sosial müdafiəsi daim hökumətin diqqət mərkəzindədir. Bu il dövlət proqramına əsasən həmin məqsədlə 19 milyon manat vəsait ayrılıb. Ayrılan vəsait isə ümumilikdə əlillərin sağlamlığının müdafiəsi, tibbi bərpa mərkəzlərinin yaradılması və əlillərin mənzil təminatının yaxşılaşdırılması üçün yeni binaların tikintisinə xərclənir.
QARABAĞ ƏLİLLƏRİ AVTOMOBİLLƏ TƏMİN EDİLİR
Nazirliyin səlahiyyətlisi Elnur Kələntərli bildirir ki, bu günədək 1250 əlil və şəhid ailəsi evlə təmin edilib: "Onlardan 1118-i əlil ailələridir. Əlil ailələri üçün 36 çoxmərtəbəli bina və 223 fərdi həyət evi tikilib. Bu yaxınlarda Bərdədə Qarabağ müharibəsi veteranları, şəhid ailələri və Çernobıl əlillərinin bir hissəsi də mənzil sahibi oldu. 36 mənzildən ibarət 4 mərtəbəli binadakı evlərdən 25-i Qarabağ müharibəsi veteranlarına, 5-i Çernobıl əlillərinə, 6-sı isə şəhid ailələrinə verildi. Bu həftə həmçinin Quba rayonunun Püstəqasım kəndində, Xaçmazın Xudat qəsəbəsində və Siyəzəndə 23 fərdi evin açarları birinci qrup Qarabağ müharibəsi əlillərinə təqdim edilib". E.Kələntərli bu istiqamətdə işlərin davam etdirildiyini vurğulayır: "Binəqədi, Nərimanov rayonlarında yaşayan Qarabağ əlilləri də yaxın günlərdə yeni yaşayış mənzilləri ilə sevindiriləcəklər. Gələn ilin əvvəllərində isə Tovuz, Zaqatala rayonlarında Qarabağ əlilləri üçün yeni evlər tikiləcək. Qarabağ əlillərinin mənzillərlə təminatı məsələsi ilə yerli icra orqanları da məşğul olur". E.Kələntərlinin sözlərinə görə, hazırda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin xətti ilə 65, Dövlət Sosial Müdafiə Fondunun xətti ilə isə 8170 nəfər Qarabağ əlili təqaüd alır. "1998-ci ildən başlayaraq bu kateqoriyadan olan şəxslərə 1550 avtomobil paylanılıb. Sonuncü dəfə ölkə başçısının iştirakı ilə Yevlaxda əlillərə maşınlar verildi. Cənub rayonlarından olan əlillərə də 300 avtomobilin verilməsi nəzərdə tutulur. Bu həftə Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Füzuli Ələkbərov cənub bölgəsinə səfər edərək bölgədə yaşayan 40 əlilə "Oka" maşınlarının açarını təqdim edib. Eyni zamanda həmin şəxslərin əlil arabaları ilə təminatına da ciddi fikir verilir. Sonuncu dəfə 700 nəfərə əlil arabası verilib. Bu il ilk dəfə olaraq bütün əlillər araba ilə təmin edilib. Amma onların əksəriyyətinə əlil arabaları ikiillik müddətə verilir. Buna görə də bu proses davamlı olaraq həyata keçirilməlidir". Əlillərin cəmiyyətə inteqrasiyasının vacib məqamlarından biri də onların işlə təminatıdır. Yeni açılan müəssisələrdə əlillərin işlə təmin edilməsinə 20 faiz kvota ayrılır. Lakin onların heç də hamısı qanunun onlara verdiyi bu imkandan bəhrələnə bilmir. Bu günədək Azərbaycanda ayrı-ayrı təbəqədən olan əlil insanlar barədə ayrıca məlumat bankı yaradılmayıb. Dünyanın əksər ölkələrində qruplar üzrə əlillərin yaş, cins kateqoriyaları barədə statistik məlumatlar toplanılır. Azərbaycanda Dövlət Statistika Komitəsi indiyədək bu məsələyə kifayət qədər diqqət yetirməyib. Belə məlumat bazasının olmaması isə, əlillərin sosial problemlərinin həlli üçün layihələrin həyata keçirilməsinə maneələr yaradır. Hazırda dünyanın çox ölkələrində əlillərin cəmiyyətə inteqrasiyası üçün onların kompakt yerləşdirilməsinə son qoyulub. Əlillər digər insanlarla bərabər yaşayırlar. Sadəcə, onlar üçün müvafiq şərait təmin edilir. Azərbaycanda da bu cəhətdən görülməli olan xeyli işlər var.
1946-cı ildə anadan olmuşam. Hazırda yaşa görə təqaüd alıram. İşlədiyim illərdə (1969-1974) Naftalan Şəhər Sovetində İdman Komitəsinin sədri vəzifəsində çalışmışam. Həmin illər dövlət qulluqçusu statusu kimi mənə sayıla bilərmi, eləcə də qulluq stajıma əsasən mənə pensiya təyin olunması mümkündürmü?
İbrahimxəlil QURBANOV, Naftalan şəhəri.
- Sualınıza cavab olaraq bildiririk ki, Azərbaycan Respublikası Prezidentinin 01.09.2005-ci il tarixli, 290 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Əmək pensiyaları haqqında" qanuna əsasən, pensiya təyin edilməsi üçün dövlət qulluqçusunun müraciət etdiyi vaxt dövlət məvacibinin hesablandığı dövlət qulluğu vəzifəsi mövcud olmadıqda, habelə dövlət qulluqçularının vəzifələrinin "İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması Siyahısı"nda şəhər sovetinin nəzdində idman komitələri nəzərdə tutulmadığından dövlət qulluğuna edilən güzəştlər sizə şamil edilə bilməz.