Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev
yanvarın 23-də
…Rusiya Federasiyasının Soçi şəhərinə işgüzar səfərə gəlmişdir. …və Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev Soçidə, "Girand Polyana" mehmanxanasının "Qəbullar evi"ndə görüşmüş və qarşılıqlı fikir mübadiləsi aparmışlar. …və Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev Azərbaycan Respublikası Dövlət Neft Şirkəti və Rusiyanın "Qazprom-eksport" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında təbii qazın alqı-satqısına dair müqaviləyə 5 nömrəli əlavə sazişin imzalanması mərasimində iştirak etmişlər. …, Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev və Ermənistan Respublikasının Prezidenti Serj Sarkisyan Soçidə, "Girand Polyana" mehmanxanasının "Qəbullar evi"ndə birgə görüşmüş, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı məsələləri müzakirə etmişlər. …, Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev və Ermənistan Respublikasının Prezidenti Serj Sarkisyan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsinə dair danışıqların yekunlarına əsasən Birgə Bəyanat qəbul etmişlər. …Rusiya Federasiyasına işgüzar səfərini başa vuraraq həmin gün axşam Bakıya qayıtmışdır.
yanvarın 24-də
…Kür çayının suyunun daşması nəticəsində baş vermiş hadisələrin təkrar olunmaması üçün Fövqəladə Hallar Nazirliyi tərəfindən Bakıya gətirilmiş Niderland Krallığının "Damin" şirkətinin istehsal etdiyi "CSD-500" torpaqsoran qurğulara, Türkiyənin Tuzla şəhərində istehsal olunmuş yedək və təchizat gəmilərinə və tədqiqat katerinə baxış keçirmişdir.
yanvarın 25-də
…Davosda keçirilən Dünya İqtisadi Forumunda iştirak etmək üçün İsveçrəyə işgüzar səfərə gəlmişdir. …Davosda İsveçrə Konfederasiyasının Prezidenti xanım Eveline Vidner Şlümlə, İsrail Dövlətinin Prezidenti Şimon Pereslə, Avstriyanın "OMV AGE" şirkətinin baş icraçı direktoru Gerhard Roisslə və Amerika Birləşmiş Ştatlarının dövlət katibinin iqtisadiyyat, energetika və kənd təsərrüfatı məsələləri üzrə müavini Robert Hormatsla görüşmüşdür.
yanvarın 26-da
…Davosda "UBS Global" şirkətinin direktorlar şurasının sədri Kaspar Villigerlə, Avropa İttifaqının enerji məsələləri üzrə komissarı Günter Ottingerlə, Dünya İqtisadi Forumunun təsisçisi və icraçı sədri Klaus Şvabla, Gürcüstanın Baş naziri Nika Gilaurilə, Almaniyanın "Deutıche Bank"ının Mərkəzi və Şərqi Avropa ölkələri üzrə icraçı direktoru Peter Tilslə və idarə heyətinin üzvü Yürgen Figenlə, Beynəlxalq Qızıl Xaç Komitəsinin prezidenti Yakob Kellenbergerlə, Ukrayna Prezidenti Viktor Yanukoviçlə, RWE şirkətinin baş icraçı direktoru Yurgen Qrossmanla, Pakistan İslam Respublikasının Baş naziri Sayid Yusuf Raza Gilanilə, "Holcim Group" şirkətinin idarə heyətinin sədri Markus Akermanla, "Microsoft International" şirkətinin prezidenti, "Microsoft" Korporasiyasının vitse-prezidenti Jan Kurtua ilə və "Edisson" şirkətinin baş icraçı direktoru Bruno Leskörlə görüşmüşdür.
yanvarın 27-də
…Davosda Böyük Britaniyanın York Hersoqu, şahzadə Endryu ilə görüşmüşdür.
BU BAYRAM ÜÇÜN NƏZƏRDƏ TUTULAN ƏŞYALARIN QİYMƏTİ DƏ XEYLİ BAHALAŞIB
Yeni ilin gəlişinə iki gün qaldı. Şəhərin mərkəzi küçələri, parklar artıq yeni il yolkaları ilə bəzədilib. Digər sahələrdə olduğu kimi, yeni il üçün nəzərdə tutulan bəzək əşyalarının qiyməti də ötən ilin müvafiq dövrü ilə müqayisədə xeyli bahalaşıb. Artıq bir çoxları evlərini yeni il yolkaları ilə bəzəsə də, hələ bu əşyaları almayanlar da var. Təqribən 1 ay müddətində mənzildə yeni il əhvali-ruhiyyəsi yaradan bu bəzəkli ağac heç də düşünüldüyü qədər ucuz başa gəlmirmiş. Həm də əgər uzun illərdir yeni il üçün aldığınız bəzək əşayaları və oyuncaqlar istismar müddətini başa vurubsa. Maraqlıdır, əhalinin kasıb və varlı təbəqəsinin yolkasının bəzədilməsi bu yeni ildə neçəyə başa gəlib? Bunu araşdırmaq üçün "Nizami" küçəsində yeni il aksesuarları satılan bir dükana getdik. Əhalinin varlı təbəqəsinə bir yolkanın neçəyə başa gəlməsi ilə maraqlandıq. Ötən il şəhərin mərkəzi küçələrindən birində yerləşən dükanda ən baha yolka 200 manat olubsa, bu il həmin hündürlükdə şam ağacının qiyməti 400 manat idi. Bunun səbəbini soruşduqda dükan satıcısı yolkanın əsl şam ağacından heç də fərqlənmədiyini bildirdi. Doğrudan da, elə satıcının dediyi kimi, yolkadan əsl şam ağacının qoxusu gəlirdi. Budaqları da əsl şam ağacında olduğu kimi yumşaq idi. Hündürlüyü 2 metr olan yolkanın bəzədilməsi üçün dükanda xeyli sayda bəzək əşyaları, oyuncaqlar, Şaxta Baba və Qar Qız tapmaq çətin deyildi. Bəzəkli kağızlara bükülən oyuncaqların minimum qiyməti 15 manat idi. Həmin oyuncaqlar o qədər balaca idi ki, 2 metrlik yolkanın üzərində demək olar ki, görünməyəcəkdi. Ona görə də bəyəndiyimiz yolkaya ən azı 40 manatlıq oyuncaq almaq lazım idi. Yolkanın bəzədilməsi üçun əlvan kağızların isə qiyməti 10 manatdan başlayırdı. Təbii ki, ulduzsuz yolka çılpaq görünərdi. Elektriklə işləyən, musiqili, müxtəlif rəng çalarlarına düşərək dəyişən, hərəkət edən ulduzların qiyməti 50 manatdan ucuz deyildi.
ŞAXTA BABA ŞAXTACAN...
İlin bir neçə gününü işləyən digər günlərini isə məzuniyyətdə olan Şaxta Baba və Qar Qızın qiyməti onun ölçüsündən asılı olaraq dəyişirdi. Ən ucuzu 30, ən bahalısı isə 150 manata satılırdı. Sən demə, buradakı Şaxta Baba və Qar Qızın özəlliyi var imiş. Onlar üç dildə qonaq olduğu ailənin bayramını təbrik edir və mahnı oxuyurlarmış. Dükanda həmçinin köhnə il təhvil veriləndə əhalinin yeni ili qarşılamısı üçün istifadə etdiyi fişəng və digər partlayıcı oyuncaqların qiyməti 3 manatdan 50 manata kimi dəyişirdi. Yeni il üçün nəzərdə tutulan maskaların ən bahası 30-35 manata idi. Maskanın özəlliyini soruşduqda satıcı onun əsl dəridən hazırlandığını bildirdi. Ən ucuz maska isə 6 manata başa gəlirdi. Təbii ki, bu dükandan əhalinin nisbətən kasıb təbəqəsi yeni il bazarlığı edə bilməz. Onların gücü ancaq metro girişlərində və kiçik marketlərin ətriyyat şöbələrindən bazarlıq etməyə çatır. Bunun üçün “Gənclik” metrostansiyasının girişində satılan oyuncaqların qiyməti ilə maraqlandıq. Oyuncaqların qiyməti 6-8 manat civarında dəyişirdi. Yolka ağacları kağız materialdan hazırlanmışdı. Onların bəzədilməsinə ehtiyac da yox idi. Ən kiçik yolkanın qiyməti 10 manat idi. Təqribən 30-50 santimetr hündürlüyündə olan bu yolkanın bəzədilməsi üçün ən çoxu 3-5 oyuncaq lazım gələr. Dükanlarda apardığımız hesablamalardan belə nəticəyə gəldik ki, yolkanızın daha yüksək səviyyəli görünüşə malik olmasını istəyirsinizsə, pul kisənizin boşalmasına razı olmalısınız. Çünki belə yolkanın başa gəlməsi üçün nə az, nə çox 500-600 manata əlvida deməli olacaqsınız. Amma orta səviyyəli və kiçik əcmli yolka ilə yeni ili başa vurmaq fikrindəsinizsə, 60-70 manat da bəs edər.
1946-cı ildə anadan olmuşam. Hazırda yaşa görə təqaüd alıram. İşlədiyim illərdə (1969-1974) Naftalan Şəhər Sovetində İdman Komitəsinin sədri vəzifəsində çalışmışam. Həmin illər dövlət qulluqçusu statusu kimi mənə sayıla bilərmi, eləcə də qulluq stajıma əsasən mənə pensiya təyin olunması mümkündürmü?
İbrahimxəlil QURBANOV, Naftalan şəhəri.
- Sualınıza cavab olaraq bildiririk ki, Azərbaycan Respublikası Prezidentinin 01.09.2005-ci il tarixli, 290 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Əmək pensiyaları haqqında" qanuna əsasən, pensiya təyin edilməsi üçün dövlət qulluqçusunun müraciət etdiyi vaxt dövlət məvacibinin hesablandığı dövlət qulluğu vəzifəsi mövcud olmadıqda, habelə dövlət qulluqçularının vəzifələrinin "İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması Siyahısı"nda şəhər sovetinin nəzdində idman komitələri nəzərdə tutulmadığından dövlət qulluğuna edilən güzəştlər sizə şamil edilə bilməz.